Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 419,49 Kb.
səhifə1/4
tarix23.11.2017
ölçüsü419,49 Kb.
#12144
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ



Əlyazması hüququnda

Məmmədzadə Aliyə Vilayət qızı



(Magistrantın A.S.A.)

“Müasir şəraitdə bankların maliyyə sabitliyinin təhlili və qiymətləndirilməsi”

Mövzusunda

MAGİSTR DİSSERTASİYASI

İstiqamətin şifri və adi 060403 “Maliyyə”

İxtisaslaşma “ Bank işi”


Elmi rəhbər : Magistr proqramının rəhbəri:

i.e.d.prof.M.Bağırov i.e.n. dos. R.M.Rzayev


Kafedra müdiri :

i.e.d.Ə.Ə.Ələkbərov

Bakı-2016

Mündəricat
GİRİŞ.......................................................................................................................3

I FƏSİL. Bank böhranı,banklarda antiböhran və təcili xilasetmə tədbirləri...........7

1.1. Bank böhranları və onların iqtisadi mahiyyəti...................................................7

1.2.Banklarda antiböhran tədbirləri.Təcilixilasetmə tədbirləri ..............................14

1.3. Banklarda risk kateqoriyası və maliyyə sabitliyində onların rolu....................18



II Fəsil.Banklarda maliyyə sabitliyinin təşkili əsasları, sabitliyin qiymətləndirilməsi və təminatı................................................................................23

2.1. Banklarda maliyyə sabitliyinin qiymətləndirilməsi və təhlili..........................23

2.2.Əmanətlərin sığortalanması fondu maliyyə sabitliyinin təminatı kimi.............36

2.3. Bank fəaliyyətinə nəzarət,maliyyə sabitliyinin təhlili və inkişaf aspektləri....39



III Fəsil. Bank dayanıqlılığı.Bank fəaliyyətində təkmilləşmə və proqnozlaşma....44

3.1.Bank dayanıqlılığı.Likvidlik və strest –test modelləri......................................44

3.2.Bank fəaliyyətində sabitliyin qorunması yolları,bank fəaliyyətində təkmilləşmə və proqnozlaşma......................................................................................................56

NƏTİCƏ VƏ TƏKLİFLƏR.................................................................................67

АННОТАСИЯ.......................................................................................................71

SUMMARY............................................................................................................73

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT..................................................................79



Bakı – 2016

GİRİŞ

Mövzunun aktuallığı.Bilirik ki, Respublikamızda İqtisadi islahatların uğurla keçirilməsi üçün əsas problemlər arasında bank sisteminin sabitliyinin təmin edilməsi,eləcə də milli valyutanın möhkəmləndirilməsi,daxili ehtiyatlardan maksimum istifadə edilməsi şərti ilə bank sektorunun real iqtisadiyyatın kreditləşməsinə istiqamətləndirilməsi ən mühüm yerlərdn birini tutur.Bu zaman vacib olan əsas məsələ bankların möhkəmləndirilməsi vasitəsilə bank sisteminə inamın artırılması və bank sistemini tənzimləmək yolu ilə onların fəaliyyət səmərəliliyinin yüksəldilməsidir. Müasir dövrdə bankın sabitliyinin möhkəmləndirilməsi və bank sisteminə inamı yüksəltmək üçün daxili resursların cəlb edilməsi olduqca vacib şərtlərdəndir. Belə bir nəticəyə gələ bilərik ki, bank fəaliyyətinin tənzimlənməsinin çevik vasitələri şəxsi kapitalın və onun adekvatlılığının qiymətləndirilməsi üsulları, həmçinin likvidlik göstəriciləri və digər normativlərdir. Bu gün bank sektorunun inkişafından söz getdikdə ilk növbədə o diqqətə alınmalıdır ki, ölkədəki ümumi siyasi və iqtisadi vəziyyət bank əməliyyatlarının inkişafına və bank sisteminin uğurlu fəaliyyətinə zəmin yaratmalıdır. Yəni ölkənin iqtisadə və siyasi vəziyyəti bankların fəaliyyətinin sabit iqtisadi əsasını təşkil edir,yerli və xarici investorların banklara inamını möhkəmləndirilməsinə səbəb olur. Çünki zəruri şərtlər olmadan bankların sabit depozit bazası yaratmağa,əməliyatların mənfəətlilik və rentabelliyinə nail olmağa, eləcə də öz aktivlərinin keyfiyyətinə yüksəltməyə,idarəetmə sistemini təkmilləşdirməyə maliyyə baxımından gücləri yetməz .Beləliklə tam əminliklə deyə bilərik ki,bankların maliyyə sabitliyinin idarəedilməsi gəlirliliyin və bütün mümkün bank risklərin idarəedilməsi ilə sıx qarşılıqlı bağlıdır. Gələcək və proqnozlaşdırılan dövrdə isə ölkənin iqtisadi artımının maliyyələşdirilməsi çoc böyük dərəcədə daxili əmanətin və investisiyanın vəziyyətindən tam asılı olacaqdır. Milli əmanətin yüksək norması isə öz növbəsində iqtisadiyyatın real sektorlarının kreditləşdirilməsini təmin edəcəkdir.

Tədqiqatın məqsəd və vəzifələri.Tədqiqatın əsas məqsədi nəinki bank sisteminin hətta bütövlükdə ölkə maliyyəsinin əsasını təşkil edən maliyyə sabitliyinin və ona təsir edən amillərin ətraflı öyrənilməsi,araşdırılması və təhlilidir.Tədqiqat işinin məqsədinə uyğun olaraq aşağıdakı vəzifələr qarşıya qoyulmuş və yerinə yetirilmişdir:

1.Bankların ölkə iqtisadiyyatında yeri və rolu,bank maliyyəsinin nəzəri və metodoloji əsaslarının tətbiqi;

2.Banklarda resurs mənbələri,xüsusi və cəlb olunmuş vəsait onların maliyyə sabitliyində rolu;

3.Banklarda likvidlik,bank dayanıqlılığı və onların praktiki əhəmiyyəti;

4.Banklarda maliyyə sabitliyinin iqtisadi mahiyyəti, təhlili və qiymətləndirilməsi.

5.Əmanətlərin sığortalanmasının maliyyə sabitliyinə təsiri.



6.Bank fəaliyyətinə nəzarət olunması.

Tədqiqatın predmeti və obyekti.Tədqiqatın predmetini bankların maliyyə sabitliyinin təkmilləşdirilməsinin,səmərəliliyinin yüksəldilməsinin nəzəri əsaslarının tədqiqi və banklarda maliyyə sabitliyinin hazırkı vəziyyətinin təhlili, obyektini isə maliyyə göstəriciləri, mənfəətlilik , rentabellik, likvidlik, bank aktiv və passivləri təşkil etmişdir.

Problemin öyrənilmə vəziyyəti.Müasit bazar iqtisadiyyatı şəraitində maliyyə sabitliyi elə bir aktual və həssas problemdir ki, mütamadi olaraq araşdırmaq tədqiqat aparmaq tələb edir.Bu problem uzun illər həm dünya miqyasında, həmdə ölkə iqtisadiyyatı çərçivəsində araşdırılmasını tələb etmiş, öz aktuallığını qorumuşdur.Bank fəaliyyəti sisteminin hər il durmadan həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşməsi və yenilənməsi , bunun nəticəsində də daima müasir iqtisadi proseslərlə bağlı olan öyrənilməmiş yeni problemlərin meydana gəlməsi tədqiqatın mütəmadiliyini və fasiləsiz olaraq tədqiqatını tələb edir.İqtisadçı alimlər tərəfində daim diqqət mərkəzində olmasına baxmayaraq maliyyə sabitliyi, likvidlik, bank dayanıqlılığı, valyuta məzənnəsi, yeni bank məhsulları, bank fəaliyyəti olduqca dəyişkən xarakter almışdır. Bütün bunlar da bu mövzuda tədqiqatın aparılmasına, yeni staristik göstəricilə, yeni təklif və tövsiyyələrə daim ehtiyac yaradır, eləcədə yeni tədqiqat işinin aparılmasını zəruri edir.

Tədqiqatın informasiya bazasını - Mərkəzi bankın statistika hesabatları, maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin statistik məlumatları və cədvəlləri , kommersiya banklarının illik maliyyə hesabatları, bu qurumların internet portalları və digər mənbələr təşkil etmişdir.

Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, bankların maliyyə vəziyyətinin sabitliyi cə ona təsir edən amillər yeni proseslər baxımından öyrənilmiş, maliyyə sabitliyinin müasir iqtisadi proseslərə adaptasiya və uyğunlaşdırılması mexanizminin, eləcədə bank sisteminin müasir inkişaf meyillərinin öyrənilməsi əsasında maliyyə sabitliyinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri müəyyən olunmuşdur. Müasir bankçılığın inkişafı, elektron bankçılıq əməliyyatlarının durmadan fasiləsiz inkişaf etməsi , yeni bank məhsullarının bank bazarlarına çıxması və özünə müştəri kütləsi cəlb etməsi, likvidliyə böyük təsiri olan elektron bank əməliyyatlarının artdığı bir iqtisadi vəziyyətdə bank maliyyə sabitliyi hərtərəfli analiz edilmiş və bütün bu qeyd olunan amillərin amillərin maliyyə sabitliyinə və bank dayanıqlılığına təsiri öyrənilmişdir.

Tədqiqat işinin nəzəri əhəmiyyəti.Tədqiqat işində əldə olunmuş nəticələrdən “Banklarda maliyyə sabitliyinin təmin olunması yolları”, ”Bank likvidliyinin və bnk dayanıqlılığı ”, ”Mərkəzi bank və kommersiya bankları arasında maliyyə dayanışması” , “Banklarda gəlirlilik və bank fəaliyyətinin təkmilləşməsinin maliyyə sabitliyinə təsiri” kimi mövzular üzrə tədris prosesində istifadə edilə bilər.

Tədqiqat işinin praktiki əhəmiyyəti. Dissertasiya işində əldə olunmuş nəzəri və praktiki müdəalardan, təklif və tövsiyyələrdən bankların maliyyə siyasətinin təkmilləşdirilməsində, kommersiya banklarının aktiv və passivlərindən səmərəli istifadə strategiyasında, bank likvidlərinin qiymətləndirilməsində və ümumilikdə bankların maliyyə siyasətinin hazırlanmasında isifadə oluna bilər.Dissertasiya işinin elmi nəticələrinin kommersiya banklarının maliyyə siyasətinin tənzimlənməsi, bank likvidliyi və dayanıqlılığının artırılması yollarə ,bank gəlir və mənfəətlilik strategiyasının hazirlanmasında, maliyyə hesabatlarının hazırlanmasında,bankın maliyyə vəziyyətinə təsir göstərən nağdsız hesablaşmaların və yeni bank fəaliyyəti növlərinin öyrənilməsində, əmiyyətdə maliyyə savadlandırılmasında mühüm praktiki əhəmiyyət ola bilər.

İşin quruluşu və həcmi. Dissertasiya işinin məzmunu giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

I F Ə S İ L

1.1.Bank böhranları və onların iqtisadi mahiyyəti.

Müasir bazar iqtisadiyyatında maliyyə böhranı dedikdə sadəcə olaraq geniş əhatə dairəsinə malik böhranın bir parçası başa düşülür. Təbii ki, bu böhran iqtisadiyyatın ümumi böhranı zamanı yaranır. Adətən əvvəllər “pul böhranı” terminindən istifadə olunurdu. Lakin son zamanlar “Maliyyə böhranı” termininin istifadəsi genişlənib.

Sözsüz ki, maliyyə böhranlarının da müxtəlif səbəbləri var. İlk növbədə, bunun səbəbləri zəif makroiqtisadi siyasət, dövlət borc münasibətləri sisteminin kökündən pozulması, inflyasiyanın hədsiz güclənməsi, bank sektorundakı çaxnaşmalar və ixtişaşlar, çox zəif milli maliyyə sistemi, əlverişsiz xarici şərtlər, siyasi vəziyyətdəki qeyri-sabitliklərdir.

Maliyyə böhranının tərkib hissələri kimi aşağıdakı elementlər müəyyən edilir:

1. valyuta böhranı – bu milli valyutanın devalvasiyasına gətirib çıxardır.

2.bank böhranı – dövlətdən iri həcmdə maliyyə dəstəyi tələb edən böhrandır.

3. borc böhranı – xarici və daxili iqtisadi borcda problemlərin kəskinləşməsi ilə bağlı yaranan böhranlardır.

4. birja – qiymətli kağızların kursunun kifayət qədər tərəddüdü (enməsivə ya qalxması) prosesi nəticəsində yaranan böhrandır.

Valyuta böhranları dedikdə - bu valyuta sferasında stabilliyin kəskin pozulmasıdır. Bu əsasən özünü valyuta kurslarının kəskin oynamasında, devalvasiya və revalvasiyada proseslərində, beynəlxalq likvidliyin pisləşməsində, bank dayanıqlılığının itirilməsində, kredit və maliyyə münasibətlərində ziddiyyətlərin kəskinləşməsində özünü biruzə verir.

İnkişaf etməkdə olan ölkələrə təklif edilən modellər aşağıdakılardır:

-dövlət sərmayəli müəssisələri özəlləşdirilmək;

-tədiyə balansının tarazlığını təmin edilməsi;

-ticarətin liberallaşması;

-valyuta kursunun sabit saxlanması.

Lakin bütün yuxarıda göstərilən modellər inkişaf etməkdə olan ölkələrdə fəaliyyət
göstərməsinə baxmayaraq, bu ölkələrin maliyyə və bank böhranları dərinləşmiş və eyni zamanda iqtisadi ədəbiyyatda bu böhranların səbəb və nəticələri ciddi müzakirə obyektinə çevrilmişdir.Çünki artan xarici iqtisadi ticarət, qısamüddətli kapital axınları tədiyyə balansında problem olmadığı göstərmişdir. Lakin valyuta kursu üzrə meydana gələn təzyiq və iqtisadiyyatda və cəmiyyətdə devalvasiya gözləmələri böyük miqdarlı spekulyativ hərəkət ilə birləşərək, yüksək səviyyəli bir devalvasiya səbəb olmuşdur. Daha sonra bütün bunların nəticəsində valyuta bazarından başlayıb bütün iqtisadiyyatı alt-üst edən maliyyə böhranı yaranmışdır. İnkişaf etəməkdə olan ölkələrdə valyuta böhranları bir-birinə çox bənzəyir. Çünki bu dövlətlərdə kapital əməliyyatlarına olan nəzarətinin zəif olması iri həcmli spekulyantların inkişaf etməkdə olan ölkələrdə fəaliyyəti üçün əlverişli şərait yaradır. Borc alan ölkə beynəlxalq təşkilatlardan xarici kredit aldıqda valyuta spekulyantı dərhal bu ölkəyə vəsait qoyur.Bilirik ki, BVF-nin şərtlərinə öprə üzv ölkədə sərbəst maliyyə-valyuta bazarının olması mütləqdir. Kredit tam istifadə olunduqca belə bir təəsürat yaranır ki, hər şey uğurla həyata keçirilir, maliyyə vəziyyəti stabildir və ölkədə iqtisadi artım mövcuddur. Nəticədə milli valyutanın möhkəm və stabil kursa malik olması görüntüsü yaranır və yüksək gəlir təmin edilir. Lakin beynəxalq qurumlardan götürülmüş valyuta sərf olunandan sonra gəlir azalır, investorların xarici valyutaları ölkəni tərk edir. Bu vəziyyətə təəsuf ki, inkişaf etməkdə olan ölkələrdə problemi həll etmə yolu kimi ilk olaraq təcili xilas etmə tədbirləri tətbiq edilir. Təcili xilasetmə əməliyyatı tətbiq etdikdə isə vəziyyət daha da mürəkkəbləşir. Məlumdur ki, BVF-nin ayırdığı kredit limitləri BVF-na üzv olan ölkələrin maliyyə kəsirini aradan qaldırmaq və eləcədə tədiyyə balansını tənzimləmək üçün 4 kredit payı şəklində müəyyən edilir. Bu kredit limitlərinin hər birinin həcmi isə ölkənin kvotasının 25%-nə bərabərdir. Ölkəyə hər dəfə yeni kredit limiti yəni tranşı müəyyən edildikdə hər pay daha da sərt nəzarətlə verilir.

Və onu da qeyd etmək lazımdır ki,dünya ölkələrində bir-birinin ardınca baş verən böhranlar aşağıdakıları ortaya çıxardı:

1. Böhran zamanı birtərəfli monetar yanaşma uğurlu hesab oluna bilməz. Çünki bu yanaşma borc alan ölkənin iqtisadi və sosial cəhətdən vəziyyətini, maraqlarını nəzərə almayan çətin iqtisadi problemlərin həlli üçün nəzərdə tutulur;

2. Stabilləşdirmə və balansının tənzimlənməsi tipli problemləri həll etmək üçün hər bir ölkənin fərdi xüsusiyyətlərini, milli adət-ənənələrini, təbii resurslarını, intellektual və elmi-texniki potensialının səviyyəsini nəzərə almaq vacibdir;

3. Maliyyə əməliyyatlarına dövlət nəzarətinin götürülməsi heçdə müsbət sonlanmaz, korrupsiyanın artmasına gətirib çıxara bilər. Bu isə öz növbəsində təkcə həmin ölkədə yox, bütün regionda və dünyada maliyyə sabitliyin pozulmasına səbəb olar;

4. BVF-nin borcalan ölkələr qarşısında xüsusi şərtlər, həmçinin müxtəlif iqtisadi və siyası sanksiyalar tətbiq etmək haqqı var. Bəli BVF inkişaf etməkdə olan ölkələrdə maliyyə vəziyyətinin sabitliyinin qorunmasına, iqtisadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Ancaq bu o demək deyil ki, onun məsləhətləri bəzi hallarda və bu digər ölkə və onun vətəndaşlarına ziyan vurmur. Bütün vurulan ziyana baxmayaraq fondun belə bir məsuliyyət daşımır.

İnkişaf etməkdə olan ölkələrdə valyuta və bank böhranlarının inkişaf və irəliləmə analizini aşağıdakı kimi qeyd etmək olar:

İnkişaf etməkdə olan ölkələrdə beynəlxalq maliyyə bazarlarına üz tutulmağının əsas səbəbi odur ki, maliyyə bazarının məhdud həcmli olması dövlət borclanmalarının özəl sektorda maliyyə imkanlarının ixtisarına gətirib çıxardı, bunun nəticəsində kommersiya bankları ölkə daxilində vəsaitin çatışmamazlığı yaşadılar və beynəlxalq qurumlara üz tutdular.

Böhran hallarını öncədən görmək və dəyə biləcək ziyanın qarşısının maksimum alınmasını təmin etmək üçün aşağıdakı qeyd olunanlara diqqət edilməlidir.

1.Kommersiya bankları üzərində ciddi nəzarət sisteminin gücləndirmək lazımdır ; (Mərkəzi Bank)

2.Maliyyə bazarları üzərində nəzarətin gücləndirilməlidir;(Dövlət nəzarəti)

3.Böyük həcmdə borc vasitələrindən istifadə edən təşkilatların fəaliyyətində şəffaflıq təmin olunmalıdır; (sürətli və əlçatan informasiya)

4.Bank və təşkilatlar üzərində korporativ idarəetmə sistemi gücləndirilməlidir;

5. Milli valyutanın sabitliyinin təmin olunmalı, sabit pul dövriyyəsi və real valyuta kursunun müəyyən edilməlidir;

6. Beynəlxalq maliyyə axınları üzərində güclü nəzarət təşkil olunmalıdır.

Valyuta böhranlarının aşağıdakı tipləri mövcuddur:

1. Birinci tip böhranlar ölkədə kursun sabitləşdirilməsi şəraitində pul kütləsinin artımı ilə bağlıdır. Beləki ölkədə daxili qiymətlər dünya qiymətlərinə nisbətdə artır bu isə ticarət balansını pozur və nəticədə sabit valyuta kursundan imtina olunmasına səbəb olur.

2. İkinci tip - dövlət borcunun həddən artıq olması ilə əlaqədardır. Bu isə investorların itməsinə yol açır,ölkədən kapital qaçışı baş verir, ölkədaxili böyük investorlar öz vəsaitlərini ölkədən qaçırırlar, xarici investorlar isə kapitallarını geri çəkillər.

3. Üçüncü tip – sırf özəl sektorun borcları ilə bağlıdır.

4. Dördüncü tip- dövlət borcunun həddən artıq olması, nəticədə dövlət büdcəsinin özünü ödəmə qabiliyyətinin itirilməsi ilə müşayət olunur.Bu da inflyasiya və sonda devalvasiyaya səbəb ola bilər.

Borc böhranı – Bu elə bir vəziyyətdir ki, bu zaman borclu tərəf kredit cədvəlinə uyğun öz xarici borcunu ödəmək qabiliyyətində olmur. Bəs xarici borclanmanın səbəbi nədir? Bir çox ölkələrdə daxili investisiyalaşdırma zamanı resursların çatışmazlığı xarici borclanmaya səbəb olur. Bu əsasən dövlət büdcəsinin maliyyələşməsi, sosial-iqtisadi islahatlar, mövcud borc öhdəliklərinin artıq olması zamanı meydana gələn problemdir.

Təəssüf ki, bu gün valyuta böhranının birmənalı şərhi mövcud deyil. İqtisadi ədəbiyyatlarda çox hallarda valyuta böhranı maliyyə böhranı ilə sıx əlaqələndirilir və qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi nəzərdən keçirilir. Valyuta böhranı valyuta bazarındakı qarşıdurmanın kəskin ağırlaşması, problemin ciddi hal almasıdır. O, kapital axınında, valyuta kurslarının kəskin tərəddüdlərində, beynəlxalq likvidliyin zəifləməsində, devalvasiya və revalvasiyada, valyuta-kredit və maliyyə münasibətlərində qarşıdurmanın kəskinləşməsində özünü göstərir.

Borc böhranı isə maliyyə böhranının tərkib hissəsidir. İqtisadçılar uzun müddət borc böhranınə ətraflı araşdırıblar. Borc böhranı - dövlətin və təsərrüfat subyektlərinin kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməs və ya çətinlik çəkməsidir. Bu mənada borc böhranı nisbətən bank böhranı ilə oxşar görünə bilər. Bu iki anlayış arasında əsas fərq münasibətlərin subyektindədir. Bank böhranını araşdırarkən biz bank institutlarını nəzərdən keçiririk, borc böhranın subyektinin isə maliyyə müəssisələri

və dövlətlə bir əlaqəsi yoxdur. Bundan başqa, bank böhranı məzmun baxımından kredit böhranıdır, yəni kreditorun, borc verənin problemlərini öyrənir və təhlil edir, borc böhranı isə debitorun və ya borc alanın fəaliyyəti öyrənin və iymətləndirir.



Bank böhranı- Dünya təcrübəsinə nəzər salsaq görərik ki, hər bir ölkənin bank sistemini böhrana salan səbəblər nə qədər fərqli olsalarda, eyni zamanda bütün ölkələrdə oxşar ortaq səbəblər də var. Beynəlxalq təcrübədə bank böhranının ən geniş yayılmış izahına görə əgər aşağıdakı dörd şərtdən biri mövcud olarsa bank sisteminin vəziyyəti böhranlı hesab oluna bilər:

1. Bankların aktivlərində gəlir gətirməyən aktivlərin payı 10 %-dən çox olarsa;

2. Bankların xilas etmə əməliyyatına sərf olunan xərclər ÜDM-un 2 %-dən çox olarsa;

3. Müştərilər arasında şaiyələr yaranması, bank nüfuzunun itirilməsi və ya zəifləməsi, eyni zamanda depozitlərin kütləvi surətdə geri götürülməsi baş verərsə.

Maliyyə böhranının şiddətlənməsinə təsir edən amillər bunlardır: Bankın balansındakı pozuntular, faiz dərəcələrinin yüksəlməsi, iqtisadiyyatda qeyri- müəyyənliyin artması, fond birjasının ciddi çökməsi

Bilirik ki, bank sisteminin böhrana girməsinin başlıca səbəbi sistemin dövlətə və cəmiyyətə maliyyə ağırlığı yükləməsidir. Çünki bəzi hallarda, bankların xilas edilmə əməliyyatı üçün görülən tədbirlər planı maliyyə böhranların nəticələrinin artaraq daha böyük zərərlərə yol açmasına səbəb ola bilir. Dünyada 1970-2000-ci illərdə baş verən maliyyə böhranları bir çox ölkədə maliyyə aktivlərinin 10-30 %-nin itirilməsinə səbəb oldu. 2008- 2009-cu illərdə də bir çox dünya ölkələrinin bank sistemlərində böhranlar baş verdi və bu böhranlar təkcə müflis elan edilən və çətin vəziyyətə düşən bankları deyil, həmçinin banklarla əlaqəsi olan real sektoru da əhatə etdi.

İnkişaf etmiş ölkələrin bank təcrübəsi təcrübəsi göstərir ki, bank böhranının aradan qaldırılmasına sərf edilən xərclər orta hesabla ÜDM-un 15-20%-ni təşkil edir. Bilirik ki, bir çox ölkələrdə bank böhranının qarşısının alınması üçün böyük məsrəflər tələb olunmuşdur. Bunlara nümunə kimi göstərə bilərik ki, İspaniya və Macarıstanda bu xərclər ÜDM –un 15%-ə qədərini, Meksikada isə 30%-dən yuxarı təşkil etmişdir. Bir sıra başqa ölkələrdə isə bu göstərici daha yüksək - 40-50%-ə çatmışdır.

Statistik məlumatlara görə hazırki maliyyə böhranı nəticəsində dünya üzrə bankların

məcmu itkiləri 700 mlrd dollardan çox təşkil edib. Bu itkilərin yarıya qədəri isə Amerika banklarının payına düşür. Banklar bu məbləğin təxminən 50%-ni artıq yeni kapitalın cəlb olunması hesabına kompensasiya edə biliblər.

1.2.Banklarda həyata keçirilən antiböhran və təcili xilasetmə tədbirləri.

Yaranan bank böhranları nəinki bank sektorunda eyni zamanda maliyyə bazarlarında ciddi qeyri sabitlik yaratdı. Bir çox ölkələrin mərkəzi bankları bank böhranının həll etmək və öz bank sistemlərinin struktur yenilənməsi üçün müxtəlif üsullarla məşğul olurdular. Lakin təcrübə göstərdi ki, nə bankların struktur yenilənməsinin ideal forması mövcuddur, nə də bank sektorunda vəziyyətin normallaşdırılmasının, maliyyə vəziyyətinin daima stabil saxlanmasının universal strategiyası mövcud deyil. Burada əsas məqsəd bankların maliyyə sabitliyinin daim stabilliyinə nail olmaq yox, stabilliyin nisbətən qorunması və bankda yarana biləcək mənfi halların qarşısını almağa yönəlik tədbirlərin işlənib hazırlanması olmalıdır.Vaxt keçdikcə banklar böhran hallarının mənfi nəticələrinin qarşısının alınmasına və minimuma endirilməsinə yönəlmiş tədbirlər kompleksləri, o cümlədən, kredit münasibətlərinin təkmilləşdirilməsi və bankların bütövlükdə etibarlılığını yüksəldən tədbirlər işləyib hazırladılar.

Sözsüzki, bu zaman əsas maliyyə yükü bir qayda olaraq birbaşa və ya dolayı yolla dövlət büdcəsinin üzərinə düşdü. Bank sisteminin struktur dəyişikliyi elədə bəsit bir məsələ olmadığı üçün bunun üçün əksər dünya ölkələrində bu prosesin həyata keçirilməsinin həvalə edildiyi xüsusi institutlar yaradıldı. Dövlətlər bank böhranlarının nəticələrinin aradan qaldırılması prosesində aktiv rol oynayırlar. Beləki onlar bank sisteminin problemlərinin həll edilməsi üçün maliyyə resursları ayırırlar və bununla da özlərinin təşkilatçı rolunu təsdiqləmiş olurlar. Bu məqsədlər üçün görülən tədbirlər hər şeydən əvvəl bank böhranlarının baş vermə səbəblərindən və onların yarandığı, inkişaf etdiyi ümumi iqtisadi vəziyyətdən çox asılıdır. Böhranın səbəbləri bəzi ölkələrdə üst-üstə düşsədə, bəzilərində öz xarakteristikası ilə ilə fərqlənirdi. Bütün bunlara baxmayaraq onun qarşısının alınması formaları demək olar ki, bütün ölkələrdə oxşar idi: kreditləşdirmənin sabitləşdirilməsi , yenidən kapitallaşdırma.

Bank sisteminin struktur dəyişikliklərinin üç əsas istiqamətini qeyd edə bilərik:

1. bank likvidliyinin qorunub saxlanılmasına yönəlik tədbirlər;

2. Bank sisteminin tənzimlənməsi və bank nəzarəti sisteminin möhkəmləndirilməsinə

yönələn islahat;

3.Banklarda struktur dəyişikliyiin edilməsi.

Bəs banklarda struktur yenilənməsi necə baş verir? Struktur yenilənməsi bəsit görünsə də çox şaxəli və mürəkkəb prosesdir. Bankların maliyyə bazarlarındakı vasitəçik funksiyasının yerinə yetirilməsinə mümkün qədər tez başlaya bilmələri üçün struktur yenilənməsinin sürətlə və diqqətlə aparılması vacibdir. Maksimal şəkildə çalışılmalıdır ki,vergi ödəyicilərinin üzərinə düşən az yük düşsün. Onu da qeyd etmək lazımdır ki, bəzən problemli banka kömək etdikdə səhmdarlar, işçi heyəti bankın üzləşdiyi problemə və vəziyyətə görə məsuliyyəti bölüşməlidirlər. Bank sisteminin antiböhran tədbirləri proqramında aşağıda qeyd olunanlar öz əksini tapmalıdır: ölkənin makro iqtisadi vəziyyətin təhlili və qiymətləndirilməsi, məqsəd və vəzifələr, prioritetlər, tədbirlər və maliyyələşmə.

Beləliklə bank sistemində antiböhran tədbirlərini aşağıdakı qruplara ayıra bilərik.

-Təcili xilasetmə tədbirləri.

1. bankın rekapitalizasiyası-yəni yenidən maliyyələşdirmə;

2. stabil kredit xətti açmaq;

3. fiziki şəxslərin banklarda açılan əmanətlərə tətbiq edilən kompensasiya həcmini bəzi hallarda 100 %-dək artırmaq-əmanətlərin sığortalanması.

4. bank balansını problemli aktivlərdən təmizləmək, əgər ehtiyac olarsa problemli aktivlərə dövlət zəmanəti vermək.

-Monetar siyasət tədbirləri.

1. Bəzi ölkələr inflyasiyadan ehtiyat edərək faiz dərəcələrini aşağı salır;

2. Milli pul vahidinin məzənnəsini aşağı salmaq;

3.Məcburi ehtiyyat normalarını mümkün qədər aşağı salmaq;

4.Mərkəzi Bank tərəfindən birbaşa maliyyələşdirmə əməliyyatı.

Prezident İlham Əliyevin antiböhran tədbirləri çərçivəsində Azərbaycan hökumətinin yanvar 2009 – cü ildə keçirilmiş iclasında 7 tezis səsləndirmiş.

1. İstehlak qiymətlərinin azaldılması zəruridir-ictimaiyyətin real əmək haqqısı nəzərə alınaraq istehlak qiymətləri daim stabil saxlanılmalıdır.

2. İnhisarçılıqla mübarizə-istehsalda və bazarda inhisarçılığı zəiflətmək üçün dövlət

yeni istehsal sahələrinə yardım etməlidir.

3. Milli banklara dəstəyi, kreditlərə və faiz dərəcələrinə nəzarəti əhatə edən maliyyə monitorinqi.

4. Real iqtisadiyyata sərmayə qoyuluşunun davam etdirilməsi-bu gün respublikamızda maliyyə vəziyyətində yaranan qeyri-sabitliyin əsas səbəblərindən biri də sərmayə qoyuluşlarının sadəcə neft sektoruna yönəlik olmasıdır.

5. Sosial öhdəliklərin dəstəklənməsi.

6. Sənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi-bu gün xarici bazarlardan asılılığı azaltmaq üçün əsas məqsəd daxili bazarın inkişaf etdirilməsi olmalıdır.

7. Ərzaq təhlükəsizliyinin təmin edilməsi-bunun üçün isə daima yeni istehsal sahələri yaradılmalı, inkişafina dəstək verilməlidir ki,respublikada istehsal istehlakı ödəyə bilsin.

Bank sistemində antiböhran tədbirləri çərçivəsində ilk olaraq aşağıda qeyd olunan tədbirlər həyata keçirilməlidir:

-Banklarda likvidliyin təmin olunması. Maliyyə sabitliyi pozulduqda ilk olaraq banklarda nüfuzun itirilməsi prosesi başlayır və bank sektoruna inam kəskin zəifləyir. Əhali maliyyə vəsaitlərini depozit şəklində bankda saxlamağı artıq potensial risk olaraq görür və banklardan ciddi depozit geriçəkimləri prosesi başlayır. Nəticədə banklar ciddi şəkildə likvidlik problemı ilə üzləşirlər. Ona görə də bu kimi problemlərlə üzləşməmək üçün banklarda depozitlərin və əmanətlərin sığortalanması tətbiq edilməlidir;

-Faiz dərəcələrininin aşağı salınması;

-Vergi yükünün azaldılması-buraya bank və sığorta şirkətlərinin rekapitalizasiyaya yönəldəcəyi vəsaitin vergidən azad edilməsi və ya onlara güzəştli vergi dərəcəsinin tətbiqi nəzərdə tutlur;

-Mərkəzi bank tərəfindən maliyyə yardımları;

-Milli pul vahidinin dəyərinin qorunması –manatın dəyərinin sabit saxlanması aiddir.

1.3.Banklarda risk kateqaoriyaları və onarın maliyyə sabitliyinə təsiri.

Risk nədir? Bilirik ki, bütün iqtisadi sistemlərdə özünə məxsusu risk kateqoriyaları vardır. Bank sferasında risk dedikdə – gözlənilməz hadisələrin bankın kapitalına mənfi təsir göstərə bilməsi və bankın biznes məqsədlərini həyata keçirmək imkanlarının məhdudlaşdırması ehtimalı başa düşülür. Bank fəaliyyətinə dair risklər 3 kateqoriyaya bölünür: maliyyə riskləri, funksional risklər, xarici risklər.

Banklarda maliyyə riskləri dedikdə-aktiv və passivlərin strukturunda, dəyərində, gəlirliyində, həcmində mövcud olan gözlənilməz dəyişikliklər nəzərdə tutulur. Funksional risk dedikdə isə -bu hər hansı bir məhsulun yaradılması və xidmətlərin göstərilməsi prosesinə aiddir.Funksional risklər bank fəaliyyətində davamlı nəzarət olmadıqda yaranır.

Kredit riski dedikdə-bu ilk növbədə borc alan şəxslərin öhdəliklərini yerinə yetirmədikləri təqdirdə ortaya çixan mümkün maliyyə itkisi deməkdir

Likvidlik riski. Bankın öz öhdəliklərini ödəyə bilməməsidir. Bankın likvid olması bankın əmanətçilərinin və digər borclular qarşısmda öhdəliklərini vaxtında yerinə yetirmək likvidlik bacarığıdır. Kifayət qədər ödəniş qabiliyyətinin olmaması riski isə bankın vaxtlı-vaxtında öz öhdəliklərini yerinə yetirə bilməməsi, əlverişsiz şəraitdə banın ayrı-ayrı aktivlərinin satışı deməkdir. İfrat likvidlik riski dedikdə isə bankın yüksək likvidli aktivlərinin bankda yığılıb qalması deməkdir.Bu adətən banklar aktivlərini səmərəli bölüşdürə bilmədikdə yaranır.

Banklarda qiymət riski- kredit və likvidlik riskləri ilə birlikdə əsas maliyyə risklərini təşkil edir. Qiymət riskləri aktivlərin və bank öhdəliklərinin gəlirliyininin, o cümlədən də bazar dəyərinin gözlənilmədən dəyişməsi ilə əlaqədardır.Bu risk qiymətlərin kəskin dəyişməsini özündə əks etdirir.Bu qrupa üç əsas risklər aid edilir:

1.faiz dərəcəsinin dəyişilmə riski,

2. bazar riski ,

3.valyuta riski.



Bazar riski aktivlərin bazarda qiymətinin dəyişməsi deməkdir.Bilirik ki, maliyyə böhranları baş verdikdə və ya inflyasıya zamanı ilk növbədə qiymət dəyişimi xüsusən də qiymət artımı müşahidə olunur. Bazar riski dedikdə bazarda baş verən çaxnaşmalar,
bazarın sabitliyinin və nəzarətin itirilməsi başa düşülür.

Faiz dərəcəsinirı dəyişmə riski kredit qoyuluşuna təsir göstərir. Beləki,kredit faizlərinin dəyişməsi banklarda maliyyə vəziyyətinə ciddi təsir edir.

Valyuta riski dedikdə isə- xarici valyutada aktiv və passivlərin konvertasiya riski başa düşülür.Yəni milli valyutanın digər valyutalara nisbətən dəyərinin düşməsi valyuta riskidir ki, bu da ciddi xoşagəlməz problemlərə gətirib çıxara bilər.

Bank riskləri içərisində ən əsas yeri valyuta riski və faiz dərəcələrinin dəyişməsi riski təşkil edir. Çünki bank fəaliyyətinin sabitliyi birbaşa bu risklərlə əlaqədardır. Ona görə də valyuta və faiz dərəcəsinin dəyişmə riskinin birinci dərəcəli əhəmiyyət daşıdığını nəzərə alaraq onların ayrı-ayrılıqda təhlil edək. Qiymət riskinə isə qalan aktivlərin, ilk növbədə də qiymətli kağızlarm qiymətlərinin dəyişməsi ilə əlaqədar riskləri aid edilir.

Bank gəlirinə faiz dərəcəsinin ümumi səviyyəsinin gözlənilməz dəyişikliklərinin mənfı təsiri faiz dərəcəsinin dəyişməsi riski deməkdir. Faiz dərəcəsinin dəyişməsi riski qeyri-sabitliyin nəticəsidir və bazar iqtisadiyyatında qeyri- müəyyənlik faktoru kimi həmişə fəaliyyət göstərir.

Valyuta risklərinin 3 əsas tərkib hissəsini var.

-mübadilə kursunun güclənilmədən dəyişməsi nəticəsində xarici valyutada vəsait qoyuluşunun qiymətdən düşməsi riski-mübadilə kursu riski;

-mübadilə əməliyyatlarının keçirilməsi zamanı mövcud məhdudiyyətlər ilə sıx əlaqədardır-konvertasiya riski;

-bankın valyuta aktivləri və bankın xarici valyuta üzrə öhdəliklərinin parametrləri üzrə uyğunsuzluqları zamanı meydana gəlir-valyuta möqeyi riski.



Bazar riski – bazarda faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapitalın qiymətlərindəki enib-qalxmalar nəticəsində bank aktivinin bazar dəyərini dəyişməsi, itkiyə səbəb ola bilməsi ehtimalıdır. Bazar riski mənbəyindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünə bilər:

Xarici valyuta riski - valyuta məzənnələrindəki dəyişikliklərə görə yaranan riskdir. Xarici valyuta alanda və ya satanda yarana bilən riskdir.

Kapital riski – kapital yatırımları zamanı və digər bazar qiymətli kağızlarının alış-satışı prosesində gəlirin itirilməsi deməkdir.
Əmtəə-mal riski –bazarda əmtəələrin qiymətlərində yaranan biləcək ani dəyişiklik riskidir.

İnflyasiya riski-son dövrlərdə nəinki təkcə banklarda eyni zamanda bütünlükdə maliyyə sektorunda əsas problemə çevrilmişdir.İnflaysiya riski iki cür olur.Birincisi pul kanallarında artıq vəsaitlər toplanır və artıq pul dövriyyəsi artıqlığı yaranır.Digər halda isə pul emissiyası qıtlığı yaranır.Bunu bir qədər ətrafli izah edək.Bazara təklif edilən məhsulların və xidmətlərin qiyməti rəqabət şəritində kəskin aşağı düşür.Çünki müasir şəraitdə gündən günə təklif olunan məhsullar və xidmətlər artmaqdadır.Yəni təklif artıqlığı yaranır və nəticədə tələbat azlıı olur.Qiymətlərin aşağı səviyyəsində əldə külli miqdarda sərbəst vəsait qalir.Bir tərəfdən də valyuta emissiya olunur və nəticədə pul kanalları dəyərsiz valyuta ilə dolub daşır.Digər halda isə təklif çoxluğunu görən bank və digər maliyyə inistutları təklif etdikləri məhsul və fəaliyət növlərini azaldır və süni yolla təklif artıqlığını tənzimləməyə çalışırlar.Və nəticədə bu dəfə də tələbat artıqlığı yaranır.Qiymətlər kəskin artır bu da nəğd vəsaitlərin likvidliyini itirməsinə gətirib çıxarır.

Bu da öz növbəsində ödəniş qabiliyyətinin olmaması riskinə gətirib çıxarır.Bu gün banklarda yaranan son vəziyyəti təhlil etsək görərik ki,bağlanılan və müflis elan edilən bütün banklarda əsas səbəb kimi elə ödəniş qabiliyyətinin itirilməsi əsas götürülmüşdür. Yəni bir bank öz gəliri hesabına xərclərini maliyyələşdirmək qabiliyyətinə malik deyilsə artıq onun bank kimi fəaliyyət göstərməsi səmərəsiz hesab edilir və müflis elan olunur.Qeyd edək ki, banklarda əsas məqsəd təkcə öz xərcini ödəyə bilmə deyil, axı bankların da öz mənfəətliliyi, dividend ödənişləri, kapital qoyuluşları olmalıdır.Bütün bunları isə bank fəaliyyət göstərdiyi müddət ərzində kapitallaşdıra bilməlidir.

Strateji risk sözsuz ki,strateji idarəetmənin səhvləri ilə sıx əlaqədardır. Bankın öz məqsəd və vəzifələrini düzgün strategiyasının qurulmaması,bankın aktiv və passivlərinin düzgün bölüşdürülməməsi nəticəsində yaranan riskdir.Düzgün strategiyanın işlənib hazırlanması hər bir bankın idarə edilməsinin yarısı deməkdir. Bank nəinki bu günkü sektoru, rəqabət mühütini və bazarı öyrənməli, tədqiq etməli həmdə gələcək dövr üçün özünün inkişaf və irəliləmə straregiyasını işləyib hazıramalı, gələcək dövr üçün proqnoz və planını tərtib etməlidir.


Bu gün elmin texnikanın sürətlə inkişafı dövründə müştərilərə gündən günə inkişaf edən yeni bank xidmətləri təqdim olunur.Dünya banklarında elektron və mobil bankçılıq yaranır, yeni kart sistemləri, akkreditiv qarantiyalar, françazinq və fyüçers əməliyyatlarının həcmi artır. Bu isə banklarda yeni texnologiyaların tətbiqinə, bankların yeni investisiya və innovasiya sektorlarına inteqrasiyasına zərurət yaradır. Banklar müştərilərinə yeni xidmət növlərini təqdim edə bilmək üçün yeni elektron bazalardan, yeni texnologiyalardan istifadə etməli olur.Bu zaman əsas risk yeni məhsulların seçimini düzgün etməkdən ibarətdir ki,bu da bank sektorunda texnoloji risk kimi xarakterizə olunur.

Nəticədə banklarda yeni texnologiyanın və məhsulun tətbiqi riski yaranır.Axı banklar müştəriyə xidmət təklif edən tək maliyyə qurumu deyil. Bu gün bank xidmətlərinin bəzi funksiyalarını təklif edən maliyyə agentləri, sığorta şirkətləri və bank olmayan kredit təşkilatları fəaliyyət göstərir.Banklar müştəriyə yeni xidmət təklif edərkən əslində bir qədər də risk etmiş olur.Axı bank həmin anda müştərilərin yeni xidmət növünə nə qədər maraq göstərəcəyini, yeni xidmət növünün bazarda hansı effekti yaradacağını bilmir.Və bütün bunları bilmədən hansısa yeni texnologiyanın alınmasına, yeni sistem bazalarının quraşdırılmasına xərc çəkir. Düzdür banklar yeni xidmət növünü bazara təqdim etmədən öncə marketinq və menecment sektorları bazarı tədqiq edir məhsula bazarda həqiqətən də ehtiyac və maraq varmı onu öyrənirlər.Lakin məhsulun bazarda özünü tam doğruldacağı hələ də tam dəqiqliyi ilə məlum olmur.



Xarici riskər-onlar banka qarşı xarici risk kimi çıxış edirlər. Risklərin bu qrupunun bank işinin nəticə etibarı ilə səmərəliyinə təsiri böyükdür.Bu risklərə aiddir:

1. bank fəaliyyətinə dövlət nəzartin uyğunsuzluq riski

2. nüfuzun itməsi riski

Bu gün bank sektorunda baş verən çaxnaşmalar, bir çox bankların maliyyə likvidliyini itirərək müflis elan olunması haqlı olaraq əhali arasında banklara olan inamın kəskin azalmasına gətirib çıxarmışdır. Buna bank nüfuzunun itirilməsi riski deyilir. Əhali arasında inamsızlıq,panika yaranır və bir çox hallarda banklarda yerləşdirilmiş əmanətlərin təcili şəkildə banklardan geri götürülməsi prosesi müşahidə olunur.Əhali arasında elə bi abu-hava yaranır ki, hər kəs əmanətini bankda


saxlamaqdansa “döşəkaltı” etməyə üstünlük verir.Bu da əslində çıxılmaz vəziyyətdə olan bank sektorunda daha ağır vəziyyətlərin yaranmasına yol açır.Bunun qarşısını almaq üçün Mərkəzi Bank ictimaiyyətdə bankların itirilmiş nüfüzunun geri qaytarılması üçün müəyyən siyasətlər işləyib hazırlayır.İlk növbətə belə vəziyyətlərdə əhali arasında maliyyə savadlılığını yaymaq lazımdır.Çünki ictimaiyyət bəzi hallarda iqtisadiyyatda nə baş verdiyini anlamaqda çətinlik çəkir, yaranmış vəziyyəti analiz və təhlil etmək qabiliyyətində olmur, ona görədə yaranmış şaiyələr əsasında heç də operativ olmayan qərarlar qəbul edirlər.


II FƏSİL

2.1. Banklarda maliyyə sabitliyinin təşkili əsasları.

Bazar iqtisadiyyatına keçid şəraitində yeni aktuallıq qazanmış maliyyə institutlarından biri də banklardır. Banklar tədavül sferasında fəaliyyət göstərir, mühüm vəzifələr yerinə yetirir və o xalq təsərrüfatının sahələrinin, bütövlükdə isə təkrar istehsal prosesin inkişafında əvəzedilməz rol oynayır. Bu mənada iqtisadiyyatı bankların rolundan təcrid olunmuş şəkildə təsəvvür etmək mümkün düyil. Çünki banklar öz məhsulunu maliyyə bazarlarına təqdim etməklə iqtisadiyyatın sahələrinə kömək edərək onları inkişaf etdirir. Ölkədə aparılan pul siyasəti, maliyyə tarazlığı, iqtisadiyyatda pul vahidinin sabitləşdirilməsi və eləcə də onun kütləsinin istehlak tələblərinə uyğunlaşdırılması bankların iqtisadiyyatdakı yerindən və rolundan geniş surətdə asılıdır.

Bu gün bazar iqtisadiyyatı elə bir mühüt formalaşdırmışdır ki, daim bank fəaliyyətində yenilik,dünya valyuta bazarlarında məzənnə fərqləri,”valyutalar arası soyuq müharibə” bank fəaliyyətində gözlənilməz nəticələrə və risklərə yol aça bilər. Bu səbəbdən də bankların maliyyə sabitliyi təkcə bankın öz fəaliyyət dairəsi üçün deyil eyni zamanda dövlət maliyyəsinin də strukturuna ciddi təsir edir. Bu gün bankların əsas məqsədi bank aktivlərinin likvidlik səviyyəsinin yüksəkdilməsi, aktiv əməliyyatların həcminin artırılması, cəlb edilən vəsaitlərin xüsusilə də depozit mənbələrinin artırılması və sağlamlaşdırılması,bank maliyyə dayanıqlılğının təmin edilməsi olmalıdır.Xüsusi Respublikamızın iqtisadiyyatı neft sənayesi üzərinə qurulduğundan dünya birjalarında neftin qiymətindəki hər hansı bir kiçik tərəddüdlər sözsüz ki, milli valyutamızın dəyərinə də ciddi təsir edir.Valytanın dəyərdən düşməsi, cəlb edilmiş depozitlərin eyni zamanda bankdan geri çəkilməsi bütün bunlar hamısı banklarda ciddi likvidlik probleminə gətirib çıxarır.

Bütün bu kimi problemlərin qarşısını almaq və bank fəaliyyətini təkmilləşdirmək üçün banklarda risklərin idarə edilməsi, bank fəaliyyətinin

təkmilləşdirməsi, proqnozlaşdırma kimi departamentlər fəaliyyət göstərir ki, onların da əsas məqsədi banklarda yarana biləcək likvidlik problemini, riskləri əvvəlcədən müəyyən etmək və bu risklərə qarşı tədbir görüb bank dayanıqlılığını artırmaqdan ibarətdir.Banklarda daim mənfəət və rentabellik göstəriciləri diqqət mərkəzində saxlanılmalı, aylıq, rüblük və illik mənfəət və zərər hesabatlarında bütün göstəricilər öz əksini tapmalıdır. Mənfəət və rentabelliyi artırmaq üçün banklar daim risklərini proqnozlaşdırmalı, qiymətləndirməli, bazar iqtisadiyyatında korkoranə hərəkət etməməli daim valyuta bazarını öyrənməli marketinq aparmalıdır.

Müasir bazar iqtisadiyyatı şəraitində bankların maliyyə sabitliyinin təkmilləşdirilməsi sahəsində aparılan təhlillərin nəticəsi olaraq, mövcud olan problemlərin aradan qaldırılması üçün aşağıdakıların həyata keçirilməsini təklif edirəm:

1. Kredit bazarında faizlərin yüksək olması keçid dövründə fəaliyyət göstərən müəssisələr üçün böyük problemlər yaratdığından onlar kreditə çox maraq göstərmirlər. Bilirik ki, bu gün bankların gəlirinin böyük hissəsini kredit sferası təşkil edir. Ona görə də kreditə maraq zəgləyəndə həm bankların gəlirlərində kreditin çəkisi çox olduğundan bankların gəlirləri artım səviyyəvi zəifləyir, həm də müəssislər təkrar istehsali maliyyələşdirilmək üçün kredit kimi mənbədən məhrum olurlar. Buna görə də kreditə görə faizlərin aşağı salınması məqsədə uyğundur..

2. Banklar daha çox uzun müddətli depozit cəlb etməyə çalışmalıdırlar.Bu müddət ərzində cəlb olunmuş depozit bankın sərəncamında olur və bank müvafiq istiqamət üzrə daha uzun müddət həmin vəsaitdən istifadə edə bilir. Banklarda maliyyə vəziyyətinin sabit saxlanılması üçün banklar daim risk göstəricilərini təhlil etməli və gəlir və xərclərini daha dəqiq proqnozlaşdırmalıdırlar.Banklar yüksək likvidli aktivlərə sahib olmalı, lazim gəldikdə aktivləri pula çevirmə qabiliyyətini itirməməlidirlər.

3. Kommersiya bankları təəssüf ki, kiçik biznesə maraq göstərmir, daha böyük korporativ müştəri ilə işləməyə üstünlük verirlər. Lakin bu gün Azərbaycanda

Ommersiya banklarının böyük hissəsi çox sərbəst vəsaitə malik deyillər.Ona görə ölkə iqtisadiyyatının inkişafı üçün kiçik sahibkarlığın inkişafının zəruri olduğunu nəzərə alaraq, komersiya bankları kiçik və orta biznesə maraq göstərməlidirlər.

4. Kommersiya banklarının həyata keçirdiyi əməliyyatların çeşidi artırılmalıdır və bununla da gəlir mənbələri artırılmalıdır. Məsələn, Azərbaycan respublikasında bank müştəriləri trast, françayzinq, faktorinq əməliyyatından demək olar ki məhrumdular və ya bu əməliyyatların həyata keçirilməsi proseduru mürəkkəb olması və yetəri qədər reklam olunmaması ilə əlaqədar müştərilər bu əməliyyatlara maraq göstərmirlər,bir çox müştərilər ümumiyyətlə belə bir əməliyyatın mümkünlüyündən belə xəbərsizdirlər.

5. Banklarda fəaliyyət göstərən kadrların təhsilinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Belə ki, kadrların dünya universitetlərində bakalavr və magistratura pilləsində bilik və bacarıqlarının artırılması üçün, eləcə də onların qabaqcıl ölkələrdə təcrübə keçmələri, ixtisas artırma kurslarına göndərilmələri üçün dövlət və ya özəl qurumlar tərəfindən vəsait ayrılmalıdır. Bu vəsaiti ayırmağa maliyyə imkanı olmayan banklarda isə daha yaxşı olar ki, mütəmadi olaraq xarici mütəxəssislərin rəhbərliyi altında treyninqlər, iclaslar, təlimlər təşkil olunsun.

6. Bazar iqtisadiyyatında banklar aktiv əməliyyatlarının elə optimal üsulları seçilməlidirlər ki, bu əməliyyatlar nəticəsində banklar səmərə əldə edə bilsin. Yəni hər bir bank səfərbər etdiyi pul resurslarından elə istifadə etməlidir ki , həm öz gəlirini artıra bilsin, öz öhdəliklərini ödəyə bilsin, həm də digər fəaliyyət sferalarının inkişafına maliyyə köməkliyi etməlidir.

Bir daha qeyd etmək istəyirəm ki,son illər ölkəmizdə bank sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlər nəticəsində bankların aktivləri və kapitalı yüksək templə artmış, resurs bazası isə xeyli genişlənmişdir.

Bazar şəraitində Respublikanın bank sisteminin inkişafında baş verən müsbət meyllər bankların kapitallaşma dərəcəsinin artmasına, apardıqları əməliyyat növlərinin və bank xidmətlərinin, bank məhsullarının həcminin genişlənməsinə səbəb olmuşdur. Nəticədə ölkə İqtisadiyyatında bankların yeri və rolu nəzərəçarpacaq şəkildə xeyli artmışdır.

Bank əməliyyatlarının işərisində əsas yeri kredit əməliyyatları tutur. Bankların kredit əməliyyatlarının inkişafında mühüm meyl istehlak kreditlərinin həcminin kəskin artımı olmuşdur. Belə ki, kommersiya banklarının maliyyə hesabatlarına əsasən deyə biləri k ki, 2004-cü ildə fiziki şəxslərə hesablanmış kreditlərin həcmi 81,7% artıb 274,4 mln. Manat təşkil etmişdir. 2005-ci ildə isə bu artım 44,7% olub 369,5 mln. manat təşkil edib. Qeyd edilənlərdən göründüyü kimi, son vaxtlar əhaliyə kreditlərin verilməsi bank xidmət növlərinin mühüm hissəsinə çevrilmişdir. Son zamanlarda bank sisteminin inkişafının digər mühüm istiqamətlərindən biri də ticarət və xidmət sektoru ilə əlaqələrin xeyli güclənməsidir. Beləki, son vaxtlar banklar tərəfindən real sektora yönəldilmiş kreditlərin həcmi də çox artmışdır.

Bilirik ki, bankların və bütövlükdə maliyyə sisteminin mövcudluğunun əsasını bankların likvidlik göstəricisi, onların hansı səviyyədə ödəmə qabiliyyətli olması sayılır. Likvidlik bankın pul fоrmasında öz öhdəliklərinin yerinə yetirilməsini təmin etmək qabliyyətidir. İqtisadi ədəbiyyatda likvidlik anlayışına fərqli baxışlar mövcuddur. Bankın maliyyə sabitliyinin pul axınlarının likvidliyi və оnların yerləşdirilməsi, gəlirliliyin idarəedilməsi və maksimum gəlir eldə edilməsi ilə qarşılıqlı bağlıdır. Dünya təcrübəsində bankın maliyyə sabitliyinin idarəedilməsi dörd nəzəriyyəyə əsaslanır: kоmmersiya bоrcu, yerləşdirmə, gözlənilən gəlir və passivlərin idarəedilməsi. Bazar şəraitində bankın maliyyə sabitliyinin idarəedilməsi aşağıdakıları tələb edir : maliyyələşdirmə mənbələrinin müəyyən edilməsi, öhdəliklərin sistemli qiymətləndirilməsi, pulun hərəkəti, risklərin diversifkasiyasını.

Bankın maliyyə vəziyyətini nоrmallaşdırmaq və stabil saxlamaq məqsədilə qəbul edilən qərarların əsaslandırılması üçün bu göstəricilərin təhlili vacibdir. Belə ki, verilmiş kreditlər və cəlb edilmiş vəsaitlərin nisbətinin təhlili bankın kredit siyasətinin xarakterini müəyyən edir. Müasir şəraitdə bankın maliyyə vəziyyətinin möhkəmləndirilməsi üzrə aktiv və passivlərinin idarəedilməsinin strategiyası likvidli aktivlərin və cəlbedilmiş passivlərin uyğunluğunu tələb edir. Aktiv və passivlərin səmərəli idarəedilməsi metоdu pul resurslarına, həmçinin məcmu tələb və təklifin təhlilinə əsaslanır. Bu isə öz növbəsində İqtisadi inkişafın vəziyyətindən, ölkədə iqtisadi və siyasi vəziyyətdən, bankların iri müştərilərinin inkişafından və maliyyə

durumundan ciddi şəkildə asılıdır. Banklar inkişaflarının strateji planını işləyib hazırlayarkən aşağıdakıları nəzərə almalıdırlar:


  • ölkənin sоsial-iqtisadi inkişaf vəziyyəti

  • əhalinin gəlirləri

  • maliyyə bazarındakı mümkün dəyişiklikləri.

Əminliklə deyə bilərik ki, bankın maliyyə sabitliyini оnun kapitallaşma səviyyəsi, mənfəətliliyi və likvidliyi müəyyən edir. Bankın xüsusi kapitalı оnun aktiv əməliyyatlarının artırılmasının əsasıdır. О, bankın maliyyə sabitliyinə və mənfəətliliyinə, iqtisadiyyat sahələrinin kreditləşdirilməsinin investisiya pоtensialına təminat verir.

Bəs kapitalın artım mənbəyi nədir? Kapitalın artım mənbələri ötən ildəki bölüşdürülməmiş mənfəət, bankın ehtiyatları, əlavə emissiya edilmiş qiymətli kağızların yerləşdirilməsi оla bilər. Bankın əldə etdiyi mənfəət nə qədər çоx оlarsa, оnun kapitallaşma səviyyəsi də bir о qədər yüksək оlur. Kapitalın artımının ikinci mənbəyi bank idarələrinin emissiya fəaliyyəti və açıq bazar əməliyyatlarıdır.

Respublikamızda İqtisadi islahatların uğurla həyata keçirilməsi üçün qeyd olunan problemlər həll olunmalıdır:

1.bank sisteminin sabitliyinin təmin edilməsi-banklarda likvidliyin səmərəli idarəeilməsi;

2. milli valyutanın möhkəmləndirilməsi-digər dönərli valyutalara nisbətdə valyutanın dəyərinin qorunub saxlanması;

3.daxili ehtiyatlardan maksimum istifadə edilməsi-xarici borclanmalara minimal meyl edilmə;

4. bank sektоrunun real iqtisadiyyatın kreditləşdirilməsinə istiqamətləndirilməsi-digər inkişaf etməmiş istehsal sahələrini inkişaf etdirmək və həmin sahələrə maraq yaratmaq üçün güzəştli və aşağı faiz dərəcəsi ilə kreditlərin təklif edilməsi.

Bankların möhkəmləndirilməsi vasitəsilə bank sisteminə inamın artırılması və tənzimləmək yоlu ilə оnların fəaliyyət səmərəliliyinin yüksəldilməsi vacibdir.

Eyni zamanda bank fəaliyyətinin tənzimlənməsi vasitələri dövlətin pul-kredit siyasətinin vasitələri kimi qəbul edilir. Respublikada bank sisteminin tənzimlənməsinin nоrmativ hüquqi bazasının fоrmalaşdırılmasının təəssüf ki, hələ müəyyən səviyyəsinə nail оlunmuşdur. Belə bir məsələyə diqqət yetirilməlidir ki, gələcəkdə bank sisteminin sabitliyini təmin etmək və investоrların inamını yüksəltmək məqsədilə bankların tənzimlənməsinə dair çevik strategiyanın və adekvat pul - kredit siyasətinin həyata keçirilməsi zəruridir.

Müasir Bazar iqtisadiyyatı dövründə bankın sabitliyinin möhkəmləndirilməsi və bank sisteminə inamı yüksəltmək üçün daxili resursların cəlb edilməsi əsas üstünlük təşkil etməlidir. Bu gün ölkədəki ümumi siyasi və iqtisadi vəziyyət bank əməliyyatlarının inkişafına və bank sisteminin uğurlu fəaliyyətinə şərait yaradır. Bankların fəaliyyətinin sabit iqtisadi əsasını təmin edir, yerli və xarici investоrların banklara inamını möhkəmləndirir. Bilirik ki, zəruri şərtlər оlmadan banklar depоzit bazası yaratmağa, əməliyyatların mənfəərliliyinə və rentabelliyinə nail оlmağa, öz aktivlərinin dəyərini və keyfiyyətini keyfiyyətini yüksəltməyə qadir deyil. Beləliklə, bankların maliyyə sabitliyinin idarəedilməsi təkcə gəlirliliyin deyil ,həmdə bütün mümkün risklərin idarəedilməsi ilə qarşılıqlı bağlıdır. Gələcəkdə ölkənin iqtisadi artmının maliyyələşdirilməsi və inkişafı daxili əmanətin və investisiyanın vəziyyətindən asılı оlacaqdır.

Sonda qeyd etmək istəyiəm ki, qiymətli kağızlara vəsaitlər qoymaq yolu ilə investisiya siyasətinin reallaşdırılması sektorunda kommersiya banklarının investisiya fəaliyyətinin artırılması üçün, yuxarıda göstərilənlərlə yanaşı, aşağıdakı hallar da nəzərə alınmalıdır. Burada əsas məqsədlərdən biri səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara qoyuluş, investisiya layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlərin cəlb olunması sayılır. Qiymətli kağızlar xüsusilə də səhm və istiqrazlar üzrə dövlət zəmanətləri sisteminin inkişafı оlduqca vacibdir.

Bank sektorunda maliyyə sabitliyi mənfəət və rentabelliklə müəyyən olunur.



Bank sektorunun gəlirliliyini izah etmək üçün 2014-cü ilin nəticələrinə nəzər salaq. 2014-cü ildə bank sektorunda xalis mənfəət 370.5 mln. manat təşkil etmişdir.

Bu da ötən il ilə müqayisədə 38% çoxdur. 2011-2014-cü illər ərzində mənfəətlə işləyən bankların sayı və onların bank sektorunda payı fasiləsiz olaraq artmışdır. Bu dövrdə mənfəətlə və rentabelliklə işləyən bankların sayı 30-dan 35-ə çatmış , onların bank sektorundakı payı isə 47%-dən 96%-dək artmışdır. 2011-2014-cü illər ərzində mənfəət əldə etməyən yəni zərərlə işləyən bankların zərəi isə azalmış və 4.80 mln. manat olmuşdur. Müqayisə üçün deyə bilərik ki, bu göstərici 2011-cı ildə 322.5 mln.manat olmuşdur. Bankların gəlirlilik göstəricilərində xeyli irəliləyiş olmuşdur.. Belə ki, 2014-cü ildə ROA 0.2 f.b.artmış və 1.7%-ə çatmışdır, ROE isə 0.1 f.b.azalmış və 11.6% olmuşdur.(Qrafik 1).


Qrafik 1. Bank sektorunun mənfəətliliyi

Onu da qeyd etmək lazımdır ki ,ümumilikdə götürdükdə mənfəət və rentabellik 2014-cü ildə müsbət olsa da mənfəətin artım tempi ötən il ərzində müşahidə olunacaq dərəcədə azalmışdır. Bir tərəfdən iqtisadi aktivliyin sıçrayışlı artım fazasından sabit artım fazasına keçməsi, həmdə Mərkəzi Bank tərəfindən aktivlərin qruplara ayrılması və ehtiyatlanma tələblərinin sərtləşdirilməsi, nəzarətin güclənməsi və mümkün zərərlərin ödənilməsi üzrə zəruri olan ehtiyatların artırılmasını dəstəkləmişdir .

Bəs gəlirlilik? 2013-cü ildə bank sektorunun fəaliyyətinin maliyyə nəticələri ümumilikdə qənaətbəxş olmuşdur. 2013-cü ildə bankların vergi ödənilənədək əldə etdikləri mənfəət 341,2 mln. manat olmub, vergiləri ödədikdən sonra isə mənfəətin ötən ildən 2 dəfə çox olaraq 267,6 mln. manat olmuşdur. Yəni bankların 91%-i qeyd olunan ili 272,3 mln. manat dəyərində mənfəətlə, 9%-i isə 4,8 mln. manat zərərlə fəaliyyət göstərmişlər.
Cədvəl.1.

Mənfəət strukturu, mln manat





2010-cu il

2011-cı il

2012-ci il

2013-cü il

Xalis faiz mənfəəti

504

5013

597

829


Xalis qeyri-faiz mənfəəti

-180

-217

-269

-317


Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar

-160
184


-184
447


-157
160


300
171



Vergi ödənilənədək mənfəət

140

-152

170

341


Cari ili zərərlə başa vuran banklar ümumi bank sisteminin aktivlərində cəmi 0,8% təşkil etmişlər. Faizlə gəlirlər keçən illə müqayisədə 30,1% artıb və 1646,9 mln. manata çatmışdır. Bankların ümumi gəlirləri isə 2089,5 mln. manat həcminə çatmışdır ki, bu da öz növbəsində 2012-ci ilin göstəricilərindən 464,4 mln. manat yəni 22,2% çoxdur. 2013-cü ildə bütün faiz gəlirlərinin ümumi gəlirlərdə xüsusi çəkisi artaraq 78,8% olmuşdur. Faiz xərclərini isə keçən illə müqayisə etsək görərik ki, 23,7% arttım olub və 817,6 mln. manat təşkil etmişdir. 2013-cü ildə bank aktivlərinin gəlirliliyi 1,5%, kapitalın gəlirliliyi 11,7% təşkil edib. 2013-cü ildə birinci yarımili bank sektoru 162,28 milyon manat gəlirlə başa vurub.Azərbaycanda fəaliyyət göstərən 43 bankdan 40-ı mənfəətlə, 3-ü isə zərərlə işləyib. Halbuki, ötən ildə zərələ işləyən bankların sayı 8 olmuşdur. Birinci yarım ildə bank sektorunun mənfəətlə işləyən banklara görə cəmi mənfəəti 168.03 milyon manat qeydə alınıb, zərərlə işləyən banklara görə zərəri isə 5,75 milyon manat təşkil edib.Son bir ildə Azərbaycanın bank sektorunda zərər 17 dəfə azalıb, mənfəət isə əksinə16 dəfə artıb.Qeyd edək ki, son 10 il ərzində Azərbaycanda bank sektorunda ən çox mənfəət 2009-cu ildə əldə edilib,və mənfəətin ümumi məbləği 252,98 milyon manat olmuşdur.Ən böyük zərər isə 2011-ci ildə olub və əzərərin həcmi 158.99 milyon manat təşkil etmişdi. 2012-ci ildə isə bankların əldə etdiyi mənfəət 130,01 milyon manat olub.

Hesabata əsasən, 36 bank üzrə mənfəət 393,63 milyon manat, 6 bank üzrə zərər isə 32,26 milyon manat təşkil edib. Bu da bank sisteminə imkan veribki 361,37 milyon manat xalis mənfəət əldə etsin.

Bazar iqtisadiyyatında kommersiya banklarının mənfəətinin artımı kredit aktivliyinin canlanması və aktivlərin keyfiyyətinin yaxşılaşması ilə sıx bağlıdır.

Başqa sözlə, ötən i ilə müqayisədə faiz gəlirlərinin artımı və eləcədə ehtiyatların formalaşmasına yönəldilən vəsaitlərin azalması mənfəəti artırıb. Son dövrlərdə banklarda problemli kreditlərin artması nəticəsində banklar özlərini sığortalamaq, problemli kreditlər nəticəsində banka dəymiş zərəri aradan qaldırmaq üçün kredit faizlərini artırdılar və daha çox istehlak kreditlərinə meyl etməyə başladılar. Eyni zamanda bu dövrdə qeyri-faiz gəlirləri kəskin azaldı.Mənfəətin artmasının əsas səbəbi isə banklarda istehlak kreditlərinin həcminin artmasıdır. Çünki ümüumi kredit balansında kreditlərin 37 faizi məhz istehlak kreditlərinin payına düşür.Getdikcə də onların payı durmadan artır. Ona görə də artıq kommersiya bankları uzunmüddətli kreditlərdən yayınıb istehlak kreditlərinə üstünlük verməyə başlayırlar. Lakin istehlak kreditlərinin əməliyyət xərcləri nisbətən çox olduğundan banklar faizləri də artırmaq məcburiyyətində qalırlar. Kreditlərin faizini artırmaqla isə onlar daha çox gəlir əldə edirlər. Bu gün bank sektorunda danılmaz bir faktdır ki, bank faiz dərəcələrini nə qədər artırsa da, əhalinin yenə də kreditə tələbatı olacaq. Banklar da bundan istifadə edərək faizləri artırır və ona görə də bank sektorunda mənfəətlər əvvəlki illərlə müqayisədə nisbətən artır.


Yüklə 419,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə