ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

31 


bir rəkət Allah yolunda qırx ilin ibadətdən əzizdir.” 

67. Camaat namazının birinci cərgəsi: 

Allah və onun mələkləri camaat namazının birinci 

cərgəsində  bir-birindən  bağlır  olanlara  salam 

göndərir. 

68. Birinci cərgəni nizamlamaq: 

İmam  Sadiq  (ə)  buyurdu:  “Camaat  namazının 

cərgələrin  tamam  edin  (naqis  olmasın).  Birinci 

cərgədə  yer  olmdıqda  sizdən  bir  nəfərin  ikinci 

cərgədə  dayanması  nöqsan  deyil.  Namaz  halında 

qarşıdakı  cərgədə  boş  yer  görsəniz,  əyri  şəkildə  də 

olsa boş yeri doldurun.” 

69. Birinci cərgədə namazın fəziləti: 

Əziz  İslam  Peyğəmbəri  (c)  buyurdu:  “Mənim 

ümmətim  əgər  üç  şeyin  nə  qədər  fəzilətli  olduğunu 

bilsə,  onun  üçün  püşk  atar.  O  üç  şey  azan  demək, 

cümə  namazına  getmək  və  camaat  namazının  birinci 

cərgəsində dayanmaqdır.” 

70. Boş yeri doldurun! 

Məhəmməd ibn Müslüm deyir ki, İmam Baqirdən 

(ə)  soruşdum.  Məsciddə  namaz  qılarkən  özümdən 

qabaqkı  cərgədə  boş  yer  görsəm  keçim  orada 

dayanım? Həzrət buyurdu: “Bəli, peyğəmbər (c) belə 

buyurub: Mən sizi qabaqdan gördüyüm kimi başımın 

arxasından  da  görürəm.  Cərgələrinizi  nizamlı  edin, 

əks təqdirdə qəlbləriniz bir-birindən ayrılır.” 




 

32 


71. Camaat namazında ən yaxşı yer: 

Həzrət  imam  Rza  (ə)  buyurdu:  “Ən  yaxşı  cərgə 

birinci cərgədir və ən  yaxşı yer birinci cərgədə imam 

camaatin yanıdır.” 

72. Ən yaxşı cərgə: 

Rəsulullah  (c)  buyurdu:  Camaat  namazının  ən 

yaxşı  cərgəsi  birinci  cərgədir.  Əgər  camaat  birinci 

cərgənin  fəzilətini  bilsəydi,  bu  cərgəyə  hücum 

edərdilər  və  nəticədə  püşk  atmaqla  birinci  cərgədə 

namaz qılardı.” 




 

33 


VIII-ci 

FƏSİL

 

İMAM CAMAATIN ŞƏRAİTİ 

73. Alimə iqtida etməyin savabı: 

İmam  Sadiq  (ə)  buyurur:  “Bir  alimin  arxasında 

namaz qılmaq min rəkət namaza bərabərdir.” 

74. Alimin arxasında namaz qılmağın savabı: 

Həzrət Peyğəmbər (c) buyurur: “Alimin arxasında 

namaz  qılan  kəs,  Allah  peyğəmbərinin  arxasında 

namaz qılan şəxs kimidir.” 

75. Adil imam camaata iqtida etmək. 

Həzrət  rəsulallah  (c)  buyurur:  “Nə  vaxt  Allah 

bəndəsi  adil  imamın  arxasında  namaz  qılır,  Allah 

onun  üçün  yüz  min  iyirmi  dərəcə  savab  nəzərdə 

tutur.” 

76.  Həzrət  İsanın  (ə)  İmam  Zamana  (ə.c.)  iqtida 

etməsi: 

Hədisdə  belə  gəlib:  Həzrət  Məhdinin  (ə.c.) 

zuhurundan  sonra,  İsa  ibn  Məryəm  namaz  vaxtı 

İmamın yanında hazır olacaq. İmam Məhdi (ə.c.) onu 

imam  camaat  olmağa  dəvət  edəcək.  Amma  O, 

deyəcək  ki,  siz  bu  işə  layiqsiniz.  Həzrət  İsa  (ə) 

məmun  ünvanında  İmamın  arxasında  camaat 

namazına dayanacaq. 

77. 

Məmumu 


fikirləşmək: 


 

34 


İmam  Sadiq  (ə)  buyurur:  Yaxşı  olar  ki,  imam 

camaat  camaat  namazını  çox  uzatmayıb  namazı  ən 

zəif  məmununun    (məmum  –  imam  camaata  təqlid 

edib namaz qılandır) həddində etsin.” 

78 Kişinin ədaləti: 

İmam  Sadiqdən  (ə)  sual  olundu:  Müsəlmanların 

içində  kişinin  ədalətli  olması  nəylə  tanınır  ki,  onun 

şəhadəti  müsəlmanların  xeyirinə  və  zərərinə  qəbul 

olunsun. Həzrət buyurdu:  

Gündəlik  beş  namaza  necə  bağlı  olmasından, 

namazların  vaxtlarını  diqqətlə  izləməsindən  və 

camaat  namazını  heç  vaxt  üzürsüz  səbəbdəən  tərk 

etməməsindən kişinin ədaləti tanınar. 

79. Günah, imam camaat olmağa maneədir: 

Səid  ibn  İsmayıl  atasından  nəql  edir:  “Həzrət 

İmam  Rzaya  (ə)  ərz  etdim:  Bir  nəfər  günah  edir 

amma  etiqadı  var  əmri  vilayəti  arifə  aya  ona  iqtida 

edim? İmam buyurdu: Xeyr!” 

80. İmam camaatı seçməyin üsulu: 

Rəsulullah(c)  buyurdu:  Sizin  içinizdə  daha  nurlu 

olan  imam  camaat  olsun  və  nur  Qurandır  (Quran 

hafizləri  və  elimli  olanlar  imam  camaat  olsun) 

Məscidin  öz  əhlindən  imam  camaat  seçilməsi 

yaxşıdır.  Əgər  qövmün  əmiri  adildirsə  onun  imam 

camaat olması daha layiqlidir. 

81. Müxtəsər namaz: 




 

35 


İmam Sadiq (ə) atası İmam Baqirdən (ə) nəql edir 

ki,  rəsulallah  (c)  yağışlı  gecələrdə  Məğrib  namazını 

(camaatla)  müxtəsər  qılır  və  İşa  namazına  fəzilətli 

vaxtından  tez  başlayıb  ikisinidə  ardıcıl  qılardı  və 

deyərdi: “Camaata rəhm etməyənə rəhm olunmaz.” 

82. Məmumun qeydinə qalmaq: 

Həzrət  Rəsulullah  buyurur:  “Mən  bəzən  namaz 

halında  ikən  uşaq  ağlamasını  eşidirəm  və  namazı 

müxtəsər  və  yüngül  qılıram.  Çünki  qorxuram  anası 

üçün çətin olar. 

83. Camaatın ən fəqihi: 

Əmirəlmöminin  Əli  (ə)  buyurur:  “Sizin  fəsihiniz 

müəzzin, fəqihinizsə imam camaat olsun.” 

84. Ən yaxşı insan imam camaatdir: 

Peyğəmbər  (c)  buyurur:  Gərək  sizin  ən  yaxşınız 

imam  camaat  olsun,  çünki  onlar  birinci  behiştə  daxil 

olanlardırlar. Və sizin namazınız Allaha yaxınlaşmaq 

üçün  bir  vasitədir.  Buna  görə  öz  yaxşılarınızı  imam 

camaat seçin. 

85. Mömin üçün tövbə: 

Rəsuli Əkrəm (c) buyurdu: “İmam camaat namazı 

gərək  yüngül  və  müxtəsər  qılsın.  Çünki  onların 

arasında  xəstə,  uşaq  və  qoca  var.  Əgər  bir  şəxs 

namazını tək qılmaq istəsə necə yaxşıdı, o cür qılsın.” 

86. Qaranlıq səhrada camaat namazının nuru: 

“Biharul  ənvar”  kitabında  rəvayət  olunub  ki, 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə