  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə129/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   125   126   127   128   129   130   131   132   ...   135

                                                     

 

  



                                                                            

                                                    

510 

22. II Bəyazid - Osmanlı Türkiyənin sultanı (1481-1512). 



Onun  dövründə  də  Türkiyənin  əraziləri  müharibələr 

nəticəsində  xeyli  genişlənmişdi.  Şah  İsmayıla  qarşı  mühari-

bəyə  başlamağa  cəsarət  etməyərək,  1504-cü  ildə  Səfəvilər 

dövlətini tanımalı olmuşdu. 

23.  Bretan  -  Fransanın  şimal-qərbində  Bretan  yarım-

adasında tarixi vilayət. Sahəsi 35,3 min km

2



24.  Buenaventura  körfəzi  -  indiki  Kolumbiyanın  qərb 



sahilində yerləşir. 1522-ci ildə təcrübəli dənizçi P.Andaqoya 

tərəfindən kəşf edilib. 

25.  Vikinqlər  -  VIII  əsrin  sonu  -  XI  əsrin  ortalarında 

skandinavyalıların  dəniz  yürüşlərinin  iştirakçıları.  Skandi-

navya ölkələrində onları vikinqlər, Rusiyada varyaqlar, Qərbi 

Avropada  normanlar  adlandırırdılar.  VIII  əsrin  sonu  -  IX 

əsrdə vikinqlər Frank dövlətinə, İngiltərə, sonralar İslandiya 

sahillərinə  gedib  çıxırdılar.  X  əsrin  sonunda  islandiyalılar 

Qrenlandiyanı  kəşf  edərək  burada  məskən  salmış,  oradan 

Şimali Amerikaya qədər gedib çıxmışdılar. 

26.  Azl  Qabini  -  e.ə.  I  əsrin  əvvəlində  tribun.  Hərbi 

legionda senatorları təmsil etmişdi. 

27. Qalapaqos adaları (ispanca tısbağa), Kolon arxipelaqı 

-  Sakit  okeanda,  Cənubi  Amerikadan  qərbdə  adalar  qrupu. 

Ekvadora məxsusdur. 16 adadan ibarətdir. Ümumi eaiəsi 7,8 

min km


2

-dir. Vulkan mənşəlidir. 




                                                     

 

  



                                                                            

                                                    

511 

28.  Qalyo  adası  -  Sakit  okeanda  Kolumbiyaya  məxsus 



ada. F. Pisarro 2-ci ekspedisiyası zamanı həmin adada düşər-

gə yaratmışdır. 

29.  Pedro  Sarmiyento  de  Qamboa  -  ispan  idalqosu, 

dənizçi,  mühəndis  və  astronom.  Meksikada  və  Peruda 

aborigenlər  arasında  tədqiqat  işləri  ilə  məşğul  olub.  Ofir 

ölkəsinin  və  «Cənub  torpağının»  axtarılması  ideyasının  o, 

ortaya  atmışdır  və  bunun  əsasında  Alvaro  Mendanya  Sakit 

okeana ekspedisiya təşkil etmişdir. 

30.  Qvatemala  -  Mərkəzi  Amerikada  dövlət.  Meksika, 

Beliz,  Honduras  və  Salvadorla  həmsərhəddir.  Cənub  və 

cənubqərbdən  Sakit  okeanla,  şərqdən  Qəraib  dənizi  ilə 

əhatələnir.  Sahəsi  109  min.km

2

.  1523-cü  ildə  başda  Pedro 



Alvarado olmaqla ispan konkistadorları Qvatemala ərazisinə 

soxularaq hindu tayfaları arasındakı düşmənçilikdən istifadə 

edib  yerli  əhalinin  müqavimətini  qırmağa  və  bu  ərazini 

tuqmağa  nail  oldular.  Qvatemala  İspaniyanın  müstəmləkə-

sinə  çevirildi.  1560-cı  ildə  bu  ölkədə  general-kapitanlıq 

yaradıldı. Mərkəzi Amerikanın, demək olar ki, bu gün ərazisi 

və indiki Meksikanın bir hissəsi onun tərkibinə daxil edildi. 

31.  Qviana  dağları  -  Venesuellada  Orinoko  çayından 

cənubda yerləşən Surinama qədər uzanan dağ sistemi. 

32.  “Qəhvəyi  rəngli  adamların  ölkəsi”  -  1524-cü  ildə 

Fransisko  Pisarro,  indiki  Kolumbiyada  “Xinxamu  ölkəsin-



                                                     

 

  



                                                                            

                                                    

512 

dən”  bir  qədər  cənubda  böyük  olmayan  sahil  zolağını  kəşf 



edir.  Aborigenlər  oranı  “Qəhvəyi  rəngli  adamların  ölkəsi” 

adlandırırdılar. 

33.  “Qızıl  Biru”  -  ispanlar  Peruya  gəlməmişdən  əvvəl 

Panamada oranı belə adlandırırdılar. 

34.  Qırmızı  dəniz  -  Hind  okeanının  Afrika  ilə  Ərəbistan 

yarımadası  arasında  Aralıq  dənizi.  Uzunluğu  1932  km.,  eni 

305 km-ə qədər, sahəsi 450 km

2

., maksimum dərinliyi 2811 



m-dir.  Sinay  yarımadası  ilə  ayrılmış  Süveyş  və  Akaba 

körfəzləri var. 

35. Qorqona  adası  - Sakit okeanda Kolumbiyaya  məxsus 

ada.  İnk  imperiyasının  işğal  edilməsindən  qabaq  Fransisko 

Pisarronun sığınacaq tapdığı yer. 

36. Qravelin - Fransanın şimal-qərbində balaca şəhər. 

37.  Qrandlar  (ispanlarda  ağa,  kübar)  -  orta  əsrlərdə 

İspaniyada  ali  dini  və  dünyəvi  zadəgan  təbəqəsi.  XVI-XX 

əsrlərdə zadəgan rütbəsi. XIII əsrdən yüksək dövlət vəzifələri 

tutur, böyük imtiyazlardan istifadə edirdilər. XVI əsrdə saray 

əyanlarına çevirilmişdilər. 

38.  Qran-cimu  imperiyası  -  Ekvadorun  cənub  qərbində, 

Perunun  şimal-qərbində,  İnk  imperiyasının  tərkibində 

fəaliyyət  göstərmiş  hindu  imperiyası.  Ataualpa  ilə  İnka 

Uaskar  arasında  vətəndaş  müharibəsi  gedəndə  F.Pisarro 



                                                     

 

  



                                                                            

                                                    

513 

birinci  olaraq  Qran-cimu  imperiyasını  işğal  etmişdi,  lakin 



həmin qələbənin müqabilində çoxlu itki vermişdi. 

39. Xuan Qrixalva - 1518-ci ildə 240 nəfərdən ibarət dəstə 

4  gəmidə  Kubanı  qərb  istiqamətində  tərk  edir.  Ekspedisiya 

Meksikanı və Meksika  körfəzinin 1000 km-lik qərb sahilini 

Terminos bankəsindən Panuko çayının mənsəbinə kimi kəşf 

edir. 


40. Quaqua - Piçinça vulkanının bir başı. Ruko vulkanına 

nisbətən Quaqua Kitodan bir qədər aralıdır. 

41.  Quayakil  körfəzi  -  F.Pisarro  tərəfindən  2-ci 

ekspedisiyası zamanı 1526-cı ildə kəşf edilib. 

42. Quayas çayı - uzunluğu 30 km. olan bu çay Babaoyo 

və Daule çaylarının birləşdiyi yerdən əmələ gəlir və Quaya-

kil  körfəzinə  tökülür.  Bu  çay  əsasən  Quayakil  şəhərindən 

keçir. 


43.  Filipp  Qutten  -  Q.  Xoermutdan  sonra  “Belzerlər 

ölkəsinin”  yeni  hakimi  (1541)  təyin  edilir.  O,  Eldoradonun 

axtarışı  üçün  1541-1546-cı  illərdə  böyük  ekspedisiya  təşkil 

edir  və  Amazonka  çayının  qolu  Putumayo  çayını  kəşf 

etmişdir.  Koro  şəhərinə  qayıdanda  yeni  ekspedisiya  təşkil 

etmək istəyir, lakin özünü Venesuellanın yeni Hakimi hesab 

edən ispan məmuru onu öldürür. 

44.  Daule  çayı  -  indiki  Ekvadorda  bu  çayın  mənbəyi 

Piçinça  vulkanının  cənub-qərb  ətəyi  yaxınlığından  başlayır 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə