ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 

36 


Peyğəmbərin əshablarından olan Qütadət ibn Nöman 

bir  gecə  məsciddə  Peyğəmbərlə  birlikdə  camaat 

namazı  qıldı.  Rəsulallah  (c)  öz  əshabının  vəziyyətini 

nəzərə  alırdı,  çünki  yollar  uzaq  idi  və  Mədinə  də  bu 

günki  kimi  abad  deyil  pərakəndə  şəkildə  idi.  Buna 

görə  hava  çox  qaralaşmamış  Peyğəmbər  (c)  bir 

Məğrib və İşa namazını qılırdı. Hava o gecə dumanlı 

idi.  Qütadət  namazını  qurtaran  vaxt  artıq  hava  çox 

qaranlıq  olmuşdu.  Evə  qayıtmaq  çox  çətin  idi. 

Rəsulallah  (c)  bildi  ki,  artıq  Qütadətin  öz  əməlinin 

nurundan  istifadə  etməsinin  vaxtı  çatıb.  Buna  görə 

məscidin  küncündən  qurumuş  bir  xurma  çubuğu 

götürüb  Qütadətə  verdi.  Çubuğdan  nur  saçırdı. 

Buyurdu:  “Bu  çubuq  on  zira  (hər  bir  zira  dirsəkdən 

barmaqların  ucuna  qədərdir)  qarşını  və  arxanı 

işıqlandıracaq.”  Qütadət  onun  işığının  vasitəsi  ilə 

evinə  getdi.  Təsadüfən  evinin  yanına  gəlmiş  bir 

yırtıcını  əlindəki  çubuğun  işığına  görüb  öldürdü. 

Rəvayətdə  belə  deyirlər  ki,  çubuğun  nuru  onun 

camaat  namazının  nuru  imiş.  Bəli,  hər kəsin  iman  və 

əməlinin nuru onunla olacaq. 

87. Üç dəstəyə iqtida etmək olmaz: 

İmam  Sadiq  (ə)  buyurur:  Üç  dəstənin  arxasında 

namaz  qılmayın.  1.  Tanınmayan  şəxsin  arxasında.  2. 

Qüluv  edən  şəxsin  arxasında  (quluv  edən,  yəni 

Allahın  sifətlərini  imam  yaxud  peyğəmbərlərə  şamil 




 

37 


edən  şəxs)  baxmayaraq  ki,  sənin  həm  əqidən  yaxud 

da  həm  məzhəbindir.

 

3.Zahirdə  günah  edənin 



arxasında, ağıllı olsada belə. 

88. İmam camaatın haqqı: 

İmam  camaatin  haqqı  sənin  üçün  budur,  bil.  O, 

məmurdur  seyr  edə  səninlə  Allahının  arasında  olan 

yükü  çiyninə  götürür  və  bu  məqamda  o,  sənin 

tərəfindən danışır, sən onun tərəfindən yox və o, sənin 

üçün  dua  edir,  sən  onun  üçün  yox!  O,  qorxu  və 

narahat  halda  Allah  qarşısında  dayanıb  sənin 

tərəfindən  bu  işi  görür.  Əgər  bu  işdə  nöqsan  olsa  o, 

cavabdehdir, sən  yox.  Əgər  bu  işi  tam və  kamil etsə, 

bu  kamillikdə  sən  də  onunla  şəriksən  və  onun  sənə 

üstünlüyü yoxdur. O, sənin canını öz canı ilə və sənin 

namazını  öz  namazı  ilə  qoruyur.  Demək  bu  işin 

miqdarında ona ehtiram etməyin gərəkdir. 




 

38 


 

IX-cu FƏSİL 

CAMAAT NAMAZININ TƏRK ETMƏYİN 

ZƏRƏRLƏRİ 

89. Camaat namazına etinasızlıq: 

Həzrət  Əli  (ə)  buyurur:  “Hər  kəs  camaat 

namazının  azanını  eşidə  və  heç  bir  üzürü  olmadan 

camaat namazına getməyə, namazı qəbul deyil.” 

90. İmanın kökündən məhrum olmaq: 

İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Bir  qarış 

miqdarında müsəlman camaatını tərk edən kəs imanın 

kökünü öz boynundan qırmışdır.” 

91. Məscidin qonşusu: 

İmam  Baqir  (ə)  buyurub:  “Məscidlə  qonşu  olub, 

lakin  camaat  namazında  iştirak  etməyənin  namazı 

kamil  deyil.  Əgər  xəstə  və  ya  başqa  üzrlü  səbəbi 

yoxdursa.” 

92. Rədd olunmuş namaz 

İmam  Baqir  (ə)  buyurub:  “Camaat  namazının 

səbəbi    müsəlmanların  bir  yerə  cəm  olmasıdır.  Hər 

kəs camaat namazını səbəbsiz tərk etsə onun namazı 

qəbul deyil.” 

93. Gecəni əhya saxlamaq. 

Şəhid 

Sani 


(r) 

(ikinci  şəhid)  nəql  edir: 




 

39 


“Camaat namazında iştirak edə bilməyənlər o gecəni 

sübhə kimi əhya saxlayıb ibadətə məşğul olardılar ki, 

bəlkə  Allah  camaat  namazının  savabını  onlara  əta 

edə.” 


94. Namazından bəhrəsizlik: 

İmam  Sadiq  (ə)  buyurdu:  Camaat  namazı 

yaradıldı  ki,  camaatla  birgə  namaz  qılanla  namaz 

qılmayan  tanınsın.  Və  o  şəxs  ki,  namazın  vaxtına 

diqqətlidir,  namazın  vaxtını  zay  edənlərdən  seçilsin. 

Əgər  bunlar  olmasaydı,  heç  kəsin  şəhadət  verməyə 

ləyaqəti yox idi. Camaat namazında iştirak etməyənin 

namazdan heç bir bəhrəsi yoxdur.” 

95. Camaat namazını tərk edənlərin cəzası: 

Həzrət Əliyə (ə) xəbər verdilər ki, bəziləri camaat 

namazına  gəlmir.  Həzrət  bir  xütbə  oxuyub  dedi: 

“Bəziləri  bizimlə  namaz  qılmaq  üçün  məscidə 

gəlmirsə,  bizimlə  yemək  yeməsin,  su  içməsin, 

məsləhət  etməsin,  bizdən  qız  almasın  və  bizim 

qənimətimizdən  bir  şey  götürməsinlər.  Bu  vəziyyət 

bizimlə  məscidə  camaat  namazına  gələnə  qədər 

davam etsin”. 

96.  Camaat  namazının  fəzilətindən  məhrum 

olmaq: 

Peyğəmbər  (c)  buyurdu:  “Cəbrayıl,  Mikayıl, 



İsrafil və Əzrayıl hər biri həştad min mələklə yanıma 

gəlib  dedilər:  “Ey  Məhəmməd!  Allah  sənə  salam 




 

40 


göndərir və deyir öz ümmətinə bildir: Baxmayaraq ki, 

onun  əməlləri  yer  əhlinin  əməllərindən  çoxdur  Əgər 

camaat  namazında  iştirak  etməyibsə,  öləndə  behiştin 

iyi  o  kəsə  çatmayacaq.  Mən  onun  o  əməllərini  qəbul 

etmirəm. Ey Məhəmməd! Camaat namazını tərk edən 

mənim  yanımda  məlundur.  Mələklərin  yanında  və 

səmavi kitablarda Tövrat, İncil, Zəbur və Furqanda da 

bu cür şəxslər Allahın lənətinə düçar olurlar. Camaat 

namazını  tərk  edən  sübhü  və  əsri  Allahın  lənətində 

yaşayır.  Ey  Məhəmməd!  Camaat  namazını  tərk 

edənin  duasını  qəbul  etmirəm  və  rəhmətimi  də  ona 

göndərmirəm. Əgər xəstələndilər görüşünə getməyin, 

elə  ki,  öldülər  təşyi  cənazə  etməyin,  Yer  üzündə 

camaat namazını tərk edənlərdən çox mənim əzabıma 

düçar  olan  yoxdur.  Ey  Məhəmməd!  Behiştin  iyi 

camaat  namazın  tərk  edənə  nəsib  olmayacaq.  Ey 

Məhəmməd!  Ölən  şəxs  camaat  namazının  əhlindən 

olmasa onu, cəhənnəm oduna daxil edərəm.” 

97. Müstəhəbb əməl: 

İmam  Sadiqin  (ə)  əshabından  olan  Zürarə  və 

Fuzeyl  dedilər  ki,  imam  Sadiqdən(ə)  soruşduq: 

Namazı camaatla qılmaq vacibdirmi? İmam buyurdu: 

“Namaz  vacibdir,  amma  bütün  namazları  camaatla 

qılmaq vacib deyil, müstəhəbb əməldir. Əgər bir kəs 

etinasızlıq  ucundan  mömin  cəmiyyətdən  üz  çevirsə, 

namazı qəbul olmaz. 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə