  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə133/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   127   128   129   130   131   132   133   134   135

                                                     

 

  



                                                                            

                                                    

526 

hakimi.  O,  Cənubi  Amerikada  San-Salvador  adlı  ilk  İspan 



qalasını saldırır. 

106.  Okeaniya  -  Sakit  okeanın  mərkəzi  və  cənub-qərb 

hissələrində dünyada ən böyük adalar yığını (təqribən 10 min 

ada).  Sahəsi  1,26  mln.  km

2

  (bunun  təqribən  80%-ni  Yeni 



Qvineya və Yeni Zelandiya adaları tutur). Okeaniya Melane-

ziya, Polineziya və Mikroneziyaya bölünür. 

107.  Fransisko  de  Orelyana  (1500-cü  ildə  ölüb)  -  ispan 

konkistadoru.  1541-1542-ci  illərdə  avropalılardan  birinci 

olaraq  Cənubi  Amerikanı  qərbdən-şərqə  keçmişdir, 

Amazonka çayının mənbəyindən mənsəbinə kimi ağır yol qət 

etmişdir. 

108.  Diyeqo  Ordas  -  1531-ci  ildə  320  nəfərlik  dəstə  ilə 

Orinoko  çayının  hövzəsini  tədqiq  edir  (Eldorado  ölkəsini 

axtarmaq məqsədi ilə). Həmin ekspedisiyanın siyasi nəticəsi 

Orinoko çayı hövzəsinin ispan mülklərinə birləşdirməsindən 

ibarət idi. 

109.  Pedro  de  Orteqa  -  Amerika  sahillərində  tanınmış 

köhnə  dənizçilərdən  biri  A.Mendanyanın  birinci  ekspedi-

siyası  (1567-1569)  zamanı  «Almiranta»  gəmisinin  kapitanı 

təyin  edilir.  Ekspedisiya  zamanı  yenicə  kəşf  edilmiş 

Solomon adalarında  «Santyaqo» adlı gəminin  kapitanı təyin 

olunur və həmin gəmi ilə də Meksika sahillərinə qayıdır. 




                                                     

 

  



                                                                            

                                                    

527 

110.  Abraxam  Orteliy  (1527-1598)  -  fələmənk  xəritə-



şünası.  1570-ci  ildə  Asterdama,  tərkibində  aydın  çoğrafi 

məzmunlarla 53 dənə xəritə olan dünya çoğrafi atlasını tərtib 

edir.  Sonradan  atlas  bir  neçə  dəfə  genişlənmiş  və  nəşr 

edilmişdi. 1579-cu ildə Orteliy ilk dəfə atlasa üç dənə tarixi 

xəritə  daxil  edib.  K.Merkatorun  atlası  ilə  yanaşı  Orteliyin 

atlası xəritəşünaslığın inkişafında mühüm rol oynayıb. 

111. Osmanlı Türkiyəsi (1299-1922) - Sultan Türkiyəsinin 

rəsmi adı. Bu dövlətin əsasını I Osman (1258-1324) qoymuş-

dur.  XV  əsrin  2-ci  yarısından  Osmanlı  dövləti  imperiyaya 

çevrilməyə  başlamış,  XV-XVI  əsrlərdə  Asiya,  Avropa  və 

Afrikadakı  türk  işğalları  nəticəsində  dünyanın  ən  böyük 

dövlətlərindən biri olmuşdur. 

112.  Otovalo  -  Ekvadorun  sahil  və  əsasən  dağlıq 

ərazisində yaşayan iri hindu tayfası. 

113. Ofir ölkəsi - İncildəki əfsanəyə görə Qüds məbədinin 

qızıl ilə bəzədilməsi üçün çar Solomon Ofir ölkəsinə gəmilər 

göndərirdi.  Bir  çox  dənizçilərin  və  tədqiqatçıların  dediyinə 

görə Ofir ölkəsi Sakit okeanın cənub hissəsində yerləşir. 

114.  Alonso  de  Oxeda  (1466,  ya  1470-1515-ci  ilin 

sonunda və ya 1516-cı ilin əvvəlində) - ispan dəniz səyyahı, 

konkistador.  X.  Kolumbun  2-ci  ekspedisiyasında  (1493-

1496)  iştirak  edibdir.  Avropalılardan  ilk  adamdır  ki,  Haiti 

adasının  içərilərinə  daxil  olmuş  və  orada  qızıl  yataqlarını 



                                                     

 

  



                                                                            

                                                    

528 

aşkar etmişdi. 1499-1500-cü illərdə Qviana və Venesuellanın 



sahil zolağını tədqiq edən ekspedisiyaya başçılıq etmişdir. 

115.  Palavan  -  Filippin  arxipelaqının  qərbində  ada. 

Uzuluğu təqribən 450 km., sahəsi 11,8 min km

2

. Əsas şəhəri 



Puerto-Prinsesdir. 

116. Kasik Passao - konkistadorlar Ekvadora daxil olanda 

həmin  kasik  hər  bir  şeyi  sülh  yolu  ilə  həll  etmək  istəyirdi. 

İspanlar tərəfindən ələ keçirilmiş girovları o, həmişə qiymətli 

əşyalarla dəyişirdi. Sonradan başlanan  müharibə nəticəsində 

Passao konkistadorlar tərəfindən edam edilmişdir. 

117.  Peruço  -  Ekvadorun  dağlıq  ərazisində  yaşayan  iri 

hindu tayfası. 

118. Piçinça - Kito şəhərinə ən yaxın olan vulkan, demək 

olar  ki,  vulkanın  ətəyi  şəhərin  şimal-qərb  hissəsi  ilə  bitişib. 

Piçinça  iki  başlı  vulkandır  (Ruko  və  Quaqua)  və  qərib 

adamlar  Kitoya  təşrif  buyuranda  vulkanı  iki  başlı  əjdahaya 

bənzədirlər. Vulkanın hündürlüyü 4783 m-dir. 

119.  Popayana  -  Kolumbiyanın  cənub-qərbində  şəhər, 

Kauka  departamentinin  mərkəzi.  1750  metr  yüksəklikdə 

yerləşir. 

120. Porto-Vyexo - Ekvadorun cənubunda F. Pisarro tərə-

findən əsası qoyulmuş ilk qəsəbə. İspanlar İnk imperiyasının 

içərilərinə  daxil  olmamışdan  əvvəl  həmin  qəsəbədə  böyük 

hərbi baza yaratmışdılar. 




                                                     

 

  



                                                                            

                                                    

529 

121.  Luis  de  Rekesens  (1576-cı  ilin  mart  ayında 



ölmüşdür)  -  Niderlandda  İspaniyanın  canişini  (1573-1576) 

olmuşdur. Qədim Kastiliya nəslindən idi. Əvvəlki canişinlər-

dən  fərqli  olaraq  hər  vasitə  ilə  Niderlanddakı  müharibəni 

qurtarmaq  istəmiş,  ancaq  II  Filippin  siyasəti  buna  imkan 

verməmişdir.  Rekesens  amnistiya  elan  etmiş  (məhdud 

şəkildə), 10%-lik verkini götürmüş (əslində bu daha yox idi), 

Oranlı Vilhelmin tərəfdarları ilə sülh danışıqlarına başlamış-

dır. Lakin II Filippin güzəştə getməmək mövqeyi buna mane 

olmuşdur.  İspaniyada  baş  verən  moriskilərin  (1568-1572) 

üsyanını məhz o, yatırmışdır. 

122.  Uolter  Reli  -  İngiltərənin  kraliçası  II  Yelizavetanın 

favoriti.  Qısa  müddət  piratlıqla  məşğul  olmuşdur.  Şimali 

Amerikada  ilk  ingilis  yaşayış  məntəqəsini  (Virginiya) 

yaratmağa çalışmışdır. 

123.  Riobambo  -  Ekvadorun  mərkəzində  vulkanlar 

arasında  iri  vadi.  Ekvadorun  əsas  yolları  məhz  bu  vadidən 

keçir. 

124.  Qubernator  Rios  -  Pedro  Aviladan  sonra  Panamanın 



qubernatoru.  O,  hər  vəchlə  F.Pisarronu  «Qızıl  Birunun» 

axtarılıb-tapılmasına maneəçilik törətmək istəyirdi və bunun-

la da o, dahi fatehin (F.Pisarronun) düşməninə çevirilmişdir. 

125.  Bartolomeu  Ruis  -  F.  Pisarronun  2-ci  ekspedisi-

yasında  baş  şturman  vəzifəsində  işləmişdi.  F.Pisarro 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə