T
əfəkkür jurnalının növbəti sayı çapdan çıxmışdır.
Oxuculara t
əqdim olunan (№3(9)2015) bu sayda Azərbaycanın görkəmli elm xadimlərinin
sanballı məqalələri dərc olunmuşdur. “İqtisadiyyat və həyat” bölməsində, AMEA-nın müxbir üzvü,
əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Nuriyevin “Davamlı inkişaf konsep-
siyası: mahiyyəti, hazırlanma səbəbləri, məqsədləri və reallıqlar” adlı məqaləsində davamlı
inkişafın mahiyyəti açılır və əsas xarakterik cəhətləri göstərilir. İşsizliyin davamlı inkişafa, xüsusilə
davamlı insan inkişafına qarşı yönəldiyi əsaslandırılır. BMT-nin Davamlı İnkişaf Proqramının
işlənib hazırlanmasının təkmilləşməsi istiqamətində təkliflər verilir. Müəllif göstərir ki, davamlı
inkişaf və onun tələblərini ödəmək bu gün bütün bəşəriyyətin mənafeyilə bağlı olan və daha da
aktuallaşan bir problemdir.
M
əqalədə davamlı inkişaf anlayışı, onun yaranma səbəbləri, davamlı
inkişaf konsepsiyaları, onların icrası sahəsində əldə olunmuş nailiyyətlər və
mövcud probleml
ər nəzərdən keçirilir, həm nəzəri-metodoloji, həm də
praktiki baxımdan mühüm əhəmiyyəti şərh olunur.
Elm v
ə Təhsil Mərkəzi Təfəkkür Universitetinin baş müəllimi Sevda
M
əhərrəmovanın “Regional inteqrasiya və qloballaşmanın xüsusiyyətləri”
adlı məqaləsində regional inteqrasiya və qloballaşmanın müasir xüsusiyyət-
l
ərindən bəhs edilir, beynəlxalq birliklərin və təşkilatların ölkələrin iqtisadi
h
əyatında oynadığı mühüm rol elmi əsaslarla təhlil olunur. Dünya üzrə iqtisadi resursların və digər sərvətlərin səmərəli istifadəsi üçün bir
sıra maraqlı təkliflər verilir.
Professor Zahid M
əmmədovun və iqtisad elmləri üzrə fəlsəfə doktoru Günay Məmmədovanın hazırladıqları “Azərbaycan
Respublikasının region ölkələrinə inteqrasiyasında nəqliyyat amili” adlı məqalədə Azərbaycan Respublikasının region ölkələrinə
inteqrasiya olunmasında nəqliyyat amili araşdırılır. Beynəlxalq inteqrasiyada mühüm rol oynayan dəmir yolu, dəniz nəqliyyatı, avtomobil
n
əqliyyatının xarakterik xüsusiyyətləri təhlil olunur.
Az
ərbaycan Dövlət Aqrar Universitetin doktorantı Fuad Bəşirovun “Sahibkarlığın dövlət tənzimlənməsi mexanizmləri” məqaləsi
sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi mexanizmləri ilə bağlı problemlərin tədqiqinə həsr olunmuşdur. Məqalədə çoxsaylı
materiallar
əsasında sahibkarlığın dövlət tənzimlənməsi prinsipləri, vəzifə və metodları, habelə onun təhlükəsizliyinin təminatı məsələləri
t
əhlil edilmişdir.
Akademik
Ziyad S
əmədzadənin və iqtisad elmləri doktoru
Bəyalı Ataşovun “Müasir dövrün aktual problemləri haqqında sanballı
monoqrafiya”
adlı məqaləsi Z.Məmmədovun yenicə çapdan çıxmış “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası” adlı
kitabına həsr olunmuşdur. Məqalədə göstərilir ki, uzun illərin tədqiqatı əsasında professor Zahid Məmmədovun yazdığı “Azərbaycan
Respublikasının region ölkələrinə inteqrasiyası” adlı monoqrafiyada dünyanın regionları səviyyəsində müasir dövrün aktual problemləri
öz
əksini tapmış və onların həlli yollarının araşdırılmasına ciddi cəhd göstərilmişdir. Əsər regionşünaslıqla məşğul olan mütəxəssislər, ali
m
əktəb müəllimləri, tələbələri, doktorantlar və coğrafiya elmi ilə maraqlananlar üçün faydalı ola bilər.
\
“Tariximizi obyektiv t
əhlil edək” bölməsində AMEA Naxçıvan bölməsinin sədri, akademik
İsmayıl Hacı-
yevin “Az
ərbaycanın itirilmiş tarixi torpaqları” adlı məqaləsində XIX-XX əsrlərdə Azərbaycanın itirilmiş tarixi
torpaqlarından bəhs olunur. Arxiv materialları, müəyyən tədqiqat əsərlərinə istinad olunaraq bildirilir ki, Cənubi
Qafqazda erm
ənilər üçün dövlət yaratmaq cəhdi XVIII əsrdən başlamış, bunun üçün Azərbaycan ərazilərinə
erm
ənilər köçürülmüş, burada yerləşdirilmiş və onlar üçün Ermənistan dövləti yaradılmışdır. Bu dövlət
yaradılarkən İrəvan xanlığının ərazisi seçilmiş, İrəvan şəhəri həmin dövlət üçün paytaxt hədiyyə edilmişdir. XX
əsrin əvvəllərindən isə Azərbaycanın tarixi torpaqları hesabına Ermənistanın ərazisi genişləndirilmiş və 40 min
kv.km-d
ən çox tarixi torpaqlarımız işğal edilmişdir. Bu sahədə bir sıra iri kapitalist dövlətləri, xüsusilə çar Rusiyası
v
ə Sovetlər Birliyi Ermənistana hər cür yardım və kömək göstərmişdir. Müəllifin gəldiyi nəticə bundan ibarətdir ki,
itirilmiş tarixi torpaqlarımızı geri qaytarmaq üçün bütün vasitələrdən istifadə edilməlidir.
Jurnalın
“Dilimiz, ədəbiyyatımız, incəsənətimiz” bölməsi, Filologiya elmləri doktoru
Fərman Zeynalovun
“Dil, musiqi v
ə vokal ekologiya məsələlərinə dair” məqaləsi ilə açılır.
Müəllif göstərir ki, digər incəsənət
növlərinə nisbətən musiqi dilə dаһа yахındır və bir növ dilin һəmcinsidir. Bеləki, һəm dil, һəm də musiqi səslərdən
istifаdə еdir, оnlаrın һər ikisinin mаddi əsаsındа təbiət səsləri və bu səslərin fоnеtik və vоkаl-instrumеntаl
prоtоtipləri durur. Müəllif daha sonra poeziya ilə musiqinin qarşılıqlı və sıx əlaqəsindən yazır, poeziyanı ruhun və
sözl
ərin musiqisi adlandırır. Sonda təklif edir ki, “ ...
musiqişünаslаrın və biоlоqlаrın vоkаl еkоlоgiyа
prоblеmlərinə dаir diskussiyаlаrın, simpоziumlаrın kеçirilməsi və bu prоblеmin dаһа dərindən öyrənilməsi bəşər
musiqi sisteminin, mədəniyyətinin dəyərlərini və təbiəti qоrumаq bахımındаn fаydаlı оlа bilər”.
Elmi işçi
Elnurə Babayevanın “Əbdürrəhman Cami yaradıcılığı tədqiqatçıların nəzərində”, Elm və Təhsil Mərkəzi Təfəkkür
Universitetinin dosenti Elman Mirz
əyevin “Siv” coğrafi termininin etimologiyasına dair”, Filologiya elmləri üzrə fəlsəfə doktoru
Nailə
Mustafayevanın “ Nişat Şirvaninin müxəmməsləri” məqalələrində olduqca maraqlı elmi problemlərdən bəhs olunur.
“T
əbiət və Təbabət” bölməsində Tibb üzrə fəlsəfə doktoru ATU Onkoloji Klinikasının əməkdaşı
Günay
Əhmədova “Süd vəzi xərçənginin müasir diaqnostikası” məqaləsində süd vəzi xərçənginin diaqnostikasının
mü
əyyənləşdirilməsi yolları və təcrübəsindən yazır.
Ənənəyə uyğun olaraq oktyabrın əvvəllərində İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ayrı-ayrı
elm sah
ələrində 2015-ci ilin Nobel Mükafatı laureatlarının adlarını açıqlamışdır. Jurnalda Nobel mükafatı laureatlar
haqqında ətraflı yazılar dərc olunmuşdur.
Jurnalın sonuncu səhifəsindəki xəbərdə bildirilir.
REDAKSİYADAN
Elm v
ə Təhsil Mərkəzi Təfəkkür Universitetinin Təfəkkür elmi xəbərlər jurnalının redaksiya heyəti
jurnalda d
ərc olunan ən yaxşı elmi məqalə üçün mükafat təsis etmişdir.
H
ər ilin ən yaxşı elmi məqaləsi üçün 500 AZN həcmində bir mükafat nəzərdə tutulmuşdur. Mükafat
h
ər il jurnalın sonuncu sayı nəşr olunduqdan sonra redaksiya heyətinin qərarı ilə veriləcəkdir.
Mükafata layiq görülmüş məqalənin və müəllifin adı hər sonrakı ildə nəşr olunan jurnalın birinci
sayında elan olunacaqdır.