Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
  1   2   3   4   5   6   7   8   9   10


Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

 

Şəhrivərin Onikisi 

 

(Dörd bölümdə) 



 

 

 

 

 »»

Kitabın  İkinci  Bölümündəkilər

««

  

 

 

 

 

  

 





 

  

 

Milli Hökumət

 

 

Azərbaycan Milli Hökumətinin Elamiyəsi

 



 



Böyük Məsüliyət Qarşısında

 



 

Tariyxi Bir Sənəd

 

4

 



 

 

Azərbaycanın Daxili Dövlət Rəisi İlə Təbriz Padiqani 

Fəmandehi Arasındaki Qərardaın Mətni

 

 



 

 

5

 



 

Təbriz Padiqanı Öz Əsləhəsini Yerə Qoydu

 

6

 



 

 

3-Cü Ləşgər Sərazlarının Q və Mütəvari Olmağiı 

6

 

 



Dünən Gecəki Atışmalar

 

7



 

 

Milli Hökumətin Müvəfəqqiyyətləri

 

7

 



 

 

Tariyxi Müvəfəqqiyyət! 

7

 

 



Milli Dövlətin Qərarlari

 

8



 

 

Təbrizdə Azərbaycan Dövlət Darülfünuni

 

8

 



 

 

Dil Həqqində Azərbaycan Milli Hökumətinin Qərari

 

8

 



 

Yetim Və Sahabsız Uşaqların Tərbiyəsi Həqqində

 

9

 



 

Azadlığın Müdafiəsi Uğrunda (Fədai Təşkilati)

 

10

 



 

 

Xəlq Qoşunları

11

 

 



Misli Görünməmiş Bir Gün

 

12



 

 

 

Fəqət Topların Ağzından Çıxan Söz Həqiqətdir!

 

14

 



 

Maarif Sahəsində

 

17

 



 

Ölmək var, Dönmək yoxdur

18

 

 



 

Nehzətimiz Və Dünya Siyasəti

 

20

 



  

 

  

 

 

1



Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

İkinci Bölüm 

 

 



Milli Hökumət 

 

Firqəmizin göstərişi və Firqə sədrinin müstəqim rəhbərliyi ilə təşkil tapan Milli Hökumət həman gün işə 



başladı. Əyərçi hökuməti təşkil edən vəzirlərin hamısı dövləti işlərdə naşı və sabiqəsiz adamlar idilər, 

bunola belə onlarda olan səmimiyyət və fədakarlıq nəticəsində qarşıda duran müşgülata baxmadan, 

dövlət rəisi siyasi mə’lumatı  və uzun müddət apardığı siyasi və ictimai mübarizələrdən aldığı 

təcrübələrinə istinadən öhdələrinə mühəvvəl edilən vəzifəni ləyaqət və  şərafətlə  əncam verməyə 

başladılar. 

 

Milli dövlət birinci qədəmdən özünü Firqə, Məclis və bəlkə ümum xəlq qarşısında məsul hesab etdiyi 



üçün Məclisə təqdim etdiyi proqramı özünə sərməşq qərar verib onun maddələrinin icrasına himmət 

sərf etməyə başladı. 

 

Birinci növbədə dövlət təşkilatını müzürr və fasıd ünsürlərdən təmizləmək və bu təşkilatı  xəlqin 



arzularını yerinə yetirmək vəzifəsinə uyğun bir hala salmaq lazim gəlirdi. Bu müşgül vəzifəni bir ya 

neçə gündə icra etmək olmazdı. Ona görə itmam-höccət olmaq şərtilə onlara xitabən aşağıdakı 

e`lamiyyənin intişarına lüzüm göründü: 

 

 



 

Azərbaycan Milli Hökumətinin E`lamiyyəsi 

 

Azərbaycan Məclis-Millisinin intixab etdiyi Azərbaycan Milli Dövləti iranın istiqlal və təmamiyyətini hifz 



etməklə bərabər işə şüru etdiyini bu vasitə ilə bütün xəlqə  e`lam edir. 

 

Bu e`lamiyyə müntəşir olan gündən e’tibarən malikiyyət-xüsusi məhfuz olmaq şərtilə bütün 



Azərbaycanda olan dövlət idarələri taza hökumətin təhti-ixtiyarına geçdiyindən ümum dövlət 

məmurlarına öz vəzifələrini düzgünlük və  sədaqət ilə  əncam vermələri tapşırılır, və taza dövlətin 

əmrlərinə itaət edib onun dəsturu ilə rəftar edən karməndlər üçün münasib iş şəraiti vicuda gətiriləcək. 

İşləməkdən imtina edənlər isə kəmal-ehtiram ilə istədikləri yerə göndəriləcəklər. 

 

Azərbaycan Milli Hökuməti xəlqin səadət və xoşbəxtliyindən ötrü qurulduğu üçün ümum xəlqi 



fəaliyyətə, düzlüyə, asayiş və əmniyyəti hifz etməyə bir-birilə qardaşvari yaşamağa də’vət edir. 

 

Əmniyyəti ixlal edən və  xəlqin mal və canın, namus və  həyatina təcavüz eləyənlər, həmçinin dövlət 



malına xəyanət  əli uzadıb dövlət idarələrindən sui-istifadə edənlər və ya dövlət idarələrində 

xərabkarlıq, müsamihə və öz vəzifəsində kütahlıq etmək kimi xainanə təşəbbüslər büruza verənlər isə 

xəlqin düşməni hesab olunub və millət və dövlət yannında nifrət və inzicar qazanmaqdan əlavə qanuni 

məhkəmə vasitəsilə mücazat ediləcəklər. 

 

Hamıdan xəlqə  və ölkəyə  və Azərbaycanın gələcəyi yolunda ciddiyyət gözlənir, dövlət isə onun 



şəraitini vicuda gətirməyə çalışacaqdır. 

 

Azərbaycan Milli Vəzirlər Heyətı eyn zəmanda Azərbaycanda məmuriyyətləri olan xarici dövlətlərin 



diplomasi nümayəndələrinə itila' verir ki, kəma-fissabiq onların beynəlmiləl qanunlar şəraitində olan 

həq və ixtiyarları  kəmal-diqqət və ehtiram olunacaqdır. Həmçinin demokratik dövlətlərin  ətba'inin 

asayiş və əmniyyətini hifz etmək yolunda Milli Dövlət heç bir fədakarlıqdan xuddarlıq etəmiyəcəkdir. 

 

Bugundən e’tibarən dövlətə mütəəlliq olan mənqul və qeyri-mənqül əmval və həmçinin nəğd və cins və 



e’tibar Milli Dövlət ixtiyarına geçdikdən onların saxlamağına müvəzzəf olan dövlət məmurları geçmişdə 

verdikləri təəhhüd və qəbul etdikləri məsuliyyət üzrə onları hifz və hərasət etməyə məcburdurlar. Bu 

əmvalı heiyfu-meyl edənlər ağır cəzalar ilə mücazat görcəklər. 

 

 



2


Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə