  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə130/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   127   128   129   130   131   132   133   134   135

                                                     

 

  



                                                                            

                                                    

514 

və  Quayakil  şəhərində  Babaoyo  çayı  ilə  birləşərək  Quayas 



çayı altında Quayakil körfəzinə tökülür. 

45.  Frensis  Dreyk  (1540-1596)  -  məşhur  admiral  və 

tanınmış  korsar.  İlk  dəfə  ispan  müsəmləkələrinə  Çon 

Xoukinsin başçılığı altında reyd edib və silahdaşları arasında 

böyük  müvəffəqiyyət  qazanmışdı.  Magellandan  sonra  ikinci 

adamdır  ki,  dünya  ətrafında  (1577-1580)  səyahət  edib. 

Səyahət zamanı Amerika sahillərində bir çox ispan şəhərləri, 

limanları  və  gəmiləri  korsarlar  tərəfindən  qarət  edilmişdir. 

1588-ci  ildə  La-Manşda  İspaniyanın  “Məğlubedilməz 

armada”sına  qarşı  döyüşdə  ingilis  donanmasına  başçılıq 

edənlərdən  biri  idi.  1596-cı  ildə  Panamaya  növbəti  reyd 

zamanı ölür. 

46.  Pedro  Eredya  -  1533-cü  ildə  150  nəfərlik  dəstə  ilə 

aşaqı  Maqdalena  çayının  sol  sahilboyunu  ələ  keçirməkdən 

otrü  yürüşə  başlayır  və  Santa-Marta  qalasından  200  km. 

cənub-qərbdə Kartahena şəhərinin əsasını qoyur. Eldoradonu 

axtarmaqdan  ötrü  Kartahenadan  150  km.  cənubda  çibça 

hindularının  məskunlaşdıqı  Sina  çayının  vadisini  kəşf  edir. 

Bu torpaqda Eredya o qədər zümrüd və qızıl əşyaları tapır ki, 

onun hər bir əsgəri xeyli varlanır. 

47. Alanso Erera - Diyeqo Ordasdan sonra 2-ci dəfə Meta 

çayı  ilə  Eldoradonu  axtaran  ispan  səyyahı.  1535-ci  ilin 

əvvəlində  130  əsgərlə  120  km.  çay  ilə  yuxarı  qalxır, 



                                                     

 

  



                                                                            

                                                    

515 

sonradan  isə  asan  yol  əldə  etmək  üçün  100  km.  savanna  ilə 



gedir  və  hindular  tərəfindən  döyüşdə  həlak  olur.  Sağ  qalan 

90 nəfər əsgər 1535-ci ilin ortasında Atlantik okeanına gedib 

çıxırlar. 

48.  Eskorial  -  ispan  krallarının  keçmiş  iqamətgahı.  San-

Lorenso del Eskorial saray-monastr ansamblı ilə (1563-1584, 

memar  X.  B.  de  Errera;  X.  B.  de  Toledonun  layihəsi  üzrə) 

bağlıdır.  Mavi-boz  qranitdən  tikilmiş  ansambl  16  daxili 

həyəti  əhatə  edən  kilsə,  saray,  seminariya,  kitabxana, 

monastr,  mavzoley  (“Krallar  panteonu”)  və  s.  binalardan 

ibarətdir.  Kompleksin  mərkəzində  müqəddəs  Lavrenti 

kilsəsinin əzəmətli günbəzi ucalır. 

49. Qaspar de Espinosa  - Pedro Avilanın  yaxın silahdaşı, 

Balboanın edam olunması üçün baş hakim kimi qərar (1517) 

çıxarmışdır.  Balboa  edam  olunandan  sonra  Avialadan 

“Cənub  dənizində  yeni  kəşfləri  həyata  keçirmək  üçün” 

Panama körfəzindəki bütün donanmanı alır. 1518-ci ildə iki 

gəmidə  Panama  körfəzində  şimal  istiqamətində  yerləşən 

əraziləri  tədqiq  etmək  üçün  səyahətə  çıxır  və  Asuero 

yarımadası ilə Sebako və Koyba adalarını, sonra isə Nikoya 

körfəzini kəşf edir. 1000 km-lik sahil zolaqını  tədqiq etmək 

üçün ekspedisiya iki il vaxt sərf edir. 

50.  Əbdülməlik  -  Mərakeşin  hakimi.  Əlkəsərkivir  döyü-

şündə  (1578-ci  il  avqustun  4-ü)  Portuqaliyanın  qoşununu 



                                                     

 

  



                                                                            

                                                    

516 

darmadağın edir, lakin özü elə həmin günü daxili düşmənləri 



tərəfindən zəhərlənib öldürülür. 

51. Əməvilər Xilafəti (661-750) - Əməvilər feodal dövləti 

(paytaxtı Dəməşq şəhəri). İlk xəlifə I Muaviyyə xəlifə Əliyə 

qarşı  çıxmış,  660-cı  ildə  özünü  xəlifə  elan  etmiş  (Qüdsdə), 

661-ci  ildə  Əli  öldürüldükdən  sonra  isə  Xilafətin  başçısı 

olmuşdur.  Əməvilər  Xilafətinin  xəlifləri  Şimali  Afrikanı, 

Piriney  yarımadasının  çox  hissəsini,  orta  Asiyanı  və  başqa 

əraziləri  işqal  etmişlər.  Onlar  Bizansla  müharibə  etmiş, 

dəfələrlə  Konstantinopolu  mühasirəyə  almışdı  (668-669, 

673-678 və s.). 

52. Antoniu Corci - portuqal mənşəli konkistador Antonio 

Berrionun  üç  ekspedisiyasının  iştirakçısı  idi.  Sonuncu 

ekspedisiya  (1596-1597)  zamanı  o,  400  nəfərlik  dəstənin 

başında durmuş və Koroni çayı boyunca dörd aylıq 120 km-

lik keçiddən sonra ölür. 

53.  Jaba  -  pencəklərin  boynunda  olan  dairəvi  krujevalı 

varatnik. 

54. İdalqo - orta əsrlərdə İspaniyada xırda və orta təbəqəli 

döyüşkən  zadəganlar.  Amerikanın  işğal  edilməsində  böyük 

rol oynayıblar. 

55.  İmbaya  -  Ekvadorun  dağlıq  ərazisində  yaşayan  kiçik 

hindu tayfası. 




                                                     

 

  



                                                                            

                                                    

517 

56.  İran  körfəzi  -  Hind  okeanının  şimal-qərbində,  Asiya 



sahillərində  körfəz.  Ərəbistan  yarımadası  ilə  əhatə  olunur. 

Sahəsi  239  min.km.

2

.  eni  180-320  km-dir.  Şərqdə  Hürmüz 



boğazı  vasitəsi  ilə  Ərəbistan  dənizinin  Oman  körfəzinə 

birləşir. Maksimum dərinliyi 102 m-dir. 

57.  I  Yelizaveta  Tüdor  (7.9.1533-24.3.1603)  -  İngiltərə 

kraliçası  (1558-1603).  Zadəganlara,  onlarla  bağlı  olan 

burjuaziyaya istinad edərək, mütləqiyyəti möhkəmləndirmək 

siyasətini  aparmışdı.  İngiltərənin  müstəmləkə  talanında  əsas 

rəqibi  olan  İspaniyaya  qarşı  mübarizə  aparırdı,  dəniz 

quldurluğu və qaçaqmalçılıq kimi vasitələrdən geniş istifadə 

edirdi.  II  Filipp  də,  İngiltərəni  öz  siyasətinin  məcrasına 

qaytarmaq üçün, (Mariya Tüdor vaxtında olan kimi) sui-qəsd 

vasitəsilə Yelizavetanı taxtdan kənar etmək istəyirdi. 

58. Yeni Qvineya - Sakit okeanda, Avstraliyadan 150 km. 

şimalda  ada.  Böyüklüyünə  görə  dünyada  Qrenlandiyadan 

sonra  2-cidir.  Cənubdan  Arafur  və  Mərcan  dənizləri  ilə 

əhatələnir. Sahəsi 829 min km

2



59.  İnka  Tupak  Yupanki  -  İnk  imperiyasının  tanınmış  və 

məşhur  hakimi.  Hakimiyyətə  gələn  kimi  qonşu  ölkələrə 

işğalçı  yürüşlər  təşkil  etmiş  və  öz  ölkəsinin  ərazisini  xeyli 

genişləndirmişdi. 1478-ci ildə «Kitu krallığına» hücum etmiş 

və  arda-arası  kəsilmədən  16  il  müharibə  apararaq  həmin 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə