ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

46 


namazdan daha yaxşıdır. 

Məsələ:  1425.Camaat  namazı  təşkil  olunanda 

müstəhəbdir  ki,  təklikdə  namaz  qılan  bir  kəs  namazı 

yenidən  camaatla  qılsın.  Əgər  sonradan  birinci 

namazının  batil  olduğunu  başa  düşsə,  ikinci  namazı 

kifayətdir. 

Məsələ:  1426.Əgər  imam  və  yaxud  məmum 

camaatla  qıldığı  namazı  yenidən  camaatla  qılsa,  bu 

halda  əgər  ikinci  camaat  namazına  gələnlər  birinci 

namazdakılardan  başqa  şəxslər  olsa  və  o  şəxs  də 

imam olsa eybi yoxdur. 

Məsələ:  1427.Namazda  vəsvas  olan  və  namazı 

yalnız  camaatla  qıldıqda  vasvaslıqdan  xilas  olan  bir 

kəs namazı camaatla qılmalıdır. 

Məsələ:  1428.Əgər  ata  və  ya  ana  öz  övladına, 

namazı  camaatla  qılmasını  əmr  etsələr,  onu  tərk 

etmək  ata-ananın  əziyyətlərinə,  narahatlıqlarına, 

yaxud  onlara  qarşı  ədəbsizlik,  hörmətsizlik  olarsa, 

namazı camaatla qılması vacibdir. 

Məsələ: 1429.Yağış  yağması üçün qılınan istisqa, 

habelə  Fitir  və  Qurban  namazları  istisna  olmaqla 

(onları  camaatla  qılmaq  olar)  müstəhəb  namazları 

camaatla birlikdə qılmaq olmaz. 

Məsələ: 


1430.Pişnamaz 


 

47 


gündəlik  namazını  qılanda  gündəlik  namazlardan  hər 

birini  ona  iqtida  edib  qılmaq  olar.  Amma  əgər  imam 

gündəlik  namazını  ehtiyatən  ikinci  dəfə  qılırsa, 

məmum  öz  namazında  ona  iqtida  edə  bilməz;  amma 

hər  ikisi  bir  cəhətdən  ehtiyat  cəhətindən  bir  olsalar, 

eybi yoxdur. 

Məsələ:  1431.Əgər  imam  özünün  gündəlik 

namazının qəzasını qılsa ona iqtida etmək olar; amma 

namazını ehtiyatən qəza edirsə, yaxud başqa bir kəsin 

namazının  ehtiyatən  qəzasını  edirsə,  hətta  onun  üçün 

pul almasa da, ona iqtida etmək işkallıdır. Amma əgər 

insan  namazı  fövtə  getmiş  bir  kəsin  qəza  namazını 

qılmasını bilsə, ona iqtida etməyin eybi yoxdur. 

Məsələ:  1432.Əgər  imam  mehrabda  olsa  və  bir 

nəfər də onun arxasında olub iqtida etməsə, mehrabın 

iki tərəfində durub mehrabın divarının səbəbilə imamı 

görməyən şəxslər ona iqtida edə bilməzlər. Hətta əgər 

imamın araxasında bir kəs iqtida etmiş olsa, onun iki 

tərəfində  duran  şəxslərin,  imamı  mehrabın  divarının 

vasitəsilə  görmədikləri  halda  iqtida  etməsi,  ehtiyat-

vacibə görə səhih deyil. 

Məsələ:  1432.Birinci  cərgənin  uzun  olması 

səbəbilə  cərgənin  iki  tərəfində  duran  şəxslər  imamı 

görməsələr də, ona iqtida edə bilərlər. Həmçinin əgər 

(birinci cərgədən başqa) 

sair  cərgələrdən  birinin 




 

48 


də  uzun  olması  səbəbilə,  onun  iki  tərəfində  duran 

şəxslər  öz  qabaqlarındakı  cərgəni  görməsələr,  iqtida 

edə bilərlər. 

Məsələ:  1434.Əgər  camaat  namazının  cərgələri 

məscidin  qapısına  çatsa,  qapının  müqabilindəki 

cərgənin  arxasında  duran  şəxsin  namazı  səhihdir. 

Həmçinin onun arxasında durub iqtida edən şəxslərin 

də  namazı  səhihdir.  Amma  onun  iki  tərəfində  durub 

qabaqdakı  cərgəni  görməyənlərin  iqtida  etmələri, 

ehtiyat-vacibə görə səhih deyil. 

Məsələ:  1435.Sütunun  arxasında  duran  bir  kəs 

əgər  sağ,  yaxud  sol  tərəfdən  başqa  məmumun 

vasitəsilə  imama  müttəsil  olmasa,  iqtida  edə  bilməz. 

Amma  əgər  sağ,  yaxud  sol  tərəfdən  müttəsil  olsa, 

iqtida edə bilər. 

Məsələ:  1436.İmamın  dayandığı  yer  məmumun 

dayandığı  yerdən  uca  olmamalıdır.  Amma  əgər 

imamın  dayandığı  yer  azacıq  uca  olsa,  eybi  yoxdur. 

Həmçinin əgər namaz qılınan yer alçaqlı və ucalı yer 

olsa və imam uca olan  yerdə dayansa, bu halda onun 

alçaqlığı-ucalığı  çox  olmasa  və  adi  camaat  arasında 

düzənlik 

yerdir-deyilsə, 

maneəsi 


yoxdur. 

Məsələ:  1437.Əgər  məmumun  yeri  imamın  yerindən 

uca  olsa,  bu  halda  qədim  zamanlarda  adət  olan 

qədərdə  uca  olsa  və 

camaat 

arasında 



bir 


 

49 


ictima  (toplantı)  hesab  olunsa,  eybi  yoxdur.  Amma 

əgər  bu  zamanın  çox  mərtəbəli  evləri  kimi  olsa, 

camaat namazının işkalı vardır. 

Məsələ:  1438.Əgər  bir  cərgədə  dayanan  şəxslərin 

içərisində  müməyyiz  (yaxşını  və  pisi  başa  düşən) 

uşaq  fasilə  salsa  və  onun  namazının  batil  olmasını 

bilməsələr, iqtida edə bilərlər. 

Məsələ: 


1439.İmamın 

təkbirindən 

sonra 

qabaqdakı  cərgə  namaza  hazır  olsa  və  onların  təkbir 



demələri  yaxın  olsa  sonrakı  cərgədə  dayanan  şəxslər 

təkbiri  deyə  bilər.  Amma  ehtiyat-müstəhəb  budur  ki, 

birinci cərgənin təkbiri qurtarana qədər gözləsin. 

Məsələ:  1440.Əgər  qabaqdakı  cərgələrdən  hər 

hansı  birinin  namazının  batil  olduğu  məlum  olsa, 

sonrakı  cərgələr  iqtida  edə  bilməz.  Amma  onların 

(qabaqdakıların)  namazlarının  səhih  olub-olmaması 

məlum olmasa, iqtida edə bilər. 

Məsələ:  1441.Əgər  bir  kəs  imamın  namazının 

batil  olmasını  bilsə  (məsələn,  onun  dəstəmazsız 

olduğunu  bilsə)  hətta  imamın  özü  bu  işdən  agah 

olmasa da, ona iqtida edə bilməz. 

Məsələ:  1442.Əgər  məmum  namazdan  sonra 

imamın adil olmadığını, yaxud kafir olduğunu, yaxud 

müəyyən səbəblər üzündən namazının batil olduğunu 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə