ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   2   3   4   5   6   7   8   9   ...   17

 

17 


yetmiş min dəfə dünya və o, şeylər ki, yer üzündə var 

ondan  və  bir  rəkət  namazı  imam  camaatın  arxasında 

camaatla  qılmaq  miskinə  verilən  yüz  min  dinar 

sədəqədən  yaxşıdır.  Və  camaat  namazında  möminin 

bir səcdəsi yüz qul azad etməkdəndə üstündür. 

23. İxlaslı insan Mühəddis Qumi: 

Görkəmli alimlərdən biri belə nəql edir: “Mərhum 

Məhəmməd  Ağa  Hacı  Şeyx  Abbas  Qumini 

(“Məfatihul-cinan” kitabının müəllifi) Məşhədə dəvət 

etmişdilər.  O,  orda  mənbərə  gedib  bir  neçə  gün 

Gövhər  Şad  məscidində  camaat  namazı  qılırdı. 

Çoxları Məşhəd əhlindən və zəvvarlardan çoxu onun 

camaat  namazında  iştirak  edirdilər.  O,  bir  gecə 

Məğrib  namazını  qılıb  İşa  namazını  camaatla 

qılmayıb getdi.  

Ondan  soruşdular  ki,  niyə  İşa  namazın  qılmadın? 

Dedi: “Məğrib namazını qılan vaxt mükəbbirin səsini 

uzaqdan eşitdim ki, mənim namazımın təkbirini deyir. 

Hiss  etdim  ki,,  camaat  çoxdu.  Azacıq  qürur  qəlbimə 

yol tapdı. İşa namazını bu halda qılmağım düz deyildi 

və  buna  görə  camaat  namazını  tərk  edəməyi  qərara 

aldım”. 


24. Camaat namazının fəziləti: 

İslam  peyğəmbəri  (c)  buyurmuşdur:  “İnsanın 

camaatla  namaz  qılması  qırx  il  evdə  qılınan 

namazdan  yaxşıdır.  Soruşdlar  ki,  ya  rəsulallah,  bir 




 

18 


gününmü  namazı?  Həzrət  (c)  buyurdu:  Bəlkə  də  bir 

namaz.” 


25. Camaat namazı və ayətullah Xansari: 

Mərhum  ayətullah  seyid  Həsən  Xansari  heç  vaxt 

gecə  namazını,  ziyarət  aşuranı  və  camaat  namazını 

tərk  etmədi.  Məscidə  getməyən  vaxt  evdə  ailəsi  ilə 

birlikdə camaat namazı qılırdı. Çox insaflıydı və hamı 

ilə  xoş  rəftar  edərdi.  Müsəlmanların  işlərinin  islahı 

üçün  qəribə  diqqəti  var  idi.  Xansar  şəhərinin 

hakimiminin  göstərişi  ilə  məxsus  onun  üçün  Came 

məscidi tikdilər ki, həmişə cümə və camaat namazı o 

məsciddə qılınırdı. 




 

19 


 

IV-cü 

FƏSİL

 

SÜBH VƏ İŞA CAMAAT NAMAZLARI 

26. Bütün gecənin ibadətindən üstün: 

Həzrət  rəsulullah  (c)  buyurdu:  “Sübh  namazını 

camaatla  qılmağım  mənim  nəzərimə  gecəni  sübhə 

qədər ibadət etməkdən daha üstündür.” 

27. Sübh camaat namazı: 

Rəsulullahın (c) zamanı idi. Təzə İslam höküməti 

Mədinədə  fəaliyyətə  başlamışdı.  İmam  Baqirin  (ə) 

nəqlinə  əsasən  bir  gecə  Əmirəlmöminin  Əli  (ə) 

gecənin əvvəlindən namaz qılmağa durur. Eləki, sübh 

oldu 

həzrət  həmişəki  kimi  məscidə  gedib 



peyğəmbərin  (c)  camaat  namazında  iştirak  etmək 

istəyir.  Amma  gecənin  yuxusuzluğuna  görə  sübh 

namazını  evdə  qılır  və  namazdan  sonra  yuxu  onu 

tutur.    Peyğəmbər  (c)  o  sübh  Əlini  (ə)  məsciddə 

görmədiyi üçün namazdan sonra həzrət Fatimənin (s) 

yanına  gəlir.  Fatimə  (c)  bütün  hadisəni  peyğəmbərə 

deyir.  Peyğəmbər  (c)  buyurdu:  “O,  hədiyyə  ki,  Sübh 

camaat  namazına  xatir  ona  veriləcəkdi,  əlindən  çıxdı  

və  o  hədiyyə  gecə  qıldığı  bütün  namazlardan 

üstündür.”  Əli  (ə)  Peyğəmbərin  səsini  eşidən  kimi 

yuxudan 

ayıldı 


Peyğəmbər  (c)  həzrət 


 

20 


Əliyə  (ə)  buyurdu:  “Bir  şəxs  ki,  Sübh  namazını 

camaatla  qıla,  elə  bil  bütün  gecəni  ruku  və  səcdə 

halında keçirmişdir.” 

28. Həzrət Peyğəmbərin (c) sualı: 

Həzrət  İmam Sadiq (ə)  buyurdu: “Peyğəmbər  (c) 

bir  gün  sübh  namazını  qılandan  sonra  məsciddə 

üzünü  əshaba  tutub  bir  neçə  adamın  adlarını  bir-bir 

çəkə-çəkə 

onların 

namazda 


olub-olmadıqları 

barəsində  soruşdu.  Əshab  ərz  etdi  ki,  ya  rəsulallah 

olmayıblar. 

Həzrət 


təəccüblə 

soruşdu: 

“aya 

qaibdirlər.”  Sonra  dedi:  “Düzü,  heç  bir  namaz 



münafiqlər üçün Sübh və İşa namazından çətin deyil.” 

29. Camaat namazının savabı: 

İslam  peyğəmbəri  (c)  Osman  ibni  Məzuna  dedi: 

“Hər  kəs  Sübh  namazını  camaatla  qıla  və  namazdan 

sonra  günəşin  nuru  saçana  qədər  zikr  deyə  ona 

Firdovs  behiştində  yetmiş  mərtəbəli  meydan  verilər. 

Hər məqamın ərazisi 70 il sürətli atın qaçışı qədərdir. 

Hər  kəs  Zöhr  namazını  camaatla  qılsa,  onun  üçün 

Ədn cənnətində bir  yer verilər ki, 50 məqamı vardır. 

Hər məqamın ərazisi 50 il sürətli atın qaçışı qədərdir 

və  hər  kəs  Əsr  namazını  camaatla  qılsa,  ona  həzrət 

İsmail  (ə)  övladlarından  səkkiz  nəfəri  azad  etməyin 

savabı verilər ki, onların hər biri ailə sahibidirlər. Hər 

kəs  İşa  namazını  camaatla  qılsa,  Qədr  gecəsinin 

savabını ona hədiyyə edərlər. 



 

21 


 

V-ci 

FƏSİL

 

CAMAAT NAMAZININ ƏSƏRLƏRİ 

30. Behiştə daxil olmağa səbəb olur: 

İmam Sadiq (ə) buyurub: “Hər kəs qırx gün imam 

camaatın  sağ  tərəfində  namaz  qılsa  behiştə  daxil 

olacaq.” 

 

31. Namaz qılanlara xoş gümanlı olmaq: 



İmam  Sadiq  (ə)  buyurur:  “Hər  kəs  gündəlik  beş 

namazını camaatla qılsa, ona qarşı xoş güman olun və 

onun şəhadətini qəbul edin.” 

32. Camaat namazında ardıcıl iştirak etmək: 

Peyğəmbər  (c)  buyurur:  “Hər  kəs  camaat 

namazında  ardıcıl  iştirak  etsə,  onun  qeybəti  

müsəlmanlara haram və ədaləti isə sabit olur.” 

33. Camaat namazının bərəkəti: 

Rəsulallah  (c)  buyurdu:  “Hər  kəs  gündəlik  beş 

namazını camaatla qılsa Allah beş şeyi ona inaət edər: 

1. Kasıblığı ondan uzaqlaşdırar. 2. Qəbr sıxıntısını 

ondan  götürər.  3.  Qiyamət  günü  əməl  dəftərini  onun 

sağ  əlinə  verərlər.  4.  Sirat  körpüsündən  ildırım  kimi 

keçər. 5. Sorğu-sualsız behiştə daxil olar.” 

34.  Cəhənnəm  və 

nifaq odundan bəraət: 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə