ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   ...   9   10   11   12   13   14   15   16   17

 

55 


oxuyacağı  surətdə  imamın  rükusuna  çatmayacağını 

bilsə,  ehtiyat-vacibə  görə  gözləməlidir  ki,  imam 

rükuya getsin, sonra iqtida etsin. 

Məsələ:  1463.Əgər  imamın  üçüncü  və  ya 

dördüncü  rəkətində  iqtida  etsə,  gərək  Həmd-Surəni 

oxusun.  Əgər  Surə  oxumağa  vaxt  olmasa,  Həmdi 

tamamlamalı,  rükuda  özünü  imama  çatdırmalıdır. 

Amma əgər imama səcdədə çatsa, daha yaxşı olar ki, 

ehtiyatən namazı ikinci dəfə qılsın. 

Məsələ: 1464.Surəni və ya qunutu yerinə yetirdiyi 

surətdə  rükuda  imama  çatmayacağını  bilən  bir  kəs, 

Surəni  oxumamalı,  yaxud  qunutu  tutmalıdır.  Amma 

əgər oxusa namazı səhihdir. 

Məsələ:  1465.Bir  kəs  Surəni  başlayacağı,  yaxud 

qurtaracağı  halda  imamın  rükusuna  çatacağına 

xatircəmdirsə, ehtiyat-vacib budur ki, Surəni başlasın 

və ya başlayıbsa qurtarsın. 

Məsələ:  1466.  Surəni  oxuyacağı  təqdirdə  imamın 

rükusuna çatacağına yəqini olan bir kəs Surəni oxusa, 

amma imamın rükusuna çatmasa, namazı səhihdir. 

Məsələ:  1467.İmam  ayaq  üstə  olanda,  məmum 

onun hansı rəkətdə olduğunu bilmirsə, ona iqtida edə 

bilər.  Amma  gərək  Həmd-Surəni  qürbət  qəsdi  ilə 

oxusun.  Sonradan  imamın  birinci,  yaxud  ikinci 




 

56 


rəkətdə olduğunu bilsə, namazı səhihdir. 

Məsələ: 1468.Bir kəs imamın birinci, yaxud ikinci 

rəkətdə  olduğunu  güman  edərək  Həmd-Surəni 

oxumasa,  rükudan  sonra  onun  üçüncü,  yaxud 

dördüncü  rəkətdə  olduğunu  başa  düşsə,  namazı 

səhihdir.  Amma  rükudan  qabaq  başa  düşsə,  Həmd-

Surəni  oxumalıdır.  Vaxtı  olmasa  təkcə  Həmdi 

oxumalı,  rükuda  və  ya  səcdədə  özünü  imama 

çatdırmalıdır. 

Məsələ:  1469.İmamın  üçüncü,  yaxud  dördüncü 

rəkətdə  olmasını  güman  edən  bir  kəs  Həmd-Surəni 

oxusa  və  rükudan  əvvəl  və  ya  sonra  onun  birinci, 

yaxud  ikinci  rəkətdə  olduğunu  başa  düşsə,  namazı 

səhihdir.  Həmd-Surə  əsnasında  başa  düşsə  onları 

axıra çatdırması lazım deyil. 

Məsələ:  1470.Əgər  bir  kəs  müstəhəbbi  namaza 

məşğul  olduğu  vaxt  camaat  namazı  təşkil  olunsa,  bu 

halda 


namazını 

qurtararsa 

camaat 

namazına 



çatacağına  xatircəm  deyilsə,  müstəhəbdir  ki,  namazı 

kəsib  camaatla  birlikdə  namaz  qılsın.  Hətta  əgər 

birinci  rəkətə  çatacağına  xatircəm  olmasa  da, 

müstəhəbdir ki, həmin göstərişə əməl etsin. 

Məsələ:  1471.Üç,  yaxud  dörd  rəkətli  namazı 

qılmağa  məşğul  olan  zaman  camaat  namazı  təşkil 

olunsa, bu halda üçüncü 

rəkətin 


rükusuna 


 

57 


getməyibsə  və  namazı  axıra  qədər  qılacağı  təqdirdə 

camaat  namazına  çatacağına  xatircəm  deyilsə, 

müstəhəbdir  ki,  namazı  müstəhəb  namaz  niyyətinə 

döndərib  iki  rəkətdə  qurtarsın  və  özünü  camaat 

namazına çatdırsın. 

Məsələ:  1472.Əgər  imamın  namazı  qurtarsa, 

məmum  da  birinci  təşəhhüdü  və  ya  birlikdə  salamı 

deməyə  məşğuldursa,  furada  niyyəti  etməsi  lazım 

deyil. 

Məsələ:  1473.İmamdan  bir  rəkət  dala  qalan  bir 



kəs  onun  axırıncı  rəkətinin  təşəhhüdünü  oxuduğu 

vaxt,  furada  niyyətini  edə,  qalxıb  namazını  qurtara 

bilər  və  ya  əllərinin  barmaqlarını,  ayaqlarının 

pəncəsini  yerə  qoyub  dizlərini  yerdən  aralayaraq 

imamın,  namazın  salamını  deməsini  gözləməli, sonra 

isə ayağa qalxmalıdır.  



PİŞNAMAZIN ŞƏRTLƏRİ 

Məsələ:  1474.İmam  camaat  baliğ,  aqil  12  İmam 

şiəsi,  adil,  halalzadə  olmalı,  namazı  səhih  tərzdə 

oxumalıdır.  Həmçinin,  ehtiyat-vacibə  görə  imam 

camaat  kişi  olmalıdır.  Yaxşı  və  pisi  başa  düşə  bilən 

müməyyiz  uşağın  başqa  bir  uşağa  iqtida  etməsinin 

maneəsi yoxdur. 

Məsələ: 


1475.Bir 

kəs əvvəlcə imamın adil 




 

58 


olduğunu 

bilib 


sonradan 

ədalətində 

qalıb-

qalmamasında şəkk etsə, ona iqtida edə bilər. 



Məsələ:  1476.Ayaq  üstə  namaz  qılan  bir  kəs 

oturan,  yaxud  uzanan  halda  namaz  qılana  iqtida  edə 

bilməz.  Habelə,  oturan  halda  namaz  qılan  bir  kəs 

uzanan halda namaz qılana iqtida edə bilməz. 

Məsələ:  1477.  Oturan  halda  namaz  qılan  bir  kəs 

elə  o  halda  namaz  qılan  başqa  bir  kəsə  iqtida  edə 

bilər.  Amma  ehtiyat-vacib  budur  ki,  uzanan  halda 

namaz qılan bir kəs, uzanan və ya oturan halda namaz 

qılan şəxsə iqtida etməsin. 

Məsələ: 1478.Əgər piş namaz müəyyən üzr səbəbi 

ilə təyəmmüm, yaxud cəbirə dəstəmaz ilə namaz qılsa 

ona iqtida etmək olar. Amma müəyyən səbəblərə görə 

nəcis  paltarda  namaz  qılırsa,  ehtiyat-vacibə  görə 

gərək ona iqtida olunmasın. 

Məsələ:  1479.Əgər  imam,  müəyyən  xəstəlik 

səbəbi  ilə  bovl  və  ya  qaitin  çölə  gəlməsinin  qarşısını 

ala  bilməsə,  ehtiyat-vacibə  görə  ona  iqtida  etmək 

olmaz.  Habelə,  müstəhazə  olmayan  qadın  müstəhazə 

qadına iqtida edə bilməz. 

Məsələ:  1480.Ehtiyat-vacibə  görə  gərək  cüzam 

(xora)  və  bərəs  (alaca)  xəstəliyinə  yoluxan  şəxs, 

habelə, 


şəri 

hədd 


(şallaq)  vurulan  şəxs 


 

59 


imam olmasın.  

CAMAAT NAMAZININ HÖKMLƏRİ 

Məsələ:  1481.Məmum  niyyət  edəndə  imamını 

müəyyən  etməlidir,  amma  adını  bilməsi  lazım  deyil. 

Məsələn,  “bu,  hal-hazırdakı  imama  iqdtida  edirəm”-

deyə niyyət etsə, namazı səhihdir. 

Məsələ: 


1482.Məmum 

Həmd-Surə 

istisna 

olmaqla,  namazın  qalan  hissələrinin  hamısını  özü 

deməlidir.  Amma  əgər  onun  birinci  və  ya  ikinci 

rəkəti, imamın isə üçüncü və ya dördüncü rəkəti olsa, 

Həmd-Surəni 

oxumalıdır. 

Məsələ:  1483.Əgər  məmum  sübh,  məğrib  və  işa 

namazının  birinci  və  ikinci  rəkətlərində  imamın 

Həmd-Surəsinin  səsini  eşitsə,  hətta  onun  kəlmələrini 

bir-birindən  ayırd  edə  bilməsə  də,  Həmd-Surəni 

oxumamalıdır.  Amma  əgər  imamın  səsini  eşitməsə, 

müstəhəbdir  ki,  Həmd-Surəni  oxusun.  Lakin  ahəstə 

oxumalıdır; səhvən ucadan oxusa, eybi yoxdur. 

Məsələ:  1484.Əgər  məmum  imamın  Həmd-

Surəsinin  bəzi  kəlmələrini eşitsə, ehtiyat-vacib budur 

ki, Həmd-Surəni oxumasın. 

Məsələ:  1485.Əgər  məmum  səhvən  Həmd-Surəni 

oxusa  və  ya  eşitdiyi  səsin  imamın  səsi  olmadığını 

güman  edərək  Həmd-

Surə  oxuyub  sonradan 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə