Mövzu 13. Beynəlxalq ekologiya hüququnun anlayışı və predmeti



Yüklə 18,17 Kb.
səhifə1/4
tarix19.02.2023
ölçüsü18,17 Kb.
#101103
  1   2   3   4
Mühazirə 12


Mövzu 13. Beynəlxalq ekologiya hüququ


Beynəlxalq ekologiya hüququnun anlayışı və predmeti. Beynəlxalq ekologiya hüququ öz müstəqil predmetinə malikdir. Belə predmet qismində beynəlxalq ekoloji ehtiyatlardan səmərəli istifadə, onların mühafizəsi və insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun mühafizəsi üzrə beynəlxalq ekoloji münasibətlər çıxış edir. Bu münasibətləri öz məzmununa görə beynəlxalq əməkdaşlıq sahəsində yaranan digər münasibətlərdən, habelə ölkədaxili ekoloji münasibətlərdən fərqləndirmək lazımdır.
Beynəlxalq ekologiya hüququnun milli ekologiya hüququ ilə qarşılıqlı əlaqəsi kifayət qədər mürəkkəb sistem təşkil edir. Mürəkkəblik ondan ibarətdir ki, milli ekologiya hüququ müvafiq dövlətin vahid iradəsini ifadə etdiyi halda, beynəlxalq ekologiya hüququ bir neçə dövlətin və ya beynəlxalq təşkilatların iradəsini ifadə edir. Lakin beynəlxalq ekologiya hüququnun və milli ekologiya hüququnun əlaqəsi üçün əsas prinsiplərdən biri ondan ibarətdir ki, beynəlxalq hüququn normaları üstünlüyə malikdir.
Beynəlxalq ekologiya hüququnun predmetinə aşağıdakı məsələlər daxildir:
1) ətraf mühitə müxtəlif mənbələrdən dəyən zərərin qarşısının alınması, azaldılması və aradan qaldırılması;
2) təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi rejiminin təmin edilməsi;
3) ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərin elmi-texniki əməkdaşlığı.
Beynəlxalq ekologiya hüququnun prinsipləri
İstənilən hüquq sahəsi kimi, beynəlxalq ekologiya hüququ daictimai ekoloji münasibətlərin tənzimlənməsi sahəsində öz tənzimlənməsinin əsas istiqamətlərinin müəyyən edilməsini tələb edir. Bu istiqamətlər beynəlxalq ekologiya hüququnun prinsipləri kimi müəyyən olunmuşdur.
Beynəlxalq ekologiya hüququnun prinsipləri ilk dəfə olaraq BMT-nin insanı əhatə edən mühitin problemləri üzrə 1972-ci il Stokholm konfransının Bəyannaməsində ifadə olunmuşdur. Həmin prinsiplər aşağıdakılardır:
— birinci (əsas) prinsip müəyyən edir ki, dövlət öz ehtiyatlarından ətraf mühitin problemlərinə yanaşmaya dair milli siyasətinə uyğun istifadə etmək hüququna malikdir. Dövlətlər öz yurisdik- siyası və nəzarəti altında olan hüdudlarda həyata keçirilən fəaliyyətin başqa dövlətlərin və ya milli yurisdiksiya hüdudlarından kənarda olan regionların ətraf mühitinə zərər vurmamasına görə məsuliyyət daşıyırlar;
— ikinci prinsip ondan ibarətdir ki, hava, su, torpaq, flora, fauna və təbii ekosistemlərin reprezentativ nümunələri də daxil olmaqla Yer kürəsinin təbii ehtiyatları indiki və gələcək nəsillərin mənafeləri naminə insan fəaliyyətinin müfəssəl planlaşdırılması və bu fəaliyyətin zəruri formada idarə edilməsi yolu ilə qorunub saxlanmalıdır;
— üçüncü prinsipə müvafiq olaraq bərpa olunmayan ehtiyatlar elə işlənməlidir ki, onlar gələcəkdə tükənməkdən mühafizə olunsun və beynəlxalq aləmdə onların istismarından bütün bəşəriyyət faydalana bilsin.

Yüklə 18,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə