2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
İnsanlığın xilası naminə irqi ayrı-seçkiliklə mübarizə: İrqi
Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə
Günü münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri,
MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait / Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika
Uşaq Kitabxanası; tərt.ed. A. Əliyeva; ixt.red. və burax.məsul
Ş. Qəmbərova; red. K. Ağazadə. – Bakı: F. Köçərli
ad.Respublika Uşaq Kitabxanası, 2018. - 47 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Mübağiləsiz olaraq demək olar ki, bu gün bəşəriyyəti ən çox
düşündürən məsələlərdən biri insanlar, cəmiyyət, irq, dinlər və
məzhəblərarası münasibətlərdir. Çünki bəşəriyyətin gələcəyi
müəyyən mənada tolerantlıq prinsiplərinin necə və hansı
səviyyədə bərqərar olmasından asılıdır. Dünyada yüzlərlə irq,
din, təriqət, məzhəb, minlərlə xalq və etnik qruplar olsa da, onlar
bir planetdə – yer kürəsində yaşamağa məhkumdurlar. Deməli,
dünyanın gələcəyi, müəyyən mənada, bu irqlər, dinlər və
insanlar arasındakı münasibətlərin nizamlılığı ilə bağlıdır.
Tarixdə irqçilik, irqi ayrı-seçkilik, dini və milli zəmində
zaman-zaman müharibələr, toqquşmalar baş vermişdir ki,
nəticədə milyonlarla insan bu qarşıdurmaların qurbanına
çevrilmişdir. Bugünkü qloballaşan dünya isə belə məsələlərdə
daha həssas olmağı tələb edir. Çünki müasir insan bütün dünyanı
məhv edə biləcək güclü silaha – nüvə silahına malikdir. Bu
səbəbdəndir ki, indi dünyamızın tolerantlığa, multikulturalizmə
daha böyük ehtiyacı vardır. Məlumdur ki, tolerantlıq ifadəsi latın
sözü olub, hərfi mənada “dözümlülük, təmkinlik, səbr
mənalarını, fəlsəfi termin kimi isə digər dünya baxışına, həyat
tərzinə,
adət-ənənəsinə
və
bütünlükdə mədəniyyətlərə
dözümlülük” kimi başa düşülür.
Hal-hazırda bəşər övladı irqçilik, irqi ayrı-seçkilik, dini və
milli zəmində münaqişələrə və ayrımçılığa son vermək üçün
müxtəlif işlər görür və nailiyyətlər əldə edir. F. Köçərli
kitabxanası olaraq biz də 21 mart İrqi Ayrı-Seçkiliyin Ləğv
Olunması Uğrunda Beynəlxalq Mübarizə Gününə həsr edilmiş
bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki hissədən
ibarətdir. I hissə bu günün yaranma tarixindən, II hissə isə bu
mövzu ilə bağlı keçiriləcək tədbirlərdən bəhs edir.
4
I hissə
Zaman
keçdikcə surətlənən və insanları, xalqları
bir-birinə yaxınlaşdıran qloballaşma millətlər arasında etiqad
fərqliliyindən qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir.
Hazırda bəşəriyyət dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini
zəmində qarşıdurmaya bilərəkdən rəvac verdiyi bir zamanla
üz-üzədir. Buna görə də dini dözümlülük şəraitinin yaranması
vacib və labüddür. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün
dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ
edilən tolerantlıq xalğımızın əsrlər boyu formalaşan və çoxları
üçün örnək olan xüsusiyyətlərindəndir.
Etnik hökmdarlıq nəticəsində irqi ayrı-seçkilik əhalinin
müəyyən qrupun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına
və
ya
onlardan
məhrum
edilməsinə
gətirib
çıxarır.
Gündəlik həyatda bu, həmin qrumun restoranlara, çimərliklərə
kinoteatrlara və ya şəhərin bəzi rayonlarına getməyinə qadağa
qoyulmasında, istehsal sahəsində bəzi peşələrlə məşğuliyyətin
məhdudlaşdırılmasında hamı kimi təhsil almaq, uğurlu karyera
yaratmaq imkanın olmamasında, psixoloji planda-lağlağı
ləqəblərdə, “Geridə qalmış” xalqlar haqqındakı lətifələrdə və s.
özünü göstərir.
Diskriminasiyanın insanlığa sığmayan forması – hər hansı
millətin və ya etnik qrupun nümayəndələrinin yararsız, dəyərsiz
və ya düşmən kimi elan olunaraq məhv edilməsidir ki, bu da
soyqırım (genosid) və holokost adlanır. XX əsr milli zəmində
ehtirasların coşması və bunun nəticəsində baş verən faciəvi
hadisələrlə doludur. Nasist Almaniyası insanların bir qrupunun
başqaları üzərində hakimiyyətə malik olması və xüsusi ali
irqin-bütün dünyanı idarə etməklə olan ayrıca seçilmiş millətin
mövcudluğu haqqında nasist ideya ilə silahlanaraq dünyaya ən
dəhşətli soyqırım nümunəsi göstərmişdir. Bu ideyanın həyata
keçməsi ona gətirib çıxarmışdır ki, faşistlər yəhudiləri, qaraçıları