  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə126/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   122   123   124   125   126   127   128   129   ...   135

                                                     

 

  



                                                                            

                                                    

498 

hindu dostuna nə isə dedi, o, da öz növbəsində yaralını döyüş 



meydanından  uzaqlaşdırmağa  başladı.  Artıq  araukanların 

döyüş  meydanında  iki  döyüşçüsü  qalmışdı.  Onları  məğlub 

etmək  Migel  üçün  heç  də  çətin  deyildi.  O,  bir  hindunun 

hücumunu dəf edən kimi cəld ikinci rəqibinin üzərinə şığıdı 

və  bir-birinin  ardınca  qılıncları  ilə  zərbələr  endirməyə 

başladı. Həmin hindu isə Migelin təzyiqinə güclə tab gətirə-

gətirə  geri  çəkildi.  Arxada  qalan  araukan  isə  dostunu 

təhlükədən  qurtarmaq  üçün  arxadan  qorxmaz  konkistadora 

tərəf  şığıdı.  Elə  bu  vaxt  Migel  cəld  arxaya  dönərək,  bir 

qılıncı  ilə  ona  tərəf  uzadılan  nizəni  kənara  itələdi  və  həmin 

an  ikinci  qılıncını  düşmənin  bağrına  sancdı.  Ani  surətdə, 

qılıncı  bağrından  çıxartmamış  dərhal  o  biri  qılıncı  ilə  var 

qüvvəsilə qurbanının başının ortasına möhkəm zərbə endirdi. 

Hindunun  başı  düz  çənəsinə  kimi  ortadan  yarıldı  və  iri 

yaranın  içərisindən  qan  sıçradı.  Migelin  bütün  üstü  qana 

bulaşdı.  Bu  dəhşətli  səhnədən  vəcdə  gələn  yaxınlıqdakı 

hindu qəzəb içində nərə çəkərək Migelin üzərinə hücum etdi. 

Rəqibinin  ehtiyatsız  hərəkətini  görən  Migel  aşağı  əyilərək 

dərhal  qılıncını  onun  qarnına  sancdı.  Aborigen  elə  hücum 

etmişdi ki, qarnına sancılan qılıncın uçu onun belindən çıxdı. 

Döyüşün  ilkin  mərhaləsində  həm  psixoloji,  həm  də  canlı 

qüvvə  tərəfdən  böyük  üstünlük  qazanan  araukanlar  döyüş 

meydanında  tək  qalan  konkistadorun  öhdəsindən  gələ 



                                                     

 

  



                                                                            

                                                    

499 

bilməmiş, əksinə biabırçı dərəcədə məğlubiyyətə uğramışdı-



lar.  Migelin  hücumunu  dayandırmaqdan  ötrü  ox  atanlar  elə 

durduqları  yerdən  onu  nişan  alaraq  ox  atdılar.  Təhlükədən 

qurtulmaq  üçün  Migel  cəld  öldürülmüş  hindunun  arxasında 

uzandı.  O,  bir  az  geç  tərpənsəydi,  oxun  biri  bədəninə  dəyə 

bilərdi. Oxlar atılandan sonra Migel cəld yaxınlıqdakı ağacın 

arxasında  gizləndi.  Həmin  araukanlar isə kamanlarını hazır-

lıqlı vəziyyətə gətirərək ağacların arxasında mövqe tutdular. 

Migel o dəqiqə başa düşdü ki, artıq aborigenlər ondan qorxur 

və hücum etməyə daha cürət etmirlər. Bir neçə dəqiqə keçsə 

də,  araukanlar  heç  bir  tədbir  görmədilər.  Migeldə  belə  fikir 

yarandı  ki,  onlar  özlərini  təhlükəyə  vermədən  buranı  tərk 

ediblər. 

Birdən  kapitan  Xuan  ilə  leytenant  Andre  kəndin  girəcə-

yində göründülər. Migel o dəqiqə başa düşdü ki, silahdaşları, 

qəzəb  içində  olan  hindunun  qışqırığını  eşidib  özlərini  bura 

çatdırıblar.  Onlar  inana  bilmirdilər  ki,  konkistadorların 

xəbəri  olmadan  burada  döyüş  baş  verib.  Kapitan  dərhal 

Migeldən  burada  nə  baş  verdiyini  soruşdu.  O,  da  cavab 

verdi: 

-  Deyəsən,  hindular  burada  pusqu  qurmuşdular.  Çünki 



işimizi  yenicə  qurtarmışdıq  ki,  onlar  ağacların  arasından 

Armandonu ox ilə vurdular. 




                                                     

 

  



                                                                            

                                                    

500 

Onlara  yaxınlaşan  Migel  izah  etdi  ki,  araukanlar  hələ  də 



ağacların  arxasında  ola  bilər.  Hamı  silahlarını  əlinə  alıb 

araukanlar  gizlənən  ağaclara  tərəf  yollandılar.  Həmin  yerdə 

heç kim yox idi. Şimal tərəfə diqtətlə nəzər salanda gördülər 

ki,  üç  nəfər  araukan  yoldaşlarına  kömək  edə-edə  tələm-

tələsik  buradan  uzaqlaşırlar.  Konkistadorlar  təqib  etsələr, 

çətinlik çəkmədən uzaqlaşan hindulara çata bilərdilər. Lakin 

onlar dərhal meyitlərə tərəf qayıtdılar. Kapitan aşağı əyilərək 

diqqətlə  başı  yarılan  aborigenin  yarasını  nəzərdən  keçirtdi. 

Sonra üzünü Migelə tutaraq heyranedici tərzdə dedi: 

- Bu zərbə həddindən artıq böyük ustalıqla endirilib. Belə 

bir  zərbənin  əsl  ustadı  mənim  qardaşım  Alonso  sayılır. 

Qılıncın ülgücü lap boğaza kimi işləyib. 

- Sinyor, unutmayın ki, polkovnik Alonso mənim ustadım 

olub.  -  deyə  Migel  başını  dik  tutaraq  qürurla  dilləndi.  -  Bu 

fənd üzərində mən günlərlə, hətta aylarla da məşq etmişəm. 

-  Çayın  kənarındakı  aborigenin  başı  məharətlə,  xüsusi 

ustalıqla  bədənindən  ayrılmışdı.  -  deyə  leytenant  Andre 

silahdaşının  məharətinə  qibtə  edərək  iftixarla  dilləndi.  -  Elə 

bir  fəndin  öhdəsindən  hər  bir  qılınc  ustadı  gələ  bilmir. 

Görünür, polkovnik Alonso sizə bu sənəti öyrətməkdə, çoxlu 

zəhmət çəkib. Yaxşıdır ki, siz onun zəhmətini yerə vurmamı-

sınız. 



                                                     

 

  



                                                                            

                                                    

501 

Kapitan Xuan ayağa qalxaraq Migelə nəzərini yönəltdi və 



başını təəssüf hissilə tərpədərək narazı halda dedi: 

- Migel, mən sənin hərəkətlərindən narazıyam. Sən qəddar 

düşmənlə uşaq oyunu oynayırsan. Sənin başının üstünü ölüm 

tənlükəsi  almışdı.  Sən  isə  belə  bir  təhlükəli  anda  heç  bir 

döyüş  yoldaşını  çağırmamış  və  qeyri-bərabər  olan  döyüşə 

can  atmısan.  Axı,  Armandonun  yerinə  səni  də  öldürə 

bilərdilər. 

- Döyüş ani surətdə baş verdi.  - deyə Migel təkzib etdi.  - 

Armandonu  isə  arxadan  vurdular.  Belə  olan  halda  mən  nə 

etməliydim,  döyüşməliydim,  yoxsa  döyüş  meydanını  tərk 

edib sizi köməyə çağırmalıydım? Mən yüz faiz əmin idim ki, 

təkbaşına  araukanların  öhdəsindən  gələcəm,  ona  görə  də 

döyüşməyi qərara aldım. 

- Onlar altı nəfər idi və oxlardan da çox məharətlə istifadə 

edirdilər.  -    deyə  kapitan  həharətlə  dilləndi.  -  Döyüş  vaxtı 

emosiyalara  qapanmaq  lazım  deyil.  Onda  düşmən  sənin 

üzərində qələbə qazana bilər. Sənin kimi döyüşçü bizə hava-

su  kimi  lazımdır.  Ekspedisiyanın  Araukaniyaya  gəldiyi  bir 

vaxt  hər  bir  döyüşçünün  itkisi  nəinki  mənim  üçün,  hətta 

ispan  taxt-tacı  üçün  böyük  itki  sayılır.  Çünki  həmin  döyüş-

çülər  İspaniyanın  ən  qəddar  düşmənlərindən  biri  sayılan 

araukanların  məğlubiyyətlərinin  sürətləndirilməsində  böyük 

rol oynayacaqlar. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə