Biznesin məqsədləri Biznes məqsədlərinin təbiəti



Yüklə 39,09 Kb.
səhifə1/4
tarix30.12.2023
ölçüsü39,09 Kb.
#165048
  1   2   3   4
3. Biznesin məqsədləri


Biznesin məqsədləri

Biznes məqsədlərinin təbiəti
Müəssisələrin məqsədyönlü olduğunu bildirməklə gələcəyə yönəlməyin vacibliyini vurğulayarkən, bu hədəflərin aydın və konkret hala gətirilməli olduğu açıqdır. Hədəflərin təbiəti zaman və mədəniyyət baxımından fərqli ola bilər. Məs., Müəssisələrin ən vacib hədəfinin gəlirliliyi artırmaq olduğu barədə geniş yayılmış fikir, davamlılığı, bazar payının böyüməsini və nüfuz qazanmağı daha vacib görən bir anlayışla əvəzlənir və gəlirliliyin yalnız bunların bir törəməsi ola biləcəyi ifadə edilir.
Bu o deməkdir ki, məqsəd anlayışı fərqli şəkildə istifadə edilə bilər. Məqsəd anlayışı bəzən ümumi bir anlayış olaraq görülsə də, bəzən strateji niyyət olaraq irəli sürülən ümumi konsepsiyanın alt elementi olaraq göstərilir. Bu baxımdan qiymətləndirildikdə, iyerarxik bir nizam göstərən və müəssisənin strateji niyyətini ümumilikdə ortaya qoyan vizyon, missiya, məqsəd və hədəf şəklində hissələrdən ibarət olan bir bütövlə rastlaşırıq.
Vizyon, müəssisənin uzunmüddətli zaman istiqamətini ifadə edir və hansı bir müəssisə olmağı arzuladığını ortaya qoyur. Başqa sözlə, vizyonu müəssisənin gələcək vəziyyətini sözlə əks etdirən bir fotoşəkil və ya rəsm olaraq təsvir etmək mümkündür.
Missiya şirkətin gördüyü işləri və bu işi görərkən qəbul etdiyi dəyərləri, yanaşmaları və fəlsəfələri rəqiblərindən fərqləndirəcək şəkildə izah etməsidir. Missiya, bir şirkətin və ya təşkilatın varlığının səbəbini izah edən qısa bir məlumat toplusudur.
Məqsəd, daha aydın və konkret bir kontekstdə müəssisənin strateji niyyətini ifadə edən, lakin yenə də geniş və ümumiləşdirmələr ehtiva edən ifadələrdir.
Hədəf isə məqsədlərin daha dəqiq, ölçülə bilən və hərəkətə yönəldilməsi ilə ortaya çıxır və məqsədlərin kəmiyyət olaraq müəyyənləşdirilən bir formasıdır.
Bu iyerarxik sıralama xaricində məqsədləri rəsmi və qeyri-rəsmi məqsədlərə ayırmaq mümkündür. Yuxarıda göstərilən və müəssisənin strateji niyyətlərini ortaya qoyan anlayışlar, müəssisənin rəsmi, formal məqsədləridir. Lakin bu vəziyyət həmişə praktikada əks olunmaya bilər. Buna görə praktikada fərdləri yönəldən müəyyən məqsədlər var ki, bunlar qeyri-formal məqdəslər kimi ifadə edilə bilər.
Sosial bir quruluş olaraq, müəssisələrdə özlüyündə fərdi hədəfləri olan şəxslər və onların formalaşdırdığı qruplar var. Başqa sözlə, müəssisələrdə təşkilati məqsədlər olduğu halda, digər tərəfdən onu təşkil edən fərdlər və qruplar da məqsədlərə sahibdirlər. Bu səbəbdən müəssisələr fərqli və bəzən ziddiyyətli məqsədlərin tarazlaşdırıldığı bir sistemdir. Uğurlu müəssisələri uğursuz müəssisələrdən fərqləndirən vacib məqamlardan biri də təşkilati məqsədləri və fərdi məqsədləri bir qazanda əridərək bütövlüyün yaradılmasıdır.
Müəssisə məqsədləri, fəaliyyətlər nəticəsində əldə edilməli olan nəticələrdir və görülən işin və fəaliyyətin nəyə görə və ya nəyə nail olmaq üçün edildiyini göstərir. Müəssisələr məqsədlərini müəyyən etdikdə, kimə, hansı keyfiyyətdə hansı mal və xidmətlər istehsal edəcəkləri və nə qədər mənfəət gözlədikləri barədə standartlar qoyurlar. Şirkətin elan etdiyi məqsədlərin bütün işçilərin hərəkətləri üzərində müəyyənləşdirici təsiri olduğundan, məqsədlərin müəyyənləşdirilməsi və izah edilməsi son dərəcə vacib bir prosesdir. Müəssisənin və işçilərinin uğurunu müəyyən edən amil bu məqsədlərə çatma dərəcəsidir.
Qeyd etmək olar ki, müəssisələrdə müəyyənləşdirilmiş məqsədlər üçün bütövlük yaratmaq məqsədilə bir sıra xüsusiyyətlərə sahib olmaq lazımdır. Bu xüsusiyyətləri aşağıdakı şəkildə ifadə edə bilərik:

  • Məqsədlər nəticələrə təsir edəcək vacib məsələləri əhatə edərək yüksək standartlar müəyyənləşdirsə də, digər tərəfdən bu məqsədlərin əldə edilə bilən hədlər daxilində ifadə olunması son dərəcə vacib bir məsələdir. Başqa sözlə, məqsədlər nə çox asan, nə də çətin olmamalı, realist bir gözlə müəyyənləşdirilməli, ancaq müəssisədəki səviyyəni yüksəltməlidir.

  • Yaşadığımız mürəkkəb və sürətlə dəyişən dünyada bir insan və ya qurumların bütün göstərilən məqsədlərə çatması demək olar ki, mümkün deyil. Bu səbəbdən müəyyən edilmiş məqsədlər arasında hansının üstünlük təşkil etdiyini bilmək lazımdır.

  • Məqsədlər açıq şəkildə ifadə olunmalı, konkret və ölçülə bilən olmalıdır.

  • Müəssisə məqsədləri bir-biri ilə uyğun və eyni istiqamətdə olmalıdır.

  • Məqsədlər buna nail olacaq insanlar üçün məqbul olmalıdır.

  • Məqsədlər motivasiyaedici olmalıdır. Bütün işçiləri yeni nailiyyətlərə yönəltməli və təşviq etməlidir.

  • Məqsədlərə çatmaq üçün bir müddət qoyulmalıdır. Yalnız müəyyən bir müddət müəyyən etməklə məqsədlər qoyulduqda, bir standart təyin edə və bir fəaliyyət qiymətləndirmə meyarı ola bilər.




Yüklə 39,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə