“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


“ AYƏNİN MƏ`NASI BARƏDƏ, SAHİBE MƏNARIN NƏZƏRİ “



Yüklə 1,57 Mb.
səhifə33/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   30   31   32   33   34   35   36   37   38

“ AYƏNİN MƏ`NASI BARƏDƏ, SAHİBE MƏNARIN NƏZƏRİ “

Şeyx Muhəmməd Əbduh ayə`nin təfsirində yuxarıda, məcməul bəyan və qədim təfsirçilər tərəfindən söylənilən həmin kinayəli mənanı şərh və təfsili ilə məruf təfsirçi Beyzavidən nəql edir. Sonra deyir:- Bə`ziləri deyirlər:- Saq burada Allah tə`alanın zatıdır!! Bu mətləb üçün Həzrət Əli (ə)-dan bir cümlə nəql edir ki, buyurmuşdur : لابد من قتالهم ولوتلفت ساقي -“ Özüm aradan getsəm də, gərək onlarla vuruşaq “

Əbduh sonra deyir: Bu mə`naya görə, əgər desək ki; Saqın (baldırın) görünməsi və Allah tə`alanın görmək, pərdəni aradan götürmək mə`nasınadır, heç bir irad və şübhə olmayacaqdır. Onda hədisin mə`nası

يوم يكشف ربناعن ساقه belə olacaqdır:-“Allah qiyamət günündə pərdəni götürəcək və öz ünü camaata göstərəcəkdir”.1
Əziz oxucu! Təəssübün həqiqəti və Buxarinin səhihinin hədislərindən yersiz müdafiənin mənası, xurafi mətləblərin islahı məhz budur. Əbduhun, təfsirçilərin sözlərinin nəqlindən sonra Buxari yenə də həqiqətə göz yummuş və düz yoldan azmasına səbəb olmuşdur.

“ ALLAHIN AYAĞI VARDIR “


1.- Ənəs Peyğəmbər (s)-dan nəql edir:- Qiyamət günündə cəhənnəm əhlini oda atarlar. Cəhənnəm yenə də artırılmasını istəyər və deyər:- هل من مزيد؟ -Yenə qaldimı? Allah, ayağını cəhənnəmə qoyar!! Bu vaxt cəhənnəm deyər:- Bəsdir, bəsdir!2

2.- Əbu Hureyrə deyir: Cəhənnəmə deyilər:- Doldunmu və doydunmu? Cəhənnəm cavabında deyər: Yenə də varmıdır? “هل من مزيد؟ Allah, öz ayağını cəhənnəmə qoyar. Cəhənnəm deyər:- Bəsdir, bəsdir!3

Bu mətləblər Səhihi Buxaridə, bir neçə hədis sıra ilə müxtəlif sənəd və mətnlərlə nəql olunmuşdur. Müslüm isə bu hədislərin ibarətlərinin bə`zisində ”recl”, bə`zisində isə “qədəm” yə`ni ayaq ifadələri ilə tə`bir olunmuş beş hədisi nəql etmişdir.

“ ŞÜBHƏ VƏ ONUN CAVABI “

Tohid barəsində hədislərin bir qismi ilə tanış oldunuz. Bu hədislər əhli sunnənin ən mühüm kitablarından nəql olunmuşdur. Hədislərin mətni onun qondarma olmasına şəhadət verir. Çünki, məkana malik olan Allah, bəzən ərşın uzərində, bəzən buludlar arasında və bəzən də namaz qilanın qarşısında qərar tutur. Məxsus gecələrdə göydən yerə enən Allah, cism, görünə bilən, gülməyi bacaran və s.. kimi şeylərə malik olan Allah və ən nəhayət insanın əzaları kimi əzalara malik olan Allah heç vaxt qə`bul olunmaz bir həqiqətdir.1

Buna görə də nəqli dəlillərdən əlavə, əql və fəlsəfə də başdan ayağa kimi özünə möhtac, məhdud, yaradılmış bir mövcudun nişanələrinə malik olan Allahı inkar edərək belə bir mövcudu , dünyanın xaliqi və yaradanı kimi qə`bul etmir.

Lakin, hələ əhli sünnənin əqidələrindən, onların alimlərinin və mühəndislərinin üsulundan hələ dəqiq mə`lumatı olmayan bir çoxları, mümkündür bizə belə bir şübhə etsinlər ki;- Hər bir kəlam və cümlə, hər ayə və hədis tə`vil və təfsir oluna bilər. Söylənilən hədislərin də bu kimi ümumi qanuna daxil olmasının nə zərəri vardır? Mümkündür bu hədislər də həmin qanun çərçivəsində təfsir olunsun. Nəyə görə burada adət və üsuldan istifadə etmirsiniz? Nəyə görə bu hədisləri qə`bul olunulası mənalarda təfsir etmirsiniz?

Bu şübhələrin cavabında deyirik ki; Təəssüflər olsun ki, hədislər barədə müxtəlif səbəblər və cəhətlər, bizi hər növ təfsir və mənanı yozmaqdan saxlamış və qarşısını almışdır.

Çünki ;


1. Təfsir və mənanı yozmağın lazım olan yerləri o yerdə mümkündür ki; səhiheyndə və əhli sünnənin e`timad etdikləri başqa kitablarda Allahın görünməsi, cism olması və s.. barədə nəql olunmuş çoxlu hədislərdən əlavə gərək başqa bu hədislərin mənaları ilə müxalif olan hədislər də olmuş olsun ki, Allahın görünməsini, cism olmasını inkar etsin. Lakin, təəssüflər olsun ki, bu kitablarda və hədislər içində belə hədislər hətta misal ünvanında belə gözə dəymir. Axtarış zamanı biz bu kitablardan belə hədisləri tapa bilmədik.

2. Bu hədislərin bir hissəsi; bir cürə yazanların hədəfində sərih və aydın şəkildədir ki, onların ləhni o qədər ciddidir ki, öz – özünə hər növ tə`vil və məna yozumunu aradan qaldırar. Beləki, onun zahiri mənasını tutmaqdan başqa bir yol qalmır. Biz Allahın görünməsi barədə söylənilən “Siz Allahı ay parçası kimi görəcəksiniz” hədisinin mətninin mənasını başqa cür yaza bilərikmi?

“Mübahisə vaxtı bir-birinizə şillə vurmayın. Çünki, Allah insanı özünün surətində yaratmışdır” hədisinin mənasını başqa cür yoza bilərikmi?

Həmçinin, “Ərş bütün mövcudların üstündə və Allah da ərşin üstündə yerləşmişdir” və “Allah movcudatları yaratmazdan əvvəl buludlar arasında yerləşmişdir” bu kimi söylənilən hədislərdən Allahın cism, məhdud olmasından başqa bir məna düşünə bilərikmi? Görəsən bu kitabda tohid barədə nəql olunmuş hədisləri qə`bul olunmuş bir mənada yaza bilərikmi?

3. Üçüncü cəhəti budur ki; Bu hədislər və onların məzmunu, bu günlərdə bizim əlimizə çatmış olan təzə məsələlər deyildir. Ta onları düzgün başa düşək, ya onları başqa mənalara yozaq və tə`vil edək. Bəlkə, bu məsələlər Peyğəmbər (s)-in vəfatından və İlahi elm qapılarının bağlanmasından sonra tədricən vücuda gəlmiş məsələlərdir. Buxarinin dövründən (vəfatı-256 h.q tarixi) ta Nəsainin dövrünə (vəfatı-79 h.q tarixi) kimi bu məsələlər altı sihaha köçürülmüşdür. Araşdırdığımız məsələlər də həmin məsələlərdəndir. Biz bu mövzuların Əimmə (s)-ların və əziz rəhbərlərimizin huzurunda onlardan sual olunduğunu görürük. Bu hədislərin mətni ya məzmunu İmam Baqir (ə), İmam Sadiq (ə) və Həzrət Rza (ə)-dan sual olunmuşdur. Həzrət Əimmə (ə)-lar bu sualların cavabında heç vaxt belə hədisləri nə tə`vil etmiş və nə də mənalarını başqa yerə yozmuşlar. Bəlkə, bir başa bu hədisləri rədd etmişlər. Sual edənlər də belə hədislərdə tə`vil və məna yozumununa ehtimal verirdilərsə sual üçün gəlməz və onların barəsində izah istəməzdilər. Bu hədislərin bir hissəsini bəhsin axırında diqqətinizə çatdıracağıq.

“ BU HƏDİSLƏR BARƏDƏ ƏHLİ SUNNƏ ALİMLƏRİNİN NƏZƏRLƏRİ “

1. “Müslüm”


Müslüm, öz səhihində Allahın görünməsinin sübutu üçün bir fəsl açmış və başqa bir fəsli də onu görməyin yolları barədə ayırmışdır. Allahın cism olmasını bildirən, görmək barədə olan hədislərin bir qismini, bu fəsillərin hər ikisində gətirmişdir.

Çox aydındır ki, Müslümün nəzəri, bu iki fəsildə gətirdiyi hədislərin hamısının səhih olduğunu və hər bir müsəlmanın da onun zahirinə e`tiqad bəsləməyinin vacib olmasıdır. Həmçinin onun nəzəri budur ki, bu kimi hədislər barədə kiçik bir tə`vilə1 əl atmasına və ya onun cümlələrindən birinin mə`nasını dəyişərək başqa bir mə`naya yozmasına heç bir müsəlmanın haqqı yoxdur.


2-3. “İbn Macə və Əbi Davud”


İbn Macə Qəzvini və Əbi Davud Səcestanı əhli sünnənin e`timad olunan alimlərindən və altı sihah müəlliflərindəndirlər. Öz səhihində “Cəhmiyyənin inkar etdiyi məsələlər” adı ilə başlayan məxsus bir fəsldə Cəhmiyyənin barəsində bir sıra məsələlər yazmışdır. O cümlədən bu fəsillərdə, Allahı görmək barədə olan hədisləri, məkan və Allahın cism olması – Allahın gülməsi, öz arxasına söykənməsi, Allahın zuhuru və pərdə arxasında qalması - və s. kimi hədisləri nəql etmişdir.

Cəhmiyyə, o kəslərdəndir ki, imamiyyə məzhəbi kimi Allah tə`ala barədə onun görünmsinə və məkan sahibi olmasına e`tiqadı yoxudur və Allah tə`alanı başqa cisimlər kimi bədən üzvlərinə malik olmasına e`tiqad bəsləmirlər. Həmçinin belə hədislərin zahirinə də e`tiqad bəsləmirlər. Bu fəslin “Cəhmiyyənin əqidəsinin rəddi və inkar olunması” adı ilə adlanması bunu göstərir ki, əhli sünnənin nəzər sahibləri kimi tanınmış və e`timad olunan bu iki şəxsin tohid barəsində olan əqidələri, həmin hədislərin məzmunu və həmin kəlimələrin zahiri ilə uyğundur. Cəhmiyyə kimi bu hədislərə müxalif olanlar və onu təfsir edənlər, onların nəzərində rədd olunmuş və hədisləri təfsir etmək isə İbn Macə və Əbi Davudun nəzərincə küfrə və kafirliyə səbəb olur və belə bir şəxs, İslam dinindən xaric olunmuşdur.


4. “İbn Teymiyyə”


İbn Teymiyyə deyir: - Allahın göydən hər gecə aşağı enməsi və nazil olmasına gəldikdə, bu dastan hədis alimlərinin yanında sübuta çatmış məsələlərdən biridir!! Həmçinin nuzul dastanı, Allahın şəban ayının 15-ci günündə də nazil olması barədə bir hədis nəql olunmuşdur ki, onun sənədi ixtilaflıdır.

Sonra İbn Teymiyyə əlavə edərək bildirir ki;- Əhli sünnənin hamısı, bu məsələyə e`tiqad bəsləyirlər ki, Allah tə`ala aşağı enir və onun ərşi onsuz boş deyildir!! Bu mətləb İshaq ibn Rahoviyədən, Həmmad ibn Zeyddən və Əhməd ibn Hənbəl tərəfindən də nəql olunmuşdur.1


5. “Muhəmməd Əşrəf “


Əbu Davudun sünənini şərh edən, وإنه ليئط به؛ أطيط الرحل بالراكب cümləsinin altında: “Dəvə minənin ağırlığının nəticəsində dəvənin yükünün səsi kimi, Allahın ərşi də onun ağırlığınına görə səs edəcək” İmam Xitabinin sözlərini nəql etdikdən sonra onu nəqd edərək sözlərini tənqid edir və deyir:- İmam Xetabinin sözlərində, bir cürə təfsir və tə`vil vardır. Lakin tə`vil və təfsir zahirin xilafınadır və heç cür ona ehtiyacımız yoxdur. Allahın sifətlərinə aid olan hədislərdə e`timad olunan və səhih yol budur ki, onları öz zahiri mənalarina buraxaq və hər cür təfsir və tə`vildən, həmçinin mə`na yozumundan uzaqlaşdıraq. 1

6. “Bəğəvi”


Bəğəvi “Şərhis-sünnə” kitabında deyir:- Allahın sifətləri barədə kitab və sünnədə gələnlər məs:-surət, göz, barmaq, ayaq, gəlmək və getmək, asi`mandan aşağı nazil olmaq, ərşin üzərində yerləşmək, gülmək və şadlanmaq və bu kimi şeylər hamısı Allah tə`alanın sifətlərindən sayılır. Onların barəsində hədislər yazılmışdır. Gərək bu sifətlərin hamısına i`manımız olsun. Hədislərin zahiri mənası gərək hifz olunub saxlansın. O cümlədən, hər növ tə`vil və təfsir, məna yozumundan da qorunsun.2

Biz, ötən bəhslərimizdə Allahın cism olması barədə Nəvəvinin, Eyninin, Qəstəlaninin, Əhməd Muhəmməd Şakirin, Əbduh İsfəhanının, Əhməd ibn Həmbəlin, İbn Teymiyyə`nin, Əbu Ömərin, Zəhəbinin və Şeyx Əbdur-Rəhmanın nəzərlərini və sözlərini nəql etmişdik. Onların əqidələrini və başqa əhli sünnə alimlərinin belə hədislərin zahirinə e`tiqad bəsləmələri barədə olan əqidələrini və bu hədislərin təfsir olunması və başqa mənaya yozulmasının caiz olmadığını əziz oxucularımıza bildirmişdik.3 Bu məsələ bir sıra ümumi məsələlərdən biridir ki, müxtəsər şəkildə burada gətirilmişdir. Əgər əhli sünnənin bütün alimlərinin bu barədə nəzər və sözlərini gətirəsi olsaq, özü ayrıca bir kitab şəklinə düşər.




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə