Yanvar-Mart 2009
1 Sayı
Bu qədər mühüm hadisələrlə
dolu bu il ideyaların həyata
keçdiyi xüsusi bir zamandır.
Odur ki, gəlin bütün uşaqlar üçün
yararlı Azərbaycan yaratmaq
ideyasının bu “Uşaq ili”ndə
həyata keçməyə başlamasını arzu
edək.
Hörmətlə,
UNICEF-in Azərbaycandakı
nümayəndəsini
əvəz edən
Məhəmməd Bendris Ələmi
UNICEF-in Azərbaycandakı
nümayəndəliyinin rəhbərindən
“Dünyada uşaqların vəziyyəti” hesabatı
Azərbaycanda təqdim edildi
Əziz dostlar!
Bu il bizim hamımız, beynəlxalq
ictimaiyyət, hökumət və vətəndaş
cəmiyyəti üçün ölkədə uşaqların
vəziyyətinin yaxşılaşdırılması
məqsədilə birgə səylərimizin
artırılması baxımından tarixi bir
imkan açır. Azərbaycan Respub-
likasının Prezidenti cənab İlham
Əliyev tərəfindən 2009-cu ilin
“Uşaq ili” elan olunması
uşaqların və gənclərin həyatını
dəyişmək məqsədilə bütün
mövcud resurslardan istifadə
etmək üçün daha bir əla im-
kandır.
Azərbaycan mühüm transforma-
siya və islahatlar dövrünü
yaşayır. Bu, neftlə zəngin olan
Azərbaycanda təhlükəyə daha
çox məruz qalan qruplar,
xüsusilə də uşaqlar üçün daha
etibarlı müdafiə təmin etməklə
ölkəni beynəlxalq standartlara
yaxınlaşdıracaq.
İndi bizim
əlimizə
uşaqlara sərmayə
qoyaraq təkcə onlar üçün deyil,
bütövlükdə ölkə üçün parlaq
gələcək təmin etmək kimi qızıl
fürsət düşmüşdür. Uşaqlara indi
sərmayə qoymaq yaxın
gələcəkdə zəngin və firavan
olmaq, habelə ixtisaslı işçi
qüvvəsinə əsaslanan möhkəm və
dayanıqlı iqtisadiyyata malik
olmaq üçün hazırlıq görmək
deməkdir.
2009-cu ildə dünyada ən çox
ratifikasiya edilən insan hüqu-
qlarına dair sənədin, BMT-nin
Uşaq Hüquqları Konvensiyasının
20 illik yubileyi qeyd olunur. Bu
il Azərbaycanda uşaq hüquqları
ilə bağlı mühüm bir ildir belə ki,
Azərbaycan hökuməti BMT-nin
Uşaq Hüquqları Komitəsinə
Uşaq Hüquqları Konvensiyasının
həyata keçirilməsi ilə əlaqədar
növbəti dövri hesabatını təqdim
etməyə hazırlaşır. Ümid edirik ki,
bu hesabatda və onunla birlikdə
qeyri-hökumət təşkilatlarının
təqdim etdiyi alternativ hesa-
batda Azərbaycanda uşaq hüqu-
qlarının qorunması və təşviq
edilməsi istiqamətində
əldə
edilən irəliləyişlər öz əksini
tapacaqdır.
istiqamətində göstərilən birgə
səyləri təqdir etdilər. “Dünyada
uşaqların vəziyyəti” hesabatı ana
və uşaq sağlamlığını yaxşılaşdır-
maq məqsədilə düşünülmüş ad-
dımlar atan Azərbaycan üçün
əhəmiyyətlidir, cənab Ələmi
jurnalistlərə belə dedi. Əlamətdar
haldır ki, UNICEF və
Azərbaycan hökuməti möhkəm
əməkdaşlıq və
tərəfdaşlıq
şəraitində bir araya gələrək, bu
hesabatı təqdim etdi.
Səh. 2
UNICEF və Azərbaycan Respub-
likasının Səhiyyə Nazirliyi Bakı
şəhərində birgə mətbuat kon-
fransı keçirərək, UNICEF-in
qlobal nəşri olan “Dünyada
uşaqların vəziyyəti 2009” hesa-
batını təqdim etdi. Hesabatın
təqdim edilməsi Azərbaycan
hökumətinin “Uşaq ili”
çərçivəsində ana və yeni doğul-
muşlar arasında ölüm hallarının
azaldılması istiqamətində
göstərdiyi səylərin artırılması ilə
bir vaxta təsadüf edir.
Çap və elektron kütləvi informa-
siya vasitələrinin
nümayəndələrinin də qatıldığı
mətbuat konfransı 2009-cu il
yanvarın 27-də keçirildi. UNI-
CEF-in Azərbaycandakı
nümayəndəsi Məhəmməd Ben-
dris Ələmi və Səhiyyə Nazirinin
müavini, Professor Sənan
Kərimov diqqəti ana və uşaq
sağlamlığına yönəldən builki
hesabatı
təqdim edərək,
Azərbaycanda son illər ana və
uşaq ölümünün azaldılması
2009-cu ilin ilk
rübündə UNICEF-in
tədbirləri
• UNICEF-in “Dünyada
uşaqların vəziyyəti” hesa-
batının təqdimatı
• Yod Çatışmazlığı
Xəstəliklərinə dair dəyirmi
masa
• İmmunlaşdırmaya dair milli
konfrans
• Valideynlərin
maarifləndirilməsində re-
gional təlimçilərin təlimi
• Hakimlər və prokurorlara
yuvenal ədliyyə sahəsində
təlim
• Bakı Dövlət Universiteti və
Qafqaz Universiteti ilə
anlaşma memorandumu
• Ombudsman aparatının
əməkdaşlarına uşaqlara
qarşı zorakılıq sahəsində
təlim
Bu
sayımızda:
UNICEF Azərbaycan
nümayəndəliyinin
rəhbərindən
1
Dünyada uşaqların
vəziyyəti” hesabatı
Azərbaycanda təqdim
edildi
1-2
Uşaq Hüquqları
Komitəsinə hesabat
tərtib edilir
3
Fəal təlim: hədəfimiz
daha çox məktəbdir
4
Azərbaycanda DSS–in
nəticələri açıqlandı:
bəzi rəqəmlər
təxirəsalınmaz tədbirlər
tələb edir
5
UNICEF AZƏRBAYCAN
İNFORMASİYA BÜLLETENİ
Hesabatda inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələr arasında aydın
fərq qoyulur və etiraf edilir ki, yox-
sul ölkələrdə yaşayanların ölmək
təhlükəsi daha yüksəkdir.
“Dünyanın daha az inkişaf etmiş
ölkələrində yaşayan qadınların
doğuş və ya hamiləliklə bağlı ağır-
laşmalardan həlak olmaq ehtimalı
inkişaf etmiş ölkələrdəki qadınlarla
müqayisədə 300 dəfə çoxdur. İnk-
işaf etməkdə olan ölkədə dünyaya
gələn uşağın isə birinci ay tələf
olmaq ehtimalı inkişaf etmiş
ölkədəki uşaqla müqayisədə az qala
14 dəfə çoxdur”, hər il nəşr edilərək
uşaqlarla bağlı əsas məsələləri önə
çəkən “Dünyada uşaqların
vəziyyəti” hesabatında belə deyilir.
“İnkişaf etməkdə olan ölkələrin bir
çoxunun son 15 ildə uşaqların sağ
qalması göstəricisini 27% artıraraq
çox gözəl irəliləyiş əldə etməsinə
baxmayaraq, ana ölümünün azaldıl-
ması sahəsində daha az tərəqqi ol-
muşdur.
Minilliyin İnkişaf Məqsədləri üçün
baza ili olan 1990-cı ildən bəri
təxminən 10 milyon qadın hamiləlik
və doğuşla bağlı ağırlaşmalardan
dünyasını dəyişmiş, təqribən 4
milyon uşaq isə hər il doğuşdan
sonrakı 28 gün ərzində tələf olmuş-
dur.
Bütün dünyada hamiləlik və doğuşla
bağlı ağırlaşmalardan irəli gələn ana
ölümü hallarının təqribən 99%-i
inkişaf etməkdə olan ölkələrin pay-
ına düşür, ana olmaq isə qadınların
sağlamlığı üçün ən ciddi təhlükə
olaraq qalır”, hesabatda belə deyilir.
Həm analar, həm də onların
körpələri doğuşdan sonrakı günlər
və həftələrdə təhlükəyə daha çox
məruz qalır: bu, doğuşdan sonra baş
çəkmə, düzgün gigiyena, ana və
uşaq sağlamlığına təhlükə törədən
əlamətlər haqqında məsləhətlərin
verilməsi kimi həyati əhəmiyyətli
tədbirlər üçün çox mühüm bir
dövrdür.
“Ana və uşaqların sağlamlığı tamlıq
təşkil edir və belə nəzərdən
keçirilməlidir. Sağlam ana sağlam
uşaq deməkdir”, Professor Sənan
Kərimov jurnalistlərə belə dedi.
UNICEF yeni praktikanın sınaqdan
keçirilməsini, səhiyyə işçilərinin
yeni doğulmuşların reanimasiyası və
onlara zəruri qayğı sahəsində təlim
verilməsini dəstəkləməklə Səhiyyə
Nazirliyinə perinatal qayğı
sistemində islahatlar aparılması ilə
bağlı hərtərəfli konsepsiyanın hazır-
lanmasında texniki yardım göstərir.
Azərbaycan hökuməti ölkədə yeddi
perinatal mərkəz açmağı planlaş-
dırır. Onların biri keçən il Gəncə
şəhərində açılmışdır. Mərkəzlərin
ana və yeni doğulmuş körpələrin
sağlamlıq vəziyyətini yaxşılaşdıra-
cağı güman edilir.
UNICEF Səhiyyə Nazirliyinə həm
də Sovet dövründən qalma diri
doğuş meyarlarından Ümumdünya
Səhiyyə Təşkilatının diri doğuşun
tərifinə keçməyə, habelə yod çatış-
mazlığı
xəstəliklərinin aradan
qaldırılmasına nail olmağa və İİV/
QİÇS-ə qarşı mübarizə aparmağa
kömək edir.
2000-ci ildən bəri Azərbaycan uşaq
ölümünün azaldılmasında
nəzərəçarpacaq irəliləyiş əldə etmiş-
dir. UNICEF-in 2007-ci ildə
Azərbaycan üzrə verdiyi pro-
qnozlara görə, hər 1,000 diri doğuşa
bir yaşınadək uşaq ölümü 34, beş
yaşınadək uşaq ölümü isə 39 ol-
muşdu. Rəsmi statistikada bu
rəqəmlər azdır: bu da onu göstərir
ki, rəsmi rəqəmlərdə və sorğu
məlumatlarında müxtəlif me-
todologiyalardan istifadə olunur.
“Anaların və onların yeni doğulmuş
körpələrinin həyatlarının xilas
edilməsi təkcə tibbi müdaxilə tələb
etmir. Bu, həm də qadınlara
səlahiyyət verən və onların hüqu-
qlarına hörmət edən mühitin
yaradılmasını tələb edir”, Cənab
Ələmi mətbuat konfransında belə
deyərək, qadınlara daha yaxşı
şəraitin yaradılmasına çağırdı.
“Dünyada uşaqların vəziyyəti”
Səh. 2
1 Sayı
Əsas fakt və rəqəmlər
•
Beş yaşadək uşaq ölümü
(2007) – hər 1,000 diri
doğuşa 39
•
Körpə ölümü (2007) – hər
1,000 diri doğuşa 34
•
Ana ölümü (2007) – hər
100,000 diri doğuşa 36
•
Beş yaşadək uşaqlar aras-
ında qısaboyluluq (2006) -
25%
•
Yalnız ana südü ilə qi-
dalandırma faizi (2006) -
12%
•
Adekvat şəkildə yodlaş-
dırılmış duzdan istifadə
edən ailələr (2006) – 54%
•
6-59 aylıq anemiyalı
uşaqlar (2006) – 39%
•
15-49 yaşlı anemiyalı
qadınıar (2006) - 37%
•
İIV-in yayılması - 2009-cu il
aprelində 1,944 nəfər
•
QİÇS haqqında ətraflı
bilikləri olan 15-24 yaşlı
gənclər (2006) – 5%
•
QİÇS haqqında eşidən və
QİÇS ilə yaşayan insanları
qəbul edən 15-49 yaşlı
kişilər (2006) - 1%
Davamlı və ardıcıl qayğı
Səh. 3
1 Sayı
UNICEF-in missiyası uşaq hüqu-
qlarının qorunmasını təşviq etmək,
uşaqların
əsas ehtiyaclarının
ödənilməsinə yardım etmək və
onların tam potensiala çatmaq im-
kanlarını genişləndirməkdir. UNI-
CEF bu yöndə Uşaq Hüquqları
Konvensiyasının (UHK) müddəa və
prinsiplərini rəhbər tutur.
UHK silsilə insan hüquqları –
mülki, mədəni, iqtisadi, siyasi və
sosial hüquqları özündə birləşdirən
ilk məcburi hüquqi qüvvəyə malik
beynəlxalq sənəddir. Konvensiya
bu hüquqları 54 Maddədə və iki
fakültativ protokolda əks etdirir.
Orada bütün dünyada uşaqlara
məxsus əsas insan hüquqları – sağ
qalmaq, tam inkişaf etmək, zərərli
təsirlərdən, təhqir və istismardan
qorunmaq, ailədə, mədəni və sosial
həyatda tam iştirak hüquqları
təşəkkül tapmışdır. Konvensiyanın
dörd təməl prinsipi ayrı-seçkiliyin
aradan qaldırılması; uşağın ən yaxşı
maraqlarına sadiqlik; yaşamaq, sağ
qalmaq və inkişaf hüququ;
uşaqların fikirlərinə hörmətdir.
Azərbaycan Respublikası UHK-ni
Sovet
İttifaqının süqutu ilə
müstəqilliyin əldə edilməsindən bir
müddət sonra, 1992-ci il iyulun 21-
də ratifikasiya etmişdir.
Azərbaycan Uşaq Hüquqları
Komitəsinə ilk dövri hesabatını
1997-ci ildə, ikinci dövri hesabatını
isə 2005-ci ildə təqdim etmişdi.
Artıq Azərbaycan hökuməti bu ilin
payızında 2006-2009-cu illəri əhatə
edən müştərək üçüncü və dördüncü
hesabatını Komitəyə təqdim etməyə
hazırlaşır. Azərbaycan hökumətinin
uşaq hüquqlarını prioritetləşdirmək
məqsədilə qəbul etdiyi bir sıra
qanunverici və proqram tədbirlərini
alqışlayan Uşaq Hüquqları
Komitəsi öz Yekun Tövsiyələrində
bununla belə uşaqlar üçün büdcə
vəsaitinin ayrılması, küçə uşaqları,
uşaqların ümumi sağlamlıq
vəziyyəti, yetkinlik yaşına çatma-
yanlara dair ədalət mühakiməsinin
həyata keçirilməsi sahələrində nara-
hatlıqların qaldığından
təəssüfləndiyini bildirilmişdi.
Komitənin xüsusi narahatlığı ondan
ibarət idi ki, əlilliyi olan, qaçqın və
məcburi köçkün uşaqlara, habelə
İİV/QİÇS ilə yaşayan uşaqlara qarşı
ayrı-seçkiliyin müəyyən formaları
mövcuddur, uşağın ən yaxşı
maraqları prinsipi isə xüsusilə
təhlükəyə məruz qalan uşaqlara
münasibətdə heç də həmişə həyata
keçirilmir. Komitə
həmçinin
uşaqlara qarşı müxtəlif yerlərdə
zorakılıq, alçaldıcı və qeyri-insani
cəza və kobud rəftardan istifadə ilə
bağlı
məlumatlardan
təəssüfləndiyini bildirmişdi.
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi (AQUPDK)
bu hesabatın hazırlanması üçün
mərkəzi icra hakimiyyəti orqanı
təyin edilmişdir. Hökumət UNI-
CEF-dən hesabatın hazırlanması
üçün beynəlxalq təcrübəni təmin
etməyi xahiş etmişdir.
UHK-nin həyata keçirilməsində
hökumətin əsas tərəfdaşı olan UNI-
CEF AQUPDK-ya məlumatların
yığılması və hesabat layihəsinin
hazırlanması üçün adekvat me-
todologiyanın yaradılması üzrə
məsləhətlər vermək məqsədilə
təcrübəli beynəlxalq məsləhətçi
dəvət etdi. Bu məsləhət xidmətləri
çərçivəsində
Uşaq Hüquqları
Komitəsinin Azərbaycan üzrə ver-
diyi Yekun Tövsiyələr nəzərdən
keçirildi, müxtəlif dövlət qurum-
larından UHK-nin həyata
keçirilməsinə dair məlumatlar əldə
edildi, AQUPDK-in əməkdaşları,
hesabatın hazırlanması üzrə
əlaqələndirici şəxslər və vətəndaş
cəmiyyətinin nümayəndələri üçün
treninqlər keçirildi.
Paralel olaraq UNICEF, BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissar-
lığı, Açıq Cəmiyyət İnstitutu –
Yardım Fondu və Save the Children
(Uşaqların Xilası) alyansı
Azərbaycanda vətəndaş cəmiyyəti
təşkilatlarına Uşaq Hüquqları
Komitəsinə alternativ hesabat
təqdim etməyə imkan yaradan birgə
layihə həyata keçirir. Alternativ
hesabat qeyri-hökumət təşkilatları
(QHT) kimi müstəqil mənbələrdən
bitərəf məlumatlar almağa kömək
edəcək.
Uşaq Hüquqları Komitəsinə hesabat tərtib edilir
Əsas fakt və
rəqəmlər
•
Müəssisələrdə olan
uşaqların sayı (2008) –
14,500
•
Əlilliyi olan uşaqların sayı
(2006) – 48,500
•
Qaçqın və məcburi
köçkünlərin sayı – 1
milyon
•
Qaçqın və məcburi köçkün
uşaqlar - 330,000
•
Mina təhlükəsi ilə üzləşən
insanlar - 500,000
UHK ən çox qəbul edilən
beynəlxalq sənəddir. 1989-cu il
noyabrın 20-də qəbul edildikdən
sonra Konvensiya ABŞ və So-
mali istisna olmaqla bütün
dövlətlər tərəfindən ratifikasiya
edilmişdir.
Konvensiyanın həyata
keçirilməsinə müstəqil
ekspertlərdən ibarət qrup –
Uşaq Hüquqları Komitəsi
nəzarət edir. Komitə eyni
zamanda Konvensiyanın
uşaqların silahlı münaqişələrdə
iştirakına və uşaq alveri, uşaq
fahişəliyi və uşaq pornoqrafiyas-
ına dair iki fakültativ protokol-
unun da həyata keçirilməsinə
nəzarət edir.
Konvensiyaya qoşulan bütün
dövlətlər orada müəyyən edilmiş
hüquqların necə
həyata
keçirilməsinə dair Komitəyə
müntəzəm hesabatlar
verməlidir. Dövlətlər Konvensi-
yaya qoşulduqdan iki il sonra ilk
hesabatını təqdim etməli, daha
sonra hər beş ildən bir hesabat
verməlidir. Komitə
təqdim
edilmiş
hər bir hesabatı
nəzərdən keçirir, öz narahatlıq
və təkliflərini “Yekun tövsiyələr”
formasında Konvensiyaya qo-
şulmuş dövlətə təqdim edir.
Səh. 4
1 Sayı
Azərbaycanın müxtəlif yerlərindən
gələn məktəb müəllimləri bu ilin
aprelində Bakıda Azərbaycan
Müəllimlər İnstitutunun akt zalında
UNICEF-in dəstəklədiyi fəal təlim
proqramının tətbiq edilməsinə dair
ilk təlimçilərin təlimi kurslarında
iştirak etmişdir.
Əvvəllər fəal təlimə dair treninq
keçən bir neçə təlimçi artıq öz
həmkarlarına bu müasir tədris meto-
dunun
əsaslarını öyrədirlər.
Müəllimlər etiraf edir ki, yeni təlim
üsulu sovet dövründən qalan köhnə
tədris metodunu daha maraqlı və
cəlbedici edir.
“Siz fəal təlimin inkişaf etdirilməsi
və onun ümumi tədris üsuluna
çevrilməsi baxımından
Azərbaycanda aparılan təhsil isla-
hatlarının önündəsiniz”, UNICEF-in
Azərbaycandakı nümayəndəsini
əvəz edən Məhəmməd Bendris
Ələmi kursun dinləyicilərinə belə
dedi. “Sizin məqsədi ən yaxşı
beynəlxalq təcrübənin
Azərbaycanda tətbiq edilməsi olan
bu mühüm islahatlara sadiqliyinizi
və töhfələrinizi yüksək
qiymətləndiririk”, o bildirdi.
“Biz ümid edirik ki, siz yolunuzdakı
bütün maneələri dəf edərək, bu
effektiv metodu öyrənəcək və onu
öz işinizdə tətbiq edəcəksiniz”,
Təhsil Nazirliyinin Strateji təhlil və
planlaşdırma
şöbəsinin müdiri
Fərzəli Qədirov iştirakçılara belə
dedi.
Fəal təlim proqramı Azərbaycanda
2000-ci ildə UNICEF-in beş ibtidai
sinif məktəbində sınaq layihələrinin
həyata keçirməsi ilə başladı. Həmin
məktəblərdə
uşaqların
əsas
düşünmə bacarıqları, onların iştirak
etmək və özlərini ifadə etmək
qabiliyyətini təkmilləşdirmək
məqsədilə qrup işi və şagird
təqdimatları kimi müasir üsullar
tətbiq olunmuşdur. Bu üsullar gen-
der məsələlərinə dair həssas olan və
uşaqların yaşadığı müasir dünyaya
uyğun dərsliklərin yazılması ilə
dəstəkləndi.
Daha sonra fəal təlim təhsil islahat-
larına, 2008-ci ildə müəllim
hazırlığı və ixtisasartırma tədris
proqramlarına daxil edildi. UNICEF
fəal təlimin bütün dərsliklərə,
müəllim və şagird vəsaitlərinə daxil
edilməsini təmin etmək üçün
dərsliklərin hazırlanmasını
dəstəklədi.
Proqramın məqsədi məktəbəqədər
və ibtidai təhsili möhkəmləndirmək,
uşaqların tədris prosesində iştirakını
artırmaqla, keyfiyyətli və səmərəli
təhsilə çıxışı artırmaqdır.
Fəal təlim sağlamlıq və müdafiə,
valideyn və icmaların iştirakı, gen-
der həssaslığı və inklüzivliyi özündə
birləşdirən “Məktəb uşağının dos-
tudur” adlı təhsil modelinin effektiv
tərkib hissəsidir.
Müəllimlər təsdiq edirlər ki, yeni
metod şagirdlərin iştirak və qar-
şılıqlı əlaqə olmadan əyləşərək
müəllimə qulaq asdıqları köhnə,
sovet dövründən miras qalmış meto-
dundan qat-qat təsirlidir.
“Əvvəllər uşaqlar obyekt kimi
idilər, indi isə onlar bizim
tərəfdaşlarımızdır və bizə dost kimi
baxırlar. Onlar daha sərbəstdirlər və
fikirlərini azad ifadə edirlər”,
Dağlıq Qarabağın yaxınlığında
cəbhə xəttində yerləşən Füzuli
rayonunda UNICEF-in sınaq
məktəbində işləyən müəllimlərdən
biri belə deyir.
“Dərslərdə cüt-cüt və ya qruplarda
işləmək və bir-birinə kömək etmək
necə də asan və gözəldir. Bu, can-
sıxıcı iş olan həmişə oturub
müəllimə qulaq asmaqdan xeyli
yaxşıdır”, bir şagird bizə belə de-
mişdi.
Fəal təlim Azərbaycan
məktəblərində yayıldıqca,
valideynlər də məktəbin idarə olun-
masına cəlb edilir, valideyn-
müəllim birlikləri yaradılır. Bu
birliklər dərslərdə iştirak edərək,
ümumi nəzarət həyata keçirir.
Valideynlərin iştirakından savayı
şagirdlər də özləri ilə bağlı
məsələlər və qərarları məktəb
parlamentlərində müzakirə edirlər.
Onlar öz məktəblərində şagird
nailiyyətlərini, davamiyyəti, iştirakı
və uşaqların qorunmasını yoxlayır-
lar. Bir çox məktəbdə şagirdlərin
fikirlərini və narahatlıqlarını
öyrənmək üçün rəy və təklif qutu-
larından da istifadə edilir.
Fəal təlim UNICEF-in
Azərbaycanın təhsil sahəsində ən
uğurlu təşəbbüsü olmaqla, hər bir
şagirdin tədris prosesində fəal işti-
rakı üçün geniş imkanlar açmışdır.
Artıq UNICEF və onun əsas
tərəfdaşı olan Təhsil Nazirliyinin
qarşısında duran vəzifə fəal təlimin
Azərbaycan məktəblərində əsas
yanaşma olmasını təmin etməkdir.
Fəal təlim: hədəfimiz daha çox məktəbdir
Əsas fakt və
rəqəmlər
•
Bütün məktəblərin ümumi
sayı—4538, o cümlədən
1169 şəhər, 3369 kənd
yerlərində
•
Məktəbəqədər
müəssisələrin ümumi sayı
—1653, o cümlədən 935
şəhər, 718 kənd yerlərində
•
Məktəbəqədər təhsilə cəld
edilmiş 3-6 yaşlı uşaqlar —
22.9%
•
Əsas təhsildə ümumi qey-
diyyat əmsalı —99.6%
•
Yuxarı orta təhsildə ümumi
qeydiyyat əmsalı —66.6%
“Əvvəllər uşaqlar obyekt kimi
idilər, indi isə onlar bizim
tərəfdaşlarımızdır və bizə dost
kimi baxırlar. Onlar daha
sərbəstdirlər və fikirlərini azad
ifadə edirlər”.
Sınaq məktəbin müəllimimi
“Dərslərdə cüt-cüt və ya qru-
plarda işləmək və bir-birinə
kömək etmək necə də asan və
gözəldir. Bu, cansıxıcı iş olan
həmişə oturub müəllimə qulaq
asmaqdan xeyli yaxşıdır”.
Azərbaycanda DSS-in nəticələri açıqlandı: bəzi
rəqəmlər təxirəsalınmaz tədbirlər tələb edir.
2008-ci ildə Azərbaycanda baş verən əlamətdar hadisələrdən biri də əhali və
sağlamlıqla bağlı əsas məlumatlar təmin edən milli təmsilçilik sorğusu – Demo-
qrafiya və Sağlamlıq Sorğusunun nəticələrinin açıqlanması oldu.
Demoqrafiya və Sağlamlıq Sorğusu və ya AzDSS USAID və UNICEF-in,
habelə Macro İnternational İnc. Şirkətinin dəstəyi ilə Azərbaycan Respublikası-
nın Dövlət Statistika Komitəsi tərəfindən 2006-cı ildə aparılmışdı. Onun
məqsədi ölkədə həyata keçirilən müxtəlif sosial siyasət və proqramların hazır-
lanması, monitorinqi və qiymətləndirilməsi üçün qiymətli məlumatlar təmin
etməkdir.
7,180 ailəni əhatə edən AzDSS kişilərin anketini də özündə birləşdirən azsaylı
sorğulardan biri olaraq, 15-49 yaşlı 8,444 qadın və 15-59 yaşlı 2,558 kişi aras-
ında keçirilmişdir. Sorğuda ailə xarakteristikası, fertillik, ailə planlaşdırması,
abort, körpə və uşaq ölümü, uşaq sağlamlığı, uşaqların inkişafı və erkən uşaqlıq
dövründə tərbiyə, qidalanma, İİV/QİÇS ilə bağlı biliklər, münasibət və davranış,
reproduktiv sağlamlıq, böyüklərin sağlamlığı, məişət zorakılığı və qadınlara
səlahiyyətlərin verilməsi kimi sahələrə aid 100 göstərici üzrə məlumatlar toplan-
mışdır. Sorğu həm də ona görə özünəməxsusdur ki, orada məlumatlar mümkün
qədər iqtisadi regionlar, yaşayış tipi, rifah statusu, anaların təhsili, yaş və digər
mühüm xarakteristikalar üzrə bölünmüşdür.
Sorğunun nəticələri ölkənin Minilliyin İnkişaf Məqsədlərinə və Yoxsulluğun
Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramındakı məqsədlərə nail
olunması istiqamətində əldə etdiyi irəliləyişin izlənməsində mühüm rol oynay-
acaq. AzDSS demoqrafiya və səhiyyə göstəricilərindən ibarət beynəlxalq
məlumatlar bazasının genişlənməsinə də öz töhfəsini verir.
Sorğuda Azərbaycanda həyata dair maraqlı faktlar öz əksini tapmışdır. Uşaqların
doğum qeydiyyatı əmsalı 90%-dən çoxdur: onların 94%-i qeydiyyata alınıb,
88%-inin isə doğum haqqında şəhadətnaməsi var. Lakin körpələrdə bu əmsal
90%-dən aşağıdır, 0-11 aylıq uşaqların isə cəmi 75%-inin doğum haqqında
şəhadətnaməsi var.
Yeni doğulma dövründə körpələr arasında ölüm halları xüsusi narahatlıq doğu-
rur. Körpə ölümünün böyük bir hissəsi (65%) məhz neonatal dövrdə baş verir.
Buna doğuş arasında interval və anaların təhsili kimi amillər təsir edir.
Peyvəndlə bağlı sorğu məlumatlarında deyilir ki, 19-28 aylıq körpələrin 60%
bütün tövsiyə edilən peyvəndləri qəbul etmişdir. Yeni doğulmuşların 85% faizi
ana südü ilə qidalanır, lakin yalnız ana südü ilə qidalandırma əmsalı hələ ar-
zuolunan səviyyədə olmayaraq, altı aya qədər uşaqların yalnız 12%-ini əhatə
edir. Amma bəlkə də ən çox təlaş doğuran nəticə odur ki, uşaqların üçdə-bir
hissəsində anemiya var, 25%-inin boyu yaşına görə kiçik, 8%-inin isə çəkisi
yaşına görə azdır, o cümlədən 7%-ində çəkinin yaşa görə kəskin azlığı müşahidə
olunur.
Azərbaycan yod çatışmazlığı xəstəliklərinin tam aradan qaldırılmasına yaxındır
belə ki, hazırda ölkədə ailələrin böyük bir hissəsi – 94.6%-i yodlaşdırılmış duz-
dan istifadə edir. Müqayisə üçün deyək ki, bu rəqəm 2000-ci ildə cəmi 41.3%
idi. Lakin Azərbaycanda ailələrin yalnız 53.8%-i adekvat şəkildə yodlaşdırılmış
duzdan istifadə edir və bu, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Uşaq
Fondunun (UNICEF) və Yod Çatışmazlığı Xəstəliklərinə Beynəlxalq Nəzarət
Şurasının tövsiyə etdiyi rəqəmdən xeyli azdır.
Azərbaycanda fertillik əmsalı 2-dir. Bu o deməkdir ki, iqtisadi regionlar üzrə
bəzi fərqlər olmaqla azərbaycanlı qadın öz həyatı ərzində dünyaya iki uşaq
gətirir. Sorğunun digər nəticəsi isə erkən nikahlarla bağlıdır – 15-19 yaşlı
qızların 6%-i ya anadır, yaxud da ilk dəfədir ki, hamilədir. Azərbaycan kimi
müsəlman ölkəsi üçün kifayət qədər təəccüblü olan digər bir fakt odur ki, qad-
ınların 38%-i ən azı bir dəfə abort edib, onların 71%-i isə birdən daha çox abort
edib. Baş verən doğuş hallarının 89%-i bacarıqlı tibbi personalın iştirakı ilə
keçirilib.
İİV/QİÇS üzrə biliklərlə əlaqədar məlumatlar da mühümdür. AZDSS-də deyilir
ki, qadınların 65%-i, kişilərin isə 77%-i QİÇS haqqında eşitmişdir. İİV ilə bağlı
rüsvayçılıq damğası və ya stiqma yüksəkdir: qadınların yalnız 20%-i, kişilərin
isə 8%-i QİÇS-ə yoluxmuş satıcıdan tərəvəz ala biləcəyini demişdi. Kişilərin
24%-i sorğudan əvvəlki bir il ərzində yüksək riskli cinsi əlaqəyə girmişdi.
Böyüklərin 40%-dən az bir hissəsi İİV-ə harada yoxlanmağı bilir. Gənclərin az
qismi İİV haqqında ətraflı biliklərə malikdir.
Rəyi soruşulan qadınların 13%-i zorakılığa məruz qalmışdır. Belə halların 50%-
ində zorakılıq qadınların həyat yoldaşları tərəfindən törədilmişdir. Qadınların 3
faizi demişdi ki, onlar ilk dəfə cinsi əlaqəyə məcburi girmişdilər, lakin narahatlıq
doğuran odur ki, fiziki və ya cinsi zorakılığa məruz qaldığını bildirən qadınların
58%-i kömək üçün kənara müraciət etməmiş, yalnız öz ailələrinə üz tutmuş və
ya daxili qohumluq əlaqələrindən istifadə etmişdir.
İNFORMASİYA BÜLLETENİ HAQQINDA:
Bu informasiya bülleteni UNICEF-in Azərbaycanda fəaliyyəti
haqqında məlumatlılığı artırmaq məqsədi ilə tərtib edilmişdir.
ABUNƏ
Bu bülleteninin sizə göndərilməsini və ya göndərilməməsini
istəyirsinizsə, Əli Verdiyevə (averdiyev@unicef.org) e-mail ilə
müraciət etməyinizi xahiş edirik.
ŞƏRHLƏR VƏ MƏZMUN
Biz bu bülleten, onun məzmunu və formatına dair sizing fikir və
rəylərinizi bilmək istərdik. Fikirlərinizi və təkliflərinizi Əli Verdiyevə
(averdiyev@unicef.org) və ya Sirac Mahmudova
(smahmudov@unicef.org) göndərməyinizi xahiş edirik.
Yuxarı
Qarabağ
Kəlbəcər-Laçın
Gəncə-Qazax
Şəki-Zaqatala
Bakı
Quba-Xaçmaz
Dağlıq Şir-
van
Abşeron
Lənkəran
Aran
Naxçıvan MR
Faiz
2.2 2.3
2.4 - 4.1
4.2 - 11.0
11.1 - 14.7
Mәlumat yoxdur
Regionlar üzrə uşaqlarda boy azlığı
Dostları ilə paylaş: |