ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 



II-ci 

FƏSİL

 

CAMAAT NAMAZININ ƏHƏMİYYƏTİ 

3. Cəbrayılın arzusu: 

Peyğəmbər  Əkrəm  (c)  buyurdu:  “Yeddi  əməli 

yerinə  yetirmək  üçün  Cəbrayıl  arzu  etdi  ki,  kaş  oda 

Adəm övladlarından olaydı. O əməllərdən biri camaat 

namazı qılmaqdır.” 

4. Camaat namazına eşq bəsləmək: 

Rəbi  ibn  Xeysəm  fələc  xəstəliyinə  tutulmasına 

baxmayaraq,  camaat  namazından  qalmırdı.  Hər  gün 

onun  əlindən  tuturdular  və  o,  ayaqlarını  sürüyə-

sürüyə  özünü  camaat  namazına  çatdırırdı.  Bir  nəfər 

ona  dedi:  “Əgər  evdə  namaz  qılsan  sənin  üçün  daha 

yaxşı olar. Bu qədər çətinlik çəkməzsən”. Rəbi dedi: 

“Gedəndə  əziyyət  olmasına  baxmayaraq,  hər  kəs 

“Həyyə  ələs-səlah”  kəlməsini  eşitdikdə  onu  qəbul 

etməlidir”. 

5. Azan deyənə cavab vermək. 

Allahın  rəsulu,  (c)  buyurdu:  Elə  ki,  müəzzin 

“Əşhədu  ənla  ilahə  illəllah”,  deyir  Allah-taala 

buyurur: “Ey Məhəmmədin ümməti harda olsanız bir 

neçə camaat namazına məşğul olun”. 

6. 


Loğmanın 

sifarişi: 




 

Loğman  övladına  dedi:  “Oğlum!  Əgər  nizənin 



üstündə də olsa belə namazı camaatla qıl!”  

7. Birinci camaat namazı: 

İmam Sadiq (ə) buyurdu: “Birinci camaat namazı 

ki,  əda  olundu.  Həmin  gün  idi  ki,  həzrət  peyğəmbər 

(c) namaz qılırdı və Əli ibn Əbu Talib əmirəlmöminin 

(ə) onunla bir yerdə idi. 

8. Təklik camaatdır: 

Həsən  Siqəl  Əbu  Əbdullah  İmam  Sadiqdən  (ə) 

camaatın  ən  az  sayı  barədə  soruşdu.  İmam  buyurdu: 

“Bir  kişi  bir  qadın  və  əgər  heç  kəs  belə  məsciddə 

olmasa  belə  mömin  təkcə  camaatdır.  Çünki  azan  və 

iqaməni  deyəndə  iki  cərgə  mələk  onun  arxasında 

namaza  durur.  Və  əgər  tək  iqamə  desə,  bir  cərgə 

mələk ona iqtida edir.”  

Həmçinin  Allahın  peyğəmbəri    buyurmuşdur: 

“Mömin təklikdə höccət və camaatdır.” 

9. Namazı camaata görə təxirə salmaq: 

Cəmil  ibn  Saleh  imam  Sadiqdən  (ə)  sual  etdi: 

“Bunlardan hansı daha fəzilətlidir?” 

İnsanın  namazını  vaxtında  qılması,  yoxsa  əgər 

məscidin imamı varsa, məscid əhli ilə birlikdə camaat 

namazı  qılmaq  üçün  namazını  bir  qədər  təxirə 

salması? 

Həzrət buyurdu: “Namazı təxirə salsın məscid əhli 

ilə namaz qılsın. Əgər məscidin imam camaatı varsa. 



