Əlamətləri və Ekologiyası S. R. Həsənov



Yüklə 101,8 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü101,8 Kb.
#20740


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 94-100 (2015)

 

94 



Azərbaycan Ərazisində Yayılan Allium L. Cinsi Növlərinin Biomorfoloji 

Əlamətləri və Ekologiyası 

 

S.R.Həsənov 

 

AMEA Genetik Ehtiyatlar İnstitutu, Azadlıq pr., 155, Bakı AZ 1106, Azərbaycan;  

E-mail: Sabir_Hasanov@ rambler.ru  

                                                                        

Məqalədə Azərbaycan Respublikası  ərazisində yayılmış  Allium L. cinsi növlərinin biomorfoloji 

əlamətləri və ekologiyası öyrənilmişdir. Azərbaycan florası ücün yeni olan A. ampelleprasum L. və A. 

pskemense növlərinin də yayıldığı  aşkar edilmişdir. Landşaftlarda yayılma yerlərinə, ekoloji şəraitə, 

daxil olduqları bitki qruplarına  görə növlərin  seksiyalar üzrə ekoloji xüsusiyyətləri verilmişdir.  

 

Açar sözlər: Allium L., növ, cins, biomorfoloji əlamətlər, fəsilə 



 

 

GİRİŞ 

 

Soğankimilər - Amaryllidaceae  fəsiləsinə daxil 



olan bitkilərin dünyada 30 cinsə aid olan 870-dən 

çox növü yayılmışdır. Azərbaycanda Amaryllidaceae 

fəsiləsinin iki cinsinin (Allium L. və Nectaroscordum 

Lindl.) numayəndələri vardır (Флора  Азербай-

джана, 1952; Ибрагимов, 2005; Конспект  флоры 

Кавказа, 2006; Talıbov və İbrahimov, 2008).  



Allium L. cinsi növlərinə  dəniz səviyyəsindən 

50-3500 m yüksəkliklərdə, müxtəlif ekoloji şərait-

lərdə, düzənliklərdə, dağ yamaclarında, meşələrdə, 

meşə  kənarlarında və s. geniş rast gəlinir.  Allium 

cinsinin şimal yarımkürəsində yayılmış 300 növün-

dən, 52-sinə Azərbaycan florasında rast gəlinir ki, 

onlardan da 35-i Naxçıvan MR - də tapılmışdır 

(Гроссгейм, 1940; İbadlı, 2002; Конспект  флоры 

Кавказа, 2006). 

      Allium cinsi coxlu sayda növləri  əhatə edir və 

taksonomik cəhətdən çox mürəkkəbdir.  İki  əsrə 

bərabər uzun bir dövr ərzində tədqiqatçılar tərəfin-

dən cinsin müxtəlif sistemləri təklif edilmişdir. 

Lakin bu günə  qədər elə bir sistem olmamışdır ki, 

tədqiqatçıların çoxu tərəfindən qəbul edilmiş olsun 

(Серегин, 2007). Hazırda dünyada soğanların (Alli-



um L.) tədqiqi sahəsində işlər aparılır və naliyyətlər 

əldə olunmuşdur. Son zamanlar Şərqi Avropada 

yayılmış soğan növləri üçün sistematikaya yeni 

taksonlar əlavə edilmişdir (Серегин, 2007). 

Qafqaz florası soğan cinsi (Allium  L.) növləri-

nin morfoloji, ekoloji, bioloji, karioloji tədqiqinin 

nəticələri, burada yayılmış növlərin həcmini, növlə-

rin və növdaxili taksonların statusunu dəqiqləşdirmə-

yə imkan verir (Беридзе, 1974). Son dövrlərdə yeni 

növlərin hesabına Allium və Nektaroscordum cinslə-

rinin həcmi artmışdır. Əvvəllər Amaryllidaceae fəsi-

ləsinin Qafqaz sistemində olmayan, yeni seksiyalar 

və yarımseksiyalar ayrılmışdır. Allium cinsinin Qaf-

qaz növləri üçün 4 yarım cins, 15 seksiya, 11yarım 

seksiya qəbul edilmişdir (Пагосян, 1992) 

Qafqazda  Allium  və  Schoenoprasum Dum. 

seksiyalarında tipik hibrid parçalanmasının (morfo-

loji və kariotipik əlamətlərinə görə) olması onu gös-

tərir ki, onlar qədim seksiyalar arası hibridlərdir. 

Tədqiqatçıların fikrincə A.aucheri Boiss. növü  qə-

dim seksiyalar arası tipik hibriddir (Беридзе, 1974). 

Təbiətdə soğanların növlər arası hibridləşməsi 

bir çox müəlliflər tərəfindən qeydə alınmışdir. R.V. 

Kamelin seksiyalar arası növ komplekslərinin 

hibridlərinə bir neçə nümunə göstərmiş  və qeyd 

etmişdir ki, onlar yüksək həyatilik qabiliyyətinə və 

münasib ekoloji şəraitdə kifayət qədər geniş areala 

malikdirlər (Беридзе, 1974; Əliyev, 1997). 

 

 

MATERİAL VƏ METODLAR 



 

Tədqiqat işinin materiallarını Azərbaycanda 

yayılmış Allium L. cinsinə aid olan növlər təşkil 

etmişdir. Bununla əlaqədar olaraq Azərbaycanın 

müxtəlif bölgələrinə ezamiyyəyə gedilmiş  və 

ekspedisiyalar təşkil edilmişdir. Növlərin tədqiqi 

marşurut-kəşfiyyat üsulu ilə, ehtiyatının sıxlığı 

Krılov və Şreterin  metodikaları (Крылов, Шретер, 

1971) əsasında aparılmışdır. 

Allium cinsi növlərinin ekoloji şəraitinin araş-

dırılması üçün hər bir bölgənin tədqiq olunan sahə-

lərində 200 m uzunluqda və 5 m enlilikdə 20 mar-

şrut istiqaməti müəyyənləşdirilmişdir. Tədqiqat za-

manı fenoloji müşahidələrdən (Mетоды фенологи-

ческих наблюдений, 1966) və ümumi qəbul olun-

muş çöl geobotaniki üsullarından istifadə edilmişdir 

(Методика полевых геоботанических исследова-

ний, 1938). 

Toplanmış  məlumatların, materialların işlən-

məsi, təhlili, təyini və digər kameral işlər laborato-

riya şəraitində həyata keçirilmişdir. 



 

 

 


Azərbaycan Ərazisində Yayılan Allium L. 

95 


NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Soğankimilər-Amaryllidaceae fəsiləsinin Allium 



L. və  Nektaroscordium cinslərinin Azəbaycanda 

yayılmış nümayəndələrinə dağ yamaclarında, çınqıl-

lıqlarda, dağ  səkilərində,  əkin sahələrində, daimi 

rütubətli yerlərdə, müxtəlif biosenozlarda rast gəli-

nir. Burada soğanlar dəniz səviyyəsindən 50-3500 m 

yüksəkliyə qədər olan ərazilərdə, çox hissəsi açıq və 

yaxşı işıqlanan yerlərdə yayılmışdır. Az sayda növlər 

(A.victorialis L., A.paradoxum (M. Bieb.) G.Don) 

meşələrdə  ağacların kölgələrində bitir. A.victorialis 

L. növü Böyük Qafqaz dağlarının Azərbaycan 

hissəsinin  şərqində, subalp çəmənlərin və  çəmən-

çöllərin meşə qurşağında, daha çox Quba rayonu 

ərazisində yayılmışdır.  A. paradoxum (M.Bieb.) 

G.Don) Böyük Qafqazın Azərbaycan hissəsinin şər-

qində, Kiçik Qafqaz dağlarının  mərkəzi hissəsində, 

şimalında və cənubunda, Lənkəran rayonunun dağlıq 

hissəsində, aşağı qurşaqdan orta qurşağa qədər olan 

yerlərdə, meşələrdə, kolluqlarda və meşə  kənar-

larında yayılmışdır. Bəzi soğanlara, ancaq müəyyən 

yerlərdə, dağ qurşaqlarında, digərlərinə isə eyni 

zamanda müxtəlif ekoloji şəraitlərdə rast gəlinir. 

Azərbaycanda yayılmış soğan növlərinin çoxuna 

(Allium, Codanoprasum (Reichenb.) Endl., Scoro-

don C.Koch., Acanthoprason  Wendalbo seksiyaları 

növlərinə)  əsasən düzənliklərdə  və orta dağ qurşaq-

larına qədər olan ərazilərdə rast gəlinir. 

Allium Azərbaycanda yayılmış növlərinin sayı-

na görə ən böyük seksiyadır, 21 növü əhatə edir. Bu 

seksiyanın nəmişlik sevən, hava soğanları  əmələ 

gətirən  A.vineale L., A. atroviolaceum Boiss. və     



A. dictyoprasum C.A.M. ex Kunth növləri Azərbay-

canda daha çox yayılmışdır.  A.vineale L. növü 

Azərbaycanın Naxçıvan MR ərazisində subalp və 

alp çəmənlik qurşaqlarında, Şamaxı rayonunda dağ 

çəmənliklərində,  şaquli qurşaqlarda, nəmişlik yer-

lərdə yayılmışdır, iki variasiyasına rast gəlinir: var



capsuliferum Rğl. tünd qızıl gül rəngli çiçək tacında 

heç soğanaq olmur, yaxud da bir-iki soğanaq olur. 

var. subcapsuliferum Miscz. çiçək tacı, ancaq hava 

soğanaqlarından ibarətdir (şəkil 1, 2). 



A.atroviolaceum Boiss. növü Azərbaycanın 

hər yerində  düzənlik  ərazilərdən orta dağ qurşaq-

larına qədər olan hissələrdə, rütubətli yerlərdə  və 

əkin sahələrində alaq bitkisi kimi yayılmışdır. 



A.dictyoprasum C.A.M. ex Kunth növü Naxçıvan 

MR-in düzənlik və dağlıq  ərazilərdə, orta qurşağa 

qədər olan rütubətli yerlərdə, daşların  arasında  bi-

tir. Onlardan  bir  qədər  az  yayılanlar  A. rotundum  

L. və A. waldsteini G.Don,  fil Steam növləridir. Bu 

növlər Samur-Dəvəçi ovalığında, Böyük Qafqazın 

Azərbaycan hissəsinin  şərqində, Quba dağ massi-

vində, Qobustanda, Kür-Araz ovalığında, Kiçik 

Qafqazın mərkəzi və  şimal hissələrində, Naxçıvan 

MR-in dağlıq ərazilərində, orta qurşağa qədər olan 

yerlərdə, kolluqlarda, meşə  kənarlarında və otlu 

yamaclarda yayılmışdır. 

 

 

 



Şəkil 1. A.vineale L. var.capsuliferum Rğl 

 

 



 

Şəkil 2. A. vineale L. var. subcapsuliferum Miscz. 

 

A.sativum L., A.porrum L., A. cepa L. növləri-

nin sortları, sort-formaları və hibridləri Respublika-

nın hər yerində becərilir.  



A.affine Ledeb. növünə Samur-Dəvəçi ovalı-

ğında, Kiçik Qafqazın mərkəzi hissəsində, Lənkəra-

nın dağlıq və düzənlik  ərazilərində, Böyük Qaf-

qazın Azərbaycan hissəsinin Quba dağ massivində, 

otlu yamaclarda, kolluqlarda, bəzən  əkin sahələ-

rində alaq bitkisi kimi rast gəlinir.  



A.transcaucasicum A.Grossh. növü Azərbay-

canda Kiçik Qafqazın mərkəzi hissəsində, Naxçı-

van və Lənkəranın orta dağ qurşaqlarında, quru otlu 

və çınqıllı yamaclarında yayılmışdır.  



A.fuscoviolaceum Fomin. növü Böyük Qafqazın 

Azərbaycan hissəsinin Quba dağ massivində, Qobus-

tan ərazisində, Kur-Araz ovalığında, Kiçik Qafqazın 

mərkəzi hissəsində, cənubunda və şimalında, düzən-

lik  ərazilərdən orta dağ qurşağına qədər olan hissə-

lərdə, daşlı-çınqıllı yamaclarda yayılmışdır.  




S.R. Həsənov 

96 


A.gramineum C. Koch növünə    Azərbaycanın   

şərqində orta dağ qurşağında rast gəlinir.  



A.erubescenz C.Koch növü  Böyük Qafqazın 

Azərbaycan hissəsinin qərbində,  Quba dağ massi-

vində, Qobustanda, Kiçik Qafqazın mərkəzində  və 

şimalında, Lənkəranın düzənlik və dağlıq hissələ-

rində, kolluqlarda, meşə kənarlarında və çəmənlik-

lərdə yayılmışdır. 



A.pseudoampeloprasum növü Naxçıvan MR-in 

ərazisində dağlıq hissədə, orta dağ qurşağında, 

çınqıllı quraq yerlərdə yayılmışdır. A. jajlae Vved. 

növü Böyük Qafqazın Azərbaycan hissəsinin mər-

kəzində, şərqində, şimalında, Quba dağ massivində, 

Naxçıvan MR-in dağlıq  ərazilərində, orta dağ qur-

şaqlarında, quru otlu yamaclarda, kolluqlarda yayıl-

mışdır. A.talyschense Miscz. ex Grossh. növü Lən-

kəranın dağlıq hissəsində, orta və subalp qurşaqda, 

Lerik rayonunda Zuvand çökəkliyində quraqlıq və 

çınqıllı yerlərdə bitir.  

A.viride Grossh. növünə Böyük Qafqazın Azər-

baycan hissəsinin mərkəzində, nadir hallarda 

Naxçıvan MR-in dağlıq hissəsində, orta qurşağa 

qədər olan ərazilərdə, daşlı-çınqıllı yerlərdə rast 

gəlinir. A.cilicium Boiss. növü Naxçıvan MR-in dağ-

lıq  ərazilərində, orta dağ qurşaqlarında,  əhəng daşlı 

yamaclarda yayılmışdır.  A.leucanthum C.Koch nö-

vünə Kür-Araz düzənliyində Böyük Qafqazın Azər-

baycan hissəsinin qərbində səhralıqlarda, Şirvan dü-

zündə, Naxçıvan MR-in və  Lənkəranın dağlıq 

ərazilərində, quraqlıq yamaclarda, bəzən də  əkin 

sahələrində, alaq bitkisi kimi rast gəlinir.  A.pske-



mense növü Azərbaycanda ilk dəfə olaraq Naxçıvan 

MR Ordubad rayonunun ərazisində bizim tərəfimiz-

dən aşkar edilmişdir (şəkil 3, 4, 5).  

Bu növ orada orta dağ qurşağında, daşlı 

yerlərdə və  dağ yarıqlarında  torpaqlı yerlərdə bitir. 

Bitkilərin çiçək zoğları düz durandır, boru 

şəkillidir, hündürlukləri 80 sm-ə çatır, orta hissəsi  

köpmüşdür, içi boşdur, yuxarı getdikcə daralır. 

Zoğların əsası yarpaq qınları ilə əhatə olunmuşdur. 

Bitkilər 3-4 yarpaq əmələ gətirir. Yarpaqların uzun-

luğu 40 sm-ə çatır, eni 1-2 sm olub boruşəkillidir, 

orta hissələri boşdur, silindir formasındadır, yuxarı 

hissəsi sıxılmışdır, iti sonluqludur. Çiçəklərin dia-

metri 5 mm-ə çatır, ulduz formasındadır, ağ  rəng-

dədir, cətirdəki çiçəklərin sayı diqqəti cəlb edəcək 

qədər çoxdur, sıx  şəkildə yerləşmişdir. Çətir  şar 

formasındadır, diametri 5 sm-ə çatır. Çiçək ləçək-

ləri  yumurtavari yaxud da ellepisvaridir, sonluğu 

küt qurtarır. Çiçək saplaqları 1,5-2,3 sm uzunlu-

ğundadır. Soğanaqların diametri 2-3 sm-dir, uzun-

sov yumurta şəkillidir, qırmızımtıl qabıqla örtül-

müşdür, bir neçə soğanaq bir dibçikdə birləşmişdir. 

Bitkilər iyun ayında çiçəkləyir, quraqlığa davamlı 

və  işıq sevəndirlər. Çətir örtüyü təqribən çətirin 

ölçüsünə  bərabərdir. Çiçək saplaqları eyni ölçü-

dədir, çiçək yanlığından 3-4 dəfə uzundur. Ləçək-

lərin üzərində zəif görünən damarlar vardır. Erkək-

ciklər çiçək yanlıqlarından azacıq uzundur, aşağı-

dan bir-birləri və çiçək yanlıqları ilə bitişikdir, biz 

şəkillidir. Dişicik sütuncuğu tozluqlardan aşağıda 

yerləşmişdir, tozluqlar şar şəkillidir. 

 

 



Şəkil 3. A.pskemense növünün yarpaqları  

və çiçək tacının görünüşü. 

           

 

Şəkil 4. A.pskemense növünün çiçək  

zoğlarının görünüşü. 

 

 



Şəkil 5. A.pskemense  növünün 

soğanaqlarının görünüşü. 

 



Azərbaycan Ərazisində Yayılan Allium L. 

97 


 

 

 



Şəkil 6. A. ampelleprasum L. növünün yarpaqlarının 

ğörünüşü.  

 

 

 



Şəkil 7. A. ampelleprasum L. növünün çiçək  

tacı və zoğlarının görünüşü.  

           

A.ampelleprasum L. növü də Azərbaycanda ilk 

dəfə olaraq bizim tərifimizdən Yardımlı rayonun 

ərazisində qeydə alınmışdır (şəkil 6, 7). Soğanaqları 

yumurtavari-şarşəkillidir, diametri 4 sm-ə çatır. Xa-

rici qabığı kağızşəkillidir, azacıq liflidir. Dibciklərə 

bitişik örtük zəif  şırımlıdır, rəngi tutqundur. Diş-

ciklər çoxsaylıdır, sarımtıl rəngdədir. Çiçək zoğu-

nun hündürlüyü 50-80 sm-dir. Zoğun üçdə biri ha-

mar yarpaq qını ilə örtülüb. Bir bitkidə olan yarpaq-

ların sayı 6-9-dur. Yarpaqları yastıdır, eni 5-10 

mm-dir, hamardır, kənarları zəif dilimlidır, iti dim-

diklidir. Uzunluqları çiçək zoğlarından qısadır. Çə-

tir örtüyü cətirdən uzundur tez qopub düşür. Çiçək 

tacı  şarşəkillidir diametri 6 sm-ə çatır, yumşaqdır. 

Çiçək saplaqları çiçək yanlığından 4-8 dəfə   uzun-

dur. Ləçək yarpaqları enli yumurtavari formadadır. 

Çiçək yanlıqları  qızıl gül rəngindədir, uzunsovdur, 

sonluğu itilənmiş  şəkildədir, üzəri kələkötürdür, 

uzunluğu 5 mm-ə çatır, dimdiklidir. Erkəkcik sap-

laqları çiçək yanlıqlarından iki dəfə uzundur, 

əsasından bir-birinə və çiçək yanlıqlarına bitişikdir, 

kirpiklidir, üçkünclü biz şəkillidir. Dişicik sütun-

cuğu çiçəkyanlığından kənara çıxır. 

Codonoprasum (Reichenb.) Endl. seksiyası 

Azərbaycanda kifayət qədər geniş yayılmış  A.pani-



culatum L., A.stamineum Boiss., A.kossoricum Fo-

min,  A.murianthum Boiss., A.pseudoflavum Vved., 



A.flavum L., A.karsianum  Fomin., A.kunthianum 

Vved., A.lenkoranicum Miscz. ex Grossh. növləri ilə 

təmsil olunur. 

A.kunthianum  Vved. növü Böyük Qafqazın 

Azərbaycan hissəsinin  şərqində, qərbində, Quba 

rayonunun dağ massivində, Kiçik Qafqazın hər ye-

rində subalp və alp qurşaqlarda, dağ  çəmənlik-

lərində və qayalıqlarda  yayılmışdır.  

A.lenkoranicum  Miscz. ex Grossh. növü Lən-

kəran rayonunun dağlıq ərazilərində orta dağ qurşa-

ğından subalp qurşağa qədər olan daşlı yamaclarda 

bitir. 


A. karsianum Fomin. növü nisbətən mezofit-

dir, rütubətli dağ yamaclarında dəniz səviyyəsindən 

200-2300 m yüksəklikdə yayılmışdır. Bundan 

hündür yerlərdə rast gəlinmir. Bu  növ Azərbay-

canda Kiçik Qafqazın  şimal hissəsində orta dağ 

qurşağında daşlı yamaçlarda yayılıb, mərkəzi hissə-

də isə nadir hallarda rast gəlinir.  Bu növə yaxın 

olan  A. paniculatum növüdür. Çox nadir hallarda 

Kiçik Qafqazın mərkəzində və şimal hissəsində orta 

dağ qurşağında quraq daşlı yamaclarda rast gəlinir. 

Alçaqboylu daha çox kserofit olan A.kuntantum 

Vved. növü daha hündür yerlərdə  dəniz səviyyə-

sindən 3000-3200 m yüksəklikdə yayılması ilə 

xarakterizə olunur. 



A. stamineum Boiss. və ona yaxın olan  A.kos-

soricum Miscz. in A.Grossh. növü Naxçıvan MR- 

in düzənlik və dağlıq  ərazilərində, orta dağ qurşa-

ğına qədər olan yerlərdə, quraq, daşlı  və  çınqıllı 

yamaclarda yayılmışdır.  



A.murianthum Booiss növünə  Xəzər dənizi 

sahillərində Qobustanda, Kür-Araz ovalığında, 

Kiçik Qafqazın cənubunda Nax. MR-in düzənlik 

hissəsində, Lənkəranın orta dağ qurşağına qədər 

olan  ərazilərində, çay vadilərində  və yataqlarında 

rast gəlinir. 

Digər geniş yayılan  Codonoprasum (Rei-

chenb.) Endl. seksiyasından olan kserofit  A.pseu-



doflavum Vved. növüdür. A.pseudoflavum Vved. və 

ona yaxın növ olan A. fllavum Kür-Araz ovalığında, 

Kiçik Qafqazın mərkəzində, cənubunda, Naxçıvan 

MR-in dağlıq və düzənlik yerlərində, orta dağ qur-

şağına qədər olan quraq daşlı yamaclarda yayıl-

mışdır.  



Scorodan  C.Koch. seksiyasından olan növlər 

Azərbaycanın hər yerində yayılmışdır. A. rubellum 

M B. və  A.syntamantham C.Koch növləri efemer 

asiosasiyalarda yayılmağa uyğunlaşmışdır. A.rubel-



lum  M.B. növü Xəzər  ətrafı düzənliklərdə, Qobus-


S.R. Həsənov 

98 


tanda, Abşeronda, Kür-Araz ovalığında, Kiçik Qaf-

qazın mərkəzində və cənubunda, orta dağ durşağına 

qədər olan yerlərdə, quraq gilli və daşlı yamaclarda 

yayılmışdır. 



A.syntamantham C.Koch növü Azərbaycanda 

Naxçıvan MR-in düzənlik və dağlıq  ərazilərində, 

daşlı yamaclarda yayılmışdır. Payizda çiçəkləyən 

A.moschatum L. növü Azərbaycanda Böyük Qafqa-

zın Quba dağ massivində, Qobustan və Abşeronda, 

Kicik Qafqazın mərkəzi hissəsində qumluqlarda, 

quru gilli yamaclarda, təbaşir və  əhəngdaşlı yer-

lərdə bitir. 

Aralıq dənizi,  Brevispatha  Valsecchi emend. 

Carbari et al. seksiyasından olan nümayəndələrə 

aşağı qurşaqlarda,  əsasən müxtəlif bitki quruplaş-

malarında, çox vaxt əhəng daşlı yerlərdə rast gəli-

nir. Tipik növü Aralıq dənizi  ərazisində dağ 

çəmənliklərində yayılmış A.cupanii növüdür. Azər-

baycanda bu seksiyasından olan kserofit A.caldic-



tyon C.A.M.  ex Kunth, Enum. növü Naxçıvan MR-

in  ərazisində duzlaq adlanan yerdə dağətrafı zona-

da, aşağı qurşaqda, quraq, bitki örtüyü kasıb olan 

yerlərdə yayılmışdır. Bu növ əsasən gipsli  ərazi-

lərdə, xüsusi tip bitkiçiliklərdə, fitogenozlarda, al-

çaq boylu şoranlıq bitkiləri ilə birlikdə yayılmağa 

uyğunlaşmışdır. Payizda çiçəkləyən növlər sırasına 

daxildir. Noyabrın ortalarında çiçəkləyir.Yağış seli-

nin axını  və küləyin təsiri ilə torpaqdan çıxmış 

soğanaqların külək vasitəsi ilə yayılması növ üçün 

xarakterikdir. Soğanaqlarının torşəkilli süngərə ox-

şar xarici örtüyü müstəsna dərəcədə hiqroskopikdir. 

Onlar azacıq rütubəti belə özlərində saxlaya bilir  

və soğanaqların uzun zaman ərzində həyatilik qabi-

liyyətlərinin saxlanmasına kömək edir. Bu da onlar-

da müdafiə  əlamətinin adaptiv təkamülün nəticəsi 

olmasına sübutdur. Qeyd etmək lazımdır ki, soğa-

naqlarının xaricinin torlu-lifli süngər kimi örtüklə 

örtülməsi Allium L.cinsinin çox seksiyalarının növ-

ləri üçün xarakterikdir. 



Brevispatha  Valsecchi emend. Carbari et al.  

seksiyadan olan A.lacerym Freyn növü Naxçıvan 

MR-in dağlıq  ərazilərində, quraq daşlı yamaclarda 

yayılmışdır. 



Anguinum C.Don. seksiyasından Azərbaycan-

da yayılan yeganə nümunə mezofit A.victorialıs L. 

tipik növüdür. 

Schoenoprasum Dum. seksiyası üçün tipik 

olan  A.schoenoprasum L. növüdür. Azərbaycanda 

Kiçik Qafqazın mərkəzi hissəsində rütubətli subalp 

və alp dağ  çəmənliklərində  dəniz səviyyəsindən 

2500-3500 m yüksəkliklərdə, Naxçıvan MR-in  

yüksək dağ qurşağında, hündür çəmənlik və daşlıq 

ərazilərdə (dəniz səviyyəsindən 3070 m. yüksək-

likdə), yayılmışdır, ekoloji plastikliyi ilə  fərqlənir. 

Bu seksiyaya aid olan ikinci növ A. aucheri  Boiss.-

dir ki, Azərbaycanda Kiçik Qafqazın  əsasən mər-

kəzi hissəsində, yuxarı    dağ qurşağında subalp və 

alp çəmənliklərində, dağ çeşmələrinin  ətrafında 

bitir. 

Rhizirideum Don  seksiyası Azərbaycanda, an-

caq A.albidum Fisch. ex Bieb. növü ilə təmsil olu-

nur. Bu növ Böyük Qafqazın Quba dağ massivində, 

Kiçik Qafqazın orta və subalp dağ qurşagında, daşlı 

otlu yamaclarda və qayaların üzərində bitir. 

Oreiprason  F.Hermm seksiyası Azərbaycanda 

iki növlə təmsil olunurA. globosum L. və  A.saxa-



tile L.Bəzi müəlliflər bunların hər ikisini müstəqil 

növ kimi qəbul etsələr də  bəziləri  A.saxatile L. 

növünü  A. globasum L. növünün variasiyası kimi 

qəbul edir (Флора  Азербайджана, 1952).  Böyük 

Qafqazın Quba dağ massivinin şərqində, aşağı qağ 

qurşağından subalp qurşağa qədər olan ərazilərdə, 

otlu yamaclarda, subalp səhralarda və  Qobustanda 

yayılmışdır. 



Acanthoprason Wendalbo seksiyasının növləri 

qumlu-torpaqlı, və  aşınmış yerlərdə lokal şəkildə  

yayılmağa uyğunlaşmışdır.  A.akaka seksiyanın ti-

pik növüdür. Azərbaycanda Naxçıvan MR-in ərazi-

sində düzənlik, dağlıq yerlərdə, aşağı  və orta dağ 

qurşaqlarında, quraq, çınqıllı, qayalıqlı  və torpaq-

ların aşındığı yerlərdə bitir. Bu növə  dərin və quru 

dərələrdə də rast gəlinir. Arealı 1300-2000 m. dəniz 

səviyyəsi hündürlüyünə  qədərdir.  A.akaka növü 

seksiyada ikinci olan A.matirculae Bordz. növün-

dən çox yaxşı fərqlənir. Yaxın qohumu olan A.der-

derianum A.Grossh. hündür dağ silsilələrində, ya-

maclarda, Naxçıvan MR-də, Ordubad rayonun kiçik 

və böyük soyuq adlanan ərazilərində yayılmışdır. 

Bu növün yayılma arealı dəniz səviyyəsindən 2400-

3400 m. yüksəkliyə qədərdir. Qısa zoğa malikdir və 

ilbiz kimi burulmuş yarpaqları torpağa yaxın 

yerləşmişdir, belə əlamət  növü hündür dağların sərt 

iqlimindən qoruyur. Seksiyanın üçüncü A. mater-



culae Bordz. növünə Azərbaycanda nadir hallarda, 

Naxçıvan MR-in aşağı dağ qurşaqlarında qum-

luqlarda, quru gilli, çınqıllı yerlərdə, gipsli yamac-

larda, kolluq fitosenozlarında, duzlu bitkilərin içə-

risində rast gəlinir. Bu növ dəniz səviyyəsindən 

900-1600 m hündürlükdə yayılmışdır. 



Melanocrommyum seksiyasından olan Azər-

baycanda nisbətən geniş yayılan A.cardiostemon  F. 

et. M. növüdür. Çiçək tacının diqqət çəkən çaxırı 

qırmızı rəngi ilə fərqlənir, dağ yamaclarında yayıl-

mışdır. Naxçıvan MR-in böyük və kiçik soyuq 

adlanan hissəsində rast gəlinir. Buna yaxın olan 



A.mariea E.Bordz. növüdür. Bu növ Naxçıvan MR-

in kiçik dağ  səkilərində, quru çınqıllı yamaclarda, 

günəşin yaxşı işıqlandırdığı  yerlərdə bitir. Tədqiqat 

üçün nümunələr Ordubad rayonunun Çənnəb kəndi 

ərazisindən götürülmüşdür. Seksiyanın digər nadir 

A.woronovi Misc. in A.Grossh. və  A.leonidi 

Grossh.  növlərinə Naxçıvan MR ərazisində orta 

dağ qurşağından subalp qurşağa qədər olan yerlərdə 

gilli,  əhəng daşlı, qumlu-çınqıllı, daşlı yamacların-




Azərbaycan Ərazisində Yayılan Allium L. 

99 


da rast gəlinir. Nümunələr  Naxçıvan MR-də Bist

Buzqov kəndlərinin ərazisindən və Qaraquş adlanan 

dağ hissəsindən götürülmüşdür.  

Porphyroprason Ekberg. seksiyası Azərbay-

canda bir A.oreophilum C.A.Mey in Verz.  növü ilə 

təmsil olunur. Bu növ Böyük Qafqazın Quba dağ 

massivində, hündür dağ qurşaqlarında, qayalıqlarda 

və çınqıl səpələnmiş yerlərdə yayılmışdır. 

Reticulato-bulbosa R.Lam. seksiyası Azərbay-

canda iki A.szovitsii Rgl və A.scabriscapum Boiss. 

növləri ilə  təmsil olunur. A.szovitsii  Rgl növü Bö-

yük Qafqaz dağlarının Azərbaycan hissəsinin  şər-

qində, Quba dağ massivində, Naxçıvan MR-in alp 

və subalp qurşaqlarında hündür dağ  çəmənliklə-

rində yayılmışdır.A.scabriscapum Boiss. növünə isə 

çox nadir hallarda Naxçıvan MR-in aşağı  və orta 

dağ qurşaqlarında əhəng daşlı suxurlar olan yerlər-

də rast gəlinir. 

Azərbaycan florasında Briseis (Salisb.) Stearn 

seksiyası yeganə  A.porodoxum növü ilə  təmsil 

olunur. Bu növ çox rütubətli yerlərdə yayılmışdır.   

Çiçək tacları  əyilmiş formadadır, aprel-may ayla-

rında çiçəkləyir. A. porodoxum təbiətdə özünə məx-

sus yayılma formalarıı ilə xarakterizə olunur. Təkcə 

çiçəklərdən ibarət çiçək tacına malik olanlar. Çiçək 

və hava soğanaqlı, qarışıq olan forma. Təkcə hava 

soğanaqlarından ibarət olan forma. Qarışıq və hava 

soğanaqlarından ibarət olan formalar əkin sahə-

lərində bitən alaq bitkiləridir. Çox hallarda kifayət 

qədər populyasiyalar əmələ  gətirir. Azərbaycanda 

hər üç formaya rast gəlinir. 

Ophioscordon (Waller.) Vved. seksiyası bir 

A.ursinum L. növü ilə  təmsil olunur. A.ursinum L. 

növünə nadir hallarda Böyük Qafqazın Azərbaycan 

hissəsinin qərbində, orta dağ qurşağına qədər olan 

ərazilərdə, kölgəli meşələrdə rast gəlinir. 



Molium Endl seksiyası Azərbaycanda Nectaro-

scordum  cinsinin, ancaq bir (N.tripadale (Trautv.) 

A.Crossh.) növü ilə  təmsil olunur. Növ yüksək 

ekoloji plastikliyə malikdir, tamam fərqli ekoloji 

şəraitlərdə, çay kənarlarında, açıq sahələrdə  və 

ağacların  əhatəsində olan yerlərdə bitir. Bu növ 

dəniz səviyyəsindən 1200-2300 m yüksəkliklərdə 

də yayılması ilə xarakterizə olunur.  Azərbaycanda 

Naxçıvan MR-in dağlıq  ərazilərində orta dağlıq 

qurşaqda rast gəlinir. Bitkiləri qalın zoğludur. 

Zoğların içi boşdur, hündürlükləri 80 sm-ə çatır, 

uzunluqların üçdə biri ağ yarpaq qınları ilə örtül-

müşdür. Soğanaqları  şar formasındadır, diametri 

1,7 sm-ə çatır. Yarpaqları yastıdır, eni 15 mm-ə 

qədərdir. Çiçək tacı iridir, şar formasındadır, dia-

metri 5 sm-ə çatır. Tacın örtüyü tez qopub düşəndir. 

Çiçək saplaqları yoğundur və çiçək yanlığından 4 

dəfə uzundur. Çiçək yanlıqlarının uzunluğu 16 mm-

ə  qədərdir. Ləçək yarpaqları agımtıl rəngdədir. 

Arxa hissələri qırmızımtıl rəngdədir, tünd qırmızı 

damarları var. Xarici tərəfi uzunsovdur.Yuxarı 

hissəsi genişlənmiş  və iti sonluqludur, ləçəkdə 5 

damar aydın görünür. Daxili tərəfi genişdir, yumur-

tavaridir. Ortadan aşağı hissəsi birdən daralmışdır 

dırnaqcığa bənzəyir. Erkəkcikləri çiçək yanlıqların-

dan çox qısadır. Bu növ dekorativdir, nadir və 

itmək təhlükəsində olan bitkilər sırasına daxildir. 

Yayıldıqları ərazilərdə qorunması vacibdır. 

Araşdırmalar göstərir ki, Azərbaycanda yayıl-

mış soğan növlərinin filogenezi dağlıq, qayalıq, 

meşəlik, bataqlıq və digər ekoloji şəraitlərdə yayıl-

mış bitkilərlə mübarizədə, torpaq-iqlim mühitinə 

uyğunlaşmaqla keçmişdir. 

 

                       



ƏDƏBİYYAT 

 

Əliyev  Ş.A.  (1997) Tərəvəzçilik. Bakı: BDU, 190-

219 



Həsənov S.R. və b. (2007) Yabanı soğanaqlı bitki-

lərin bəzi genetik xüsusiyyətləri.  Azərbaycan 



Aqrar Elmi, №8-9: 44-45 

Həsənov S.R., Namazova Ç.T. (2014)  Azərbay-

canda yayılmış yabanı soğan (Allium L.) növlə-

rinin kariologiyası. BDU-nun Biologiya fakül-

təsinin 80 illik yubileyinə həsr olunmuş “Eksperi-



mental biologiyanın inkişaf perspektivləri” möv-

zusunda Respublika Elmi konfransının material-

ları. Bakı: 135-136 

İbadlı O.V. (2002) Qafqazın geofitləri. Bakı: 28-40 

Talıbov T.H., İbrahimov  Ə.Ş. (2008) Naxçıvan 

Muxtar Respublikası florasının taksonomik 

spektri (Ali sporlu, çılpaqtoxumlu və örtülüto-

xumlu bitkilər). Naxçıvan: Əcəmi, 364 s. 



Беридзе  Р.К. и др. (1974) К познанию природы 

автотетраплоидов  у  некоторых  передставите-

лей  дикой  и  културной  флоры.  Сообщ.  АН 

ГССР, 76(№2): 473-476 

Гасанов  С.Р.  и  др. (2012) Цитогенетическое 

изучение  некоторых  видов  лука,  распростра-

ненных  на  территории  Азербайджанской  рес-

публики.  Мат.  Х  международный  научно  ме-



тодической  конференции,  посвященной  помя-

ти  Академика  РАСХН  Немцова  Николая  Сер-

геевица. Уляновск, 2: 78-83 

Гроссгейм А.А. (1940) Флора Кавказа. Баку: Аз.  

ФАН, II: 111-141 



Ибрагимов  А.Ш. (2005) Растительность  Нах-

чыванской Автономной Республики и ее народ-

нохозяйственное значение. Баку: Элм, 230 с. 

Кырылова И.Л., Шретер А.И. (1971) Методиче-

ские  указания  по  изучению  запасов  дикорасту-

щих лекарственных растений. М.: ВИЛР: 21 с. 

Конспект  флоры  Кавказа (2006) Санкт-

Петербург: СПбГУ, Е.11: 140-159. 



Методика полевых геоботанический исследо-

ваний (1938) М-Л.: АН СССР, 214  с. 

Методы  фенологических  наблюдений  при 


S.R. Həsənov 

100 


ботанических  исследованиях (1966)  М-Л.: 

Наука, 152  с. 



Флора  Азербайджана (1952) Баку:  АН  Аз. 

ССР, II: 134-162  



Погосян  А.И. (1992) Луковые  (Alliaceae 

J.Agardh) Кавказа. Автореф. дис. … докт. биол. 

наук. Ереван: 56 с.      

Серегин  А.П. (2007) Род  Allium L. (Alliaceae)    

во флоре Восточной Европы. Автореф. дис. … 



канд. биол. наук. Москва: 26  с. 

Черапанов  С.К. (1995) Сосудистые  растения 

России  и  сопредельных  госдарств  (в  пределах 

бывшего  СССР).  Санкт-Петербург:  Мир  и 

семья-95, 998 с. 



 

 

 

 

Биоморфологические Особенности И Экология Видов Рода Allium L. 

Распространенных На Территории Азербайджанской Республики 

 

С.Р. Гасанов 

 

Институт генетических ресурсов НАНА 

 

Изучены  биоморфологические  признаки  и  экология  видов  рода  Allium L., распространенных  на 

территории Азербайджана. Выявлено распространение двух новых для флоры Азербайджана видов A. 

ampelleprasum L. и  A. pskemense.  Даны  экологические  особенности  видов  по  секциям  согласно  их 

распространению  по  ландшафту,  экологическим  условиям,  группам  растений,  к  которым  они 

относятся.  

 

Ключевые слова: Allium L., вид, род, биоморфологические признаки, семейство 

 

 

Biomorphological Traits And Ecology Of Allium L. Species Spread  

In The Territory Of the Azerbaijan Respublic 

 

S.R. Hasanov 

 

Institute of Genetic Resources, ANAS 

 

Biomorphological traits and ecology of Allium L. species spread in the territory of the Azerbaijan Republic 

have been studied. New species (A. ampelleprasum L. and A. pskemense) for the Azerbaijan flora were 

identified. Ecological properties of species on sections according to their distribution landscape, ecological 

conditions and belonging to a plant group were shown. 

 

 

 



Keywords: Allium L., species, genus, biomorphological traits, family 

 

 



 

 

 



 

 

Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə