  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə5/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   2   3   4   5   6   7   8   9   ...   135

                                                     

 

  



                                                                            

                                                    

17 

Mənfur aborigenlər öz cinayətlərindən əl çəkmirlər. Halbuki sən 



mənə  dedin  ki,  kapitan  Xuan  Odovaldonun  başçılıq  etdiyi 

ekspedisiya orada  yaşayan hindu tayfasını törətdikləri cinayətə 

görə  hamılıqla  sərt  üsullarla  cəzalandıracaq.  Lakin  həmin 

ekspedisiya mənim etimadımı doğrultmadı. 

-  Əlahəzrət,  Araukaniyaya  göndərilən  ekspedisiyanın 

aqibətindən  xəbərsizəm.  -  deyə  Alonso  ehtiramla  dilləndi.  - 

Ancaq  inana  bilmirəm  ki,  ora  yollananlar  müvəffəqiyyət  əldə 

etməsinlər.  Həmin  ekspedisiya  heyət  etibarı  ilə  çox  güclü  idi. 

Heyətin  əksəriyyəti  peşəkar  döyüşçülərdən  ibarət  idi.  Onların 

demək  olar  ki,  hər  biri  döyüş  meydanlarında  ağır  sınaqlardan 

çıxıblar. 

-  Perunun  varisindən  aldığım  məlumata  görə  Mərkəzi  Çili 

sahillərinə  yollanan  ekspedisiyanın  yalnız  yarı  heyəti  gedib 

mənzil  başına  çatıb.  Okeanda  baş  verən  fırtına  zamanı  iki 

gəmidən biri yarı heyətlə birlikdə fəlakətə uğrayıb. 

 

 



 

 

               



II fəsil. Kral II Filippin tələbi 

 

Kralın  verdiyi  xəbər  Alonsonu  şok  vəziyyətinə  saldı. 



Dəhşətdən  onun  gözləri  bərəldi.  Bir  anlığa  məğrur  sərkərdə 


                                                     

 

  



                                                                            

                                                    

18 

yerindəcə donub qaldı. Kral ona nəzər salmasa da o dəqiqə başa 



düşdü  ki,  həmin  xəbər  Alonsonu  yaman  bərk  sarsıdıb.  Məhz 

buna görə də o, qarşısındakı zabiti sakitləşdirmək üçün dedi: 

-  İş  ondadır  ki,  sənin  qardaşın  qüvvənin  yarı  bölündüyünü 

görüb,  indi  Peruda  yeni  ekspedisiya  təşkil  etməklə  məşğuldur. 

Onun  bu  qətiyyyətsiz  addımı  mənim  xoşuma  gəlmir.  Halbuki 

sən mənə öz qardaşının necə cəsarətli, qorxmaz və bacarıqlı bir 

zabit  olduğunu  izah  etmişdin.  Demək  belə  çıxır  ki,  mən 

aldanmışam.  

-  Allah  eləməsin,  əlahəzrət.  -  Xuanın  sağ  qaldığını  eşidən 

Alonso özünə gəlməmiş kralın sonuncu sözləri ilə növbəti zərbə 

aldı. - Sizin kimi müdrik bir insan heç vaxt aldana bilməz. İcazə 

versəydiniz,  mən  ordakı  reallıqlar  barədə  müəyyən  izahat 

verərdim. 

Həmişə özünün sərt və iti baxışları ilə başqalarını vahiməyə 

salan  II  Filipp  bu  dəfə  Alonsonu  həmin  kökə  salmaq  istədi, 

lakin  son  məqamda  ona  öz  sözünü  deməyə  imkan  yaratdı. 

Alonso mərhəmətlə təzim edib təmkinlə dedi: 

-  Mərkəzi  Çili  sahillərində  yaşayan  aborigenlər  uzun 

müddətdir  ki,  kəskin  müqavimət  göstərirlər.  Uşaqdan  tutmuş 

qocaya kimi hamı mübarizəyə qalxıbdır. Məndə olan məlumata 

görə  orada  azsaylı  qüvvə  ilə  tam  qələbə  əldə  etmək  mümkün 

deyil. Ərazi böyükdür, əhali isə hücum vaxtı hündür dağlardan 

və  keçilməz  meşələrdən  istifadə  edir  və  partizan  taktikasına 



                                                     

 

  



                                                                            

                                                    

19 

böyük üstünlük verirlər. Elə buna görə də qardaşım araukanlar 



üzərində  tam  qaləbə  qazanmaq  üçün  böyük  bir  dəstə  ilə 

Araukaniyaya daxil olmaq istəyir. Oradakı hərbi əməliyyat elə 

başlamalıdır  ki,  hindular  dağlara  və  meşələrə  qaçmağa  imkan 

tapmasınlar. Beləsinə qalanda qardaşım ixtiyarında olan azacıq 

qüvvə ilə ölkənin bu tərəfindən girib, o biri tərəfindən çıxa bilər, 

lakin düşmən üzərində tam qaləbə qazana bilməyəcək. 

Bu izahatla razılaşmayan kral narazı halda başını tərpədərək 

dedi: 


-  Mənim  atamın  dövründə  Ernan  Kortes  Meksikanı, 

Fransisko  Pisarro  Perunu  fəth  edəndə  heç  vaxt  artıq  qüvvə 

almaq üçün dövlət məmurlarına ağız açmamışdılar. İndi isə hər 

hansı  bir  hindu  tayfası  mənim  əyalətimdə  qudurğanlıq  edərək, 

ispan  əsgərinə  meydan  oxuyur.  Elə  bil  hamısı  sözləşiblər. 

Niderlandda  və  Almaniyanın  bəzi  yerlərində  laməzhəblər  və 

protestantlar  baş  qaldırıblar,  tülkü  Yelizaveta  öz  quldurlarını, 

başkəsənlərini  dövlət  gəmilərində  mənim  müstəmləkələrimə 

göndərir  ki,  yalnız  qarətlə  məşğul  olsunlar.  Osmanlı  Türkiyəsi 

Aralıq  dənizinin  şərq  sahillərində  tam  ağalıq  edir,  Fransada 

protestantlar dircələrək iki tərəfli katolikləri sıxışdırırlar. Onlar 

mənim  krallığıma  qarşı  hər  ərəfli  sarsıdıcı  zərbələr  endirmək 

istəyirlər. Heç kim bizim dövlətin qüdrəti və varlığı ilə barışmaq 

istəmir. Çünki dünyada elə bir hökmdar olmayıb ki, bu irilikdə 

səltənətə  hakimlik  etsin.  Nə  Makedoniyalı  İsgəndər,  Qay  Yuli 



                                                     

 

  



                                                                            

                                                    

20 

Sezar, Oktavian Avqust, hun imperatoru Attila, Dahi Karl, nə də 



ki, Əməvilərlə, Abbasi xəlifləri və Osmanlı Türkiyəsinin heç bir 

nümayəndəsi,  o  cümlədən,  nə  Teymurləng,  Çingiz  xan,  Batı 

xan, Babur şah, vikinqlər və nə mənim babam, nə də ki, mənim 

atam bu irilikdə İmperiyanın varisi olmayıbdır. Bu siyahını nə 

qədər istəsən uzatmaq olar. İndi isə bu imperiyanı hər tərəfdən 

parçalamaq  istəyirlər.  Nə  qədər  mən  sağam  düşmənlərimiz  bu 

planı  həyata  keçirə  bilməyəcəklər.  Lakin  mən  özüm  də  cavan 

adam  deyiləm  və  hakimiyyətdə  çox  qala  bilməyəcəyəm.  Bu 

səltənətin elan etdiyim varisinin isə cəmi 13 yaşı var. Şahzadə 

Filipp isə qətiyyən dövlət işləri ilə maraqlanmır. Deyirəm bəlkə 

o,  azyaşlıdır,  ona  görə  də  elə  maraq  göstərmir.  Halbuki  onun 

yaşında  dövləti  idarə  edənlər  də  az  olmayıb.  Hətta  balaca  bir 

dövləti nəhəng bir imperiyaya çevirən də olub. 

Kralın  sözlərinə  diqqətlə  qulaq  asan  Alonso  başa  düşdü  ki, 

qocalıq yaşında olan II Filipp son illər tarixlə ciddi maraqlanıb. 

Lakin dövlət maraqları uğrunda hələ kəskin mübarizə aparırdı. 

İspaniya  kralı  başqa  monarxlar  kimi  idarə  etdiyi  ərazinin 

sahəsini  sözlə  şişirtmir,  nə  də  ki,  boş-boşuna  özünü  öymürdü. 

Onun sözlərində əsl həqiqət vardı: elə kral kimi Alonsonun özü 

də tarix ilə və xüsusən də tanınmış sərkərdələrin taleyi və dövrü 

fəaliyyəti ilə maraqlanırdı.  

II Filippin sözlərinə şübhə etməmək olardı: Portuqaliya kralı 

gənc  Sebastyan  Mərakeşi  ələ  keçirmək  üçün  1578-ci  ildə 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə