  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə125/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   121   122   123   124   125   126   127   128   ...   135

                                                     

 

  



                                                                            

                                                    

494 

balaca  təpənin  üstündə  qəbir  qazmağa  başladılar.  Qalanları 



isə komalarda ərzaq axtarmaqla məşğul idilər. 

Qəbir  qazılan  yer  ilə  yaralıların  qaldığı  yerin  arasında 

təxminən 60 metr məsafə vardı və onların ortasında bir koma 

və bir neçə hündür ağac yerləşirdi. Onlar bir-birilərini yaxşı 

görə bilmirdilər. Kapitangil isə kəndin ortasında idilər. Qəbir 

qazılan  təpə  hər  tərəfdən  ağaclarla  əhatə  olunmuşdu.  Bu 

kəndə  gələn  yol  bir  başa  şimal  ərazisinə  kimi  uzanırdı.  Yol 

hündür  olmayan  dağların  arası  ilə  burulub  yoxa  çıxırdı. 

Məhz  həmin  dağların  arxasında  araukanların  istehkam 

saldırdıqları  kənd  yerləşirdi.  Çox  güman  ki,  həmin  kənd 

hindular tərəfindən ciddi şəkildə mühafizə olunurdu. 

Bel  olmadığından  Migelgil  qəbri  tomaqavkalar  ilə 

qazırdılar. Çətin də olsa, onlar qısa müddətə bu işin öhdəsin-

dən  gəlməliydilər.  Bu  işdən  sonra  hamıya  istirahət  verilə-

cəkdi. 

Araukanların  bu  ərazini  tamamilə  tərk  etdiklərini  zənn 



edən  konkistadorlar  özlərini  kənddə  çox  sərbəst  hiss 

edirdilər.  Bütün  sayıqlığı  itirən  kapitan,  hətta  gözətçi 

qoymağı  unutdu.  Halbuki  o,  kənddəki  evlərin  hamısını 

yoxlatdırmamışdı. Düşmən bir neçə evdə gizlənə bilərdi. 

Migelgil  öz  işlərini  başa  çatdırandan  sonra,  Antonionun 

meyitini  qəbrin kənarına gətirdilər. Kədər içində olan  Migel 




                                                     

 

  



                                                                            

                                                    

495 

yorğunluqdan  yerdə  oturaraq  bir  anlığa  fikrə  getdi.  Lakin 



Armando onun fikrini qıraraq həqarətlə dedi: 

-  Deyirəm,  Antonio  bir  gün  də  tab  gətirsəydi,  bu 

müharibəni  qələbə  ilə  başa  vurmağa  imkanı  olardı.  Axı,  o, 

araukanlar  üzərində  qələbə  çalmaq  üçün,  bu  müharibədə 

iştirak etməyə öz razılığını ürəklə bildirmişdi. 

-  Tale  onun  üzünə  gülmədi.  -  deyə  Migel  başını  aşağı 

salaraq  kədərlə  dilləndi.  -  O,  yenə  də  müqavimət  göstərən 

yerdə  həlak  olmuşdu.  Leandronun  isə  ölümü  çox  açınacaq-

lıdır.  O,  təsadüfi  atılan  ox  nəticəsində  həlak  olmuşdu. 

Araukanlara qarşı gedən ən ağır müharibələrdən Leandro sağ 

çıxmışdır.  Ancaq  aborigenlər  onu  bu  müharibədə  belə 

asanlıqla aradan götürə bildilər. 

- Bilmirəm, xəbəriniz var, ya yox, vaxtı ilə həm Leandro, 

həm  də  Antonio  araukanlara  qarşı  müharibədə  birgə  iştirak 

etmişdilər. - deyə Armando bu məlumatı Migelə xatırlatdı. - 

Mən  çox  heyifslənirəm  ki,  onların  hər  ikisi  bu  müharibədə 

həlak  oldular.  Antonio  çox  bacarıqla  döyüşürdü,  lakin  yaşlı 

olduğuna  görə  çoxlu  və  çevik  hərəkətlərlə  müqavimət  gös-

tərə bilmədi. Yoxsa o, həmin döyüşdən salamat çıxa bilərdi. 

-  Antonionun  42  yaşı  vardı.  -  deyə  Migel  bu  rəqəmi 

xüsusilə  vurğuldı.  -  Onu  yaşlı  döyüşçü  adlandırmaqda  sən 

haqlı  deyilsən.  Antonio  çox  bacarıqla  döyüşürdü.  Sadəcə 

olaraq  keçid  zamanı  o,  yorğun  olduğundan  lazımi  qədər 



                                                     

 

  



                                                                            

                                                    

496 

müqavimət  göstərə  bilmədi.  Araukanlar  da  ki,  bu  fürsətdən 



məharətlə istifadə etdilər. 

- Mən əsirlikdə olanda hər bir əzab-əziyyətə, çətinliklərə, 

işgəncələrə  dözməyi...  -  Elə  Armando  fikir  bildirmək 

istəyirdi ki, onun sözü yarımçıq qaldı. 

Armando  düz  Migelin  qarşısında  dayanmışdı  və  arxası 

şimal tərəfə idi. Yerdə oturan cavan zadəganın baxışları hələ 

də  yerə  yönəlmişdi.  Birdən-birə  Armando  üzüqoylu  düz 

Migelin  üstünə  sərildi.  Cavan  zadəgan  o  dəqiqə  başa  düşdü 

ki, burada qeyri-adi hadisə baş verib və Armandoya baxanda 

gördü ki, onun kürəyində iki ox var. O, dərhal qılıncını əlinə 

alaraq  pişik  kimi  yerindən  sıçradı.  Elə  bu  dəmdə  şimal 

tərəfdəki ağacların arasından dörd nəfər hindu əllərində nizə 

iti sürətlə cavan zadəganın üstünə şığıdı. 

Onlardan  arxada  daha  iki  aborigen  əllərində  kaman 

hazırlıqlı  vəziyyətdə  dayandılar.  Ox  atanlarla  onun  arasın-

dakı məsafə təxminən 20 metr idi. Düşmənin üstünlük təşkil 

etdiyini  görən  Migel  həlak  olmuş  silahdaşının  qılıncını  da 

əlinə  aldı.  Hər  bir  gözlənilməz  hadisəyə  hazır  olmaq  lazım 

idi.  Araukanların  sayı  burda  altı  yox,  çox  ola  bilər  və  onlar 

cavan  zadəganı  münasirəyə  alaraq  onu  məhv  edə  bilərdilər. 

Belə  bir  vəziyyəqdə  Migel  qürurunu  sındırıb  dostlarını 

köməyə çağırmalı idi. Lakin o, bunu etmədi və bütün zərbəni 

öz üzərinə götürməyi qərara aldı. 



                                                     

 

  



                                                                            

                                                    

497 

Araukanların  həddindən  artıq  qəzəbli  olan  hücumundan 



istifadə  edən  Migel  qarşıdakı  iki  rəqibinin  hücumunu  dəf 

edərək  onları  kənarlaşdırdı  və  dərhal  sağ  dizi  üstə  aşağı 

çökərək qılıncı ilə növbəti rəqibinin sol ayağına var gücü ilə 

zərbə  endirdi.  Qılıncın  ülgücü  hündunun  dizindən  yuxarı 

dərin yara əmələ gətirdi və o, özünü saxlaya bilməyib yanın-

dakı silahdaşı ilə toqquşub yerə yıxıldı. Fürsəti aldən vermək 

istəməyən Migel cəld arxaya dönərək özü əks-hücuma keçdi. 

Arxasında qalmış hindu konkistadorun hücumundan çaş-baş 

qalaraq kor-təbii halda müdafiə olunmağa başladı. Üstünlüyü 

Migelin əlindən almağa çalışan o biri iki aborigenlər yenə də 

onun  üstünə  hücuma  keçdilər.  Migel  onların  əhatəsinə 

düşməməkdən  ötrü,  arxası  qazdığı  qəbrə  tərəf  dayandı.  Bu 

mövqedən  o  həm  müdafiə  olunurdu,  həm  də  ox  atanları 

nəzarət  altında  saxlayırdı.  Migel  iki  qılıncla  üç  adamın 

həmlələrini çox asanlıqla dəf edirdi. Nizələr taxtadan olsa da 

araukanlar  həmin  silahdan  çox  bacarıqla  istifadə  edirdilər. 

Lakin hücumun birində Migel qılıncı ilə elə zərbə endirdi ki, 

nizənin biri düz ortadan sındı. Həmin hindu xəsarət almasın 

deyə,  cəld  geri  çəkildi  və  yaralı  silahdaşının  nizəsini 

götürmək istədi.  

Yaralı hindu isə yerdə oturaraq ağrıdan zarıldayırdı. Onun 

ixtiyarı  olsaydı,  bərkdən  qışqırardı.  Ancaq  onun  qışqırığına 

Migelin  silahdaşları  döyüş  meydanına  gələ  bilərdi.  Yaralı 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə