“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


“ ALLAHI YUXUDA GÖRMƏK OLARMI ?”



Yüklə 1,57 Mb.
səhifə26/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

“ ALLAHI YUXUDA GÖRMƏK OLARMI ?”



Əziz oxucu!

Səhiheynin ardıcıllarının Allahı görmələri barədə olan əqidəlrini mulahizə etdiniz. Yaxşı olar ki əhli sünnə alimlərinin Allahı yuxuda görmək əqidəsini də burada qeyd edək.

Onlar bu məsələni sübut etməkdən ötrü bir sıra hədislər nəql etmişlər ki, Peyğəmbər (s) bu ne`mətə nail olmuş və Allahı yuxuda görmüşdür.

Bu nəzəriyyə`ni daha da möhkəmlətmək üçün məsələni genişləndirərək, Peyğəmbər (s)-in məqamını kiçiltmiş və Bə`zi alimlərin də yuxuda Allahla görüşməyə və Allahla öz aralarında dərdləşməyə nail olduğunu da bildirmişlər.

Bu yuxunu ən məşhur yuxu yozanlar, maraqlı və şirin yuxu yozma ilə nəql etmişlər.

Belə əqidənin sahibləri, Allahı yuxuda görməyə əlaqəsi olanlara yol göstərmiş və bu ne`mətə nail olmaq üçün onlara iki rükətli məxsus bir namaz da öyrətmişlər.

Nəhayət məşhur tarixçi Suheyli və “ Rovzul ənəf ” kitabının sahibi (vəfatı-581 h.q tarixində) bu barədə “ Məsələtu royətullah fil mənami vən-nəbiy ”1 adlı kitab yazmışdır ki, Allahı yuxuda görmək mövzusunu geniş açıqlamış və bu barədə olan müxtəlif suallara cavab vermişdir.

Biz yuxarıda qeyd olunan mətləbləri təfsilatı ilə oxucuların ixtiyarında qoymaqla qəzavət etməyi onların öz öhdələrinə buraxırıq.



“ PEYĞƏMBƏR (S) ALLAHI YUXUDA GÖRÜR “

Bu barədə Termizi öz sunənində bir neçə hədis nəql etmişdir. Onların hamısının məzmunu Peyğəmbər (s)-in yuxuda Allahi gözəl qiyafədə görərək onunla söhbət etdiyini bildirir. İndi isə o hədislərdən birinin mətni və xülasə tərcüməsi ilə tanış olun:

Məaz ibn Cəbəl deyir:- Peyğəmbər (s) bir gün sübh namazına gecikdi. Günəşin çıxmasına az qalmış tələsik halda məscidə daxil oldu. Namazı qıldı və sonra buyurdu:- Cərgələrinizi pozmayın. Bu vaxt gecikməyinin səbəbini belə izah etdi:- Mən dünən ayıldım. Bir az namaz qıldıqdan sonra yuxuladım. Yuxuda Allahı gözəl bir qiyafədə gördüm. Allah buyurdu:- Ya Muhəmməd! Dedim:- Ləbbəyk ey mənim Rəbbim! Buyurdu:- Muqərrəb mələklər hansı məsələdə bir-biri ilə mübahisə edirlər. Dedim:- Bilmirəm. Bu sualı üç dəfə təkrar etdi və mənfi cavab eşitdi. Bir də gördüm ki əlini mənim kürəyimə qoydu. Mən onun barmaqlarının sərinliyini sinəmdə hiss etdim. Bu vaxt mənə belə buyurdu: Ya Muhəmməd....1


“ BUXARİNİN BU HƏDİSİ TƏSDİQ ETMƏSİ “

Termizi yuxarıdaki hədisi nəql etdikdən sonra deyir:- Bu hədis “həsən”2 və “səhih”-dir. Mən onun səhihliyi barədə Muhəmməd ibn İsmaildən soruşdum. O da bu hədisi təsdiq etdi və cavabında dedi:- Bu hədis səhihdir.



“ƏHLİ SÜNNƏ ALİMLƏRİ DƏ ALLAHI YUXUDA GÖRÜRLƏR “

Hafiz ibn Ərəbi Maliki (vəfatı 543 h.q tarixində) Sunəni Termiziyə yazdığı öz şərhində, Sunəni Termizidən nəql etdiyimiz hədisin şərhində belə deyir:

Şeyx, alimlərin və zahidlərin rəhbəri, ustad Əbu İshaq İsfiraini də Allahı yuxuda görmüş və ona demişdir: İlahi otuz ya qırx ildir səndən bağışlanmağımı diləyirəm, lakin hələ də mənim duamı qə`bul etməmisən. Allah onun cavabında buyurdu: Ey Əba İshaq! Sən bizdən böyük bir hacəti, bizim dostluğumuzu və məhəbbətimizi istədin!1

Şərani2, İbn Covzi3 və Şəblənci4 Əhməd ibn Hənbəldən nəql edirlər ki, o deyirdi:- Mən Allahı yuxuda gördüm. Dedim: -İlahi, bəndələrinin sənə yaxın olmasına ən gözəl vasitə nədir? Buyurdu:- Mənim sözlərimdir ey Əhməd! Dedim:- Düşünərək ya düşünməyərək? Buyurdu: - Düşünərək və düşünməyərək!

Ruhul mə`ani təfsirinin sahibi Alusi Bağdadi (vəfatı-1270 h.q tarixində) deyir:

-Allaha şükür edirəm ki, həyatımda üç dəfə Allahı yuxuda görmüşəm. Axırıncı dəfə 1246-cı ildə görmüşdüm. Onu ətrafı nurla bürünmüş və şərqə tərəf diqqət etdiyi halda gördüm. Mənə neçə cümlə nəsə byurdu. Yuxudan oyandıqdan sonra mən o cümlələri unutdum.1



“ BU YUXUNUN YOZUMU “

Darəmi öz “sünən” adlı kitabında nəql edir ki, Peyğəmbər (s) Allahı yuxuda görmüşdür. Sonra bu yuxunu yozmağa başlayır və tanınmış yuxu yozan İbn Sirindən belə nəql edir;- Hər kim Allahı yuxuda görsə behiştə daxil olar.2



“ALLAHI YUXUDA GÖRMƏK ÜÇÜN QILINAN NAMAZ “

Əhli sünnə alimləri və hədisçiləri İbn Abbasdan nəql etmişlər ki, - Hər kim cümə günü zöhr və əsr namazları arasında iki rükət namaz qılaraq onun birinci rükətində “Həmd” surəsindən sonra bir dəfə “Ayətul kursi”-ni və 25 dəfə “Fələq” surəsini, ikinci rükətində isə “Həmd” surəsindən sonra “İxlas” surəsini və 25 dəfə “Nass” surəsini, salamdan sonra isə 50 dəfə



لاحول ولاقوة الا بالله العلي العظيم

deyərsə yuxuda Allahı görməmiş dünyadan getməz.

Syuti də “Əlləaliəl məsnu`ə”3 kitabında gətirmişdir. İbn Couzi də “Əlmozuat”4 adlı öz kitabında bu hədisi Əbu Talib Məkki və Əbu Hamid Qəzalidən nəql edir və bildirir ki bu hədis düzəlmə və qondarma hədisdir. Çünki, onun sənəd silsiləsində olanlar məchul və tanınmayan şəxslərdir.

Təəccüblü burasıdır ki, İbn Couzi bu hədisin inkarında onun “Royətullah fil mənami” mətninə irad etməmişdir. Onun fikrincə hədisin mətni düzdür. Yalnız sənədlərində iradın olmasını bildirərərək belə demişdir: هذا حديث مجهول وفيه مجاهيل لايعرفون.



“ALLAH TƏ`ALANI GÖRMƏK ŞİƏ İMAMLARININ NƏZƏRİNDƏ “

Şi`ə məzhəbinin rəhbərləri nə söyləyirlər?


Şi`ə məzhəbinin rəhbərləri, yə`ni Peyğəmbər (s)-in xanedanı Allahı gözlə görməyi qeyri-mümkün olduğunu bildirirlər. Şi`ə məzhəbinin nümayəndələri də, öz rəhbərlərinin tə`lim və tərbiyəsinə əsasən Allah tə`alanı bu dünyada və axirət günündə görmək məsələsində onun qeyri-mümkün olduğuna e`tiqad bəsləmiş və Allahı bu kimi şeylərdən (məsələn:başqa cisimlər kimi günəş, ay və şuanın əksı kimi dərk etməyin mümkün olması kimi məsələlərdən) münəzzəh və üstün bilirlər.

Xülasə, bu, Peyğəmbər (s)-in əhli beytinin sözləri və nəzəriyyələridir. Gərək təkcə onların sözlərinə e`tiqad olunsun və qiyamət günündə Allah tə`alanın yanında bu kimi şəxslərin və ismət xanedanının nəzərində başqa heş bir üzürlü səbəb qə`bul olunmayacaqdır. Çünki, Allah onları Qur`anda hər növ çirkinlik və pislikdən pak və hər cür azğınlıq və bihudə söz danışmaqdan münəzzəh və təmiz tanıtdırmışdır:


إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

 Ey əhli-beyt! Allah sizdən çirkinlikləri (günahları) yox etmək və sizi bütün pisliklərdən təmizləmək (pak) etmək istəyir!1

Peyğəmbər (s) da onları Qur`ani məcidə yaxın və onunla bərabər, həmçinin hər ikisini "səqil" (ağır və çiyin sındıran əmanət ) qərar vermişdir.
إِنّي تَار‌ِكٌ فِيكُمُ الثَّقَلَيـْنِ كِتَابَ اللََّهِ وعِتْرَتِي

"Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram. Onlardan biri Allahın müqəddəs kitabı Qur`an, digəri isə mənim əhli beytimdir!"

Şi`ə məzhəbinin nəzəri budur ki, Allah tə`alanın görünməsinin mümkün olmamasını əqli və nəqli dəlillər sübut edir. Bu barədə Qur`an ayələrindən əlavə dini rəhbərlərimizdən nəql olunmuş rəvayətlər həmin əqli və nəqli mətləbləri izah edir və sadə dillə ümumi zehnlərə və fikirlərə onun dərkini aydınlaşdırır.

İndi isə əqli və nəqli dəlillərdən, ibarət olan olan bir neçə nümunəni burada qeyd edirik:


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə