ƏHMƏd salmanov, ƏLİ SÜleymanov, bakir məHƏRRƏmov azərbaycanin neftli-qazli rayonlarinin paleogeologiyasi



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə1/169
tarix19.12.2023
ölçüsü5,8 Mb.
#150858
  1   2   3   4   5   6   7   8   9   ...   169
Azərbaycan neftli-qazlı rayonlarının paleogeologiyası




ƏHMƏD SALMANOV, ƏLİ SÜLEYMANOV
BAKİR MƏHƏRRƏMOV 
AZƏRBAYCANIN 
 NEFTLİ-QAZLI RAYONLARININ
PALEOGEOLOGİYASI
Bakı-2015 


Ə.Salmanov, Ə.Süleymanov, B.Məhərrəmov 

Məsləhətçilər: 
Bağır Əli oğlu Bağırov 
Azərbaycan Respublikasının əməkdar
elm xadimi, AMEA-nın müxbir üzvü,
geologiya-mineralogiya elmləri doktoru, professor 
Rəşid Lətif oğlu Zeynalov
 
geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru 
Elmi redaktor:
 Rahid Ramiz oğlu Rəhmanov 
Azərbaycan Respublikasının əməkdar
neft və qaz sənayesi işçisi, 
geologiya-mineralogiya elmləri doktoru
Texniki redaktor: 
Akif Əli Abbas oğlu Rzayev
geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru 
Korrektor:
Süheylə Məhərrəmova
Kompyuter dizayneri:
Rövşən Hüseynov, Mirzəli Qurbanov 
Salmanov Əhməd, Süleymanov Əli, Məhərrəmov Bakir 
Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası. 
Bakı, 
............
nəşriyyatı, 2014, 471 səh. 
Monoqrafiyada Azərbaycanın neftli-qazlı rayonlarının 
paleogeologiyası şərh olunur. Neftli-qazlı rayonların geoloji inkişaf 
tarixi izlənilməklə onların paleotektonik, paleostruktur və 
paleocoğrafi şəraitləri araşdırılıb. Ayr-ayrı rayonların çöküntü 
komplekslərinin litofasial xüsusiyyətləri tədqiq edilərək, bu 
çöküntülərlə əlaqədar tələlərin ehtimal olunan neft-qazlılıq 
perspektivliyi proqnozlaşdırılıb.
Monoqrafiya neft-qaz yataqlarının axtarışı, kəşfiyyatı və 
işlənməsi sahələrində fəaliyyət göstərən elmi-tədqiqat institutlarında, 
ali təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbə və aspirantların 
istifadəsi üçün nəzərdə tutulub.


Azərbaycanın neftli-qazlı rayonlarının paleogeologiyası
 

Salmanov Əhməd Mayis oğlu, 3 
iyun 1961-ci ildə Bakı şəhərində ziyalı 
ailəsində anadan olmuşdur. 1979-cu 
ildə Azərbaycan Neft və Kimya 
İnstitutuna (İndiki Azərbaycan Dövlət 
Neft Akademiyası) daxil olmuş, 1984-
cü ildə həmin institutun “Geoloji-
kəşfiyyat” 
fakültəsini 
fərqlənmə 
diplomu ilə bitirmişdir. Təyinatla 
Azərbaycan EA-nın “Dərin Neft 
Yataqlarının Problemləri İnstitutu”nda 
əmək fəaliyyətinə başlamışdır.
1991-ci 
ildə 
“Yataqların 
işlənməsinin son mərhələsində neft 
hasilatının dinamikasının geoloji-
riyazi modelləşdirilməsi və layların 
neftverməsinin 
artırılması 
üsulların 
tətbiqinin 
effektivliyinin 
qiymətləndirilməsi” mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edərək 
texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 
1992-ci ildə “Azərbaycan Dövlət Neft Akademiyası”na müsabiqə 
yolu ilə işə götürülmüş və 2007-ci ilin may ayınadək “Neft-qaz mədən 
geologiyası” kafedrasında dosent vəzifəsində çalışmışdır. 1998-ci ildə AAK 
tərəfindən dosent elmi adına layiq görülmüş, 2007-ci ilin may ayından 2009-
cu ilin iyul ayınadək “Azərbaycan Dövlət Neft Şirkəti”nin ETİ-də direktorun 
elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2009-cu ildə “Neft 
yataqlarının səmərəli mənimsənilməsi yollarının geoloji-riyazi modellə 
əsaslandırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və yer 
elmləri üzrə doktor dərəcəsinə layiq görülmüşdür. 
Elmi tədqiqat istiqamətləri neft yataqlarının səmərəli mənimsənilməsi, 
işlənmənin son mərhələsində neft hasilatının dinamikasının proqnozu, geoloji-
riyazi modelləşdirilmə, layların neftverməsinin artırılması üsulları ilə 
əlaqədardır. 85 elmi məqalə, o cümlədən 6 metodik göstərişin müəllifidir. 
2009-cu ilin iyul ayından ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” 
İnstitutunda geologiya və yataqların işlənməsi üzrə direktorun müavini 
vəzifəsində çalışır. 
2011-ci ilin sentyabr ayında “Tərəqqi medalına” layiq görülmüşdür. 
2012-ci ildə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin 
Prezidenti, 2013-cü ilin mart ayından isə Azərbaycan Respublikası Prezidenti 
yanında “Ali Attestasiya Komissiyası”nın eksperti seçilmişdir. 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə