Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə1/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
  1   2   3   4   5   6   7   8   9   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun





BƏHRAM HÜSEYNOV, ƏHMƏD SALMANOV,
BAKİR MƏHƏRRƏMOV 
AZƏRBAYCANIN QURU 
ƏRAZİSİNDƏ
NEFT-QAZ-
GEOLOJİ 
RAYONLAŞDIRMA 
Bakı-2019 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
2
Məsləhətçilər:
Bağır Əli oğlu Bağırov 
Az
ərbaycan Respublikasının əməkdar
elm xadimi, AMEA-
nın müxbir üzvü,
geologiya-
mineralogiya elmləri 
doktoru, professor 
 
Rəşid Lətif oğlu Zeynalov 
geologiya-
mineralogiya elmləri namizədi
Elmi redaktor:
 Vaqif
Qədir oğlu Qədirov 
Yer 
elmləri doktoru
B. Hüseynov, 
Ə. Salmanov, B. Məhərrəmov 
Azərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaş-
dırma (monoqrafiya),
Bakı,“Mars Print”nəşriyyatı 2019,309 s. 
Monoqrafiyada 
paleotektonik, struktur-tektonik 
t
ədqiqatlar əsasında Azərbaycanın quru ərazisinin müasir 
regional tektonik quruluşu dəqiqləşdirilmiş və neft-qaz-geoloji 
rayonlaşdırılma üçün təklif edilən böyükdən kiçiyə doğru 
ierarxiya 
prinsipin
ə əsaslanan yeni neft-qaz-geoloji 
rayonlaşdırılma aparılmışdır.
Monoqrafiya neft-
qaz yataqlarının axtarışı, kəşfiyyatı və 
işlənməsi sahələrində fəaliyyət göstərən elmi-tədqiqat 
institutlarında, ali təhsil müəssisələrində çalışan mütəxəssislər, 
tələbə və aspirantların istifadəsi üçün nəzərdə tutulub.
 
ISBN-978-9952-8272-8-6 
©B
.Hüseynov, Ə.Salmanov,
B.M
əhərrəmov, 2019 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 

Redaktordan 
B.B. Hüseynov, 
Ə.M. Salmanov və B.İ. Məhərrəmov 
t
ərəfindən hazırlanmış “Azərbaycanın quru ərazisində neft-
qaz-
geoloji rayonlaşdırma” monoqrafiyası Azərbaycanın 
neft-
geoloji rayonlaşdırmanın iyerarxiya prinsipləri 
əsasında tədqiqi, ərazinin müasir struktur-tektonik 
xüsusiyy
ətlərinin, burada yayılmış və quyularla açılmış 
Mezozoy, Paleogen-Miosen v
ə Pliosen çöküntü 
kompleksl
ərinin litofasial özəlliklərinin araşdırılması, əsas 
neftli-
qazlı və perspektivli obyektlərin ayrılması, onlarda 
karbohidrogenl
ərin toplanması və qorununb saxlanmasının 
öyr
ənilməsi baxımından olduqca əhəmiyyətli və dəyərlidir. 
Müxt
əlif morfoloji və genetik xüsusiyyətli mürəkkəb 
qırışıqlıq sistemini özündə əks etdirən Azərbaycanın quru 
əraziləri özünəməxsus tektonikası, çöküntülərin böyük 
qalınlığı və stratiqrafik diapazonu ilə səciyyələnir. Bu 
baxımdan monoqrafiyada neftli-qazlı və mümkün neftli-
qazlı rayonlar müxtəlif istiqamətli qırılmalar sistemi üzrə 
s
əciyyələnən kristallik bünövrənin üzərində inkişaf etmiş 
Mezo-Kaynozoy çöküntü kompleksl
ərinin litofasial 
xüsusiyy
ətləri, onların toplandığı paleotektonik şəraitlər 
n
əzərə alınmaqla ayrılmış, NQR-lərin sərhədləri isə 
d
ərinlik qırılmalarına uyğun müəyyənləşdirilmişdir. 

əlliflər bütövlükdə Qafqaz regionunu neftli-qazlı 
əyalətlərə, subəyalətlərə ayırmış, onların daxilində intişar 
tapmış neftli-qazlı vilayətləri və rayonları qeyd etmişlər. 
Ayrı-ayrı hövzələr üzrə orta-üst Yura, alt-üst Tabaşir, 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
4
Paleogen-Miosen v
ə Pliosen struktur mərtəbələrini dəqiq 
ayırmağa imkan verən paleostruktur-fasial analizlər 
aparmış, bu komplekslərin hansı neftli-qazlı rayonda və 
hansı tip tələlərdə perspektivli olmasını göstərmişlər. 
Monoqrafiyada ayrı-ayrı struktur mərtəbələr üzrə neft-
qazlılığın formalaşdığı zonaları əks etdirən xəritələr 
verilmiş, həmin çöküntülər üzrə perspektivli rayon və 
çöküntül
ərin seçilməsi üçün KH resurslarının vahid sahəyə 
düşən həcmləri hesablanmış, əlverişli antiklinal və 
litostratiqrafik tip t
ələlərdə axtarış-kəşfiyyat işlərinin 
aparılması tövsiyə edilmişdir.
Monoqrafiya çoxlu sayda geoloji, seysmogeoloji 
profill
ə, müxtəlif təyinatlı xəritə və cədvəllərlə 
z
ənginləşdirilmişdir. Buradan müxtəlif NQR-lərdəki 
çöküntü kompleksl
ərinin qalınlığı, litoloji tərkibi, kollektor 
xüsusiyy
ətləri, neft-qazlılığı haqqında önəmli məlumatlar 
əldə etmək mümkündür. Monoqrafiya neft-qaz yataqlarının 
axtarışı, kəşfiyyatı və işlənməsi sahəsində fəaliyyət 
göst
ərən geniş auditoriyalı geoloq və geofiziklər, tələbə və 
doktorantlar üçün 
əhəmiyyətli mənbə ola bilər.

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə