Xülasə Məqalə «Dədə Qorqud»



Yüklə 200,17 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix21.06.2018
ölçüsü200,17 Kb.
#49897
növüXülasə
  1   2   3   4   5   6   7   8


Ramil  ƏLİYEV

«DƏDƏ  QORQUD»UN  ETNOQRAFİYASI 

(Mürsal  Həkimovun  tezisləri  asasında)

XÜLASƏ

Məqalə  «Dədə  Qorqud»  kitabmdakı  adət-ən'ənə və  mərasimlə  bağlı  etnoqrafık gö- 

rüşlərə  həsr  edilmişdir.  M üəllif prof.  M.Həkimovun  «Kitabi-Dədə  Qorqud»  dastanmda 

xalq məişət mərasimləri» adlı yazısmdakı  faktları  incələyərək dastan yaradıcılığında et- 

nosun milli-mə'nəvi xüsusiyyətlərindən söz açmışdır. Burada etnoqrafıyanın bir çox mə- 

sələləri (doğum, toy, yas, adqoyma və s.) öz izahını tapmışdır.



Açar sözlər:  dastan,  oğuz, qəhrəman, toy, у as, mərasim

ETHNOGRAPHY  OF “I)EBE  GORGUB** 

(Based  on  the  theses  of Mwrsal  Hakimov)

SUMMARY

The article is dedicated to the ethnographic views related to the traditions and cere­

monies  in  the  “Dede  Gorgud”  book.  The  author  investigating  the  facts  in  the  article 

“Folk  household  ceremonies  in  the  epos  “Kitabi-Dede  Gorgud”  o f  the  professor 

M.Hakimov speaks about the national-moral peculiarities o f the ethnos in the epic crea­

tion. The given article explains  some  issues of ethnography (birth,  wedding, mourning, 

name day).

Keywords:  epos, oghuz, hero,  wedding, mourning, ceremony

ЭТНОГРАФИЯ  «ДЕДЕ  ГОРГУД» 

(Основанный  на  тезисах  Мурсала  Хакимова)

РЕЗЮМЕ

Статья  посвящена  этнографическим  взглядам  связанными  с  традициями  и 

обрядами  в  книге  «Деде  Горгуд».  Автор  исследуя  факты  в  статье  «Народные  бы­

товые обряды в эпосе «Книги-Деде Горгуд» профессора М.Хакимова рассказывает о 

национальных-моральных особенностях этноса в создании эпосов. В данной статье 

объясняется многие вопросы этнографии (рождение, свадьба, скорбь, именины).



Ключевые слова:  эпос, огуз,  герой, свадьба,  скорбь, обряд

“Kitabi-Dədə  Qorqud  -   1300”.  Yubileyə  həsr  olımmuş  bu  məqalələr 

toplusunda M .Həkimov «Dədə Qorqud» boylarınm vahid dastan şəklində 

birləşdiyini  söyləyir.  Bu  məqalələr  toplusuna  daxil  olan  «Kitabi-Dədə 

Qorqud»  dastanmda xalq məişət mərasimləri»  məqaləsi  içində m üəllif bu 

dastanın  tarixinə,  obrazların  semantikasma  aid,  xüsusən  Dədə  Qorqud 

haqqmda tarixi və əfsanəvi mə'lumatları rıəzərdən keçirir. «Dədə Qorqud» 

dastarunda  xalq  mərasimləri  mövzusu  çox  rəngarəngdir.  Demok  olar  ki, 

xalq  arasmda keçirilən m ərasim brin  əksəriyyətinə  tarixi  formada «Dədə 

Qorqud kitabı»nda rast gəlinir. Mərasim folklorunun bütün şərtlərinə das-




tanda  əməl  olunması  onun  tədqiqat  obyekti  kimi  seçilməsini  vacib  edən 

şərtlərdən  biridir.  «Dədə  Qorqud»  dastanmda  əks  olunan  geyim-kecim- 

ləri,  söz-söhbətləri.  ailə-m əişət  problemləri,  yaraq-yasaqları,  döyüş 

ən'ənəsi, musiqi  alətləri, toy-diiyün, yas mərasimləri,  əxlaq məsələləri və 

s.  kimi  vacib  ünsürlər  m üxtəlif tədqiqatlarm  mövzusu  olmuşdur.  M.Hə- 

kimov  da  bu  dastanda həmin  məsələlərin  şərhinə  çalışaraq  onlan  aşağı- 

dakı kimi  qruplaşdırmışdır:

