ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   2   3   4   5   6   7   8   9   ...   17

 

26 


mələklər sizə dua edər ki, İlahi onu bağışla, ona rəhm 

et. 


51. Məscidə tərəf hərəkətin savabı: 

Həzrət rəsulallah (c) buyurur: “Camaat namazında 

iştirak etmək üçün məscidə tərəf addım atan hər kəsə 

Allah-təala  hər  bir  addımın  qarşısında  yetmiş  min 

savab hədiyyə verər və o qədər məqamını ucaldar ki, 

əgər bu halda dünyadan getsə, Allah-təala yetmiş min 

mələyi məmur edər ki, qəbrə onun görüşünə getsinlər, 

ona  müjdə  versinlər,  təklikdə  ona  həmdəm  olub 

qiyamət gününə qədər bağışlanmasını tələb etsinlər. 

52. Günahın məhv olması: 

İmam Musa ibn Cəfər (ə) atasından nəql etdi: “O 

şəxs  ki,  evində  dəstəmaz  ala,  saçlarını  darayıb 

ətirlənə,  sonra  aram  və  vüqarla  evindən  xaric  olub 

müsəlmanlarla  namaz  qılmağa  görə  namaz  qılınan 

tərəfə gedə, hər qədəm götürüb-qoyduqca onun üçün 

bir  savab  yazılır,  bir  günahı  məhv  olır  və  bir  dərəcə 

Allaha  yaxınlaşır  məscidə  daxil  olana  qədər.  Elə  ki, 

məscidə  daxil  olub  namazı  imam  camaatla  başladı 

imam  camaat  namazın  salamını  deməmişdən  öncə 

Allah tərəfdən ona bağışlanmaq və beheşt vacib olur.” 

53. Camaat namazının səbəbi: 

İxlas, yeganəlik, İslam və ibadət Allah üçün aşkar 

olsun deyə, camaat namazı qərar verilib. 



 

27 


VI-



 

FƏSİL

 

CAMAAT NAMAZI MƏSCİDDƏ

 

54. Məscidin qonşuları: 

Həzrət  imam  Sadiq  (ə)  atasından  nəql  edir  ki, 

Peyğəmbər  məscidin  qonşuları  camaat  namazına 

hazır  olmaları  barədə  şərtləşir  və  buyurur:  “Namaza 

gəlməyənlər  gərək  bu  işdən  əl  götürsünlər  və 

namazlarda  hazır  olsunlar.  Əgər  bu  cür  olmasa, 

müəzzinə  deyərik  azan-iqamə  desin  və  mənim  əhli-

beytimdən  olan  Əliyə  (ə)  odun  cəm  edib  camaat 

namazında  boyun  qaçıranların  evlərinə  od  vurmasını 

əmr edərəm. 

55. Namazın azanınna ləbbeyk demək: 

Namazın 

azanın 


eşitdin 

hər 


nə 

qədər 


mümkündürsə,  tez  sürünə-sürünə  olsa  da  özünü 

məscidə yetir. 

56. Hansı namaz yaxşıdır? 

Bir  kişi  imam  Sadiqdən  (ə)  sual  etdi:  “Məscid 

mənim 

qonşuluğumdadır. 



Evimdə 

namazı 


(müstəhəbbləri ilə) uzun qılsam yaxşıdı, ya məsciddə 

camaatla  (müxtəsər)  qılsam?  İmam  cavabında  yazdı: 

Namazı camaatla qıl təklikdə uzun qılınan namazdan 

uzaq ol!” 

 



 

28 


57. Məscidə tərəf qədəm qoymaq: 

Rəsuli Əkrəm (c) buyurdu: “Məscidə tərəf camaat 

namazında iştirak etmək üçün hər kəs addım atsa hər 

qədəminə  yetmiş  min  savab  yazılır,  məqamı  ucalır. 

Əgər o halda ölərsə, qəbirdə onunla bir yerdə olmağa, 

behişti  müjdə  verib  qəbr  tənhalığında  həmdəmlik 

etməyə və Qiyamət gününə qədər bağışlanmaq tələbi 

üçün  Allah-təala  yetmiş  min  mələyi  ona  müvəkkil 

edər.” 

58. İki namazdan hansı yaxşıdır: 



Cəmil  ibn  Saleh  imam  Sadiq  (ə)  -dan  sual  etdi” 

Bu  iki  namazdan  hansı  daha  fəzilətlidir:  İnsan  əvvəl 

vaxtda namaz qılması  ya bir az təxirə salıb məsciddə 

camaat namazında iştirak etməsi?”  

Həzrət  buyurdu:  “Namazı  təxirə  sal  və  məscid 

əhli  ilə  birlikdə  namaz  qıl  əgər  məscidin  imam 

camaatı varsa. 

 



 

29 


 

VII

- FƏSİL 

CAMAAT NAMAZININ CƏRGƏSİ 

59. Namazı kamil edən: 

Həzrət  Rəsulallah  (c)  buyurur:  “Camaat 

namazının  cərgələrini  bərabər  edin,  cərgələri  bərabər 

etmək namazı kamilləşdirmək deməkdir.” 

60. Peyğəmbərin (c) arxasında namaz: 

İmam  Sadiq  (ə)  buyurur:  “Camaat  namazının 

birinci cərgəsində dayanan Peyğəmbərin (c) arxasında 

birinci cərgədə namaz qılan şəxs kimidir.” 

61. Cihad cərgəsi və camaat cərgəsi: 

İmam  Musa  ibn  Cəfər  (ə)  buyurur:  “Birinci 

cərgədə  namaz  qılmaq,  Allah  yolunda  cihad  etmək 

kimidir.” 

62. Camaat namazında nizam-intizamsızlıq: 

Peyğəmbər  (c)  camaat  namazında  namaz 

qılanların  çiyinlərini  düzəldib  deyirdi:  “Bərabər  və 

nizamlı olun! Sizin qəlbləriniz bir-birindən ayrılmasın 

deyə ayrı və pərakəndə olmayın!” 

63. Camaat namazının cərgələrini nizamlı etmək: 

Rəvayət olunub ki, Peyğəmbər (c) həmişə namaza 

duranda  deyərdi  namazın  cərgələrini  nizamlı  edin, 

filan  kəs  bir  az  qabağa 

gəl, filan kəs sən bir az 



 

30 


arxaya  get.  O  vaxt  buyurur:  Əgər  öz  cərgələrinizi 

nizamlı  edib  bir  cərgədə  düz  dayansanız,  Allah-təala 

sizi  mələklər  kimi  hidayət  edər.”  Bu  ayəni  tilavət 

edərdi: 


َ و

َ

اّنِا



َ

َ نح ن  َ ل

َ

َ نوفاّصلا



َ

و

َ



اّنِا

َ

َ نح ن  َ ل



َ

َ نو حِّب س ملا

  

 

Əmirəlmöminin  Əli  (ə)  mələklərin  sifəti  barədə 



buyurub:  “Onlar  cərgə bağlayandırlar  ki,  heç  vaxt  öz 

cərgələrindən  ayrılmırlar  və  zikr  edəndirlər  ki,  heç 

vaxt zikr etməkdən yorulmurlar.” 

64. Birinci cərgə mələklərin cərgəsi: 

İmam Əli (ə) buyurur: Camaat namazının ən yaxşı 

cərgəsi  birinci  cərgədir.  O,  mələklərin  cərgəsidir  və 

birinci cərgədə ən yaxşı yer imamın sağ tərəfidir.” 

65. Camaat namazının cərgələrinin nizamı: 

Həzrət  Rəsulullah    (c)  camaata  müraciət  edərək 

buyuyrdu:  Ey  camaat  camaat  namazının  cərgələrini 

bərabər edin və çiyin-çiyinə durun ki, fasilə və ayrılıq 

sizin  aranızda  olmasın.  səliqəsiz  dayanmayın  ki, 

Allah  sizin  ürəklərinizi  bir-birindən  ayrı  salsın.  Bilin 

ki,  cərgələrdə  nizam-intizama  necə  riaət  etməyinizi 

arxadan görürəm.” 

66. Mələklərin cərgələri kimi: 

Həzrət  Rəsulullah  (c)  buyurur:  “Düzü  camaat 

namazında 

mənim 

ümmətimin 



cərgəsi 

eyni 


mələklərin cərgəsi kimidir və bir rəkət namaz, camaat 

namazında 24 rəkət hesab olunur ki, hər bir rəkət hər 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə