İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


Evlənmək əvəzinə qızla münasibət yaratmaq



Yüklə 0,79 Mb.
səhifə27/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

Evlənmək əvəzinə qızla münasibət yaratmaq


Əgər "evlənməklə ömrnün uzanmasına dair gətirdiyiniz dəlillərdə, qızlarla münasibət yaratmağın evlənməklə nə fərqi var?" deyilərsə, cavab veririk: Əvvəla: Əgər bir nəfər qanunsuz cinsi əlaqələr yaratmaq istəyirsə, ruhi zərərlərdən və Allahın qəzəb və əzabından əlavə qadınlarda olan müxtəlif cismi xəstəliklər onada keçəcək.

İkincisi: qanunsuz cinsi əlaqələr qeyri-təbii cinsin meylin yaranmasına səbəb olur. Bu da fitrətin və insan təbiətinin tələblərilə münasib deyil. Bu daimi və yorucu meyl şübhəsiz ömrün azalmasına gətirib çıxardır. Evliliyin, yəni əlaqələrin bir qadına yönəlməsinin təsirlərindən biri də onun, müəyyən bir insanla eyni tərzdə yaşamağa, cinsi meyli normal səviyyədə saxlamağa səbəb olması və qeyri-təbii cinsi meylin təhrikinə mane olmasıdır. Beləliklə, subayların özlərinə nəzarət etmədən tam azad şəkildə öz ehtiraslarını təmin etdikləri zaman yaranan problemlər və sağlamlığın təhlükə altına düşmək qorxusu heç vaxt evli saleh və təqvalı insanlara üz verə bilməz.


DİNİ-İCTİMAİ PROQRAMLAR


İslam dininin bir çox göstərişləri, o cümlədən; cümə və camaat namazı, qohumlar arasında əlaqə yaratmaq, bir birini yoxlamaq, qohum və dostu ziyarət etmək, iftar vermək, xərc etmək, başqalarına qulluq etmək, öyrədib-öyrənmə və sair kimi işlər ictimai tapşırıqlardandır. Yeni aparılan axtarışlar nəticəsində bu göstərişlərin və ictimai fəaliyyətlərin insanın sağlamlığında təsirli rolu aydınlaşdırılıb (İslamın bir çox göstərişləri ictimai əsaslarda qurulmuşdur).

Beləliklə bu tədqiqatların bəzisinə diqqət edin:

A) Sağlamlıqda, dini əməllərin təsiri dərman və idmandan daha çoxdur

Amerikada bir universitetdə aparılan elmi axtarışa əsasən insanların həftəlik dini mərasimlərdə iştirakının təsiri dərman və idman proqramları ilə müqayisədə göstərir ki, həftəlik dini mərasimlərdə hazır olmaq ömrün uzunluğunda nizamlı idman proqramlarından və icazəli dərmanların işlədilməsindən daha təsirlidir. Amerikanın "Vaşinqton post" qəzeti yazır: Dini həftəlik mərasimin nizamlı idman ya dərman qədər ömrün uzunluğunada təsirli ola bilərmi? Bu sual, Peterburq mərkəzi tibii universitetinin bir sıra müəllimlərinin tədqiqat mövzuları olub. Bu tədqiqatın nəticələri Amerikanın "Ailə təbabəti" jurnalında çap olunmuşdur. Onlar ölüm haqqında əldə edilmiş mütaliələrdən istifadə edərək, həftəlik ibadətlərin 2 ildən 5 ilədək ömrün uzanmasında təsirli ola bilməsini proqnozlaşdırıblar. Belə ki, bu miqdar, 3 ildən 5 ilədək edilən nizamlı idmanla və 2,5 ildən 3,5 ildən kolestrolun azalması üçün qəbul edilmiş dərmanla bərabərdir.

Bu tədqiqata rəhbərlik edən keşiş "Danyal Hal" tədqiqin əsas ideyasını təqdim edib. Göstərilən nəticəyə əsasən dini əməllər və sədəqə vermək, dərman üçün ödənilmiş pula nisbətən daha sərfəlidir.1

B- "Mişqan" universitetində aparılan araşdırmalar tək-tənha yaşayan qadınlarda ümumi ölümün sayının ictimai qadınlara nisbətən 1,5 dən 2-dəfəyədək çox olmasını göstərir. Eləcədə az dostu olan, ictimai əlaqəsi zəif və bədən fəaliyyəti məhdud olan kişilərin ölüm miqdarının digərlərindən 2-3 dəfə çox olması göstərilir.2


Bekarçılıq


Ruhi və cismi xəstəliklərə səbəb olan amillərdən biri də bekarçılıq və tənbəllikdir. Bu barədə İmam Baqir (ə) buyurub: "Tənbəllik və hövsələsizlikdən çəkin! Belə ki, bu iki şey hər bir pisliyin (o cümlədən xəstəliklərin) açarıdır. Bekarçılıq mühüm mövzulardan olduğu üçün son zamanlar ictimai elmlərin tədqiqatçıları və həkimlər tərəfindən diqqət mərkəzinə çevrilmişdir. Bekarçılıq barəsində aparılan tədqiqatların bəzi maraqlı nəticələri aşağıdakılardan ibarətdir:

1- İşləyən insanlarla müqayisədə bekar insanların cismi sağlamlığı az olur. Cismin zəifliyi, ürək və nəfəs sistemi kimi xəstəliklərin artmasına səbəb olur.

2- Ümumi ölümün və intiharın sayı bekar adamlarda daha çoxdur.

3- Öz işini itirdyi müddətdə həkimlərə müraciət edənlərin sayı artır. İşin itirilməsi stress əmələ gətirir.

4- Siqaret və narkotik maddələr istifadə edənlərin sayı bekar insanlardan daha çoxdur. Kişilərin bir çoxu öz sağlamlıqlarını təhlükə altına atırlar. Bekarçılığın kasıbçılıqla çox yaxın əlaqəsi var. Kasıblıq həmişə sağlamlıq üçün təhlükəlidir. İnsanların bekarçılığı nə qədər uzun çəkərsə, kasıblıq onlara üz tutar. Nəticədə xəstəliklər artar. Kasıblıq bais olur ki, insan yeməyə, geyməyə, evin təmirinə, bazarlığa, yanacaq və sair işlərə az pul xərcləsin. Bu iş də xəstəliyin çoxalmasına səbəb olur. Buna misal olaraq demək olarki, fəqirin yemək rejimi olan yeməklər, (çoxlu miqdarda heyvan piyi olan yeməklərdən istifadə etmək, fibrli vitaminlərin və mineral maddələrin az istifadəsi) ürək xəstəliklərin artmasına, kökəlmək və digər xəstəliklərin yaranmasına zəmin yaradır. Digər tərəfdənsə rütubət və qış fəsilində kifayət qədər istiliyin olmaması, soyuqdəymə, öskürək və xüsusilə də uşaqlarda şiddətli nəfəs yolu xəstəliklərinə səbəb olur. Bütün bunlar yığışaraq sağlamlığı təhlükə altına salır.

Beləliklə bekarçılığın insan sağlamlığında və həyat tərzindəki təsirlərini, ruhi və cismi sağlamlıqların təsiri altına aldığını müşahidə edirik. 1


HÜSNÜ-ZƏNN (NİKBİNLİK)


Bir çox rəvayətlərdə imamlar bizi hüsnü zənnə təşviq ediblər. Belə ki, İmam Əli (ə) buyurmuşdur: "Ən üstün möminlik nikbinlikdir". Digər hədisdə buyurub: "Nikbinlik ürək rahatlığı üçün mənbə və dinin salamatlığıdır". Eləcə də başqa bir rəvayətdə buyurulub: "Hüsnü-zənn qəmi azaldar və günaha düşməkdən çəkindirir".1

Hüsnü-zənnin cismi faydaları


Nikbincəsinə düşünmək immun sistemini qüvvətləndirir, xərçəng xəstəliyinə ürək xəstəliklərinə və bir çox digər xəstəliklərə, qarşı müqaviməti artırır.2

"İsna" internet xəbər agentliyinin verdiyi məlumata əsasən, İran psixoloqlarının fikrincə nikbin insanlarda ümumi ölümün sayı, cəmiyyətin digər insanlarından 50 faiz azdır. Belə ki, ürəklə bağlı çatışmazlıqlar da başqalarına nisbətən bu insanlarda 33 faiz azdır. 3

Maraqlı burasıdır ki, dini baxımdan nikbinlik hər yerdə yaxşı deyil. Məsələn: İnsanlarının çoxu pis olan bir yerdə hüsnü-zənn etməyə yer qalmır. Əgər belə bir yerdə hüsnü-zənn etsəniz başınıza bir bəla gəlsə özünüzdən başqasını məzəmmət etməyin.

Diqqət etmək lazımdır ki, insana dünya və axirət sağlamlığını qazandıan kamil hüsnü-zənn Allah-taalaya olan hüsnü-zənndir.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə