ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 

50 


bilsə  (məsələn,  dəstəmazsız  namaz  qıldığını  bilsə) 

məmumun namazı səhihdir. 

Məsələ:  1443.Əgər  namaz  əsnasında  iqtida  edib-

etməməsində  şəkk  etsə,  bu  halda  məmumun  vəzifəli 

olduğu  bir  haldadırsa,  (məsələn,  imamın  Həmd-

Surəsinə  qulaq  asan  haldadırsa)  namazını  camaatla 

qılıb  qurtara  bilər.  Əgər  həm  imamın,  həm  də 

məmumun vəzifəsi olan işlərə məşğuldursa (məsələn, 

rükuda  və  ya səcdədədirsə) namazı furada niyyəti  ilə 

tamam etməlidir. 

Məsələ:  1444.İnsan  camaat  namazı  əsnasında 

furada niyyəti edə bilər. 

Məsələ:  1445.Əgər  məmum  imamın Həmd  surəsi 

qurtarandan  sonra  furada  niyyət  etsə,  onları  oxuması 

lazım  deyil.  Amma  əgər  Həmd-Surənin  tamam 

olmasından  qabaq  furada  niyyəti  etsə,  ehtiyat-vacibə 

görə onları əvvəldən oxumalıdır. 

Məsələ:  1446.Əgər  bir  kəs  camaat  namazı 

əsnasında  furada  niyyəti  etsə,  ehtiyat-vacibə  görə 

yenidən  camaat  namazı  niyyəti  etməməlidir.  Amma 

əgər  furada  niyyəti  edib-etməməsində  tərəddüddə 

qalsa  və  sonradan  camaatla  birlikdə  tamamlamaq 

qərarına gəlsə, namazı səhihdir. 

Məsələ: 


1447.Əgər 

furada 


niyyəti 

edib-



 

51 


etməməsində  şəkk  etsə,  gərək  niyyətini  furada 

etməməsinə döndərsin. 

Məsələ:  1448.Əgər  imam rükuda olan vaxt  iqtida 

edib  onun  rükusuna  çatsa,  hətta  imamın  rükusu 

tamam  olsa  belə,  namazı  camaatla  səhihdir  və  bir 

rəkət hesab olunur. Amma əgər rüku qədərində əyilib 

imamın  rükusuna  çatmasa,  onun  camaat  namazı 

batildir. 

Məsələ:  1449.İmam  rükuda  olan  vaxtda  iqtida 

edib rüku qədərində əyilsə və imamın rükusuna çatıb-

çatmamasında  şəkk  etsə  namazı  batildir.  Ehtiyat 

budur ki, namazı qurtarandan sonra yenidən qılsın. 

Məsələ:  1450.Əgər  imam rükuda olan vaxt  iqtida 

etsə və rüku qədərində əyilməzdən qabaq imam başını 

rükudan  qaldırsa,  furada  niyyəti  də  edə  bilər,  yaxud 

da gözləyə bilər ki, imam sonrakı rəkət üçün qalxanda 

niyyət  edib  onu  öz  namazının  birinci  rəkəti  hesab 

etsin.  Amma  əgər  imamın  ayağa  qalxması  çox  uzun 

çəksə  və  bu  şəxs  camaat  namazı  qılır-deyilməsə, 

furada niyyəti etməlidir. 

Məsələ:  1451.Əgər  namazın  əvvəlində,  yaxud 

Həmd-Surə  oxunan  vaxt  iqtida  etsə  və  rükuya 

getməmişdən  qabaq  imam  başını  rükudan  qaldırsa, 

onun  namazı  camaatla  səhihdir:  rüku  edib  özünü 




 

52 


imama çatdırmalıdır. 

Məsələ:  1452.Əgər  imama  axırıncı  rəkətin 

təşəhhüdünü  oxuduğu  vaxt  çatsa,  bu  halda  camaat 

namazının  savabını  qazanmaq  istəyərsə,  gərək  niyyət 

edib, 

təkbirətül-ehram 



dedikdən 

sonra 


oturub 

təşəhhüdü  imamla  birlikdə  oxusun,  amma  salamları 

deməyib  gözləməlidir  ki,  imam  salamı  desin,  sonra 

ayağa qalxıb yenidən niyyət etmədən, təkbir demədən 

Həmd-Surəni oxumalıdır. Bunu, öz namazının birinci 

rəkəti hesab etməlidir. 

Məsələ: 

1453.Məmum 

imamdan 

qabaqda 


durmamalıdır. Ehtiyat-vacibə görə imamdan bir qədər 

arxada  dayanmalıdır.  Əgər  onun  boyu  imamdan  uca 

olsa  və  rükuda,  səcdədə  ondan  qabaqda  olsa,  eybi 

yoxdur. 


Məsələ:  1454.Camaat  namazında  məmum  və 

imam  arasında  arxası  görünməyən  pərdə  və  bu  kimi 

şeylər  fasilə  salmamalıdır.  Həmçinin  insan  ilə  onun, 

imama  müttəsil  olduğu  bir  şəxs  arasında  da  fasilə 

düşməməlidir. Əgər məmum qadın, imam isə kişi olsa 

pərdə  və  bu  kimi  şeylərin  fasilə  salmasının  eybi 

yoxdur. Qadınla, kişi olan sair məmum arasında pərdə 

və  bu  kimi  şeylər  fasilə  salsa  (belə  ki,  qadın  onun 

vasitəsilə  imama  müttəsildirsə)  eybi  yoxdur.  Amma 

əgər  imam  və  məmum-

hər  ikisi  qadın  olsa, 



 

53 


bunun  hökmü  kişilərin  hökmü  kimidir,  yəni  onların 

arasında heç nə fasilə salmamalıdır. 

Məsələ:  1455.  Əgər  namaza  başlayandan  sonra 

imamla  məmum  arasında,  yaxud  həmin  məmumun 

imama  müttəsil  olduğu  şəxs  arasında  pərdə  və  ya  o 

biri  tərəfi  görünməyən  başqa  bir  şey  fasilə  salsa, 

namazı furadadır və səhihdir. 

Məsələ:  1456.Ehtiyat-vacib  budur  ki,  məmumun 

səcdə  yeri  ilə  imamın  durduğu  yerin  arasında  bir 

normal addımdan artıq fasilə olmasın. Həmçinin əgər 

insan,  qabağında  dayanan  məmumun  vasitəsilə 

imama  müttəsil  olsa,  ehtiyat-vacibə  görə  onun 

səcdəsinin  yeri  qabaqdakının  dayandığı  yerdən  bir 

normal  addımdan  artıq  olmasın.  Ehtiyat-müstəhəb 

budur  ki,  məmumun  səcdəsinin  yerinin,  onun 

qabağında  duran  kəsin  dayandığı  yerlə,  ümumiyyətlə 

fasiləsi olmasın. 

Məsələ:  1457.Əgər  məmum,  sağında  və  ya 

solunda  olan  kəsin  vasitəsilə  imama  müttəsil  olub 

amma qabaqdan müttəsil olmasa, bu halda bir normal 

addımdan artıq fasiləsi olmazsa namazı səhihdir. 

Məsələ:  1458.Əgər  namazda  məmumla  imam, 

yaxud  məmumla  onun  imama  müttəsil  olduğu  şəxs 

arasında bir addımdan artıq fasilə düşsə onun namazı 




 

54 


furada olur və səhihdir. 

Məsələ: 


1459.Əgər 

qabaqdakı 

cərgədə 

dayananların  hamısının  namazı  tamam  olsa,  yaxud 

hamısı  furada  niyyəti  etsələr,  bu  halda  fasilə  normal 

addımdan  çox  olmasa,  sonrakı  cərgənin  namazı 

camaat namazı şəklində səhihdir. Əgər bu miqdardan 

artıq olsa furada olur və səhihdir. 

Məsələ:  1460.Əgər  bir  kəs  ikinci  rəkətdə  iqtida 

etsə, 


qunutu 

və 


təşəhhüdü 

imamla 


birlikdə 

oxumalıdır.  Ehtiyat  budur  ki,  təşəhhüdü  oxuyan 

zaman  əllərin  barmaqlarını  və  ayaqlarının  pəncəsini 

yerə  qoyub,  dizlərini  qaldırsın,  təşəhüddən  sonra 

imamla birlikdə qalxıb Həmd və Surəni oxusun. Əgər 

Surə üçün vaxt qalmasa, təkcə Həmdi oxuyub rükuda 

və  ya  səcdədə  özünü  imama  çatdırsın,  yaxud  da 

furada niyyət etsin, namazı da səhihdir. 

Məsələ:  1461.Əgər  imam  dörd  rəkətli  namazın 

ikinci  rəkətində  olanda  iqtida  etsə,  namazın  ikinci 

(imamın üçüncü) rəkətində iki səcdədən sonra oturub 

təşəhhüdün  vacibi  qədərini  oxumalı,  sonra  ayağa 

qalxmalıdır.  Əgər  təsbihatı  üç  dəfə  deməyə  vaxt 

olmazsa,  gərək  bir  dəfə  deyib  rükuda  və  ya  səcdədə 

özünü imama çatdırsın. 

Məsələ: 1462.Əgər imam üçüncü və  ya dördüncü 

rəkətdə olsa və məmum 

iqtida 


edib 

Həmdi 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə