  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə131/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   127   128   129   130   131   132   133   134   135

                                                     

 

  



                                                                            

                                                    

518 

ölkənin işğalını sürətləndirir. O, hətta öz donanması ilə Sakit 



okeanda Peru sahillərinə yaxın olan adalara səyahət etmişdir. 

60. “Yumbo” - Ekvadorda ispanlar dağlıq ərazilərə səpə-

lənmiş  imbaya,  kanyari,  kayambi,  koçoski,  peruço  kiçik 

hindu tayfalarını belə adlandırırdılar. 

61.  Kayambe  -  Kitodan  şimal-şərqdə,  Ekvator  xəttindən 

bir neçə kilometr aralıda yerləşən vulkan. Hündürlüyü 5790 

m-dir.  Hündürlüyünə  görə  Ekvadorda  yalnız  Çimboraso  və 

Kotopaxi vulkanlarından geri qalır. 

62.  Kayambi  –  “Ataualpanın  qızılını”  axtaran  zaman 

ispanlar  tərəfindən  Ekvadorun  şimalında  qarət  və  viran 

edilmiş hindu yaşayış məntəqəsi. 

63. Kayambi - Ekvadorun daqlıq ərazisində yaşayan kiçik 

hindu tayfası. 

64. Kayapa - Ekvadorun sahil kənarında yaşayan iri hindu 

tayfası. 

65.  Kalikuçima  -  ispanlara  qarşı  mübarizədə  Ruminyaui-

nin müttəfiqi olan hindu kasiki. Onu ispanlar xəyanətkarcası-

na əsir aldıqdan sonra inkvizisiyanın çıxardıqı hökm ilə diri-

diri tonqalda yandırırlar. 

66.  Kanyari  -  Ekvadorun  dağlıq  ərazisində  yaşayan  kiçik 

hindu tayfası. 

67. Karakı - Ekvadorun sahil kənarında yaşayan iri hindu 

tayfası. 



                                                     

 

  



                                                                            

                                                    

519 

68.  İnka  Uayna  Kapak  -  İnk  imperiyasının  taxt-tacına 



yenicə yiyələnmiş Uayna Kapak 1495-ci ildə “Kitu krallığı-

nın”  işğalını  başa  çatdırır  və  həmin  ərazini  öz  mülklərinə 

birləşdirir. İnklərin axırıncı hökmdarı Ataualpanın atasıdır. 

69.  Karalılar  -  vaxtı  ilə  Ekvadorda  yaşamış  ən  iri  hindu 

tayfası.  Keçua  dilində  danışan  bu  tayfa  ispanlara  qarşı  ən 

ciddi müqavimət göstərmişdilər. 

70.  Karanki  –  “Ataualpanın  qızılını”  axtaran  zaman 

ispanlar  tərəfindən  Ekvadorun  şimalında  qarət  və  viran 

edilmiş hindu yaşayış məntəqəsi. 

71.  “Kaxamarka  şikarı”  -  İnk  imperatoru  Ataualpanın 

əsirlikdən azad edilməsi üçün hinduların topladıqları qızıl və 

gümüş  metallar  və  qiymətli  bəzək  əşyaları.  Ataualpanın 

edamından  sonra  ispanlar  özləri  hindulardan  həmin  sərvəti 

zor gücünə toplamağa başladılar. 

72.  Böyük  Karl  (2.4.742-28.1.814)  -  Frank  kralı  (768-

800),  imperator  (800-814).  Karolinqlər  sülaləsinin  banisi. 

Gödək  Pipinin  ölümündən  sonra  (768)  Frank  dövlətinin  bir 

hissəsini  idarə  edirdi.  Lanqobardlar,  sakslar,  ərəblər,  qərb 

slavyanları və başqaları ilə apardığı müharibələr nəticəsində 

böyük imperiya yaratmışdır. Böyük Karlın müxtəlif tayfa və 

xalqları  zorla  birləşdirmək  nəticəsində  yaratdığı  imperiya 

onun  ölümündən  sonra  parçalandı  (843-cü  il  Verden 

müqaviləsi). 



                                                     

 

  



                                                                            

                                                    

520 

73. Qonsalo Ximenes Kesada - 1536-1539-cu illərdə hin-



du  tayfası  olan  çibçalıları  darmadağın  edir  və  onların  ərazi-

sini  (indiki  Kolumbiya)  ələ  keçirir.  1538-ci  ildə  Hinduların 

dağıdılmış  şəhərinin  yerində  Santa-Fe-de-Boqota  şəhərinin 

əsasını  qoyur.  Sonradan  bu  şəhər,  istila  edilmiş  ərazidə 

yaradılan Yeni Qranada vitse-krallıqının paytaxtı elan edilir. 

74.  Keçua  dili  -  keçua-aymara  qrupuna  daxildir.  Hazırda 

bu  dildə  16  mln-a  yaxın  adam  danışır.  İspan  istilasınadək 

inklər dövlətinin rəsmi dili olmuşdur. 

75.  Kilikiya  ərazisi  -  Kiçik  Asiyada  (indiki  Mərkəzi 

Türkiyənin  cənubunda)  qədim  vilayət.  İlk  dəfə  Kilikiya  adı 

Assuriya  yazılarında  çəkilmişdir.  E.ə.  IV-I  əsrlərdə  bu 

ərazini  Makedoniyalı  İskəndər,  Selevkilər  və  Roma  imperi-

yası  tutmuşdu.  1080-cı  ildən  həmin  yerdə  Kilikiya  dövləti 

mövcud  olmuş,  1375-ci  ildə  isə  bu  dövləti  məmlüklər  fəth 

etmişdi. 1515-ci ildən Türkiyənin tərkibindədir. 

76. Kiliskaça - Ataualpanın əmisioğlu. Ataualpa ispanlara 

əsir  düşəndə  məhz  o,  İnkanın  azad  olunması  üçün  bütün 

imperiyadan  qızıl  və  gümüş  əşyaları  toplayırdı.  Ruminyaui 

tərəfindən edam olunub. 

77.  Kinçe  –  “Ataualpanın  qızılını”  axtaran  zaman  Ekva-

dorun  şimalında  ispanlar  tərəfindən  qarət  və  viran  edilmiş 

hindu yaşayış məntəqəsi. 




                                                     

 

  



                                                                            

                                                    

521 

78.  Kiskis  -  ispanlara  qarşı  mübarizədə  Ruminyauinin 



müttəfiqi olan hindu kasiki. Müharibə vaxtı satqın həmyerlisi 

tərəfindən öldürülür. 

79.  “Şiri  krallığı”  -  bu  krallıq  XV  əsrin  əvvəlində  «Şiri 

krallığının» yerində peyda olub. İndiki Ekvadorun ərazisində 

yerləşmiş  həmin  krallıq  inklərin  başçısı  İnka-Uayna  Kapak 

tərəfindən işqal edilmişdi. 

80.  Koake  məntəqəsi  -  indiki  Ekvadorda  Esmeralqdas 

çayının mənbəsindən bir az cənubda yerləşmiş hindu yaşayış 

məntəqəsi.  Konkistadorların  hücumu  nəticəsində  həmin 

məntəqə tamamilə darmadağın edilmişdir. 

81. Kolyasuyo - ispanlara qarşı mübarizədə Ruminyauinin 

müttəfiqi olan hindu kasiki. Döyüşlərin birində qəhrəmanca-

sına həlak olur. 

82. Kolorado - Ekvadorun sahil və dağlıq ərazisində yaşa-

yan iri hindu tayfası. 

83.  Kolta  gölü  -  Kito  şəhərinə  bitişik  olan  kiçik  su  höv-

zəsi. 

84. Fransisko Kordova - 1517-ci ildə 3 gəmi ilə havananı 



tərk edir və martın əvvəlində Yukatan yarımadasına çatır. O, 

Yukatan yarımadasının şimal və qərb sahilini 700 km. tədqiq 

edərək Maiya ölkəsini kəşf edir. Hinduların apardığı döyüşdə 

10  yerdən  yaralanır  və  Kubaya  qayıdandan  10  gün  sonra 

vəfat edir. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə