______________Milli Kitabxana_______________
3
Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. III cild"
(Bakı, Elm, 1986 ) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Aslan Salmansoy
Redaktoru:
Aybəniz Vurğunqızı
894.361 - dc 21 AZE
Səməd Vurğun. Secilmiş əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005,
424 səh.
Xalq şairi Səməd Vurğun yalnız dili, ifadə tərzi, üslubu etibarilə deyil, düşüncəsi,
təfəkkürü etibarilə də məhz Azərbaycan şairidir. Vurğun yaradıcılığının tarixi
əhəmiyyəti özünü bir də onda göstərir ki, XX əsrin ortalarından başlayaraq
Azərbaycan poeziyasında böyük bir məktəb - Səməd Vurğun məktəbi formalaşıb
inkişaf edir.
Seçilmiş əsərlərinin III cildinə ölməz şairin poemaları, o cümlədən Vurğun
istedadının, poetik təfəkkürünün əsl miqyasını və möhtəşəmliyini göstərən
"Komsomol" poeması, "Bəsti", "Bakının dastanı", "Muğan", "Aygün" kimi şah
əsərləri daxil edilmişdir.
Təbiətin bütün ömür boyu şeir demək istedadı qismət elədiyi Səməd Vurğunun
poetik nəfəsi o dərəcədə nəhayətsizdir ki, hər poema qurtaranda onun bitdiyinə
inanmaq olmur. Çünki bu əsərlərdən hər birinin qurtardığı yerdə poetik nəfəs daha
çox açılır. Təb və genişlik hüdud bilmir, sərhəd tanımır.
Sözün həqiqətini almaq üçün min cürdən birini yazdığındandır ki, yazanda
yaşayan Vurğunun bitib-tükənməz ilhamdan yaranan sözləri bu qədər işıqlıdır.
ISBN 9952-418-46-6
© "ŞƏRQ-QƏRB", 2005
______________Milli Kitabxana_______________
7
KOMSOMOL POEMASI
QIŞ GECƏSİ
Ayazlı, şaxtalı bir qış axşamı
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik;
Ayazlı, şaxtalı o qış axşamı,
O, ay dediyimiz göylərin şamı
O qarlı düzlərə baxıb yanırdı,
Yolçular getdikcə yol uzanırdi...
* **
Bəxtiyar qabaqda quş kimi səkir,
Murad bir tərəfdə papiros çəkir,
Cəlal da zil səslə deyir bayatı,
Tutub qışqırığı bütün elatı.
Gecənin qoynunda bir zümzümə var,
Ən arxadan gələn xəstə Şahsuvar
Tövşüyə-tövşüyə durub bağırır,
- Bir
dayanın! - deyib bizi çağırır.
Qüvvəsi qalmamış artıq yeriyə,
Tələsik fırlanıb döndük geriyə,
Aldıq ortalığa Şahsuvarı biz,
Zəif qollarından tutub ikimiz:
-
"Aya, yorulmusan, gəl otur!" - dedi
Ancaq o yenə də dayanmış dimdik
sanki bir taxta, -
İşləmiş qanına bu quduz şaxta.
Qalın dodaqları gömgöy kəsilir,
Canından istilik uçub əskilir.
Taqəti yoxdur ki, bir söz söyləsin,
Təbibsiz, davasız xəstə neyləsin?
Buludlar oynadı, gecə qaraldı,
Gecənin gizli bir həsrəti vardı...
______________Milli Kitabxana_______________
8
Gəzdi qaranlığı barmaqlarımız,
Sadə biyanlardan döşürüb dərdik;
Qarların üstündə tonqal qalayıb,
Xstəni tonqalın yanına sərdik.
Canına keçdikcə odun istisi
Qolları tərpənir, qımıldanırdı,
Bu sadə tonqalın yaşıl tüstüsü
Gecənin qoynunda dumanlanırdı...
Uzaqdan birisi - ruzgar qanadlı,
Gəlir baş götürüb işığa doğru.
Dedik, kim olmalı bu vaxtsız atlı?
O bəlkə quldurdu, bəlkə də oğru!
Hər halda ehtiyat gərəkdir - deyə,
Bəxtiyar tüfəngi doldurub qalxdi,
Zilləyib gözünü bir az da baxdı.
O, ilk gülləsini boşaltdı göyə,
Hər halda ehtiyat gərəkdir - deyə.
- Ay Allah bəndəsi, nə oldu sana!
Bir kim olduğuınu xəbər alsana! -
Dağıldi atlının bu qışqırığı,
O can qorxusunun can hıçqırığı...
Bizsə çaxnaşaraq, dedik: - Bir dayan!
Bəlkə bizimkidir o gələn insan...
Qoy bais olmayaq onun qanına.
Bəxtiyar tüfəngi saldı yanına.
Atlı çaparaq, yoldan saparaq,
Gün batan tərəfə çapdı atını,
Üfüqlər gizlətdi o qaraltını...
ATIŞMA
Açıldı bir zaman sabahın gözü,
Göründü dağlarda günəşin üzü.
Qışın səhərində bu qarlar düzü