3
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN
MİLLİ KİTABXANASI
BEYNƏLXALQ TERRORİZM
VƏ ONUN AZƏRBAYCANA MƏNFİ TƏSİRİ
BİBLIOQRAFİYA
BAKI– 2009
4
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN
MİLLİ KİTABXANASI
Beynəlxalq terrorizm
və onun Azərbaycana mənfi təsiri
Biblioqrafiya
Mədəniyyət və Turizm Nazirliyi
nəzdində Koordinasiya Şurasının 2009-
ci il 5 avqust tarixli 9 nömrəli protokolu
ilə çapa tövsiyə edilib
BAKI– 2009
5
Buraxılışı hazırlayanlar:
M.Vəliyeva
G.Misirova
İxtisas redaktoru və
buraxılışa məsul:
K.Tahirov
Redaktor:
G.Səfərəliyeva
© M.F.Axundov ad. Milli Kitabxana, 2009
Beynəlxalq terrorizm və onun Azərbaycana
mənfi təsiri: Biblioqrafiya /Burax. haz.: Mədinə
Vəliyeva, Gülbahar Misirova ; İxt. red. və burax.
məsul: K.Tahirov; Red.: G.Səfərəliyeva;
M.F.Axundov adına Azərbaycan Milli Kitab-
xanası.- B., 2009.- 97 s.
6
ÖN SÖZ
Terrorizm müasir dövrdə bütün dünya ictimaiyyətini
narahat edən qlobal təhlükəyə çevrilmişdir. Azərbaycan
terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini tam
müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı
olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı
birmənalı mövqe tutur.
M.F.Axundov adına Milli Kitabxananın “Diyarşünaslıq
elmi biblioqrafiya” şöbəsi tərəfindən tərtib olunan “Beynəlxalq
terrorizm və onun Azərbaycana mənfi təsiri” adlı biblioq-
rafiyada Azərbaycanın terrorizmə qarşı mübarizəsi öz əksini
tapmışdır.
Vəsaitdə materiallar Azərbaycanın müstəqillik döv-
ründən başlayaraq 2009-cu ilin iyun ayına qədərki dövrü əhatə
edir.
Biblioqrafiyada materiallar “Kitablar”, “Dissertasiya-
lar”, “Avtoreferatlar”, “Rəsmi sənədlər”,”Dövri mətbuatda
çapdan çıxan materiallar” və s. bölmələr üzrə verilmişdir.
Göstəricidəki ədəbiyyat xronoloji qaydada, illər
daxilində isə əlifba sırası ilə verilmişdir.
Oxucuların istifadəsini asanlaşdırmaq məqsədi ilə
vəsaitdə “Müəlliflərin əlifba göstəricisi” köməkçi aparatı
verilmişdir.
Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir şəxsə
əvvəlcədən təşəkkür və minnətdarlığımızı bildiririk.
Ünvan: AZ-1000, Bakı şəhəri,Xaqani küçəsi 29.
E-mail: contact@anl.az
7
Kitablar
1994
1.
Erməni terrorizmi və cinayətləri: Azərbaycanda,
Türkiyədə və dünyada: Hadisə və faktların xronikası /Tərtib.
D.Vəliyev (red.); Az EA, Şərqşünaslıq İnstitutu.- B.:
Elm,1994.- 184 s.
Kitabda 1905-ci ildən başlayaraq 1992-ci il daxil
olmaqla Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri
terrorizm və cinayətlər təkzibedilməz faktlar və sənədlər
əsasında işıqlandırılır. Ermənilərin Türkiyə dövlətinə və türk
xalqına qarşı saysız-hesabsız xəyanəti faktlar əsasında geniş
verilmişdir. Beynəlxalq terror və narkobiznes şəbəkəsinin
kanallarına soxulmuş erməni terrorçularının fəaliyyətinə həsr
olunmuşdur.
1998
2.
Saleh bəy. Dünyanın taleyi /Saleh bəy.- B.:
Elm,1998.-688 s.- Bibl. azərb., rus və b. dillərdə: S. 681-687.
Bu kitab dünya miqyasında baş verən ümumbəşəri
etnik müharibələrə,bəşəriyyətə, terrorizmə, o cümlədən
Qarabağ probleminə həsr edilmiş fundamental əsərdir.
2000
3.
Narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında
qanun, 18 iyun 1999-cu il tarixdə qabul edilmişdir /Buraxılışa
məsul: E.M.Əfəndiyev.- B.: Hüquq ədəbiyyatı, 2000.- 56 s.
Bu kitabda narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə və
terrorizmə qarşı mübarizə haqqında qanunlar verilmişdir. Bu
qanunlarda narkotik vasitələr ilə bağlı cinayətkar fəaliyyətin