M. MÜŞFİQ
əsərləri
1-ci cild
1
M.MÜŞFİQ
Əsərləri
2 cilddə
2
Tərtib edəni, redaktoru və müqəddimənin müəllifi
GÜLHÜSEYN HÜSEYNOĞLU
3
Müşfiq ənənəsi yaşayır
Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə
sevdirən onun ürəklən gəlmiş, səmimiyyətlə dolu poeziyasının
xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı böyük məhəbbətlə
tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə qüvvəsilə
oxucuların qəlbini ehtizaza gətirməsidir. Səmimiyyətlə dolu
pogziyası barədə şair özü müasirlərinə müraciətlə yazıb:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?
Qənçə açılarmı, bahar olmasa?
Şölə titrəyərmi, rüzgar olmasa?
Bu nəğmə ruhumdan qoparmı bilməm,
Mənə ilham verən dostlar olmasa?
Söz yox, ürəkdən yazdığındandır ki, ürəklərdə yaşayır
Müşfiq. Axı bu onun bir şair kimi ən böyük arzusu idi:
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman zulumdur.
Şerim! Bu gülünc oyun bəllidir yarın,
Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər!
Vətəndaş şairdi, cəsarətliydi, uzaqgörəndi Müşfiq. Milli
musiqi alətlərimizdən olan tarın Maarif Komissarı Mustafa
Quliyevin göstərişilə konservatoriyada tədris olunması qadağan
ediləndə, «İnqilab və mədəniyyət» jurnalı özünün 1929-cu il
ikinci nömrəsindəki «Tar konservatoriyadan çıxarıldı»
sərlövhəli xəbərində: «Azərbaycan Dövlət Konservatoriyasını
4
qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul
etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın
öyrənilməsi konservatiriyanın bütün dərəcələrində tədris
planlarından götürülür və konservatiriya yanında olan Şərq
orkestrosu ləğv olunur» yazanda Müşfiq sinəsini qabağa verdi:
məşhur «Tar» şerini xalqına bəxş elədi, tarın şöhrətini bir az da
qaldırdı:
Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim.
Oxu, tar, bir qadar…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütləmin acısı, şərbəti-
Alovlu sənəti.
«Tar» şeri vətəndaş şairin uzaqgörənliyini göstərməklə
bərabər, həm də sənətkar cəsarətini numayiş etdirən əsərdir:
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
…Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını,
Beləcə qırdılar aşağın sazını.
Müşfiq 20-ci illərin axırı, 30-cu illərin əvvəlində
klassiklərimizə etinasızlığı görəndə qələmə sarıldı, «Yeni il»
şerində dahi lirik haqqında ürək sözlərini bəyan elədi:
Yazalım, özümüzü öyməyəlim,
Füzuliyə dəyməyəlim.
5
Axı Müşfiq əsl varis kimi şifahi xalq ədəbiyyatımızı
dərindən sevmiş, klassik ədəbiyyatımıza böyük məhəbbət
bəsləmiş, bunların yaxşı ənənələrindən həmişə öyrənməyin,
yeni şəraitdə onları davam və inkişaf etdirməyin ən ardıcıl
tərəfdarlarından olmuşdur.
Müasirini özünü dərk edən, mühitinin hadisələrindən baş
çıxaran, «xalqilə titrəyən, xalqilə gülən…» görmək istəyən
Müşfiq «Alqış varlığını duyan insana!» misrasını heç də
təsadüfi yaratmamışdı. Özünü dərk edən insanın əzəli, əbədi,
nəcib sifətlərindən biri əməyə məhəbbətdir. Məhz əməyə
bağlılıq insanı torpağı layiqilə dərk etməyə, ona səcdə etməyə
gətirib çıxarır. Şairə görə əmək insana güc verir. İnsan gücü ilə
yaşayışını asanlaşdırır, gözəlləşdirir. «Özündən alışan, özündən
yanan, - hər sabah hamıdan erkən oyanan, iş başına qoşan»
insanları şair bəxtiyar hesab edir.
Milli musiqi alətlərimizin göz bəbəyi kimi qorunması və
əmək mövzuları ilə yanaşı, M. Müşfiq insanın böyüklüyü,
maarif, müəllim nüfuzu, səfil-sərgərdan həyat keçirən uşaqların
himayəyə alınması, məktəblərə cəlb olunması, qayğıkeşlik,
qaynar gənclik və onun düzgün tərbiyə olunması, vətən və onun
tanınmasında, yüksəlməsində iz qoyan şəxsiyyətlərin ucalığı,
vətəndaşlığı, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti,
təmiz, saf məhəbbəti, ülviliyi və s. məsələlər haqqında da
yazmış, tutarlı poetik sözünü demişdir.
Günlərim keçməyir ancaq əməklə,
Xəyalım göyləri seyr eyləməklə
Buludlar ömrümün karvanı olur,
Fikrim o karvanın sarvanı olur.
Sanıram ulduzlar həmvətənimdir,
Demək, yer də mənim, göy də mənimdir,
Hüzurumla cahan nə bəxtiyardır.
6
Axırıncı misraya diqqət yetirək: insan yox, cahan insanın
hüzurunda olmaqla özünü bəxtiyar saymalıdır. Bu, Müşfiq
poeziyasında insana verilən qiymətin ən böyük təzahürü deyil
də bəs nədir?
Füzuli yüksəldi
əsrinin fövqünə
Sığmadı dəhası
Bağdadın üfüqünə.
***
O güldü-ağladı, ağladı-güldü,
Gülüşü hıçqırdı, fəryadı güldü.
Onun pərvazına pərvaz çatarmı?
Güclü avazına avaz çatarmı?
***
Altındaydı sözün səmənd atları,
Çapanda titrərdi göyün qatları.
O ki, söz atından tərpəndi düşdü,
Sanki şerimizin bir bəndi düşdü.
Bu misralar torpağımızın, mədəniyyətimizin, dilimizin
inkişafında, tanınmasında müəyyən izləri, payları olan dahi
sənətkarlarımız Füzuli, Sabir, Cəfər Cabbarlı kimi şəxsiyyətləri
qabarıq şəkildə nəzərimizdə canlandırır, onları bir az da
sevdirir.
Yaxud onun Kefli İskəndərin dili ilə Cəlil Məmməd-
quluzadə yaradıcılığının şah damarını necə də oxucular
qarşısında nümayiş etdirdiyinə diqqət yetirək:
«Ölüb – a!» – deyərək qışqırır cahan,
Qalxmaz Fərhad kişi ağır yuxudan…
Ac başım, dinc başım, səbr, təvəkkül,
Çırpınmaq bilməyən xəstə bir könül…
7
Qaranlıq qəlbimiz günəşə həsrət,
Qurulmuş dirilik baxt üzərində,
Basmış ruhumuzu kəsalət bizim,
Vurur nəbzimizdə ətalət bizim.
Ədəbiyyatın, sənətin bitib tükənməyə, tükənməyəcək,
əzəli və bütün zamanlarda, dönə-dönəmüraciət etdikləri bəşəri
mövzuda, məhəbbət mövzusunda Müşfiq də yazıb-yaratmışdır.
Onun bu əsərlərində məhəbbətin səhri, ucalığı, sevdanın «sərin
atəş»liliyi, ümid qapılarına dikilən baxışlar, sevən gəncin
ürəyini dərindən tutub qoparan sevgilisinin gül əllərindən
ərkyana giley-güzarı, şikayəti, «hicran ümidinə» qalmaq,
hicrandan nicat gözləmək, qısqanclığın qəlbi yaxıb-yandırması,
qəlbdə fırtınalar qoparması, məhəbbətin neçə-neçə çaları, rəngi,
acısı, şirini öz ifadəsini tapmamışdırmı?! Emosional, musiqili,
şairanə ifadəsini! «Bir də baxsan mənə» şerində belə bir bənd
var:
Baxışın qəlbimi incitmişdir,
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.
Az qala sevən gəncə demək istəyirsən: çox özündən
demə, fikrin dönməyəcək, hələ sevdiyinin baxışı, duruşu sənin
qəlbini çox incidəcək, sən də dözəcək, dözəcəksən. Başqa
əlacın yoxdur. Axı sən sevirsən. Sevirsən!
Qısqanclıq haqqında çox yazılıb, yazılır və yazılacaq.
Müşfiqin lirik qəhrəmanı da sevdiyini qısqanır. Yaman
qısqanır. Kimə? Nəyə görə? «Yenə o bağ olaydı!» şerinə
müraciət etsəniz bunu görərsiniz:
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Dostları ilə paylaş: |