 

10 


10. Əsasından tutan olmayan kor: 

Həzrət  İmam  Sadiq  (ə)  buyurdu:  “İslam 

peyğəmbəri  istədi  ki,  namazlarını  evdə  qılıb  və 

camaat  namazına  gəlməyən  qövmün  evlərinə  od 

vursunlar.  Bu  vaxt  bir  kor  kişi  həzrətin  yanına  gəlib 

dedi:  “Ya  rəsulallah,  mənim  gözlərim  görmür, amma 

məscidin  azanını  eşidirəm,  əsamdan  tutan  yoxdu  ki, 

məni  camaat  namazına  gətirsin.”  Həzrət  buyurdu: 

“Evindən  məscidə  qədər  ip  bağla  (əsandan  tutan 

olmayanda). O, ipdən tut və özünü namaza çatdır.” 

11. Müşk iyi camaat namazında: 

Böyük alim hacı şeyx Məhəmməd Baqir buyurdu: 

Mənim  adətim  idi  ki,  həmişə  camaat  namazından 

sonra  sağımda  və  solumda  oturanla  görüşürdüm.  Bir 

gün  Samirədə  camaat  namazından  sonra,  elm 

əhlindən  olan  mərhum  Mirzayi  Şirazi  (Allah 

məqamını uca etsin) mənim sağ tərəfimdə oturmuşdu 

ki,  onunla  görüşdüm.  Və  bir  nəfər  kəndli  ki,  sol 

tərəfimdə  idi,  nəzərimə  kiçik  gəldiyi  üçün  onunla 

görüşmədim.  Bundan  peşiman  oldum  və  tez  öz-

özümə  dedim  ki,  ola  bilsin  mənim  nəzərimə  kiçik 

olan  bir  şəxs,  Allah  yanında  ehtiramlı  və  əziz  olsun. 

Tez  onunlada  ədəblə  görüşdüm.  Elə  bu  vaxt  qəribə 

müşk  iyi  hiss  etdim,  amma  elə  bil  dünya 

müşklərindən  deyildi.  Çox  sevindim  və  ehtiyatla 

ondan  soruşdum  ki,  müşk  varınızdı?  Dedi:  “Yox 




 

11 


mənim heç vaxt müşküm olmayıb.” Yəqin etdim, bu 

iy  ruhani  və  mənəvi  iylərdən,  özü  isə  məqamı  olan 

ruhani  bir  şəxsdir.  O,  gündən  əhd  etdim  ki,  heç  vaxt 

möminə kiçik gözlə baxmayam. 

12. Çətin halda camaat namazı: 

Peyğəmbəri  Əkrəm  (c)  can  verən  halda  idi. 

Mədinənin müəzzini Bilalın səsi eşidildi. Sübh azanı 

Mədinədə  başlandı.  Allahın  rəsulu  (c)  qalxıb 

dəstəmaz  aldı.  Bir  əlini  həzrət  Əlinin  (ə)  və  o  biri 

əlini  Fəzl  ibni  Abbasın  çiyninə  qoyub  çox  çətinliklə 

məscidə gəldi. Sübh namazını camaatla birlikdə qılıb 

evə döndülər. 

13. Camaat namazına tələsmək: 

Müsəlmanlardan 

bir 

nəfər 


tələsik 

halda 


peyğəmbərin  məscidinə  tərəf  gəldi  ki  O,  həzrətin 

camaat namazında iştirak etsin. O, məscidə çatan vaxt 

gördü ki, artıq camaat məsciddən çıxır. O bir nəfərdən 

soruşdu:  “Niyə  məsciddən  çıxırsınız?”  Dedilər  ki, 

namaz  qurtarıb.  Gecikən  kişi  dərindən  ah  çəkib 

əfsuslandı  ki,  niyə  camaat  namazına  çata  bilmədi. 

Müsəlmanlardan bir kişi ona dedi: “Sən o yanıqlı ahı 

mənə bağışla və mən camaat namazımı sənə verim.” 

Gecikən  kişi  razılaşdı.  (burada  gecikən  kişi  öz  ahına 

qürurlanmadı) Həmin gecə yuxuda gördü ki, bir nəfər 

ona  deyir:  “Xoş  sənin  ruhani  halına  ki,  yanıqlı  ahı 

verib,  həyat  suyu  və  şəfa  tapdın.  Ahın  müqabilində 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə