Azərbaycan respublikasinin hüquqi aktlarin döVLƏt reyestri



Yüklə 367,3 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix20.09.2018
ölçüsü367,3 Kb.
#69572
  1   2   3   4   5   6   7


 

  

AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ 



  

  

  



Aktın növü 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı 

Qəbul edildiyi tarix 



25.07.2012 

Qeydiyyat nömrəsi 



20/3 

Adı 


Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  “Bank  kapitalının  və 

onun  adekvatlığının  hesablanması  Qaydaları”nın  təsdiq  edilməsi 

barədə 

Rəsmi dərc edildiyi 

mənbə 

  

Qüvvəyə minmə 

tarixi 

07.08.2012 

Azərbaycan 

Respublikasının 

Vahid 


hüquqi 

təsnifatı  üzrə  indeks 

kodu 

090.060.080 

Hüquqi 


Aktların 

Dövlət  Reyestrinin 

qeydiyyat nömrəsi 

23201207250203 

Hüquqi 


aktın 

Hüquqi 


Aktların 

Dövlət 


Reyestrinə 

daxil edildiyi tarix 



06.08.2012 

  

  



Bank  sektorunda  maliyyə  sabitliyinin  və  kapital  mövqeyinin  gücləndirilməsi 

və  kapitalın  keyfiyyətinin  artırılması,  habelə  bank  nəzarəti  tələblərinin  beynəlxalq 

standartlara  uyğunlaşdırılması  məqsədilə  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının  İdarə  Heyəti  “Banklar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

21-ci  və  34-cü  maddələrinə,  habelə  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən 

  

Q Ə R A R A   A L I R : 



  

1.  “Bank  kapitalının  və  onun  adekvatlığının  hesablanması  Qaydaları”  təsdiq 

edilsin (əlavə olunur); 

2.  Hüquq  departamentinə  (R.Məlikova)  tapşırılsın  ki,  bu  Qaydaların  3  gün 

müddətində  Azərbaycan  Respublikasının  Hüquqi  Aktların  Dövlət  Reyestrinə  daxil 

edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin; 

3. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10.12.2003-cü il 

tarixli  qərarı  ilə  (20  nömrəli  protokol)  təsdiq  edilmiş  (29.12.2003-cü  il  tarixli  3025 

nömrəli  şəhadətnamə)  “Bank  kapitalının  və  onun  adekvatlığının  hesablanması 

Qaydaları”  və  bu  Qaydalara  28.06.04-cü  il  tarixli  (17.07.04-cü  il  tarixli  3067  nömrəli 

şəhadətnamə),  18.02.08-ci  il  tarixli  (15.03.08-ci  il  tarixli  3388  nömrəli  şəhadətnamə), 

17.12.08-ci  il  tarixli  (27.12.08-ci  il  tarixli  3429  nömrəli  şəhadətnamə),  17.06.09-cu  il 

tarixli  (02.07.09-cu  il  tarixli  3456  nömrəli  şəhadətnamə),  10.11.09-cu  il  tarixli 

(01.12.09-cu il tarixli 3486  nömrəli şəhadətnamə), 16.06.10-cu il tarixli (08.07.10-cu  il 

tarixli  3926  nömrəli  şəhadətnamə,)  və  06.09.10-cu  il  tarixli  qərarlarla  (24.09.10-cu  il 

tarixli 4012 nömrəli şəhadətnamə) təsdiq olunmuş dəyişikliklər ləğv edilsin. 

  

  

Sədr                                                                                      Elman Rüstəmov 



  

  

  



  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Təsdiq edilmişdir” 




Azərbaycan Respublikasının 

Mərkəzi Bankı 

Qərar № 20/3 

25 iyul 2012-ci il 

  

Sədr 


____________________ 

Elman Rüstəmov 

  

  

Bank kapitalının və onun adekvatlığının hesablanması 

  

Qaydaları 

  

  

1. Ümumi müddəalar 



  

1.1.  Bu  Qaydalar  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  və 

“Banklar  haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına  uyğun  olaraq 

hazırlanmışdır. 

1.2.  Bu  Qaydalar  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  banklar  və 

xarici  bankların  yerli  filialları  (bundan  sonra  -  banklar)  üçün  bank  nəzarəti  üzrə 

Bazel  Komitəsinin  müəyyən  etdiyi  prinsiplərə  müvafiq  surətdə  məcmu  kapitalın 

strukturunu,  komponentlərini,  adekvatlıq  və  leverec  əmsallarını,  onların  minimum 

miqdarını və hesablanması qaydalarını müəyyən edir. 

  

2. Anlayışlar 

  

2.0. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 



2.0.1.  məcmu  kapital  (xarici  bankların  yerli  filialları  üçün  məcmu  kapitala 

bərabər  tutulmuş  vəsait)  -  prudensial  hesabatlıq  məqsədləri  üçün  istifadə  olunan 

kapital  olmaqla,  bu  Qaydalarda  müəyyən  edilmiş  I  dərəcəli  (əsas)  və  II  dərəcəli 

(əlavə)  kapitala  daxil  olan  komponentlərin  (elementlərin)  cəmi  və  onlardan 

tutulmaların fərqi; 

2.0.2.  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlər  -  balans  aktivlərinin  və 

balansdankənar  öhdəliklərin  hər  birinin  risk  dərəcəsinə  əsasən  qiymətləndirilmiş 

dəyəri (müxtəlif aktivlərlə bağlı meydana çıxan nisbi risk dərəcəsini əks etdirir); 

2.0.3.  kapitalın  adekvatlıq  əmsalları  -  bu  Qaydalarda  müəyyən  edilmiş 

düsturlarla  hesablanan  I  dərəcəli  kapitalın  və  məcmu  kapitalın  ayrılıqda  risk 

dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbəti; 



2.0.4.  kreditə  konvertasiya  əmsalı  -  bankın  balansdankənar  öhdəliklərinin 

balans aktivlərinin dəyərinə çevrilməsinə imkan verən göstərici; 

2.0.5. aktivlər üzrə zərərin ödənilməsi üçün “adi” ehtiyatlar - bankın “standart 

aktivlər”i üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatlar; 

2.0.6.  aktivlər  üzrə  zərərin  ödənilməsi  üçün  “məqsədli”  ehtiyatlar  -  bankın 

“qeyri-standart  aktivlər”i  üzrə  mümkün  zərərlərin  ödənilməsi  üçün  yaradılmış 

ehtiyatlar; 

2.0.7.  kapitalın  hibrid  elementləri  -  səhmlərin  və  borc  öhdəliklərinin 

xüsusiyyətlərini  özündə  birləşdirən müddətli  və  müddətsiz maliyyə  alətləri,  o 

cümlədən  kumulyativ  və  qeyri-kumulyativ  müddətsiz  imtiyazlı  səhmlər, 

subordinasiya borc öhdəlikləri və yadigər oxşar qiymətli kağızlar;

[1]

 

2.0.8. qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər - emissiya şərtlərində geri 



alınma tarixi olmayan, sahibinin tələbi ilə ödənilməyən, ona gələcəkdə bu hüquqları 

verməyən, emitentə səhm mülkiyyətçilərinə dividendlərin verilməməsi barədə qərar 

qəbul  etmək,  habelə  səhm  mülkiyyətçilərinə  əvvəlki  ödənilməmiş  dividendlər  üzrə 

ödənişlərin  alınmasını  tələb  etmək  hüququ  verməyən  imtiyazlı  səhmlər  (emissiya 

şərtlərində  dividendlərin  məbləği  bazar  şəraitindən  və  bankın  maliyyə 

vəziyyətindən  asılı  olaraq  dəyişilməsi  nəzərdə  tutulursa,  bu  səhmlər  qeyri-

kumulyativ müddətsiz imtiyazlı səhmlərə aid edilmir);

[2]

 

2.0.9.  kumulyativ  müddətsiz  imtiyazlı  səhmlər  -  emissiya  şərtlərinə  görə 



mülkiyyətçilərinə  ödənilməyən  dividendləri  daim  toplanan  və  qeyri-kumulyativ 

müddətsiz imtiyazlı və adi səhmlər üzrə dividendlər ödənilməzdən əvvəl ödənilən, 

habelə  emitentə  dividendlərin  ödənilməsi  vaxtının  müəyyən  müddətə  təxirə 

salınması hüququ verən imtiyazlı səhmlər;



[3]

 

2.0.10.  subordinasiya  borc  öhdəlikləri  -  emissiya  şərtlərinə  görə  ödəmə  vaxtı 



çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin 

tələbi  ilə  geri  alınmayan,  son  ödəmə  müddəti  başa  çatana  kimi  bu  öhdəlik  üzrə 

ödəmə (faiz  və  ya  əsas borc) baş tutmadığı təqdirdə bankı  müflis elan etmək  və  ya 

ləğv etmək hüququ verməyən, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin 

və  bankın  digər  kreditorlarının  tələbləri  tam  ödənildikdən  sonra  icra  olunan 

öhdəliklər;



[4]

 

2.0.11.  səhmlərin  emissiyasından  əmələ  gələn  əlavə  vəsait  (bundan  sonra  - 



kapital artıqlığı) - adi, yaxud imtiyazlı səhmlərin yerləşdirilməsi zamanı onların satış 

dəyəri ilə nominal dəyəri arasında yaranmış fərq həcmində əldə edilmiş vəsait; 

2.0.12. qeyri-maddi aktivlər - kompüter proqramları, müəllif hüquqları, patent, 

təbii  ehtiyatlardan  istifadə  hüquqları,  lisenziyalar,  ticarət  və  əmtəə  nişanları,  “nou-

hau”, “qudvil” və fiziki ifadə forması olmayan, lakin dəyər yaradan digər aktivlər; 



Yüklə 367,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə