“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “



Yüklə 1,57 Mb.
səhifə32/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

“ ALLAHIN GÖZÜ VARDIR “

Allah kor deyil.


1.- Abdullah deyir: Bir gün Peyğəmbər (s) camaat arasında Məsih Dəccal barədə söhbət edirdi. Söhbət əsnasında buyurdu:- Allah kor deyil!! Lakin Məsih Dəccalın sağ gözü kor və öz çuxurundan üzüm dənəsi kimi çölə çıxmışdır. 2

2.- Abdullah yenə deyir:- Peyğəmbər (s)-in huzurunda Dəccal barədə söhbət olundu. Peyğəmbər (s) buyurdu:- Sizə bir şey aydın olsun ki, Allahın gözləri kor deyildir!! Sonra Peyğəmbər (s) sağ əli ilə işarə edərək buyurdu:- Lakin Dəccalın sağ gözü kor və öz çuxurundan üzüm dənəsi kimi çölə çıxmışdır.3


Bu hədislərdən istifadə olunan mətləblər:


Bu iki hədislər, Səhiheynin nəzərində Allahın gözünün olmasını bəyan edir. Çünki bu hədislər bizə Dəccalı kor, Allahı isə görən kimi tanıtdırır. Korluqla görmək arasında olan müqayisə, o sifəti bir mövcud üçün isbat və başqası üçün onu isbat etdikdən sonra inkar edir (diqqət edin.)

Başqa ibarətlə desək, bu hədislərdə Allah və Dəccal arasında olan müqayisə, Dəccalın kor və Allahın isə görməsini çatdırır.


3 .”ALLAHIN ƏLİ VARDIR “

1. – Əbu Hureyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Allahın sağ əli doludur. Onun ehsan və nəfəqə verməsindən azalmır və gecə-gündüz ehsanı bəndələrinə tərəf axır. Görmürsünüz ki, yeri və göyü yaratdığı gündən bəndələrinə ehsan edir? Bu daimi ehsan, onun əlində olandan az deyildir. Onun ne`mətlərində heç bir nöqsan və naqislik olmamışdır. Allahın ərşi suyun üzərində qərar tutmuşdur.



Onun o biri əlində, feyz və ehsan, ya da qəbz etmək və almaqdır. Bir çoxlarına məqam və sərvət verir. Başqalarının məqam və sərvətini onların əlindən alır.1

2. – Əbu Hureyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Alahın sağ əli doludur. Gecə və gündüz ondan heç bir şey azalmır. Ne`mətləri başdan ayağa kimidir. Başqa əlində tərəzi tutmuşdur. Bir kəsin payını çox və digərinin payını isə az edir. Sonra buyurdu:- Görmürsənmi yeri və göyü yaratdığı gündən infaq və ehsan edir? Və əlində olan şey azalmır?2

3. – Peyğəmbər (s)-dan eşitdım ki, mənbərdə belə buyurdu: - Cabbar olan Allah yerləri və göyləri əli ilə tutub. “Bu vaxt Peyğəmbər (s) əlini yumdu, açdı və yenə də yumdu”. Sonra Allah deyir:- Mənəm Cabbar olan Allah, hardadır zor deyən və cabbar şəxslər? Hardadır təkəbbür edənlər? Dedi:- Bu vaxt Peyğəmbər (s), mənbər başında sağa və sola tərəf meyl etdi. Bir vaxt gördüm ki, mənbərin aşağısı tərpənir. Öz-özümə dedim ki- Peyğəmbər (s) mənbərin başından yıxılmaz?1

4. “ALLAHIN BARMAĞI VAR “

Allahın barmağı !


1.- Əbdullah deyir: - Yəhudi alimlərindən biri Peyğəmbər (s)-in xidmətinə yetişdi. Ərz etdi:- Ya Muhəmməd! Biz tövratda oxuyuruq ki; - Qüdrətli və qadir olan Allah qiyamət günündə, göylərdən, yerlərdən, ağaclardan, sulardan və torpaqlardan, xülasə bütün başqa mövcudatlardan hər birini öz barmağı ilə götürər sonra isə deyər: - Bütün mövcudatların həqiqi maliki və sultanı mənəm. Əbdullah deyir:- Eləki yəhudinin kəlamı bura çatdı, Peyğəmbər (s) da, onun sözlərini təsdiq etmək üçün təbəssüm etdi!! Gülərkən o həzrətin mübarək dişləri görsəndi. Sonra bu ayə`ni Allahın qüdrətinə işarə edərək yəhudinin sözlərinə şahid gətirdi:
وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَي عَمَّا يُشْرِكُونَ

(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!”2

Allah üçün barmağın isbatı səhiheyn və digər sünən hədislərində çoxlu nəql olunmuşdur. İndi isə Sunəni ibn Macədən və Termizidən bir hədisi də nəql edirik.

2. – Kəlabi deyir:- Peyğəmbər (s)-dan eşitdim, belə buyurdu:- Heç bir qəlb Allahın barmaqlarından olan iki barmaq arasından başqa bir yerdə deyildir. Əgər istəsə onu sabit saxlayar və ya istəsə onu tərpədər.1

Allah tə`ala barədə istifadə olunan, barmağa aid olan başqa hədislərdən belə ələ gəlir ki;

1.- Allah tə`ala da, başqa mövcudlar kimi, ələ və barmağa malikdir.

2.- Allah tə`ala da başqa mövcudatlar və mümkünat kimi məhduddur, buna görə də tərəfə, sağ və sol ələ malikdir.

5.”ALLAHIN BELİ “

Əbu Hureyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Allah mövcudatı yaratdıqdan sonra rəhm və qohumluq əlaqəsi qalxaraq Allahın belini tutdu!! Allah buyurdu:- Sakit ol! Ərz etdi:- Bura qohumluqdan əlaqəsini kəsən və sənin dərgahına pənah gətirənlərin yeridir. Allah cavabında buyurdu:- Razı deyilsən sənin ehsan edənlərinə ehsan və səndən qohumluq əlaqəsini kəsənləri isə öz rəhmətimdən ümüdsüz edim? Ərz etdi:- Bəli Pərvərdigara! Razıyam.

Allah buyurdu:- Sənə ehsan edənlərlə və qohumluq əlaqəsini kəsənlərlə bucür rəftar edəcəyəm....2

6. “ SƏHİHEYNİN ALLAHI, BALDIRINI GÖSTƏRİR“


Əvvəlki bəhslərdə işarə olunduğu kimi, səhiheyndə nəql olunmuş hədislərdə Allahın əli, qolu, barmaqları, ayaqları hətta baldırının da olduğu nəql olunmuşdur. İndi isə diqqətinizi bu barədə olan bir hədisə yönəldirik :

Əbu Səid deyir:- Peyğəmbər (s)-dan eşitdim ki, belə buyurdu:- Qiyamət günündə Allah tə`ala baldırını göstərər!! Bütün i`manlı kişi və qadınlar Allahın qarşısında səcdəyə düşərlər. Yer üzündə riya və sumə2 üzündən səcdə edənlər qalarlar....3


“ BU HƏDİSİN AXTARIŞI “


Bu hədisdən belə istifadə olunur ki, Allahı tanımağın əlamətlərindən biri də qiyamət günündə onun baldırının görünməsidir. Nəqəqdər ki Allahın baldırı görsənməyibdir , mö`minlər Allahın vucudunda və onu tanımaqda şəkkə və şübhəyə düşəcəklər.

يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ  

"İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar."4

Bu ayənin baldırla əlaqəsi olduğu üçün Buxari zikr olunan ayə`ni təfsir olunmasına görə yuxarıdakı hədisi gətirmişdir. Çox gözəl olardı ki, təfsirçilərin bu ayə`nin mənası barədə olan sözlərinə diqqət edək;

Təbərsi يَوْمَ يُكْشَفُ عَن سَاقٍ ayəsinin mənasında deyir:- Yə`ni, o günki iş şiddətli və qorxulu bir mərhələyə çatar. Baldırın görünməsi məsələnin ciddi olduğuna, kinayə və qiyamət gününün qorxulu olmasına işarədir.

Bu məsələ, muharibə hadisələrində, qorxu və təhlükə zamanı “paltarları yuxarı vursunlar ta döyüş vaxtı fəaliyyətdə və təhlükə zamanı qaçdıqda mane olmasın" kimi məsəllərdən biridir.



يُكْشَفُ عَن سَاقٍbu kəlmə hər möhkəm işdə, qorxulu bir şeylə üz-üzə gəldikdə kinayə şəklində işlədilir. Təbərsi deyir:- Həmin üstü örtülü mə`na ibn Abbasdan, Həsəndən, Mucahiddən, Qətadədən və Səid ibn Cubeyrdən nəql olunmuşdur. Təbərsi əlavə edərək bildirir ki;- Əkrəmədən nəql olunmuşdur ki, bu ayə`nin mə`nasını İbn Abbasadan soruşdular. İbn Abbas belə cavab verdi:- Əgər Qur`andan bir məsələ sizin üçün aydın olmadı və bir lüğətin mə`nasını, onun hədəf və məqsədini bilmədinizsə, onu ərəbin şe`rlərində tapın. Sonra İbn Abbas dedi:- Məgər şairlərin sözlərini eşitməmisiniz ki deyirlər :

وقامت الحرب بنا علي ساق – bizim muharəbəmiz “saqə-yə” çəkildi. Bu cümlə də o yerdə deyilir ki, Qəm və qüssə, muharibənin sıxımtısı axıra çatmışdır. Həmin üstü örtülü mə`na, İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan nəql olunmuşdur.1

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə