4
Ön söz
Ermənilərin Dağlıq Qarabağı ələ keçirmək cəhdləri gəlmə və torpaqsız xalqın ərazi iddialarının tərkib hissəsidir.
Müxtəlif ölkələr gəlmə xalqların bu cür iddiaları ilə dəfələrlə rastlaşmışlar. Bu tarix üçün yeni bir hadisə deyildir.
Ermənilər də Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən
gəlmiş və yaxud gətirilmişlər.
Qarabağda həmişə Azərbaycan tayfaları yaşamış və bu ərazi Azərbaycan dövlətlərinin
tərkibində olmuşdur. Qarabağ hər dövrdə bütöv ərazi vahidi olmuşdur. “Dağlıq Qarabağ” ifadəsi isə XX yüzillikdə Sovet
Rusiyasının rəhbərliyi tərəfindən uydurulmuşdur. Qarabağ əraziləri qədim dövrdə “Arsax” adı ilə (“Arsax” sözü qədim
türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir) Albaniya dövlətinin (e.ə.IV-
e.VIII əsrlər) tərkibində olmuşdur. Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi də daxil olmaqla daha
geniş torpaqlara malik idi. Albaniyanın qərb sərhədləri Göyçə gölündən keçməklə indiki Ermənistan deyilən ərazilərin
böyük hissəsini əhatə edirdi. O dövrdə bu ərazilərdə erməni elementləri yox idi. Arsax-Qarabağ əraziləri daha sonra Ərəb
Xilafətinin, bu dövlətin süquta uğramasından sonra isə Azərbaycan dövlətlərinin-Sacilər, Rəvvadilər, Eldəgizlər,
Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilərin və Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığı 1805-ci il may ayında
Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Bu işğal kiçik fasilə ilə (1918-1920-ci illər Azərbaycan Demokratik
Respublikası dövrü istisna olmaqla) 1991-ci ilə qədər davam etmişdir. 1918-cı ildə yaranmış Azərbaycan Demokratik
Respublikasının müstəqilliyi, Qarabağ da daxil olmaqla ərazi bütövlüyü və süverenliyi dünya birliyi, konkret olaraq, Paris
Sülh Konfransı tərəfindən tanınmışdır. O dövrdə Qarabağ bəzi mübahisəli ərazilərin içərisinə daxil olmamışdır. Həmin
vaxt Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan qərb sərhədləri 2300 il əvvəl Albaniya dövlətinin dönəmində
olduğu kimi yenə də Göyçə gölündən keçirdi. İndi ermənilər Azərbaycanın tarixi torpaqlarını zəbt edərək Göyçəni daxili
göllərinə çevirmiş, adını da dəyişərək “Sevan” qoymuşlar.
Ermənilərin Cənubi Qafqaza gətirilməsi tədricən baş vermiş və Kiçik Asiyadan keçmişdir. İlk erməni (onlar
özlərini hay adlandırırlar) dəstələri e.ə.VII-VI əsrlərdə Balkanlardan Kiçik Asiyaya, müasir Türkiyənin şərq
vilayətlərindən birinə az miqdarda gətirilmiş və onlardan bir sıra təsərrüfat işlərində, əsasən də tikintidə qul kimi istifadə
olunmuşdur. Tanınmış ermənişünas alim H.Adons yazırdı: “Kimmeri tayfaları b.e.ə. VIII əsrdə Balkanlara, Frakiya
vilayətinə gəldilər. Burada onlar ermənilərin əcdadları ilə rastlaşdılar və özləri ilə götürüb Kiçik Asiyaya apardılar”.
Tədricən çoxalan ermənilər həmin ərazilərdə bir neçə dəfə xırda dövlət qurumları yaratmağa cəhd etmiş, lakin davamlı bir
qurum yarada bilməmişlər. Ermənilər nisbətən yaxın və uzaq ərazilərdə Manna, Urartu, Midiya, Assuriya kimi dövlətləri
görür, onlara uyğun bir qurum yaratmağa çalışır, lakin heç nəyə nail ola bilmirdilər. Ermənilərin gəlib məskunlaşdığı
ərazilər müxtəlif vaxtlarda həmin dövlətlərin bu və ya digərinin tərkibinə daxil edilirdi. Azərbaycan Albaniyası və
Atropatena dövlətlərinin meydana gəlməsindən (e.ə. IV əsr) xeyli sonra, e.ə. II əsrdə ermənilər də Kiçik Asiyada, Van
gölünün sahillərində özlərinin kiçik bir dövlətlərini qura bildilər. Bu dövlət heç bir ciddi rola malik olmamış, yalnız e.ə. I
əsrin 80-ci illərində güclənmiş və bir sıra qonşu əraziləri, o cümlədən, Atropatenanı və Azərbaycan Albaniyasının bir
hissəsini zəbt etmişdir. Bu vəziyyət təxminən 10 il davam etmişdir. Bu erməni dövləti e.ə. 66-cı ildə Roma qoşunlarının
zərbələri altında darmadağın oldu. Ermənilər zəbt etdikləri əraziləri tərk edərək yenidən Van gölünün ətrafına qayıtdılar.
Sonradan ermənilər bu on illik işğal mərhələsini “Böyük Ermənistan” dövrü adlandırmağa başladılar. Bu məntiqlə
Azərbaycan varisi olduğu Manna, Midiya, Albaniya, Atropatena dövlətlərinin on il yox, yüzillərlə əldə saxladığı geniş
ərazilərə indi iddia irəli sürə bilər. Və yaxud həmin dövrdə dövlətləri olan hər hansı xalq da bu cür iddialarla çıxış edə
bilər. Xöşbəxtlikdən xəstə təxəyyüllü ermənilərdən başqa bu heç kəsin ağlına gəlmir. Bu hadisələrdən sonra ermənilərin
5
öz dövlətlərini yaratmaq cəhdlərinə son qoyulur. Ermənilərin yaşadıqları ərazilər bu və ya digər dövlətlərin nəzarəti
altında olur. Lakin bu müharibələrin digər nəticəsi olaraq erməni tayfaları qonşu ərazilərə yayılmağa və həmin yerlərdə
məskunlaşmağa başlayırlar. Konkret tarixi faktlar olmasa da, istisna deyil ki, həmin dövrlərdə az sayda erməni ünsürləri
Azərbaycanda da məskunlaşmışlar. Yerli türk əhalisi onlardan inşaat və digər işlərdə istifadə edirdilər.
Ərəb Xilafəti dövrünə, Islamın Azərbaycana gəlişinə qədər Arsax-Qarabağ ərazilərində yalnız yerli əhali–Alban-
Azərbaycan tayfaları yaşamışlar. VII əsrdə Arsax-Qarabağ əhalisinin böyük əksəriyyəti islamı qəbul etmişdir. O vaxta
qədər burada xristianlıq və atəşpərəstlik mövcud idi. Xristian əhalisinin cüzi bir hissəsi dağlara çəkilərək öz dinini
saxlamışdır. Onlar alban və digər tayfaların nümayəndələri idilər. Həmin dövrdə erməni dövləti mövcud deyildi, lakin
xristianlığın qriqorian məzhəbində olan erməni kilsəsi fəaliyyətini davam etdirirdi. Arsax-Qarabağın dağlara çəkilmiş
yerli alban-xristian əhalisi ilk vaxtlar yalnız öz kilsələrində ibadət edir, dini baxımdan alban kilsə ənənələrini davam
etdirirdilər. Lakin qonşu xristian gürcülərlə məzhəb fərqləri olduğuna və bütövlükdə xristian dünyası ilə əlaqələri
kəsildiyinə görə bu Azərbaycan-alban tayfaları tədricən erməni kilsəsinin təsiri altına düşür, əvvəl qriqorianlaşır, sonra isə
erməniləşirlər. Bütün bunlara baxmayaraq, Qarabağın dağlıq hissəsinə çəkilmiş Azərbaycan-alban tayfaları uzun müddət
özlərinin etnik mənsubiyyətini, dini müstəqilliyini qoruyub saxlamış və XIX əsrin ortalarına qədər rəsmi sənədlərdə
özlərini alban milləti və alban kilsəsinin nümayəndələri kimi təqdim etmişlər. Arsax-Qarabağ (XIII əsrdən Qarabağ adı
işlədilir) əhalisinin böyük əksəriyyəti yerli türklərdən ibarət olmuş və müxtəlif Azərbaycan dövlətlərinin tərkibində bu
əyalət yerli nəsillərə mənsub hakimlər tərəfindən idarə olunmuşdur. Dağlara çəkilmiş xristian əhali isə həmişə bu
hakimlərə tabe olmuş, lakin dini əlahəddəliklərini qoruyub saxlamaq üçün müəyyən özünüidarə qurumlarına malik
olmağa çalışmışlar. Azərbaycanın Sacilər və Atabəylər dövlətləri IX-XIII əsrin əvvəllərində faktiki olaraq ölkəni siyasi
cəhətdən birləşdirmişdilər. Lakin eyni zamanda xristian albanlara öz dini fərqlərini qoruyub saxlamaq üçün özünü idarə
qurumları yaratmağa da imkan verirdilər. Bu vaxt ərzində xristian albanların yaratdıqları qurumlar alban Mehranilər
nəslindən olan Həsən Cəlalın (müsəlman ölkəsində yaşadıqlarına və bir çox müsəlman adətlərini qəbul etdiklərinə görə,
onlar xristian olmalarına baxmayaraq müsəlman adları da götürürdülər) dövründə (1215-1261-ci illər) daha yüksək inkişaf
həddinə çatdı. Xaçın knyazlığı adlandırılan bu qurum mərkəzi Azərbaycan hakimiyyətinə tabe idi. Həsən Cəlalın nəsli
Azərbaycan hakimiyyətinə həmişə sədaqətlə xidmət etmişdir. Bu xidmətlərinə görə Azərbaycan Qaraqoyunlu hökmdarı
Cahan şah onlara “məlik” (türk dilində “mülk sahibi” deməkdir) titulu vermişdir. Azərbaycan Səfəvi dövlətinin dövründə
(1501-1736-cı illər) yerli özünüidarə qurumları ləğv edilmiş, bəylərbəylik inzibati-ərazi sistemi yaradılmışdır. Belə ərazi
vahidlərindən biri Qarabağ bəylərbəyliyi adlanırdı. Qarabağ bəylərbəyliyi 7 sancaq və 36 nahiyədən ibarət idi, yəni hər
hansı özünü idarəetmə qurumu nəzərdə tutulmurdu. Bu vəziyyət XVIII əsrin birinci yarısına qədər davam etmişdir. Bu
dövrdən başlayaraq Rusiya hökuməti Azərbaycanda yaşayan xristian əhalidən öz məqsədləri üçün istifadə etməyə
başlayır. Bu siyasətin əsasını işğalçı niyyətlərini gizlətməyən I Pyotr qoyur və ondan sonra həmin siyasət davam etdirilir.
Rusiya hökmdarları Qarabağın dağlıq hissəsindəki qriqorianlaşmış albanları erməni kimi təqdim etməyə çalışır və onları
bu adı öz üzərlərinə götürməyə şirnikləndirirdi. Lakin bu qədim Azərbaycan əhalisi öz adını dəyişməyə həvəs göstərmirdi.
Səfəvi dövlətinin süqutundan (1736-cı il) və Nadir şahın qısa müddətli hakimiyyətindən sonra Azərbaycanda gərgin
və mürəkkəb siyasi vəziyyət yarandı. Nadir şah özü siyasi məqsədlər üçün alban məliklərindən istifadə etməyə başladı.
Qarabağın dağlıq hissəsindəki özünüidarə qurumlarının fəaliyyəti yenidən canlandırıldı. Vaxtilə Həsən Cəlalın nəslinin
davam etdirdiyi Xaçın knyazlığının yerində 5 yeni özünüidarə qurumu-məlikliklər yaradıldı. Nadir şah Qarabağın
tanınmış türk nəsillərinin nüfuzunu zəiflətmək və onu şah kimi tanımaq istəməyənlərin müqavimətini sındırmaq üçün bu
məliklərdən istifadə etmək istəyirdi. Bu beş yeni özünüidarə qurumlarından Dizaq məlikliyi indiki Ermənistan ərazisindən