1.  Doğum -  adqoyma,  nişan və toy mərasimləri;

2.  Toy mərasimi;

3. Yas mərasimi;

4. Adət-ən'ənələr.

«Dədə  Qorqud»  dastanı  Azərbaycan  xalqımn  etnoqrafıyasını  öyrən- 

mək üçün  əvəzedilməz mənbədir.  Ona görə  də  dastandakı  xalq mərasim- 

lərini  və  adət-ən'ənələrini  öyrənmək üçün  onların  spesifıkasmı  və  m ə'na 

qatlarını  təşkil  edən  struktura  aşağıdakıları  aid  etmək  olar:  övlad  həsrəti; 

adqoyma;  qəhrəmanlıq  göstəmıək;  ov;  təkbətək  döyüş;  sədaqət;  qəhrə- 

man öləndə atınm kəsilməsi;  taleyə inanmaq;  düşmən üstünə tək getrnək; 

yuxu;  şərabdan  məst  olmaq;  ac  doyurmaq,  yahnçıq  görsə  donatdırmaq; 

yağınalatmaq; Bayındır xanın divanında qəhrəmanların ierarxik yeri; bəy- 

lərin alqışmın alqış, qarğışmın qarğış olması; qopuza hörmət; toy edib qo- 

naqlamaq; nəzir-niyaz vermək;  övladsız ataların oğul  arzusu;  Oğuz elinin 

birliyi; yarış; oğu olanın ağ çadırda, qızı olanın qızıl çadırda, oğlu, qızı ol- 

mayanın  qara  çadırda  əyləşdirilməsi;  qəhrəmanın  özünə  layiq  qız  seç- 

məsi;  qəhrəmanlıq  göstərən  qızlar;  qəhrəmanm  smaqdan keçirilməsi;  el- 

çilik;  ağsaqqal  sözünə  hörmət;  araya  qılınc  qoymaq;  ağ  çıxarıb  qara 

geymək;  yas  mərasimi;  sözündən  dönməmək;  «Dədə  Qorqud kitabı»nda 

silahlar;  qılıncın  altından  keçmək;  Göy  Tanrıya  inam;  toy  mərasimi;  ox 

atıb  toy  gərdəyi  qurmaq;  bəyin  qaftanını  öz  igidləriııin  geyinməsi;  Bey- 

rəyin  toyu  ilə  bağlı  olaraq  40  yoldaşının  evlənməsi;  tanınmamaq  üçün 

paltarın dəyişdirilməsi;  dastanda ekzoqamiya məsələləri;  pul  vahidi;  tica- 

rət  əlaqələri;  Oğuz  ailəsi;  üç  dünya  modeli;  Oğuz  kosmosu  -   Yalançı 

dünya;  Oğuzda Islam,  axirət, namaz qılmaq;  Oğuz qəhrəmanmın məğrur- 

luğu  (Qazan,  Qanturalı,  Веугэк);  Oğuz  qəhrəmanlarının  digər xarakteri; 

Oğuz qəhrəmanlarının zahiri görkəmləri; O ğuztitullan (ləqəbləri);  bəxşiş 

vermək; baş kəsib qan tökmək; qəhrəmamn özünü öyməsi; ana haqqı tanrı 

haqqı;  namus  və s.



Ovlad həsrəti.

  «Dədə  Qorqud  kitabı»  dastanında  iki  boyda  -   «Dirsə 

xan  oğlu  Buğac»  və  «Baybura  bəy  oğlu  Bamsı  Beyrəb>  boylarında  bu 

motiv  izlənilir.  Bu motivin əsasında Oğuz dünya modelində övladı olma-




У 

an atanın cəmiyyət tərəfindən yaxşı  qəbul  edilməməsi  durur. 

Sonsuzluq 

və ya oğulsuzluq cəmiyyətin inkişafını  ləngitdiyinə görə belə atalar ilə cə- 

miyyət  arasında  müəyyən  sərhədlər yaranır.  Buna  görə  də  qadm  ilə  kişi 

münasibətlərindəki günah səviyyəsinə qaldırılan bu bəlanın aradan qaldı- 

rılması üçün atalara ac doyurmaq, ehsanlar, nəzir-niyaz vermək və s.  töv- 

siyə olunur.  Dirsə xanm xatunu ona deyir:

Hey Dirsə xan, bana qəzəb etmə!

İncinib  acı  sözlər söyləmə!

Yerindən uru turğıl!

Ala çadırın yer üzünə dikdirgil!

Atdan-ayğırdan,  dəvədən-buğra.  qoyıından  qoç öldürgil!

İç  Oğuzun,  Tlaş  Oğuzun bəgləri  üstünə yığnaq etgil!

Ac görsən, toyurğıl!  Yalıncaq görsən,  tonatğıl!

Borcluyı  borcundan qurtarğıl!

Dərə kibi  ət yığ,  göl  kibi  qımız sağdır!

Ulu toy  elə, hacət  dilə!

Ola kim, bir ağzıdualının alqışilə

Tənqri  bizə  bir yetman  əyal verə.

İbtidai  icma  cəmiyyətində  övlad 

həsrətinin 

bu  yolla  aradan  qaldırıl- 

ması böyük Tanrıya olan inanıın, Tanrı yolunda xeyirxah əməllərin yerinə 

yetirilməsi  nəticəsində  sonsuz  atalara  Tanrı  mükafatmm  verilməsi  kimi 

başa  düşülürdü.  Buna boyda  da açıq  işarə  edilir.  Dirsə xanın xatunu  ona 

deyib ki, bu günah mənim deyil. Qədim türk tanrıçılığında xeyirxah əməl- 

1эг  etmək əxlaqi-etik. normalar  çərçivəsinda  hər bir  Oğuz kişisi  üçün və- 

zifə kimi  qəbui  edilmişdir.  Bu  oxlaq  normasından kənara çıxmaq  isə gü- 

nah  səviyyəsində anlaşılır.  Ona görə də bu günahlardan azad olmaq üçün 

həm  Dirsə xan,  həm  də  Baybura bəy  hökmən  Oğuz  əxlaqı  düşüncəsində 

yaxşı  əməllərə  sahib  olmalıdırlar.  Onlarm oğul  qisməti  isə yalnız bundan 

sonra yerinə yetir.  Baybura bəy öz oğulsuzluğunu belə  ərz edir:

«...X an  Qazan,  песэ  ağlamayayın,  песэ  bozlamayayın?  Oğulda  orta- 

ğım  yoq,  qartaşda  qədərim  yoq!  Allah-təala məni  qarğayıbdır...  Bəylər, 

tacım, təxtim üçiin ağlamıram. Bir gün ola, düşəm öləm, yerimdə-yurdım- 

da kimsə qalmaya», -  dedi.

Qazan bəy aydır:  Məqsudun bumıdır.  Baybörə bəg?

Aydır: Bəli, budır. Mənim dəxi oğlum olsa, xan Bayandırın qarşusın alsa 

-  tursa, qulluq eyləsə, mən dəxi bağsam, sevinsəm, qıvansayum, güvensey- 

im ... -  dedi.  Böylə digəc Qalm Oğuz bəgləri yüz göyə tutdılar.  Ə1  qaldırıb



Yüklə 200,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə