ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   ...   9   10   11   12   13   14   15   16   17

 

60 


onun səsi olduğunu başa düşsə, namazı səhihdir. 

Məsələ: 


1486.Əgər  imamın  səsini  eşidib-

eşitməməsində  şəkk  etsə,  yaxud  bir  səs  eşidib, 

imamın,  yaxud  başqa  kəsin  səsi  olduğunu  bilməsə, 

Həmd-Surəni,  ümumiyyətlə  qürbət  qəsdi  ilə  oxuya 

bilər. 

Məsələ:  1487.Ehtiyat-vacib  budur  ki,  məmum 



zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində 

Həmd-Surəni  oxumasın  və  müstəhəbdir  ki,  onun 

yerinə zikr desin. 

Məsələ: 


1488. 

Məmum 


təkbirətül-ehramı 

imamdan  qabaq  deməməlidir.  Hətta  ehtiyat-vacib 

budur  ki,  onun  təkbirətül-ehramı  qurtarmayınca, 

təkbir deməsin. 

Məsələ:  1489.Əgər  məmum  imamın  salamlarını 

eşitsə  və  ya  onun  nə  vaxt  salam  deyəcəyini  bilsə, 

ondan  qabaq  salamları  deməməlidir.  Əgər  qəsdən 

imamdan  qabaq  desə,  işkalı  vardır.  Amma  əgər 

səhvən  ondan  qabaq  desə,  namazı  səhihdir  və 

salamları yenidən deməsi lazım deyil. 

Məsələ:  1490.Əgər  məmum  namazın  təkbirətül-

ehram  və  salamlarından  başqa  qalan  hissələrini 

imamdan qabaq desə, eybi yoxdur. Amma əgər onları 

eşitsə  və  ya  imamın  onları  nə  vaxt  deməsini  bilsə, 




 

61 


ehtiyat-müstəhəb budur ki, ondan qabaq deməsin. 

Məsələ:  1491.Məmum,  namazda  təkcə  imamın 

oxumalı  olduğu  şeylər  istisna  olmaqla,  sair  əməlləri 

(rüku,  səcdə  kimi)  imamla  birlikdə,  yaxud  ondan 

azacıq  sonra  yerinə  yetirməlidir.  Əgər  qəsdən 

imamdan  qabaq,  yaxud  ondan  bir  müddət  sonra 

yerinə  yetirsə,  məsiyət  etmişdir  və  ehtiyat-vacib 

budur  ki,  namazı  qılıb  qurtarandan  sonra  yenidən 

qılsın. 

Məsələ: 1492.Əgər səhvən başını rükudan qaldırıb 

imamın  rükuda  olduğunu  görsə,  rükuya  qayıtmalı, 

imamla  birlikdə  qalxmalıdır.  Bu  halda  rükn  olan 

rükunun  artıqlığı  səbəbi  ilə  namazı  batil  olmur. 

Amma  əgər  rükuya  çatmamış  imam  rükudan  qalxsa, 

namazı batildir. 

Məsələ:  1493.Əgər  məmum  səhvən  başını 

səcdədən  qaldırıb  imamın  hələ  səcdədə  olduğunu 

görsə, gərək səcdəyə qayıtsın. Əgər hər iki səcdədə bu 

iş  təkrar  olsa,  rükn  olan  iki  səcdənin  artıqlığı  ilə 

namaz batil olmur. 

Məsələ:  1494.İmamdan  qabaq  səhvən  başını 

səcdədən qaldıran bir kəs, səcdəyə qayıtsa və səcdəyə 

çatmamış  imam  başını  səcdədən  qaldırsa,  namazı 

səhihdir.  Amma  əgər  bu  iş  bir  rəkətin  hər  iki 




 

62 


səcdəsində baş versə, namazı batildir. 

Məsələ:  1495.Əgər  səhvən  rükudan  və  ya 

səcdədən qalxıb  imama çatmayacağını güman  edərək 

yenidən  rükuya,  yaxud  səcdəyə  getməsə,  namazı 

səhihdir. 

Məsələ:  1496.Əgər  başını  səcdədən  qaldırıb 

imamın  səcdədə  olduğunu  görsə  və  imamın  birinci 

səcdəsi  olduğunu  güman  edərək  imamla  birlikdə 

səcdəyə getməyi qəsd edib səcdəyə getsə, sonra onun 

ikinci  səcdəsi  olduğunu  başa  düşsə,  onun  da  ikinci 

səcdəsi  hesab  olunur.  Əgər  imamın  ikinci  səcdəsi 

olduğunu  güman  edərək  səcdəyə  getsə  və  səcdədən 

qalxandan  sonra  imamın  birinci  səcdəsi  olduğunu 

başa  düşsə,  imama  tabe  olmaq  hesab  olunur  və 

imamla  birlikdə  yenidən  səcdəyə  getməlidir.  Hər  iki 

halda  ehtiyat-vacib  budur  ki,  namazı  camaatla  qılıb 

qurtarandan sonra yenidən qılsın. 

Məsələ:  1497.Əgər  səhvən  imamdan  qabaq 

rükuya  getsə  və  rükudan  qalxacağı  halda  imamın 

qiraətindən  bir  hissəsinə  çatarsa,  bu  halda  qalxıb 

yenidən  imamla  birlikdə  rükuya  getsə,  namazı 

səhihdir.  Əgər  qəsdən  qayıtmasa,  ehtiyat-vacibə  görə 

namazı  batildir.  Birinci  halda  hər  iki  rükuda  zikri 

deməlidir, lakin ehtiyat-vacib budur ki, birinci rükuda 

bir  kiçik  zikrdən  artıq 

deməsin. 




 

63 


Məsələ:  1498.Əgər  səhvən  imamdan  qabaq 

rükuya  getsə  və  başını  qaldıracağı  halda  imamın 

qiraətindən  bir  hissəsinə  çatmayacaqsa,  bu  halda 

imamın ona çatmasını gözləsə, namazı səhidir. 

Məsələ:  1499.  Əgər  səhvən  imamdan  qabaq 

səcdəyə  getsə  və  imamın  ona  çatmasını  gözləsə, 

namazı səhihdir. 

Məsələ:  1500.  Əgər  imam  qunutu  olmayan  bir 

yerdə  qunut  tutsa,  yaxud  təşəhhüdü  olmayan  yerdə 

təşəhhüd  oxumağa  başlasa,  məmum  qunutu  və 

təşəhhüdü  yerinə  yetirməməlidir,  amma  imamdan 

qabaq rükuya  gedə bilməz,  yaxud ondan  əvvəl ayağa 

dura bilməz. Üstəlik müəyyən əlamət və  ya işarələrlə 

onu başa salmalıdır.  Bu  da  mümkün  olmasa,  imamın 

təşəhhüdü  və  ya  qunutunun  qurtarmasını  gözləməli, 

namazın ardını onunla qılmalıdır.  



CAMAAT NAMAZINDA MÜSTƏHƏB OLAN 

ŞEYLƏR 

Məsələ:  1501.Əgər  məmum  bir  kişi  olsa, 

müstəhəbdir  ki,  imamın  sağ  tərəfində  dayansın;  bir 

qadın  olsa,  müstəhəbdir  ki,  imamın  sağ  tərəfində  elə 

dursun  ki,  səcdəsinin  yeri  imamın  dizləri,  yaxud 

ayaqları  ilə  bərabər  olsun.  Əgər  məmum  bir  kişi  və 

bir  qadın,  yaxud  bir  kişi  və  bir  neçə  qadın  olsa, 



 

64 


müstəhəbdir  ki,  kişi  imamın  sağ  tərəfində,  qadınlar 

isə  imamın  arxa  tərəfində  dursunlar.  Əgər  bir  neçə 

kişi  və  bir  neçə  qadın  olsa,  müstəhəbdir  ki,  kişilər 

imamın  arxasında,  qadınlar  da  kişilərin  arxasında 

dursunlar. 

Məsələ:  1502.Müstəhəbdir  ki,  imam  cərgənin 

ortasında, elm, kamal və təqva sahibi olan sair şəxslər 

isə 


birinci 

cərgədə 


dayansınlar. 

Məsələ:  1503.Müstəhəbdir  ki,  camaat  namazının 

cərgələri  münəzzəm  (nizam-intizamlı)  olsun,  bir 

cərgədə  duran  şəxslərin  aralarında  fasilə  düşməsin, 

çiyinləri bir xətt boyunda olsun. 

Məsələ:  1504.Müstəhəbdir  ki,  qəd-qamətissalat 

deyiləndən sonra məmumlar ayağa qalxsınlar. 

Məsələ: 1505.Müstəhəbdir ki, imam, məmumların 

arasında halı başqalarına nisbətən zəif olanları nəzərə 

alsın,  tələsməsin  ki,  zəiflər  də  ona  çatsın.  Habelə, 

müstəhəbdir  ki,  qunut,  rüku  və  səcdələri  uzatmasın. 

Amma  ona  iqtida  edənlərin  hamısının  bu  kimi  işlərə 

meylli olduqlarını bilsə, eybi yoxdur. 

Məsələ:  1506.Müstəhəbdir  ki,  imam  camaat 

Həmd-Surədə  və  ucadan  oxunmalı  zikrlərdə  səsini  o 

qədər ucaltsın ki, hamı eşitsin. Amma həddindən artıq 

uca olmamalıdır. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə