  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə120/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   116   117   118   119   120   121   122   123   ...   135

                                                     

 

  



                                                                            

                                                    

474 

onlar, qələbədən bir addım aralı olan zaman, heç vaxt imkan 



verməzlər ki, çətin bir vəziyyətə düşən konkistadorlara sağ-

salamat  Araukaniyanı  tərk  etsinlər.  Həm  də  Migel  təslim 

olmağa  razı  olsa  da,  onun  silahdaşları  heç  vaxt  cəsur,  mərd 

və  qorxmaz  konkistadoru  düşmənin  əlinə  keçməyə  imkan 

verməzdilər.  Onlar  bura  bir  yerdə  gəlmiş,  bir  yerdə  də 

qayıtmalıydılar,  ya  da  ki,  hamısı  bir  yerdə  döyüşdə  həlak 

olmalıydılar.  Amansız  və  qəddar  düşmənin  əlinə  əsir 

düşmək,  həmin  adamın  ağır  işgəncələrlə  edam  edilməsi 

demək idi. 

Araukanlar  bu  dəfə  əllərinə  keçən  hər  bir  konkistadoru 

qeyri-insani  işgəncələrlə  məhv  edəcəklər.  Çünki  ispanlar 

gizlin  yollarla  Araukaniyaya  daxil  olaraq  öz  silahdaşlarını 

əsirlikdən  azad  ediblər  və  döyüş  əməliyyatları  zamanı 

yüzlərlə  araukan  döyüşçüsünü  qılıncdan  keçiriblər.  Arau-

kanlar  öz  qisasçılığı  ilə  bütün  hindu  tayfalarından  seçilir  və 

onlar heç vaxt konkistadorların bu əməllərinin üstündən yan 

keçə bilməzlər. Onlar verdikləri qurbanların əvəzinə, təpədə 

mövqe tutanların hamısını məhv etməlidirlər. Bir sözlə, çətin 

bir  vəziyyətə  düşən  hər  bir  konkistadorun  təpədə  həlak 

olması  labüd  idi.  Bunun  üçün  araukanlar  cəmisi  bir  dəfə 

hücuma  keçməliydi.  Söz  yox  ki,  ispanlar  həmin  təzyiqin 

qarşısında tab gətirə bilməyəcək. Lakin məğlub olmamışdan 

əvvəl  onlar  bir  çox  araukanı  cəhənnəmə  vasil  etməyə  nail 



                                                     

 

  



                                                                            

                                                    

475 

olacaqlar. Məhz bu amilə görə Koro müvəqqəti olaraq hücu-



mun vaxtını uzadır və həmin şərti qoymaqla konkistadorların 

sırasını zəiflətmək istəyirdi. 

Migel hər bir xırda detalı daxilində ölçüb-biçərək, üzünü 

kapitana tutaraq soyuqqanlıqla dedi: 

- Sinyor, əgər hindu öz sözünün üstündə duracaqsa, onda 

mən onlara əsir düşməyə hazıram. 

- Mən hələ vicdanımı itirməmişəm ki, sənin kimi qorxmaz 

və  mərd  döyüşçünü  aborigenlərə  yem  edim.  -  deyə  kapitan 

başını dik tuqaraq hüznlə dilləndi. 

- Axı, uşaqların həyatı qorunub saxlana bilər. - deyə Migel 

həmin tərzdə dilləndi. 

-  Nə  mənə,  nə  də  ki,  uşaqlara  belə  bir  ucuz  həyat  lazım 

deyil. - deyə kapitan bu sözü xüsusilə vurğuladı. - Mən, hələ 

ölməmişəm  ki,  hindular  mənə  şərt  qoysunlar.  Mən,  tək 

döyüşə  yollanaram,  amma  sənin  kimi  döyüşçünü  ölümün 

pəncəsinə  atmaram.  Sənin  qılıncın  hələ  də  İspaniyaya  və 

ispan kralına xidmət etməlidir. 

Bütün  ətrafı  qaranlıq  havanın  tünd  pərdəsi  örtməyə 

başladı.  Havanın  tam  qaralmasına  yarım  saatdan  az  vaxt 

qalmışdı. Hava qaralandan sonra konkistadorların, uzunmüd-

dətli  müqavimət  göstərmək  üçün  böyük  ümidi  yaranırdı. 

Onlar belə bir halda nəinki layiqincə müqavimət göstərməyə, 

hətta  mühasirəni  yarıb  qalın  meşədə  yoxa  çıxa  bilərdi. 



                                                     

 

  



                                                                            

                                                    

476 

Hazırda  konkistadorların  işi  düzəlmək  üzrə  idi.  Sadəcə 



olaraq,  ən  azı  yarım  saat  araukanların  başını  qatmaq  lazım 

idi. 


Danışıq  aparmaq  məsuliyyətini  öz  boynuna  çəkən 

Leandro  Koroya  izah  etdi  ki,  qəti  qərar  əldə  etmək  üçün 

onlara üç saat vaxt lazımdır. Koro isə əvəzində ona bildirdi 

ki,  bir  saat  ərzində  Migel  onlara  təhvil  verilməlidir.  Əks 

təqdirdə  heç  bir  şeyə  məhəl  qoyulmadan  hindular  hücuma 

keçəcəklər.  Bir  saatın  verilməsi  konkistadorlara  tamamilə 

sərf  edirdi.  Lakin  inanılası  deyildi  ki,  Koro  gecə  vaxtı  öz 

qoşununa  hücum  əmrini  versin.  Gecə  vaxtı  həddindən  artıq 

çox araukan konkistadorların qılınclarının qurbanı ola bilər.  

Koro  çox  hiyləgər  və  hər  bir  vəziyyətdən  məharətlə 

istifadə etməyi bacaran bir adamdır. O, həmişə ağır vəziyyətə 

düşmüş  düşməni  gərgin  psixoloji  təsir  altında  saxlamağı 

xoşlayır və bununla da həmin adamı mənəvi cəhətdən məhv 

edirdi.  Bu  dəfə  də  Koro  həmin  variantdan  istifadə  etməyi 

qərara aldı. O, üzünü birbaşa Migelə tutaraq qəzəblə dedi: 

- Onsuz da sən ömrünün son saatlarını yaşayırsan. İntəhası 

mən sənin daxilindəki bir çox sirrlərə yiyələnmək istəyirəm. 

Sənin mərdliyinə və qorxmazlığına bir çox ispanlar qibtə edə 

bilər. Bir neçə ay bundan əvvəl körfəzdə gedən döyüş vaxtı, 

biz əsasən, sənin mərdliyin və bacarığın sayəsində gəmini ələ 

keçirə bilmədik. O vaxt mən özümün ən yaxşı döyüşçülərimi 



                                                     

 

  



                                                                            

                                                    

477 

itirmişdim.  Məndə  olan  məlumata  görə  sən  həmin  döyüşdə 



heç yaralanmamışdın da. İndi isə bir daha bizim ölkəyə ayaq 

basdın  ki,  öz  silahdaşlarını  əsirlikdən  azad  edəsən.  Sən 

demək  olar  ki,  qismən  də  olsa,  öz  istədiyinə  çatdın. 

Silahdaşlarını azad etməyinə, azad etdin, ancaq nədənsə mən 

onları sizin aranızda görmürəm? 

-  Görə  də  bilməzsən.  -  deyə  Migel  tərəddüd  etmədən 

dilləndi. - Onlar Araukaniyada gedən bir neçə döyüşdə həlak 

oldular. Təəssüflər olsun ki, onlar vətənlərinə qayıda bilmə-

dilər. 

-  Bu  rəvayətə  qulaq  asmaq  çox  maraqlıdır.  -  deyə  Koro 



giley-güzarla  dilləndi.  -  İş  ondadır  ki,  burada  gedən  döyüş-

lərdə  həlak  olan  əcnəbilərin  sayı  çox  az  idi.  Başa  düşürsən, 

mən nə demək istəyirəm? Onlar azad ediləndən sonra sizdən 

ayrılmağa çalışıblar. 

-  İlkin  toqquşmalarda  biz  çoxlu  itki  verdik.  -  deyə  Migel 

onu inandırmağa çalışdı. - Qurd-quşa yem olmasın deyə, biz 

həlak olanları basdırmalı olduq. 

-  Buna  sizin  imkanınız  yox  idi.  -  deyə  Koro  rişxəndlə 

dilləndi və elə həmin an gülümsəyərək sözünə davam etdi. - 

Siz  bütün  döyüşlərdə  öz  meyitlərinizi  atıb  qaçmısınız.  Siz 

döyüş meydanından elə qaçırsınız ki, biz hətta at belində sizə 

çata bilmirik. Hələ bir utanmaz-utanmaz deyirsən ki, döyüş-

də  həlak  olan  silahdaşlarınızın  meyitlərini  basdırmısınız. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə