“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


Bu kitabın sənədləri haqqında izah



Yüklə 1,57 Mb.
səhifə36/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   30   31   32   33   34   35   36   37   38

Bu kitabın sənədləri haqqında izah:




“Səhihi Buxari”

1.-Kamil bir nüsxədir ki, səhvləri düzəldilib tənzimlənmişdir. Misirdə çap olunmuşdur. Bu nüsxə ikinci Sultan Əbdul Həmidin göstərişi ilə hicrətin 1312-ci ilində Misirin 16 nəfər tanınmış alimlərindən ibarət olan bir hey`ətin nəzarəti altında yazılmışdır. O alimlərdən Camei Əl-Əzhər institutunun rəisi Şeyx Səlim Beşri və o institutun başqa alimlərinin adını çıkmık olar. Bu işdə əhli-sünnənin dörd məzhəbinin alimlərinin rolu da az olmamışdır. Yuxarıda adı gedən alimlərin zəhməti sayəsində səhvləri düzəldilib çap edilərək camaatın istifadəsinə verilmişdir. Bu kitabın çapında əsil və qədimi bir əl yazma kitabdan istifadə edilmişdir ki, o kitab İstambulun Astana kitabxanasında mövcuddur. Adı gedən əl yazma başqa əl yazma nüsxələrlə müqayisə edilmişdir. Bu kitab, çap olunduqdan sonra alim və qazilərdən olan yeddi nəfər tərəfindən diqqətlə mutaliə olunmuş, tənzimlənmiş və həmin alimlər tərəfindən təsdiqlənmişdir.Biz də “Buxari və Müslümün səhihlərinə bir baxış” kitabımızda adı yuxarıda gedənkitaba istinad etmişik.

2.-Mö`təbər bir nüsxədir ki, hicrətin 1272-ci ilində “Hindistanda” çap olunmuşdur. O zamanlarda kitabın arxasında o kitabın səhvlərini göstərən səhifə olmurdu. Bu iş, axır zamanlarda kitablarda qeyd olunmağa başlamışdır.

3.- Üçüncü nüsxə elə bir nüsxədir ki, Misirin Şə`əb çapxanasında Yuniyyə nusxəsində çap olunmuşdur. Təəssüflər olsun ki, bu nüsxədə çapın tarixi qeyd olunmamışdır.



“Səhihi Müslüm”

1.-Gözəl bir nüsxədir ki əl yazma və çap olunmuş nüsxələrlə tutuşdurulduqdan sonra Məhəmməd Şükrinin vərəq altısı ilə hicrətin 1334-cü ilində səkkiz cüzdə və iki qalın cilddə Misirdə çap olunmuşdur. Biz də bu kitabımızda o nüsxəyə əsaslanmışıq.

2.- İkinci nüsxə yenə də maraqlı bir nüsxədir. Məhəmməd Fuad Əbdul Baqinin təhqiqi və Şər`i Nəvəvinin vərəq altısı ilə 1374-cü ildə, beş cilddə çap olunmuşdur. Adı çəkilən bütün nüsxələr bizim yanımızda mövcuddur. Bu kitabın tə`lifi zamanı o nüsxələrin hamısından geniş istifadə etmişik.


وألحمدلله رب العالمين وصلي الله علي محمدوآله الطاهرين

Cümə axşamı Rəbius-sani ayının 25-i 1392-ci hicr tarixi;

Xordad ayının 18-i 1351-ci şəmsi tarixi Gecənin yarısı


1 -Ali İmran surəsi 144-cü ayə.

2 - Həşr surəsi ayə-7.

3 - Nəcm surəsi ayə-3 və 4.

4 - Muraciət edin:

*Musnədi Əhməd ibn Hənbəl c-3/s-9,14,16,17,26 və c-5/s-182.

**Səhihi Muhəmməd ibn Termizi “Fəzilətlər” mövzusu.


1 - Həmin mənbə c-1/s-14 və 125 “Elmin fəzilətləri” mövzusu, “Peyğəmbərdən hədislərin çatdırılması + Əllamə Muhəmməd Baqir Məclisi- “Biharul Ənvar” c-1/s-109-112.

2 - Daha yaxşı olar ki, o dövrün ağır vəziyyətini iki böyük və şəxsiyyətli səhabələrdən sayılan “Salmani Farsi” və “Əbuzər Qəffari”-nin dilindən eşidək.

* Salmani Farsi deyir:-“Ləyaqətsiz əməlinizin nəticəsində (xilafəti qəsb etmək) heyrətə düşdünüz və hidayət mənbəyindən uzaqlaşdınız.” – İbn Əbil Hədid- “Nəhcul bəlağənin şərhi”, Qahirə çapı, Muhəmməd Əbul Fəzl İbrahimin yazısı c-2/s-46 və c-6/ s-17

Yenə də belə buyurmuşdur:- “Xilafəti qəsb etməklə pis iş gördünüz. Əgər bunlar Əli (ə)-la bi`ət etsəydilər, yerin və göyün ne`mətləri içində həmişə qərq olardılar.

**Abuzər deyir:-“Əgər Allah üstün tutduğu şəxsi üstün tutub,kənara qoyduğu şəxsi kənara qoysaydınız və Peyğəmbər (s)-in ailəsinin vilayətə daha layiqli olmasını e`tiraf etsəydiniz həmişə Allahın ne`mətləri içində qərq olardınız.

Lakin indi ..... belə etdiniz, öz əməllərinizin nəticəsini dadın. وسيعلم الذين ظلموااي منقلب ينقلبون


1 - Şəmsəddin Zəhəbi -“Təzkiratul hifaz” kitabı c-1/s-5.

2 - həmin mənbə c-1, səh-7,8,13

1 - Əli ibn Əbu Talib (ə)- “Nəhcul bəlağə” “Şiqşiqyyə xütbəsi”مضي الاول لسبيله فادلي بهاالي فلان بعده حتي

2 - Katibul Vaqidi- Muhəmməd ibn Sə`d “Əttəbəqatul Kubra” c-3,s-206; İbn Abdul Birr “Cameu bəyanil elmi və fəzlih”c-1,səh-64-65.

3 - Bu məsələni “Hədisin tarixi” kitabında geniş gətirmişik

4 - Nəhcul Bəlağə “Şiqşiqiyyə xütbəsi”- فسيرهافي حوزة خشناءAbdullah ibn Səba” kitabında bu hadisəni geniş şəkildə gətirmişik. C-1,səh-142-151, ikinci çapa müraciət edin.

1 - Əhməd ibn Yəhya Bilazəri-“İnsabul əşraf”c-5,səh-49.

2 - Seyyid Murtəza Əsgəri-“Ummul mö`minin Ayişənin hədisləri” səh-115.

3 - Burada Əli (ə)-ın acı və ağır ürək ağrılarını bəyan etdiyi cümlələri sizə yenə söyləyirik. Əlbəttə lüğəvi tərcümə ilə yox bəlkə o həzrətin buyurduqlarını nəql edərək mə`na etmişik. Geniş şəkildə * Muhəmməd ibn Yəqub Kuleyni_”Rovzətul Kafi” c-8,səh-61-63.

1 - Ömər, İslam cəmiyyəti arasında beytul malı bölüşdürməklə təbəqə söhbəti yaratmışdır. Buna görə də müsəlmanlar adlarını siyahiya yazdırmışlar. Hər il bir qrup şəxslərə 5000 dirhəm, bir qrupuna 4000 dirhəm, başqa bir qrupa 3000 dirhəm və başqa bir qrupa 2000 dirhəm, o cümlədən təbəqə söhbəti ilə 1000-500-dən 200 dirhəmə kimi huquq verirdi. Bu səbəbdən İslamda bir tərəfdən şərafətli və qüdrətli təbəqələr, başqa tərəfdən isə kasıb və fəqir təbəqələr meydana gəlmişdi.

2 - Ömər ibn Xəttab İraqda torpaq maliyyəsini Sasani İran maliyyəsinin qanunları kimi, Misrdə isə Rum imperiyasının maliyyə qanunlarının əsası kimi düzəltmişdir.

1 - Ömər, əcəmilərlə ərəb qızlarının evlənməsini qadağan etmişdir.

2 - Xəlifələr Peyğəmbər (s)-dən sonara “Zəvil-qurba”- nın haqqını xumsdan ləğv etdilər.

3 - “Xəff”heyvan dərisindən hazırlanmış papış ya çarığa deyilir. Əhli sünnə öz əsllərindən itaət edərək dəstəmazda ayağı yumağı vacib, lakin dəri çarıqda olarsa ona məsh etməyi caiz bilirlər.

4 - Xəlifə Ömər, iki mut`əni haram etdi.

* Həcc mut`əsi- Hacilar ömrə həccini yerinə yetirdikdən sonar ehram halından çıxıb sonar ikinci dəfə həcc üçün ehram bağlayırlar. Bu İslamın əmri idi. Lakin Ömər əmr etdi ki HƏcc əməllərinin axırına kimi Ömrə ehramında qalsınlar.

** Qadınların mut`əsi- Həmin müvəqqəti nigahdır ki, Qur`anın ayələrinə və əhli sünnənin rəvayətlərinə əsasən İslam qanunlarından biri sayılır.


5 - Əbu Hureyrənin rəvayətinə əsasən əhli-sünnə məzhəbi meyyit namazının təkbirini dörd dəfə deyirlər. Müraciət edin:- İbn Ruşd Əndəlusi-“Bidayətul muctəhid” c-1, səh-240.

6 - Əhli-sünnə məzhəbinin bir qrupu namaz vaxtı Həmd və Surədə “Bismillah”-ı oxumurlar. Zahirən bu məsələdə onlar Müaviyyədən itaət edirlər. Müraciət edin:- “Əl-Kəşşaf “ təfsir kitabı, həmd və surənin təfsirində c-1,səh-24-25.

1 - Əhli sünnə qadının üç təlaqını bir məclisdə caiz sayırlar. Adil şahid olmadan bu işi görmürlər. Müraciət edin:-“Bidayətul muctəhid” c-1,səh-80-84

2 - İkinci xəlifə əmr etdi:- Ərəb əsirlərini azad etsinlər. Lakin fars əsirlərini hətta İslam mərkəzi olan Mədinəyə buraxmırdı. Həmçinin onun Peyğəmbər (s) sünnəsi ilə etdiyi muxalifətlərdən bir də bu idi ki, ərəb olmayan qadınların körpələri əgər ərəb torpaqlarından başqa yerlərdə dünyaya gəlsəydilər, onların övladlarına irs vermirdi. Müraciət edin:-“Əlməvəttə`” kitabı Ənəs ibn Malikin tə`lifi c-1, səh-80.

3 - Bid`ət: İslamda olmayan, sonradan dinə daxil olunmuş yalnış şeylərə deyilir.

1 - Peyğəmbərin rəvayətlərini cümə günlərində İslam məscidlərində yenidən söylənilməsinin maneəsiz olduğunu bildirdi. İmkan daxilində xəlifələrin gətirdiyi yalnış və öldürücü bid`ətləri məhv etdi. Müraciıt edin:-“Min tarixul hədis” kitabı.

1 - Muaviyyə düşmənlikdən Peyğəmbər (s)-in adını dilinə gətiməmişdir..

2 - Azanda deyilən “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” kəlməsinə işarə edir.

3 - Məs`udi- “Murəvvicuz-zəhəb” kitabı c-3, səh-454. Darul Əndalosi çapı, 212-ci hicri ilinin hadisələri. Tərcümədə muxtəsər qeyd olunmuşdur.

4 - Əllamə Seyyid Murtəza Əsgəri _” Ummul Möminin Ayişənin hədisləri” kitabı s-289-dan sonar. Tehran çapı 1380-cı şəmsi ili.

1 - Muhəmməd ibn İsmail Buxari-“Səhih” kitabında c-1, “Fəzlus-sucud” mövzusu; c-9, Kitabut-tovhid kitabı c-8, السراط جسرجهنم

**Müslüm ibn Həccac Nişapuri “Səhih” kitabında c-1, “Mərifətu təriqətur-rovyə`”



2 - Müslüm ibn Həccac Nişapuri “səhih” kitabında c-4, “Peyğəmbərin lə`nətlədiyi və qarğış etdiyi şəxslər” mövzusu. Bu mövzuda Ayişədən və Əbu Hureyrədən və başqa səhabələrdən neçə dənə hədis yazılmışdır. Müslümün səhihinin axırında Peyğəmbər (s)-in Muaviyyə barədə - “Allah Muaviyyənin qarnını doydurmasın” buyurduğunu söyləmişdir. Buna görə də əhli-sünnənin nəzərincə bütün Bəni Uməyyəlilərə və başqalarına Peyğəmbər (s)-in lə`nət və qarğışı, onların paklanmasına və bərəkətlərinin çoxalmasına səbəb olacaqdır.”

3 - Həmin mənbə. Vucubu imtisali ma qaləhu şər`ən dunə ma zəkərəhu (s) min məayişin-nasi əla səbilir-rə`yi” Başqa bir kitablarda həmin hədisi Ayişədən, Ənəs ibn Malikdən və başqa səhabələrdən nəql etmişlər. Əhli-sünnə bu kimi hədislərdən belə nəticəyə gəlmişlər ki, dunya işlərində Peyğəmbər (s)-in əmrləri ilə muxalifət etmək olar. Əlbəttə işin nəticəsi onun hansı bir əmrə və ya dunya işinə aid olmasına bağlılığı var. Gərək onu əvvəlcə tanıyaq. Məsələn- Xilafət məsələsi kimi.

1 - Nəcm surəsi ayə -19-20.

2 - Həcc surəsinin 52-ci ayəsinin təfsirində

وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّى أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ

“(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər.”; “Əd-durrul Mənsur” kitabı Syuti-c-4,səh-366-368. Bu məzmunda on dörd rəvayət səhabələrdən nəql olunmuşdur.


1 - İslam cəmiyyətində bu kimi rəvayətlərin yaranması bir cəmiyyəti məhvə və süquta çəkməkdən ötrü bəs edir. Daha Əməvi və Əbbasi xəlifələrinin cinayətlərini və dinə zidd olan hərəkətlərini xatırlatmağa yer qalmır. Onlar İslam Peyğəmbərini bu rəvayətlərdə olduğu kimi tanıtdırırlar. Peyğəmbər, onların hədislərində gələn nöqsanlı sifətlərdən pak və üstündür.

2 -Seyyid Murtəza Əsgəri- “Əbdullah ibn Səba” 1-ci bölümdə; “Mənşəul qissə” 7-9, çap-2, Misr.

1 - Bax:- *Darəmi-“Sünən” kitabında c-1,səh-132.**Muhəmməd ibn Sə`d- “təbəqatul Kubra” c-2, səh-354; Bu hədis o hədislərdəndir ki, cinayətkarların əli ilə bə`zi hədis kitablarında hissə-hissə gətirmişlər.

2 - Muhəmməd ibnil Həsən TUsi- “İxyiyaru mə`rifətir-rical”, Ricali Kəşı adı ilə mə`rufdur. Əllamə Məclisi “Biharul ənvar” c-9, səh-632.

1 - Tusi_”həmin kitab” səh-76-87

2 - Ayişə,Əbu Hureyrə,Ənəs ibn Malik və Əbdullah ibn Ömər, Abdullah ibn Əmr Ass, Muğeyrət ibn Şö`bə, Əmr Ass, Sumərət ibn Condəb kimi şəxslər. Mə`lumat üçün muraciət edin:

* Seyyid Murtəza Əsgəri –“Ummul mğ`minin Ayişənin hədisləri” və “Min tarixul hədis” kitabları

** Seyyid Əbdul Huseyn Şərafuddin-“Əbu Hureyrə”

*** Şeyx Məhmud Əburiyə- “Əzvaun ələs-sunnətil Muhəmmədiyyə” və “Əbu Hureyrə şeyxul muzirə”



3 - O cümlədən Əbdul Məlik ibn Mərvan əmr etdi ki, Kə`bə və Həccin yerinə, camaat beytul muqəddəsə getsinlər. Tikilmiş evin ətrafında təvaf etsinlər. Lakin, bu bid`ət icra olunmadı. Muraciət edin:”Yəqubinin tarixi” c-3,səh-7-8, çap-Nəcəf.

1 - Əhli sünnənin bütün rical kitablarına müraciət olunsun.

1 - Seyyid Murtəza Əsgəri “Əbdullah ibn Səba” c-1-2

2 - həmin mənbə`

1 -لولاقومك حديثوا عهد بالاسلام (حديث نبوي). " ان لم يؤمنوا بهذاالحديث اسفا ً"

Kəhf surəsi ayə-6



2 - Təqrir-bir əməl qarşısında razılıq əlaməti olaraq susmaq deməkdir.

3 - Fəthul barinin müqəddiməsi c-1.

4 - Peyğəmbər (s) və onun itrətinin

5 - Hədis elmində bu zəncirvari ardıcıllığa “Rical” deyilir.

1 - İbn Əsirin nəhayəsi

2 - İmamiyyə məzhəbində əhli beytin hədisi, icma, ağıl və s. hökmün sənədi

3 - Höccət – tam, dolğun, düzgün və aydın şəkildə gətirilmiş dəlil.

1 - Həşr surəsi ayə 7

2 - Maidə surəsi 92

3 - Nisa surəsi ayə 80

4 - Nisa surəsi ayə 65

1 - Əhzab surəsi ayə 36

2 - Bu barədə aşağıdakı kitablara müraciət edə bilərsiniz: Usule Kafi c-1; Rəvayətul kutub vəl hədis və fəzlul kitabə; Vəsailuş-Şiə c-18; Sunən ibn Macə c-1 bab Şərafu əshabul hədis% Came bəyanul elm və

1 - مَعَاشرالناس وَكُلٌ حَلال دَلَلتکم عَلَيه آوْ حَرَام نَهَيْتُكُمْ عَنْه فَاِنّي لمْ أرْجعْ عَنْ ذَلك وَلَمْ أبْدلٍ

Ehticace Təbərsi c-1,s-81



2 - Sünən ibn Macə müqəddiməsi və 2-ci cildi; Kitabul mənasikue sunəni Termizi, kitabul elm.

3 - Sünən ibn Macə müqəddiməsi və 2-ci cildi; Kitabul mənasikue sunəni Termizi, kitabul elm.

4 - Mən la yəhzuruhul fəqih kitabı “Ənnəvadir” babı; Səhihi Buxari c-1, Liyəbluğəl elmul şəhid babı

1 - Təhəddi:- Öz düşmənlərini mübarizəyə çağırmaq. Nümunə üçün Qur`an kafirlərə Bəqərə surəsinin 23-cü ayəsində belə buyurur: “Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qur’ana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!”

2 - Nəhl surəsi ayə 44

1 - Həşr surəsi ayə 7

2 - Nəcm surəsi ayə 3-4

3 - Sıhihi Buxari c-1, Kitabus-salat babul əzan lilmusafir iza kanu cəmaətən “ صَلُّواكَمَارَأيْتُمُونِي أصَلِّي

4 - خذواعني مناسككم Sıhihi Muslim - Kitabul həcc

1 - Sunəni Termizi – Kitabul Fəraizdə “لا يَرِثُ الْقَاتِل

2 - Təzkiatul hifaz c-5, s-1

1 - “ أُكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَايَخْرُجُ مِنْهُ اِلاّ حَقّ “Sunəni Davud c-2, Kitabul elm; bab-3, Mustədrəkul səhihəyn c-1, c-104-106 “

* Fəthul bari c-1. Bab- Kitabətul elm



1 - Səhih Buxari c-1, Kitabul elm babı; və c-3 Kitabul həcc Hərəmul Mədinə babı; c-4 Zimmətul muslimin babı və İsmu mən ahədə summə qadər babı; və Fukkakul əsir babı ; c-8, Kitabul fəraiz “ Ma yəkrahu minəttəəmmuqi vət tənaziyi fil elm” babı ; c-9 “ La yəqtulul muslimu bil kafir” babı.

- Səhihi Müslüm c-4, kitabul itəq “Təhrim......babı” və c-6 “təhrim əz-zibhu liğeyrillah babı”; - Sunəni Nəsai c-8, s-19-23.



2 - Yazıçının istifadə etdiyi hədislərin sayı təkrar olmamaq şərti ilə 13 hökmdür .

1 - Fəthul bari c-1, s-215.

2 - Həkəm sünni məzhəbinin böyük alimlərindən biridir.

3 - Bə`zi ərəb ibarətlərində bu ibarət “mukrimən və ya mukrihən” yazılmışdır.

4 - Ricale Nəcaşi- Əhməd ibn Əzafirin tərcüməsi

1 - Hicrətin 450-ci ilində vəfat etmişdir

2 - Peyğəmbər (s)-in pak əhli beyti.

3 - Rical elmi- Hədisçilərin və ravilərin doğrusunu yalandan, e`tibarlısını e`tibarsızdan ayıran elmə deyilir. (Mutərcim)

4 - Nəcaşinin ricalında müqəddiməyə bax.

5 - Bu qismətdə Nəcaşının ricalına və Şeyx Tusinin mundəricatına , həmçinin Ə`yanuş-Şiə vəz-zəriə -yə müraciət etmək olar.

1 - Şeyx Mufidin “İrşad” kitabı, Təbriz çapı, səh-289

2 - Həsən ibn Əli ibn Ziyad Vəşai Kufə əhlindən və imam Rza (ə)-ın e`timad etdiyi səhabələrindən biri idi. Şi`ə məzhəbi içində elm və təqvada məşhur bir şəxs kimi tanınmışdır.

Əhməd ibn Muhəmməd ibn İsa deyir ki: Hədis öyrənmək üçün Kufəyə gəldim ki, Həsən ibn Vəşa Ə`la ibn Rəzinin və Aban ibn Osmanın kitabını mənə versin. Eləki İbn Vəşa o kitabı mənə verdi, mən dedim: - Hadisələrdən qorxuram. Dedi:- Əgər mən bilsəydim ki hədis, olduğu miqdarından da çox bu qədər qiymətli olacaq onu toplamaqda daha çox çalışardım. Çünki mən, həmin Kufə məscidində şi`ə alimlərindən 900 nəfərinin “İmam Cəfər (ə) buyurur” – “ mənə belə buyurdu” – söyləyirdilər.

Ricali Nəcaşi Həsən ibn Vəşa – tərcümə.


3 - Ricali Nəcaşi s-1, Şafi s-1 və 30; Kafi c-1,s-51; Vəsiluş-Şi`ə c-18; Kitabuş-Şəhadat bab - 8

a) أَعْرِفُوامَنَازَِالنَّاسِ عَلَي قَدرِروَايَتِهِم عَنَّا -

b) - القلب يتكل علي الكتابة

v) - أَكْتُبُوافَأنَّكُمْ لاَتَحْفَظُونَ حَتَّي تَكْتُبُوا

q) - اِحْفَظُُوابِكُتُبِكُمْ فَأِنَّكُمْ سَوْفَتَحْتَاجُونَ اِلَيْهَا

1 - Əhməd ibn Muhəmməd ibn Əbi Nəsr ; Cəfər ibn Bəşir ; Həsən ibn Əli ibn Fuzal və s...

2 - Bu hissədə Came əhadisuş-şi`ə kitabının müqəddiməsinə müraciət edə bilərsiniz.

1 - Əttəsbitu fil hədis

Bu hədisin uydurma və qondarma olmasına açıq dəlil budur ki, birinci xəlifə (Əbu Bəkr) və ikinci xəlifə (Ömər) bu hədisə əməl etməmişlər. Çünki, sonrakı səhifələrdə gələn mətləbə diqqət edərsiniz görərsiniz ki, bu iki xəlifə hədislərin yazılma və yayılmasının qarşısını almaq üçün boş və mə`nasız dəlillər gətirmişlər. Əgər həqiqətən hədisin yazılmasinda Peyğəmbər (s) tərəfindən belə qadağa var idisə, onlar öz hədəflərinin və planlarının irəli getməsində o hədisdən yaxşı istifadə edərək bəhrələnə bilərdilər. Bundan əlavə Peyğəmbər (s) belə əmri, hədis yazmamaq barədə vermış olsa böyük alimlər məs: Malik “Məvəttə`” adlı hədis kitabını sahibi və Əhməd ibn Hənbəl “Musnəd” kitabının sahibi və “Sihah , Sünən və Məsanid” kimi kitabların sahibləri o həzrətin (s) əmrinin qarşısında müxalifət etmiş olurlar. Bu da başqa bir dəlildir ki, əhli sünnə məzhəbinin alimləri də bu hədisi ya kökündən qə`bul etmirlər və ya xüsusi bir yerə aid olduğunu bildirirlər.



2 - Təzkiratul hifaz c-1,s-3.

1 -Təzkiratul hifaz c-5,c-1.

2 - Ömərin xilafəti on il altı ay və dörd gün olmuşdur.

1 - Qerzə( قرظه ) səhabələr içində ən tanınmış və ləyaqətli şəxslərdəndir. Uhud və başqa döyüşlərdə Peyğəmbər (s)-in kənarında igidlik göstərmişdir. İsabənin nəqlinə əsasən Kufədə Peyğəmbər (s)-a növhəsəralıq edən birinci şəxs həmin Qerzət ibn Kə`b olmuşdur.

2 - Məkan adı

3 - Mustədrəkul Hakim c-1, s-102; Sunən ibn Macə c-1, bab-3; Təbəqat c-6,s-2; Cameul bəyanul elm c-2,s-148; Sunəni Darəmi c-1, s-85; Təzkiratul Hifaz c-1, s-3 ;

4 - Təzkiratul Hifaz c-1, s-4

2 - Səhihi Buxari c-6, Babul iste`zan – bu dastanın geniş təfsili kitabın ikinci cildinin xilafət bəhsində (Xəlifələrin hökümlərə cahilliyi bəhsində) gətirəcəyik.

3 - Təzkiratul Hifaz c-1, s-7 və Məcməul Zəvaid c-1, s-149.

4 - Mustədrək c-1,s-110

5 - İstiabın nəqlinə əsasən c-2,s-602; - O, ənsar alimlərindən idi və Peyğəmbər (s)-dan çoxlu hədislər hifz etmişdir)

1 - Sunən ibn Macə c-1,s-12

2 - Təbəqat ibn Sə`d c-4,s-106; Sunən ibn Macə c-1, bab-3; Səhihi Buxari c-9, bab- Xəbərul mərətul vahidə.

3 - Təbəqat ibn Sə`d c-3, s-206; Əbu Talib muminul Qurəyş c-2 və 3

1 - Bu hadisələrin geniş məzmunu Əlğədir kitabında verilmişdir c-8 və 9.

2 - Qubulil əxbar c-29, Musnəd İmam Əhməd c-1,s-363 - Sunət tədvindən oncə s-97 kitabından nəql etmişdir; Təbəqat ibn Sə`d c-2, 2-ci qism, s-100.

3 - Osmanın ölümündən öz ölümünə kimi hic-35-ci ilindən ta 60-cı ilinə kimi

1 - Səhihi Muslim c-3, Ənnəhyu ənil məsələ babı və c-5, Babus-sərf və biuz-zəhəb

2 - Əbul Həsən Mədaini tarix üzrə böyük alimdir. Müxtəlif kitablar tə`lif etmişdir məs: - Xətəbun Nəbiy və əhdas; Xutəbu Əmirəl mö`minin; Mən qətələ minət-talibin; Fatimiyyat və s.

İbn Əbil Hədid Mötəzili “Nəhcul-bəlağənin” şərhində ondan bir çox mətləblər nəql etmişdir. Mədaini 90 yaşında 225-ci h\q-i tarixində Bağdadda vəfat etmişdir.



1 - Nəhcul bəlağənin şərhi – İbn Əbil Hədid c-11, s-44-46

1 - Nəhcul bəlağənin şərhi – İbn Əbil Hədid c-11, s-44-46

2 - Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib (ə).

1 - Səhihi Buxari c-1. “Kəyfə yəqbizul elm” babı

2 - İbn Həcər “Fəthul Barı” c-1, s-204; Əsqəlani “ İrşadus-sari ” c-1, s-7; Cəlaluddin Suyuti “Tədribul ravı” s-40;

1 - Tə`sisuş-şiə s-278-279

2 - Hədyus-sari c-1, s-4 (İbn Həcər Əskəlaninin “Fəthul bari” kitabına olan müqəddiməsi)

3 - Fəthul Bari c-1,s-218

1 - Fəthul Bari c-1,s-204

2 - Dayiratul məarif

3 - Kəşfuz-zunun c-1 “Elmul hədis” babı

4 - Derasətun fil Kafi vəl Buxari –dən nəql olunub s-21.

1 - Şərq ölkələrində xüsusən musəlmanlar yaşayan məmləkətlərdə və ya ölkələrdə siyasi, ictimai, iqtisadi, mədəni və ... kimi axtarışla məşğul olanlar.

2 - Hakimiyyət tərəfindən zəhərlənib öldürülməsi.

3 - Zuhal İslam c-2,s-106-107

4 - Təbəqat c-2\2 s-135. Came bəyanul elm c-1,s-92

1 - Kəşşəfuz-zununun sahibi təkcə məsanid barədə 40-dan çox musnədin adlarını zikr etmişdir. Onlar arasında musnəde Əhməd ibn Həmbəl 30000 hədisə malik olmaqla birincə yerdə dururdu.

2 - Hədis elminin istilahlarındandır.

3 - Hədyus-sari c-1 s-4

1 - Bə`zən bu kitab, “Muctəba” da adlandırılmışdır.

2 - Bə`zən Muvəttə`i Maliki sunən və sihahın siralarında sayırlar.

3 - Bu tərif barədə hər iki məzhəbin (şiə və sünni) kitablarında dərc edilmişdir.

1 - Bu kitabların əhəmiyyəti barədə bir az sonra oxuyacaqsınız. Qur`an ayəsi qarşısında Allahın məkanı barədə Əhməd ibn Hənbəl tərəfindən bir sıra şəxsi nəzər və hədislər yazılmışdır. Bu barədə bir az sonra.

2 - Hud surəsi ayə-88

1 - Qeyd etmək istəyirik ki kitabın birinci cildində ancaq beş mövzu barədə söhbət olunacaq. Qalan mövzular isə Allahın köməyi ilə kitabımızın ikinci cildində xidmətinizə təqdim olunacaq.

1 - Bir növ ləqəbdir.

2 - Vəfiyatul ə`yan c-3,s-330; Tarixul Bağdad c-2,s-6.

1 - Dairatul məarif c-2, s-56.

2 - Hədyus sari c-2

1 - “Səhiheyn” kitabının əhəmiyyəti bəhsində bu barədə söhbət olunacaq.

2 - Səhihi Buxari c-1. “Ğuslu ma yusibu min ....” babı

3 - Əbu Kəmal Əbdulğəni Əbdul Xaliqin qələmi ilə səhihi Buxarinin müqəddiməsində; Məkkə çapı-1376

1 - Əlqovlus-sərah xətti nusxə

1 - Vəfiyatul ə`yan c-4.

2 - Dairatul məarif c-5

1 - İshaq ibn Rahuveyh Buxarinin ustadı idi

2 - Təzkiratul Hafiz c-2, s-588.

1 - Dairatul məarif c-5, və Meşkatu nurud-dine huravi.

1 - Məsanid-yə`ni sənəd kimi müraciət olunan kitablar.

1 - Ehqaqul həqqi əla sahibil həvzi vəlləva` hədisinin zilində

2 - Həmin mənbə c-2, s-235

1 - Əttəqribun nəvəvi.

2 - Nəvəvi Ət-Təqrib-də fəqət hədislərin sayını təkrar olmamaqla ad aparmışdır.

1 - Kəşfuz-zunun bab-Elmul hədis.

2 - Hədyus-sari c-2.

3 - İrşadus-sari c-1, s-28.

4 - Kəşfuz -zunun bab- elmul hədis.

5 - Vəfiyatul əyan c-4, s-208 və Təzkiratul hifaz c-2, s-589.

6 - Əttəqrib qədim kitablardan biridir ki, usul elmində hədis yazılmışdır. Suyuti ona şərh yazmış və adını Tədribur-ravi qoymuşdur. Bu elmdə seçillmiş kitablardan sayılır.

1 - Səhihi Müslümün şərhi c-1, s-15

2 - İrşadus-sari c-1, s-19.

3 - Səvaiqu nuhərrəqə s-5, "Təthirul cinan" – Səvaiqin haşiyəsində çap olunmuşdur s-14.

4 - Şərhi Nəvəvinin müqəddiməsi s-19.

1 - Hənəfiyyə məzhəbinin muftisi Şeyx Əhməd Nəxəlinin risaləsi, "Əlqovlus-sərah" və İsteqsaul əfhamda nəqlə əsasən.

1 - Hər ikisi peyğəmbər məscidində yer adıdır.

2 - Hədyus-sari c-2, İrşadus-sari-nın muqəddiməsində s-48.

3 - Dairatul məarif c-3, s-482

4 - Qəvaidut-təhdis s-250.

1 - Hədyus-sari c-2; İrşadus-sari s-48. müqəddimədə

2 - Təhzibul əsma vəl luğati Zəhəbi c-1, s-68; və Tarixi Bağdad c-2, s-10

3 - Fəthul bari və irşadus-sari . müqəddimə

4 - Həmin sənəd

5 - “Kəşfuz-zunun” -müqəddimsi; Fəthul bari və irşadus-sari;

1 - Kəşfuz-zunun ba-Elmul hədis, Fəthul Barinin və İrşadus-sarinın müqəddiməsi.

2 - Çılçıraq kimi parlayan bir neçə ulduzun adı

3 - Bu şer Səhihi Müslümin axırında gəlmişdir.

1- Muhəmməd ibn Yəhya Zohəli adı ilə məşhurdur

2 - Vəfiyatul əyan c-4, s-282.

Qeyd etmək lazımdır ki, Buxari öz səhihinin oruc babında və s. otuza yaxın yerlərdə Zohəlidən (Muhəmməd ibn Yəhya Zohəlidən) hədis nəql etmişdir. Lakin, heç vaxt onun məşhur “Zohəli” ləqəbini zikr etməmişdir. Bə`zən Muhəmməd və bə`zən isə Muhəmməd ibn Əbdullah ibarətləri ilə yazmışdır. Bu ədavətin səbəbi Zohəlinin Buxari barəsində olan ”küfr dastanı”-dır ki, Buxari Nişaburdan sürgün olundu. Lakin hədisləri bu hadisədən öncə öyrəndiyinə görə onları kitabında zikr etmiş ancaq, Zohəlinin adını isə yazmaqda səhlənkarlıq etmişdir



1 - Tarixi Bağdad c-4, s-416

2 - Qədim və məxluq o zamanın mübahisəli əqaid bəhslərindən biridir. (Mutərcim)

1 - Bu dastanın barəsində tarixi Bağdadidə geniş söhbət olunmuşdur. c-2,s-31-32 və c-3, s-415 və İrşadus-sari c-1,s-38 və Fəthul Barinin müqəddiməsi c-1, s-978-i mutaliə edin.

1 - “Dairatul məaarif” müəllifi Fərid Vəcdi c-5, s-292 və Təzkiratul hifaz c-2, s-589;

2 - Vafiyətul Ə`yan c-2. s-281.

3 - Təhzibul əsma vəl-luğat c-1.s-68.

1 - Tarixi Bağdadi c-4. s-273-274

2 - Həmin mənbə

3 - Mizanul e`tidal c-1. s-126

1 - Səhihi Müslümün şərhinin müqəddiməsi -s-16.

2 - Həmin mənbə c-2, s-207.

3 - Fəthul Bari müqəddiməsi c-2, s-18.

4 - Həmin mənbə c-2, s-111-183.

1 - Həmin mənbə c-9, Bəraət surəsinin təfsiri.

2 - اضواءعلي السنّةالمحمّدية s- 312

* Qeyd etmək lazımdır ki hafiz o kəsə deyilir ki 1000-dən çox hədisi sənəd və mənbə cəhətindən düzgün əzbər və hifz etmiş olsun.



1 - Bu hissəni İbn Həcər “Hədyus-sari”-da c-2, s-81-də zikr etmişdir.

1 - Əzvaun ələs-sunnəti Muhəmmədiyyə s-274.

2 - Əlmənar c-10, s-671

1 - Zuhəl İslam c-2, s-117-118.

* Buxarinin ustadı



1 - Təhzibut-təhzib c-9,s-54

1 - Rical elmi- Hədisçilərin və ravilərin doğrusunu yalandan, e`tibarlısını e`tibarsızdan ayıran elmə deyilir.

2 - Dirayə- Hədislər haqqında təhqiqat aparıb doğru hədisləri səhv hədislərdən ayıran elmə deyilir. (Mütərcim)

1 -بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِينَ تُصِيبُوا قَوْمًا يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءَكُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا أَن

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə