“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “



Yüklə 1,57 Mb.
səhifə28/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

“ HƏDİSLƏRDƏN DƏLİLLƏR “

1. – Zələb Yəmani Əmirəl mö`minin Əli ibn Əbi Talib (ə)-dan sual etdi: - Allah tə`alanı görmüsənmi?! Cavabında Əli (ə) buyurdu:- Görəsən mən görmədiyim Allaha ibadətmi edirəm?

Zələb sual etdi:- Necə görürsən? Əmirəl mö`minin (ə) buyurdu:- Allah tə`alanı başda olan gözlə görmək mümkün deyil. Lakin, onu i`manın həqiqətindən bəhrələnən qəlbin nuru ilə dərk etmək olar...1

2. – İmam Sadiq (ə)-dan sual etdilər:- Qiyamət günündə Allah tə`alanı görmək olarmı? İmam (ə) cavabında buyurdu:- Allah tə`ala belə şeylərdən münəzzəh və üstündür ta görünsün. Çünki, göz təkcə rəng və keyfiyyətə malik olan şeyləri –cism- görə bilər. Lakin Allah , nə rəng və nə də keyfiyyət və necəliyə malikdir. Bəlkə, onları vücuda gətirəndir.2

3. İmam Sadiq (ə) buyurur:- Yəhudi alimlərindən biri Əmirəl mö`minin Əli (ə)-ın xidmətinə gəldi və ərz etdi:- Ya Əli ! Pərəstiş etdiyin Allahı görmüsən? Əmirəl mö`minin Əli (ə) buyurdu:- Vay olsun sənə! Mən görünməyən Allaha pərəstiş etmirəm. Yəhudi sual etdi:- Allahı necə görmüsən? Əli (ə) buyurdu:- Allahı bu gözlərlə gözrmək mümkün deyil. Bəlkə, ürəklərdə olan i`manın həqiqəti ilə onu dər edirlər.1

4. Fəzl ibn Səhl Zulriyasəteyn İmam Rza (ə)-a ərz etdi:- Camaatın ixtilaf etdiyi şey barədə, yə`ni Allahın görünməsi barədə mənə xəbər ver! Bu işin həqiqətini mənim üşün açıqla! Həzrət (ə) da cavabında buyurdu:- Hər kəs Allahı , onun tə`rif etdiyindən başqa tə`rif edərsə, ən böyük böhtanı onun təkliyi barədə demışdır. Sonra bu ayə`ni oxudu:



لاَّ تُدْرِكُهُ الأَبْصَارُ

Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər." 2

Əhli beyt (ə)- dan hədis kitablarında görməyi inkar edən onlarla hədis nəql olunmuşdur. Bu bir neçə hədis də, kitabımızın bu qismətində şahid ünvanında zikr olunmuşdur.

1.“ ALLAHIN MƏKANA EHTİYACI VARMI ?!”

Allahın məkanı!


Səhihi Müslüm və Səhihi Buxarinin tohid məsələsində olan ikinci zəif nöqtə budur ki, bu iki kitabda, Allahın məkana ehtiyaclı olan kimi tanıtdırılmış və onun üçün müxtəlif məkanlar müəyyən edilmişdir.

Necə ki, Allahı görmək bəhsində işarə etdik, hər bir mövcudu görmək üçün ona müəyyən bir məkan lazımdır. Allahı görmək barədə hədislərə diqqət etdikdə səhiheyn Allahın məkana malik olmasını çatdırır.

Lakin məkan mövzusu sihahda (altı kitabda) ayrıca bəhs kimi qələmə alınmış və əhli süünə tərəfindən məkanı sübut etmək üçün bir çox kitablar yazılmışdır.

Səhiheynin (Buxari və Müslüm) nəzərincə Allahın məkanı namaz vaxtı namaz qılanın qarşısında və onun qibləsinə tərəfdir.

Sunənin (yə`ni Sunəni Davud, Sunəni Nəsai, Sunəni Termizi və s..) nəzərincə isə Allahın məkanı ərşin üstündə, ərş vucuda gəlməzdən öncə isə Allahın buludlar arasında olduğunu bildirirlər.

İndi də bu mövzuda bir neçə hədisin tərcüməsi və mətni ilə tanış olaq.


Allah, namaz qılanın qarşısında !

1.- Əbdullah ibn Ömər deyir:- Allahın Rəsulu (s) məscidin qibləsi tərəfində ağız suyu gördü və oranı təmizlədi. Sonra üzünü camaata tutaraq buyurdu : Sizlərdən hər biriniz namaz qılan zaman, öz qarşınıza ağzınızın suyunu atmamalısınız. Çünki namaz qılınan vaxt Allah sizin qarşınızda dayanır.1

2.- Əbdullahdan nəql olunmuşdur ki:- Peyğəmbər (s) namaz qılarkən məscidin qibləsində ağız suyu gördü. Əli ilə onu təmizlədi. Onun üzündən qəzəblənməsi və naraht olması bilinirdi. Sonra belə buyurdu:- Sizlərdən hər biriniz namaz qılarkən Allah onun qarşısında durur. Namaz qılarkən öz qarşınıza ağzınızın suyunu atmayın.2

3.- Əbu Hureyrə deyir:- Peyğəmbər (s), məscidin qibləsində ağız suyu gördü.Üzünü camaata tərəf çevirib buyurdu:- Nəyə görə sizlərdən biri Allahla üz-üzə durarkən öz qarşısına ağzının və sinəsinin suyunu atır?! Sizin qarşınızda duraraq üzünüzə ağzının və sinəsinin suyunu atan bir kəsin bu əməlini sevirsinizmi?! Əgər sizlərdən hər kəs ağzının ya sinəsinin suyunu atmaq istəsə, sol ayağının kənarına atsın. Mümkün olmasa əvvəlki kimi etsin.1

Hədis ravisi Qasim dedi: Peyğəmbər (s) öz paltarının ətə`yini açdı və ağzının suyunu ora atdı. Sonra ətə`yini bir birinə sürtdü. Ravinin özü də əyani surətdə bu işi gördü.

Bu hədisi Müslüm iki yolla Əbu Hureyrədən nəql edir.


Allah göydədirmi?

Altı sihah sahiblərindən üçü və sunən və məsanid müəlliflərinin bir çoxu Müaviyət ibn Həkəm Səkəmidən Peyğəmbər (s) tərəfindən onun kənizinin i`manının yoxlanması barədə belə nəql etmişdir:

Peyğəmbər (s)-a ərz etdim:- Bu kənizi azad edimmi?! Buyurdu onu mənim yanıma gətir. Eləki kənizi Peyğəmbər (s)-in yanına gətirdim, ondan soruşdu: - Allah hardadır? Dedi:-Göydə! Sonra sual etdi:- Mən kiməm? Cavab verdi:-Sən Allahın elçisisən.

Bu yerdə Peyğəmbər (s) buyurdu:- Bu kənizi azad et. Çünki onun i`mani var.



فقال لها أين الله قالت في السماء ، قال: من انا؟ قالت انت رسول الله (ص). قال اعتقها فانهن مؤمنة. 2


Allah ərşdədirmi?

1.- Əhnəf ibn Qeys Abbas ibn Əbdul Muttəlibdən nəql edir ki:- Bəthada (çay) Peyğəmbər (s) və bir neçə nəfərlə oturmuşdum. Kiçik bulud parçası görsəndi. Peyğəmbər (s) o buluda baxdı və buyurdu: Sizdə bunun adı nədir?

Ərz etdilər: "Səhab". Buyurdu :- "Mozn"da deyirsiniz? Ərz etdilər:- Mozn, da deyirik. Buyurdu:- "Ənan" da deyirsiniz? Dedilər :- Ənan da deyirik.

Sonra Peyğəmbər (s) buyurdu:- Yerlə göyün arasındaki fasilənin nə qədər olduğunu bilirsinizmi?

Cavab verdilər:- Bilmirik, buyurdu:-Yerdən göyə qədər olan məsafə, yetmiş bir ya yetmiş iki, ya da yetmiş üç ildir. İkinci göyün də məsafəsi o qədərdir. Yeddi göyə qədər saydı. Sonra Peyğəmbər (s) buyurdu:- Yeddinci göyün üstündə dərinliyi iki göyün arasında olan məsafə qədərində bir dəniz vardır. O dənizin üzərində səkkiz vəhşi bir qoç dayanmışlar. Onların dırnaqlarından dizlərinə qədər oalan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Ərş, o qoçların üstündədir. Ərşin aşağısı ilə yuxarı hissəsi arasında olan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Sonra buyurdu:- Allah da o ərşin üstündədir!!1

2.- Cubeyr ibn Muhəmməd atasından, o da atası Cübeyr ibn Mutimdən nəql etmişdir ki;- Çöl ərəblərindən biri Peyğəmbər (s)-in yanına gəldi və ərz etdi:- Ya Rəsuləllah! Quraqlığın olması və yağışın yağmaması nəticəsində bizim bədənimiz əziyyətə düşdü. Əhli-əyalımız xəstələndi, sərvətlərimiz əlimizdən çıxdı, mal-qaralarımız isə aradan getdi. Allahdan bizim üçün yağış istə! O ərəb sonra sözlərinə əlavə etdi:- Biz səni Allah yanında və Allahı sənə şəfaətçi tuturuq.

Peyğəmbər (s) buyurdu :- Vay olsun sənə! Nə danışdığını bilirsənmi?

Bu vaxt Peyğəmbər (s) Allaha həmd və səna oxudu. O qədər təsbih dedi ki səhabələrin üzündə yorğunluq göründü. Sonra buyurdu:- Vay olsun sənə ! Allahı heç vaxt bəndələrindən birinə şəfaətçı qərar vermirlər. Allah bəndəsi qarşısında şəfaət etməkdən üstündür. Vay olsun sənə! Bilirsən Allah kimdir?

Peyğəmbər (s), barmaqları ilə künbəzə oxşayan bir şey düzəltdi, sonra isə buyurdu:- Allahın ərşi göylərin üstündə mənim əllərim kimidir. Ərş, Allaha görə onun ağırlığının tə`sirindən dəvənin belindəki yük kimi səs salır!! Əbu Davud deyir:- İbn Bəşar bu hədisi belə nəql etmişdir:- Allah ərşin üstündə və ərş də göyün üstündə yerləşir. Ərş Allahın altında dəvənin yükü kimi səs salır.

Müəllif: Əbu Davud, (sünən sahibi) bu hədisi neçə sənədlə nəql etmiş və onu səhih saymışdır.1

3.- İbn Məs`uddan nəql olunmuşdur ki:- Birinci göy ilə sonraki göy arasında 500 il məsafə vardır. Göylərin hər birinin başqa göy arasındakı məsafə beş yüz ildir. Yeddinci göylə kürsi arasında da 500 il və kürsi ilə dəniz suyu arasında olan məsafə də 500 ildir. Allahın ərşi, suyun üzərində yerləşir. Allah isə ərşin üstündədir. Sizin əməlləriniz onun üçün gizli və örtülü deyildir.2


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə