Qulaqlarımızı xilas edin
93
1
Səs
-
küy
Giriş
Eşitmə, yəni səs qəbuletmə qabiliyyəti insan həyatı və onun ünsiyyəti üçün müstəsna əhəmiyyətə
malikdir.
“Səs-küy” termini adətən nəqliyyatın istifadəsi, sənaye qurğularının işləməsi, bəzi ev işləri zamanı
insan fəaliyyətində və ya müxtəlif təbiət hadisələri zamanı əmələ gələn arzuedilməz səsi
bildirmək üçün istifadə edilir.
Səs-küy ən çox yuxu, danışıq və istirahət zamanı narahatçılığa səbəb olur və insanı əsəbiləşdirir.
Onun yaratdığı ən geniş yayılmış təsir yuxunun pozulması və onun keyfiyyətinin aşağı düşməsidir.
Bundan yaxa qurtarmaq üçün təsadüfi səs-küylərin səviyyəsi 55 desibeldən yüksək olmamalıdır.
Qulaqlarımızı xilas edin
Müəlliflər: Maria Pirqova, Kliment Mindjov, Fikrəd Cəfərov, Şamil Hüseynov
Əsas fikir
Ênsanlar həmişə müxtəlif səslərin təsirinə məruz qalır və bunlardan bəziləri
insan sağlamlığı üçün təhlükəlidir
Müddət
2 dərs saatı
Êlin fəsli
Êstənilən
Yer
Məktəb (sinif otağı)
Tədris vasitələri
Yazı lövhəsi, videokasetlər
Tədris fənləri
Fizika, biologiya, ekologiya, sinif saatı
Məqsəd
• Səsin insana hər yerdə rast gəldiyini dərk etmək
• Müxtəlif səs növləri, onlarin səviyyəsi və mənbələri, eləcə də səs
çirklənmələrinin azaldılması yolları haqqında bilgiləri mənimsəmək
Metodlar
Mühazirə, videofilmlərin baxılması, diskussiya, çöl ekskursiyaları,
analitik fikir mübadiləsi
94
1
Qulaqlarımızı xilas edin
Səs
-
küy
Səs-küy söhbətə mane olur. Bu, adətən onun səviyyəsi 35 desibeldən yüksək olduqda baş verir. Səsin
qaldırılmadan söhbət edilməsi üçün səs-küyün səviyyəsi 70 desibeldən az olmalıdır. Danışıq və
musiqiyə qulaq asan zaman səs-küyün təsir dərəcəsi səsin gurluluğundan asılıdır. Səs-küy səviyyəsinin
yüksəlməsi danışanları bir-birilərini normal eşidə bilmələri üçün səslərini qaldırmağa məcbur edir.
Psixofizioloji effektlər səs-küyün daha yüksək səviyyələrində yaranır. Bunlar ən çox fizioloji
streslərlə əlaqədardır ki, bu da öz mənfi təsirini ürək-damar, sinir sistemində, eləcə də
davranışdakı kənarlaşmalarda göstərir.
Səs-küyün ayrı-ayrı canlı orqanizmlərə təsiri müxtəlif dərəcədə öyrənilibdir.
Məşğələlərin aparılması
I Hissə. Giriş
1
Şagirdlərə aşağıdakı sualları verin:
•
Biz öz ətrafımızda səsi eşitməyi bacarırıqmı?
•
Nə üçün biz səsi bir halda “insanın həzz aldığı
musiqi”, digər halda isə “qulaq pərdəsini deşəcək
qorxulu bir şey” kimi xarakterizə edirik?
•
Biz nəyi səs, nəyi isə gurultu kimi müəyyən edirik?
(Səs dalğalarla yayılan enerji formasıdır. Bu yayılmaya
hava və ya suyun molekullarının hərəkəti təsir edir,
kosmik fəzada isə səs daşıyıcıları praktiki olaraq
yoxdur və buna görə də ora sükut içərisindədir.
Gurultu isə səsin arzuedilməz, xoşagəlməz və ya
hətta ağrı hiss edilməsinə, bir-birimizi aydın eşitməməyimizə səbəb olan, diqqətimizi
yayındıran, eləcə də stress və ya xəstəlik törədən hissəsi kimi qəbul edilir).
•
Hansı səs və ya gurultu bizi qorxuda bilər?
2
Biologiya dərsliyindən istifadə etməklə şagirdləri insanın eşitmə aparatının quruluşu ilə tanış edin.
3
Şagirdlərə “Səs” videofilmini göstərin və onun mahiyyətini qısa şəkildə ifadə etməyi
onlardan xahiş edin. Maraqlı fikirlərdən bir neçəsini lövhədə yazın.
4
Şagirdləri “Giriş”də və CD Rom-da verilən məlumatlarla tanış edin. Şagirdlərə “Səs şkalası” işçi
vərəqini paylayın və onun əsasında müxtəlif mənbəli səsin səviyyəsini dəqiq qiymətləndirin.
Səsin intensivliyini və ya onun səviyyəsinin desibellə (dB) ölçüldüyünü izah edin. Bundan başqa,
səslər müxtəlif tezliyə malikdirlər: tezlik nə qədər yüksəkdirsə, səs və ya gurultu eşitmə üçün o
qədər xoşagələn deyil, baxmayaraq ki, onların intensivliyi bu zaman dəyişilməz qalır. 75 dB-dən
yüksək intensivliyə malik səs insanın eşitməsi üçün təhlükəlidir. 85 dB-dən yüksək intensivlikli
səsdə uzun müddət qalmaq insanın eşitmə həssaslığını aşağı salır. 120 dB-dən yüksək intensivli
səs qulaqda güclü ağrılar yaradır, 180 dB-dən yüksək isə praktiki olaraq dözülməz və həyat
üçün təhlükəlidir.
II Hissə. Məktəbdənkənar məşğələlər
1
Şəhərin səs-küylü yerinə gedin. Müxtəlif səslərin xarakterinə və həmin yerin spesifik səs
fonuna diqqət yetirin.
2
Sonra sakit bir təbiət guşəsinə (parka, meşəyə) gedin. Şagirdlərdən gözlərini yumub,
diqqətlərini eşitdiklərinə cəmləməsini xahiş edin. Səslərin harmoniyasına diqqət yetirin.
3
(Müəllim həmin yerlərin səslərini maqnitafona yazıb, sinifdə şagirdlərə dinlədə bilər).
Qulaqlarımızı xilas edin
95
1
Səs
-
küy
III Hissə. Daha nələr etmək lazımdır?
1
Məktəbə qayıdandan sonra aşağıdakı məsələlər üzrə analitik fikir mübadiləsi təşkil edin:
•
Səslərin əsas mənbələri hansılardır? (Avtomobil, qatar, təyyarə kimi nəqliyyatın hərəkəti;
sənaye müəssisələrindəki qurğu və mexanizmlərin işləməsi; tikinti işləri; bəzi istirahət növləri
— diskoteka, motosikletdə və ya motorlu qayıqda gəzinti və s.). Cavabları lövhədə yazın.
•
Sizin yaşayış məntəqənizdə ən səsli yer haradır və nə üçün belə hesab edirsiniz?
2
Səsdən (gurultudan) əziyyət çəkən insanların sayının çox olduğunu izah edin.
3
“Azərbaycanda səs-küy” nümunəsindən və CD-ROM-dan əlavə informasiya mənbəyi kimi
istifadə edin.
4
Səs-küyün bir ekoloji problem kimi düzgün qiymətləndirilməsinin vacibliyini şagirdlərin diqqətinə
çatdırın. Buna səbəb insanın eşitməsinin səsin müxtəlif səviyyələrinə tədricən uyğunlaşmasıdır.
Lakin belə uyğunlaşmanın nəticəsi çox vaxt eşitmənin tədricən pisləşməsinə səbəb olur. Buna
görə də uzun müddət yüksək səslə maqnitafona və başqa alətlərə qulaq asmaq olmaz.
5
Şagirdlərdən səs-küyün azaldılması ilə bağlı təkliflər etməsini xahiş edin. “Səs-küyün
azaldılmasının üç üsulu” nümunəsindən məlumat verməklə onlara kömək edin.
Cavabları lövhəyə yazın.
Sonrakı fəaliyyət
Müxtəlif növlü səs-küyə malik yerlər haqqında öz təəssüratlarını danışmağı şagirdlərdən xahiş edin.
Bunun üçün:
•
Aktyorluq qabiliyyəti olan şagirdlər pantomim hərəkətlərlə səsli şəkilləri, canlı şəkilləri
göstərə bilərlər;
•
Bədii qabiliyyətə malik olan şagirdlər öz təəssüratlarını bədii söz formasında deyə bilərlər;
•
Rəssamlar eşitdikləri səsləri və gurultuları şəkil, musiqiçilər isə melodiya formasında təqdim
edə bilərlər.
Sonra bütün bu yaradıcılıq məhsullarını xüsusi tematik gecədə nümayiş etdirmək olar və
həmin gecəyə valideynlərin, yerli hakimiyyət və bələdiyyə orqanlarının, K
ÊV və QHT
nümayəndələrinin dəvət edilməsi də məqsədəuyğun olardı. Elə buradaca həmin mövzunu
iştirakçılarla birgə müzakirə edib, müvafiq fəaliyyət planı da təklif etmək olar.
Azərbaycanda ən böyük səs-küy mənbələri Bakı şəhəri və Abşerondadır ki, onların da sayı
1250-dir. Gəncə şəhərində 200-ə, Əli Bayramlı və Mingəçevirdə isə 100-ə qədərdir.
Qalan şəhər və rayon mərkəzlərində bu göstərici 50-dən azdır.
Qeyd etmək lazımdır ki, son dövrlər səs-küy mənbələrinin sayının artması tendensiyası aydın
şəkildə müşahidə olunmaqdadır.
Şəhərlərdə yaşayış yerlərinin yaxınlığında səs-küyün səviyyəsinin yüksəlməsinə əsas səbəb yol
hərəkətinin intensivliyinin artmasıdır. Bu aspektdə ən pis vəziyyət Bakıda müşahidə olunur.
Burada yaşayış binalarının 70%-ə qədəri bu baxımdan tələb olunan normalara cavab vermir.
Digər şəhərlərdə avtomagistralların yaxınlığnda yerləşən yaşayış evlərində də vəziyyət arzu
edilən səviyyədə deyil. Ümumiyyətlə Azərbaycan Respublikasının əhalisinin 15%-i yüksək
səs-küy səviyyəsinə məruz qalır.
Nümunə: Azərbaycanda səs-küy
96
1
Qulaqlarımızı xilas edin
Səs
-
küy
Mühəndislik qərarı və landşaft
planlaşdırılmasının tətbiqi:
•
Binanı və onun yerləşməsini elmi və
müsbət təcrübəyə uyğun planlaşdırma;
•
ekranların quraşdırılması;
•
Səs-küyü zəiflədən konstruksiya və
materiallardan istifadə (səsuducu və
səsqaytarıcı xüsusiyyətə malik xüsüsi
materialdan və konstruksiyalardan —
pəncərə, qapı və s. istifadə);
•
Azsəsli avtomobil təkərlərinin və yol üçün
örtük materiallarının hazırlanması və tətbiq edilməsi;
•
Sənayedə və nəqliyyatda yeni, aşağı səsli qurğu və mexanizmlərdən istifadə;
•
Yol hərəkəti təşkilinin, eləcə də təyyarə və qatarların hərəkət cədvəllərinin daha
effektiv sisteminin istifadə edilməsi.
Qanunvericilik tədbirlərinin və
məhdudiyyətlərin daxil edilməsi:
•
Qanunvericiliklə səs səviyyəsinin yol
verilən həddini müəyyən etmək;
•
Avtomobil yolları, dəmir yolları, eləcə
də hava limanlarının yaxınlığında səs-küy
fonunun müəyyən edilməsi;
•
Êstirahət və əyləncə yerlərində əmələ
gələn səs-küyün səviyyəsinə nəzarətin
həyata keçirilməsi;
•
Nəqliyyatın hərəkət sürətinə və səs
siqnalları verilməsinə məhdudiyyət qoyulması.
Cəmiyyətdə təhsil, mədəni və məlumatlılıq
(maarifləndirmə) səviyyəsinin yüksəldilməsi:
•
Yaşayış məntəqələrində səs-küyün
səviyyəsinə görə effektli monitorinqin
həyata keçirilməsi;
•
Səs üzrə mütəxəssislərin sayının və
onların savadının yüksəldilməsi;
•
Səs-küydən yaranan problemləri öyrənmək,
həmçinin onun təsirini azaldan yeni
yanaşmaların axtarılması və tətbiq edilməsi;
•
Səs-küy problemi ilə əlaqədar
ictimaiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi;
•
Səs səviyyəsinin azaldılmasına yönəlmiş mədəni davranışın formalaşması.
Səs-küyün azaldılmasının üç üsulu
97
Səs
-
küy
Êşçi vərəqlər
Səs şkalası
0
10
20
30
40
50
60
70
80
90
100
110
120
130
140
150
Tam sakitlik
0-20 dB
Sakit yaşayış məntəqəsi (saat 14-00 ilə 16-00 arasında)
40 dB
Mənzildə sakit danışıq
50 dB
Sərbəst gedişdə olan maşın mühərriki
50-60 dB
Sürəti 50 km/saat olan minik maşını
60-80 dB
Sürəti 50 km/saat olan yük maşını
78-92 dB
Yarpaqların xışıltısı
30 dB
Sürəti 50 km/saat olan motosiklet
75-100 dB
Sürəti 50 km/saat olan qatar
100 dB
Diskoteka
85-103 dB
Sürəti 300 km/saat olan sürət qatarı
110 dB
Qalxan təyyarə
110 dB
Döyüş hərəkətləri
105-120 dB
Eşitmənin dönməz şəkildə pisləşməsi və ya karlıq
120-140 dB
Səsin səviyyəsi desibell (dB) ilə ifadə olunur
Azərbaycan haqqında məlumatlara əlavə mətnlərdə baxın.
Dostları ilə paylaş: |