“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


“ DİQQƏTİ CƏLB EDƏN BİR MƏSƏLƏ “



Yüklə 1,57 Mb.
səhifə34/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   30   31   32   33   34   35   36   37   38

“ DİQQƏTİ CƏLB EDƏN BİR MƏSƏLƏ “

Bura qədər tohid barəsində altı səhih kitabdan nəql olunmuş hədislədən bu məsələlər aydın olur ki, bu hədislərin məzmunu Allahı, onu görməyin mümkün olması, məkana və müxtəlif bədən üzvlərinə malik olması, xülasə şəkildə desək Allahı təbii və maddi mövcud kimi tanıtdırır. Şübhəsiz ki, əhli sünnə alimləri Allahı həmin hədislərin tanıtdırdığı sifətlərlə tanıyırlar. O cümlədən öz tərəfdarlarına da Allahı bucür tanımağı tövsiyə edirlər.

Burada bir məsələyə diqqət etmək lazımdır ki, əqidədə belə yolunu azmağı və düz yoldan uzaqlaşmağı, ən mühüm və həssas olan “Allahı tanımaq” kimi məzhəbi mövzularda mövcud olan həmin hədislər əmələ gətirmişdir. Doğru olmayan bu əqidələrin kökü, əhli sünnə alimlərinin nəzərincə düzgün və səhih saydıqları hədislərə geib çıxır.

Əhli sünnə alimlərinin özləri də bu məsələni e`tiraf etmişlər. Onlar öz əqidələrini açıqlayarkən sənədlərini həmin hədislər olduğunu bildirirlər.

Biz, əvvəlki səhifələrdə və bəhslərimizdə əhli sünnə alimlərinin sözlərini və onların əqidələrini nəql edərkən həmin hədislərə istinad etdiklərinə işarə etdik. Onları yenidən gətirməyi, dəlil və şahid gətirməyi bu dəfə lüzum duymuruq. Bununla da, əziz oxuculara tövsiyə edirik ki, ikinci dəfə bu məsələdə əhli sünnənin əqidələrinin hədislərlə uyğun olmasına, diqqət yetirsin.

Ötən bəhslərə nəzər saldıqda görürük ki, bu kimi hədislər müsəlmanları öz əqidələrindən azdırmış və əsrlər boyu onların əməllərində öz tə`sirini qoymuşdur. Buradan aydın olur ki, belə hədislərin olması və belə kitabların səhihliyinə e`tiqad bəsləmək və onların mə`nalarına inanmaq bucür gülməli, xurafi əqidəni müsəlmanlar arasında yaratmış və həqiqətdən uzaqlaşdırmışlar.

Məsələ burdadır ki, Məqatil ibn Suleyman, Davud Cəvaribi və onların tərəfdarları Allah tə`ala üçün təkcə cinsiyyət üzvünü istisna etməklə əl, ayaq, dil və iki gözünün olmasına e`tiqad bəsləmişlər. Lakin, Məaz Ənbəri, Allah tə`ala üçün kişilik cinsiyyət orqanının olmasına da e`tiqad bəsləmişdir. Bununla da öz əqidəsini və Allahın kişi olmasını sübut etmək üçün, Qur`ani Kərimin وليس الذكركالأنثي ayəsi ilə dəlil gətirmişdir.

Əhli sünnənin bir çox kəlam və qeyri kəlam alimləri Allahı insan kimi ətə, dəriyə və sümüyə malik olduğunu fərz etmişlər.

Bə`zən Allahı kəcavədə oturmuş və qırmızı tüklü dəvənin ütündə əyləşdirmiş və ərəfə gecələrində yer kürəsinə gətirirlər.

Bə`zən deyirlər ki;- “Allah elə gülür ki, gülərkən onun dişləri görünür.” Deyirlər ki:- “Allah qiyamət günündə insan surətində mucəssəm olacaq və bəndələrinin hesabını çəkəcək.” Başqa yerdə nəql edirlər ki:-“Şə`ban ayının 15-ci gecəsində göydən yerə enir və onun oturduğu yer ərşdədir. Həmişə də ərşin üstündə əyləşmişdir”. “Qiyamət günündə də bəndələrinin yanına gələr və özünü tanıtdırar. Öz bəndələrinə xitab edərək deyər:- Mən sizin Allahınızam! Deyərlər:- Biz səndən Allahımıza pənah aparırıq”. Yenə də deyilir ki:- “Əgər Allahı görsəniz onu həqiqətən tanıyarsını”.

Başqa yerdə əlavə edərək deyirlər ki:- “Bizim və Allahın arasında bir əlamət varki, o əlamət vasitəsi ilə onu tanıyarıq”. “Sonra Allah öz baldırını aşkar edər və o, onu tanına bilən başqa bir qiyafədə gələr, özünü tanıtdırar və onu tanıyarlar, qarşısında səcdəyə düşərlər.”

Nəql etmişlər ki, “cəhənnəmin od-alovu şölə saçar və nəqədər ki Allah ayağını cəhənnəmə qoymayıb sakit olmaz. Eləki ayağını cəhənnəmə qoyar, cəhənnəmin od-alovu deyər:- Bəsdir, bəsdir!”

Bu, sünni məzhəbinin kəlam alimlərinin bir çoxlarının tohid və Allahı tanıma barədə olan nəzər və əqidələridir. Bu əqidənin bir qismi, Allahla görüşmək, qiyamət günündə camaat arasına onun gəlməsi və s... kimi məsələlərdir ki, sünnilərin hamısının buna e`tiqadları vardır. Bu əqidələrin hamısını əziz oxucularımıza açıqladıq.

İbn Əbil Hədid Mötəzili nəql edir ki:- Bu əqidənin kökü, sihahda nəql olunmuş çox təəccüblü olan hədislərdən ibarətdir.1 O, bu sözləri ilə, (necəki buna əvvəlcə də işarə olunmuşdur) batil və xurafi əqidənin nəqlindən sonra bildirir ki, bu əqidəni belə hədislər arasında olan bağlılıq əmələ gətirmişdir. Həmçinin bu əqidənin əmələ gəlməsinin illətini və səbəblərini, onun kökünü də bəyan etmişdir.

İbn Əbil Hədid, Əmirəl Mö`minin Əli (ə)-ın يأتي علي الناس زمان لايبقي فيهم من القرآن إلاإسمه – xütbəsinin altında yenə bildirir ki, “Bu gün məscidlərdə oturan və tohid bəhsində Allah tə`alanın təşbihə, təcəssümə, onun surətə, nazil olmasına, bədən üzvlərinə malik olmasına qail olan şəxslər, Allah tə`alaya küframiz və cahilanə, pis mətləbləri nisbət verirlər. Bunların hamısı fitnədir. Bu məsələlərdən uzaq olanları da onlara tərəf çəkirlər”.2

Müəllif: İbn Əbil Hədidin açıq və aydın olan bu sözlərindən mə`lum olur ki, bu əqidə onun zamanında da mövcud imiş və məscid sakinlərinin çoxları da belə xurafi əqidələrdə olmuşlar.



واستغفرواربكم ثم توبواإليه إن ربي رحيم ودود


“ Şİ`Ə HƏDİSLƏRİNƏ BİR BAXIŞ “

Bir suala cavab :


Oxucularımız arasında neçə nəfər kitabın "səhiheyn nəzərində tohid" bölməsini mutaliyə etdikdən sonra, mümkündür bizə e`tiraz edərək belə bir sual etsinlər:

Baxmayaraq ki, əhli sünnənin tohid barədə hədis və rəvayətlərini nəql etdiniz, bu kitabların qiyafəsi və əhli sünnə alimlərinin belə hədislərin məzmununa olan əqidələri bunu bildirir ki, əgər bir şəxs tohid və Allahı tanımaq məsələlərində bu kimi kitablara müraciət etmək istəsə, həmçinin bu kitabların və belə əqidədə olan kəlam və qeyri kəlam alimlərinin göstərişlərinə nəzər salsa, Allahı tanıma yolunu axtarış etsə bir çox əsası olmayan e`tiqadi məsələlərlə üz-üzə gələcəkdir.

Lakin, burada belə bir şübhə qarşıya çıxır və o da budur ki, şi`ə məzhəbinin də kitabları arasında onlarının tohid bəhslərinə aid olan bir miqdar hədisləri də gözə dəyir. Bu hədislər də Allahın cism və görünməsini bildirir. O cümlədən səhiheyndə və başqa kitablarda tohid barədə gətirdiyiniz hədislərin başqa cürü şi`ə kitablarının Bə`zilərində də rast gəlmək olur. Buna görə də sizin e`tirazınız nəinki əhli sünnə məzhəbinə bəlkə şi`ə məzhəbinin özünə də aid edilir?!

Cavab: Bu sualın cavabında neçə mətləbə diqqət olunması lazım görülür:

1.- Hədis kitabları barədə nəzərlərin müxtəlif olması;

Şi`ə və sünni alimlərinin arasında hədis kitablarına və onların məzmunlarına çox mühüm fərqlər və ixtilaflar vardır. Çünki, əhli sünnə iddia edirlər ki:-“Buxarinin səhihinin bütün hədisləri səhihdir”(əgər bir kəs and içsə ki, səhiheynin bütün hədisləri həqiqətə uyğun və bu iki kitabın bütün möhtəvaları Peyğəmbər (s)-in buyurduqlarıdır, onun andı düzdür və kəffarə də ona lazım deyildir.1)

Bəli, bu nəzəriyyənin əksinə, şi`ə alimlərinin heç biri öz hədis kitabları barədə belə bir nəzəriyyə və əqidələri yoxdur. Hətta “dörd kitab”-ın tək-tək hədislərini də istər mətn və ya istərsə də sənəd baxımından araşdırılmasında və bəhs olunmasında lazım olmasını bildirirlər. Şi`ə alimlərinin nəzərində bu kitablardan yalnız müəyyən və müəyyən bir miqdarı səhih sayılmış və qə`bul edilmişdir. Yerdə qalan hissələrini isə “Muvəssəq”, “Həsən”, “Zəif”2 hədislər təşkil etdiyini bildirirlər.

Bu, şi`ə məzhəbinin və onun alimlərinin öz hədisləri, kitablarının məzmunu barədə olan nəzəriyyələridir. 3

Buna görə də şi`ə alimlərinin nəzərində şi`ə kitablarında bir hədisin olması nəqədər ki səhih deyildir, onun səhihliyinə və qə`bul olunmasına dəlalət etmir. Qeyd etməliyik ki, şi`ə məzhəbinin alimləri və hədis tanıyanları öz hədis kitablarında Bə`zi hədislər barədə iradları və şübhələri vardır.



Mütərcim: Onların heç biri öz hədis kitabları barədə, bu kitabların hamısının səhihliyini iddia edəni yoxdur. Şi`ə alimlərinin nəzərincə bir hədis o vaxt qə`bul olunur ki, onun sənəd, mətn, ravi və məzmunu cəhətindən səhihliyini şi`ə alimləri və hədisçiləri baxımından səhih sayılsın.

2. – Şi`ə kitablarında tohid barədə olan hədislər;

Birinci mətləbi nəzərə alaraq bir məsələyə diqqət olunması lazım görülür: Əhli sünnə kitablarında tohid barədə nəql olunmuş hədislərin hamısında Allahın təcəssümünün (cism olmasına) sübutuna birbaşa dəlillər vardır. Bunların hamısının qarşısında hətta bir dənə də numunə olsun bu hədislərin məzmununa və məhfumuna zidd olan və Allahın cism olmasını inkar edən hədislər gözə dəymir. Necəki deyildi, bu kitablarda və hədislərdə Allahı tanımaq onun cism olmasına e`tiqad bəsləməkdən başqa bir şey deyildir. Lakin, şi`ə kitablarında və hədislərində əgər belə bir hədis küncdə - bucaqda tapılarsa, onunla üz-üzə yüzlərlə mötəbər və e`timad olunmuş hədislər, onların əsas və mötəbər kitablarında mövcuddur. Bu hədislər də Allahın cism olmasını bildirən hədisləri şiddətlə pisləyərək onu rədd edir.

Həmçinin:- “İbtalur-royət”; “Ənnəhyu ənil cismi vəs-surət”; “Nəfyul hərəkəti vəl intiqal;” “Nəfyut-təşbih” və s.. kimi ünvanda, fəsllərdə və mövzularda gətirilərək bu kitablarda qeyd olunmuş və açıq şəkildə həqiqəti çatdırmışdır.1

Bu da, şi`ə və əhli sünnənin hədis kitabları və hədisləri arasında olan ən böyük həssas dəyərlərdən biridir ki, bu mövzuda nəzərdə olan başqa şübhə və iradlara da cavab verə bilər.

3. – Tohid barədə olan hədislərə şi`ə alimlərinin nəzəri ;

Şi`ə kitablarında nəql olunan, Allahın görünməsini, təşbih və hər növ cism olmasını inkar və batil edən hədislər və rəvayətlər o qədər aydın, sənəd baxımından möhkəmdir ki, onların məzmununu şi`ə məzhəbinin kəlam elmində olan bütün alimləri qə`bul etmişdir. Bu hədislər şi`ə məzhəbinin kəlam elmində ən mühüm bəhslərin bir qisminin sutunlarını təşkil edir. Hər bir hədis və rəvayətin məzmunu, bu birbaşa və səhih olan hədislərlə zidd olarsa, alimlərin nəzərində müxalif hədislərin heç bir elmi dəyəri yoxdur. Bu kimi hədislərə də irad və şübhə etmək yersiz və mənasız sayılır.

4. – Qondarma və saxta rəvayətlər;

Dördüncü diqqət olunası nöqtə budur ki;

Mümkündür e`tiraz edənlərin gətirəcəkləri dəlil, bu kimi rəvaytlərin çoxunun sənəd silsiləsi barədə axtarış və təhqiq olunması olsun. Çox gözəl aydındır ki, bu rəvayətlər sənəd cəhətindən zəif və onu nəql edənlər isə şi`ə rical tanıyanları tərəfindən e`timad olunmayan, yalançı və saxta hədis uyduran şəxslər kimi tanınmışlar.

Bəli, bu növ rəvayətləri Məqatil ibn Suleyman kimi Allahın cism olmasına qail olan şəxslər öz yanlış əqidəsini genişləndirmək üçün uydurmuşlar. Bu rəvayətlər üçün özlərindən sənəd silsiləsi də düzəltmiş və şi`ə rəhbərlərindən birinə nisbət vermişlər.
Yuxarıda söylənilən mətləblərə diqqət edərək, Allahşünaslıq barədə şi`ə əqidələrini gərək aşağıdakı sənədlərdən ələ gətirilsin:

1.- Əhli sünnənin e`timad etdikləri kitablara müraciət olunduğu kimi bu mövzuda onların e`timad etdikləri səhih hədislər və altı sihah kitablarına da müraciət etməklə onlar ətrafında da bəhs olunsun.

2.- Onların kəlam alimlərinin sözləri qulaq asıldığı kimi şi`ə alimlərinin də sözlərinə diqqət olunmalıdır.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə