ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

41 


98. Cəbrayılın sifarişi: 

Rəsuli  Əkrəm  (c)  buyurdu:  “Cəbrayıl  məni 

camaat  namazına  o  qədər  sifariş  etdi  ki,  namazın 

camaatsız səhih və qəbul olmadığını güman etdim.” 

99. Dinin müsibəti: 

Hatəm  Əsəm  demişdir:  “Camaat  namazı  mənim 

əlimdən getdi, fəqət bir nəccar mənə baş sağlığı verdi. 

Əgər övladım əlimdən getsəydi, on mindən çox adam 

mənə  baş  sağlığı  verərdi,  çünki  insanların  yanında 

dinin müsibəti dünyanın müsibətindən yüngüldür. 

100. Baş sağlığı vermək: 

Rəvayət  olunub ki, keçmişdə bir sıra  əməli saleh 

hər  vaxt  camaat  namazının  təkbirətul  ehramına 

çatmırdılar  üç  gün  bir-birlərinə  təsəlli  verirdilər  və 

əgər bütöv namaza çata bilməsəydilər, yeddi gün bir-

birlərinə  təsəlli  verərdilər.  Onlar  bu  işdə  çox  səy 

edirdilər. Bəziləri ölünün cənazəsini camaat namazına 

gəlməyənin  qapısına  aparırdılar.  Eyni  zamanda  bu  iş 

ölən  kəsin  də  camaat  namazında  iştirak  etməməsinə 

bir işarəymiş. 

101. Məscid qonşularının camaat namazı: 

Əli  (ə)  Kufəyə  hicrətində  müşahidə  edir  ki, 

məscidin  qonşuları  namazlarını  evdə  qılıb  məscidə 

getmirlər.  Bu  zaman  Həzrət  elan  etdi  ya  məscidə 

gəlib  namazlarınızı  camaatla  birlikdə  bir  yerdə  qılın 

ya məscidin qonşuluğundan köçüb başqaları ilə qonşu 




 

42 


olun. 

102. Peyğəmbərin (c) vəsiyyəti: 

Peyğəmbər  (c)  öz  vəsiyyətlərinin  birində 

Abdullah  ibn  Məsuda  belə  buyurur:  “Ey  Məsudun 

oğlu!  Məndən  sonra  qövmlər  gələcək  ləziz  və 

cürbəcür yeməklər yeyəcəklər.” Bunu deyəndən sonra 

buyurdu:  “Dini  ictimayyətdə  (camaat  və  cümə 

namazlarında) iştirak etməyəcəklər. Onlar İşa və gecə 

namazlarını  yaddan  çıxardacaqlar,  Sübh  namazını 

səhlənkarlıq edib qəzaya verərlər. Allah-təala onların 

barəsində  belə  buyurur:  Namazı  zay  edib  öz 

şəhvətlərindən  itaət  göstərənlər  özlərindən  bir  nəsil 

qoydular ki, onlar tezliklə azdırıcı əzabı dadacaqlar.” 

103. Qul azad etmək: 

Abdullah  ibni  Məsud  bir  gün  camaat  namazının 

birinci  təkbirinə  çata  bilmir  və  bir  təkbirin  savabı 

əvəzində  bir  qul  azad  edir.  O,  Peyğəmbərin  (c) 

xidmətinə  gəlib  söyləyir.  “Mən  namazın  birinci 

təkbirinə çata bilmədiyim üçün bir qul azad etdim. Bu 

işlə  əlimdən  gedən  savaba  nail  olurammı?”  Həzrət 

buyurdu:  “Xeyr.”  İbni  Məsud  dedi:  Əgər  başqa  bir 

qul  azad  etsəm,  təkbirin  savabına  nail  olacağam? 

Həzrət buyurdu: “Xeyr ey İbni Məsud! Yer aləmində 

olanları Allah yolunda versən də itirilmiş savabı dərk 

etməyəcəksən.” 

104.  Mənim  ümmətimin  yəhudilərinə  salam 




 

43 


verməyin: 

İslam  peyğəmbəri  (c)  buyurmuşdur:  “Yəhudi  və 

nəsranilərə  salam  edin,  amma  mənim  ümmətimin 

yəhudisinə  salam  verməyin!  Soruşdular:  “Sizin 

ümmətinizin  yəhudisi  kimdir?  Buyurdu:  “Azan  və 

iqaməni eşidib camaat namazına gəlməyənlər.” 

105. Camaat namazını üzürsüz tərk etmək: 

Əziz  İslam  peyğəmbəri  buyurub:  “Məsciddə 

üzürsüz camaat namazı qılmayan şəxsin namazı kamil 

deyil. Evində namaz qılıb müsəlmanların cəmiyyətinə 

qarşı  diqqətsiz  olanın  qeybəti  caizdir  və  adillikdən 

düşür.” 


106. Camaat namazını tərk etməyin zərəri: 

Rəsulullah  (c)  buyurdu:  Canavar  sürüdən  ayrı 

düşmüş  qoyunu  tez  tuta  bildiyi  kimi,  Şeytan  da 

insanın  canavarıdır.  Sizə  özbaşınalıqdan,  lazımsız 

dəstə  yığmaqdan  qorunmağı  və  camaat  namazında, 

məsciddə  və  ümumi  məclislərdə  iştirak  etməyi 

vəsiyyət edirəm. 

Kənzul ummal c.4, s. 581, h. 20355. 




 

44 


2-



 

HİSSƏ

 

 

 



CAMAAT NAMAZININ 

Ə

HKAMI 

 

 

AYATULLAHÜL-ÜZMA 

HACI 

ŞEYX

 

MƏHƏMMƏD

 

FAZİL

 

LƏNKƏRANİ

 

(

DAMƏ

 

ZİLLUHUL

-

ALİ



HƏZRƏTLƏRİNİN

 

“TOVZİHUL

-

MƏSAİL”  RİSALƏSİ

 

İLƏ

 

UYĞUN

 

 

 

 

 

 


 

45 


CAMAAT NAMAZININ ƏHKAMI 

Məsələ:  1421.Müstəhəbdir  ki,  vacibi  namazlar, 

xüsusilə  gündəlik  vacib  namazları  camaatla  birlikdə 

qılınsın. Sübh, məğrib və işa namazlarında, məxsusən 

məscidə qonşu olan və məscidin azan səsini eşidənlər 

üçün camaat namazında iştirak etmək daha çox sifariş 

olunub. 

Məsələ:  1422.  Bir  rəvayətdə  gəlib  ki,  əgər  bir 

nəfər  imama  iqtida  etsə,  onların  namazlarının  hər 

rəkətinin  150  rəkət  namaz  savabı  vardır.  Əgər  iki 

nəfər iqtida etsə, hər rəkətinin 600 rəkət namaz savabı 

var. İqtida edənlər nə qədər artsa, namazlarının savabı 

da bir o qədər artacaq. Əgər onların sayı 10 nəfərdən 

keçsə,  bütün  asimanlar  kağız,  dəryalar  mürəkkəb, 

ağaclar qələm, cin, ins və məlaikələr  yazan olsalar, o 

namazın  bir  rəkətinin  savabını  yazıb  qurtara 

bilməzlər. 

Məsələ: 


1423.Etinasızlıq 

üzündən 


camaat 

namazında iştirak etməmək caiz deyildir. İnsanın üzrü 

olmadan camaat namazına getməməsi layiq deyil. 

Məsələ:  1424.Müstəhəbdir  ki,  insan  gözləsin  və 

namazı  camaatla  qılsın.  Camaatla  qılınan  namaz, 

əvvəl  vaxtda  təklikdə  qılınan  namazdan  daha 

yaxşıdır.  Həmçinin,  müxtəsər  və  qısa  şəkildə  qılınan 

camaat  namazı  təklikdə 

uzun-uzadı 

qılınan 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə