-fesil-1: Info10-(1). qxd


Eyni qayda ilə Asiya qitəsində yerləşən bir neçə ölkə haqqında məlumatı da xil  edin. 9



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix17.10.2017
ölçüsü0,62 Mb.
#5226
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

8.

Eyni qayda ilə Asiya qitəsində yerləşən bir neçə ölkə haqqında məlumatı

da xil  edin.

9.

Formanın aşağı hissəsində cari yazının nömrəsini göstərən 

Record Num -

ber bok sunda  yazın və  klavişini basın.

Üçüncü yazıda olan ver-

ilənlər  gö rü nə cək. 



10.

Əgər hər hansı sahə doldurulmamışsa, yaxud yanlışlıq varsa, həmin sa -

həni doldurun (redaktə edin).

11.

File menyusunu açın və Close komandasını seçin. 

Forma qapanacaq.

12. 

Obyektlər panelində 

Tables obyektini seçin və Ölkələr cədvəlini açmaq

üçün onu qoşa çıqqıldadın.



13. Formadan yeni daxil etdiyiniz yazıların cədvələ əlavə olunduğunu gö rə -

cəksiniz. 



14. 

İşin sonunda cədvəli, sonra isə Access proqramını qapadın.  



Şagirdlər cədvəlinə uyğun forma yaradın. Naviqasiya düymələrindən istifadə et -

məklə möv cud yazılar arasında gəzişin. Sinfinizdəki digər şagirdlər haqqında mə -

lumatları daxil edin.

VERİLƏNLƏRİN SÜRƏTLİ AXTARIŞI. 

ARAMA, ÇEŞİDLƏMƏ, SÜZMƏ 

• Cədvəllərdə verilənləri necə axtarmalı

• Çeşidləmə nədir

• Yazıların qruplaşdırılması nə deməkdir

• Süzgəc nədir və onun hansı növləri var

Verilənlər bazasının informasi ya la rın saxlanılması üçün nəzərdə tutulduğunu

bilirsiniz. Soruşula bilər: axı, adi kartoteka da bu məqsədə xidmət edir, əlavə zəh-

mət  və xərc çəkib verilənlər bazası yaratmağa nə lüzum var? Buna haqq qa -

zandırmaq üçün verilənlər bazasının idarəolunması sistemi elə üstünlüklərə malik

olmalıdır ki, adi kartotekada həmin 

imkanlar olmasın. Məsələn, lazım olan

məlumatı tapmaq üçün çox böyük

miqdarda informasiyanı ani olaraq

“gözdən keçirsin”. 

Doğrudan da, verilənlər bazasının

əsas üstünlüyü çox böyük həcmdə informasiyanı saxlamaqda deyil, məhz, lazım

Arama

Çeşidləmə



Süzmə

Süzgəc


S

Ö

Z

L

Ü

K

2.7.

2.

VERİLƏNLƏR



BAZASI

43



olan məlumatları ani olaraq tapmaqda, onları emal etməkdədir. Bu məqsədlə,

Access-də bir neçə komanda nəzərdə tutulub: Arama  [Find], Çeşidləmə [Sort],



Süzmə [Filter]. İndi onların hər biri ilə yaxından tanış olaq.  

Arama [find] aləti verilənlər bazasında istifadəçinin göstərdiyi nümunəyə

uyğun gələn məlumatları tapmağa imkan verir. Məsələn, tutaq ki, nömrəsini

bilmədiyiniz, yalnız rənginin sarı  olduğunu bildiyiniz avtomobili tapmaq lazım -

dır. Bunun üçün 

Edit Find menyu komandası vasitəsilə açılan dialoq boksunda

(bax şəkil 2.14) axtarış üçün nümunə daxil edilir. Axtarışın nəticəsində alınan

cədvəldə yalnız rəngi sarı olan avtomobillər qalacaq. 

Find komandası həm cəd-

vəl, həm də forma rejimində işləyir.

Adətən, verilənlər bazasında yüzlərlə, minlərlə yazı olur. Çox zaman onları

nizamlamağa, yəni müəyyən ardıcıllıqla düzməyə ehtiyac yaranır. Verilənlər

bazasında yazıların nizamlanmasına çeşidləmə deyilir. 



Çeşidləmə [sort], verilənlərin hər hansı əlamətlərə görə nizamlanmasıdır. Bu,

verilənlərə tez və səmərəli baxmağa imkan verir. İki növ çeşidləmə mövcuddur:



artma sırasıyla çeşidləmə və azalma sırasıyla çeşidləmə. Ədədi sahələr üçün artma,

yaxud azalma qiymətə görə, mətn sahələri üçün isə əlifbaya görə sıralamadır.

Əgər sahədə təkrarlanan qiymətlər varsa, çeşid ləmə zamanı

yazılar eyni qiymətlərə görə qrup 

lara bölünür. Məsələn,

Cins sahəsinə görə çe şidləmə aparılarsa, onda bütün yazılar

iki bö 


yük qrupa – kişilər və qadınlar qrupuna ayrılacaq.

Belə növ çeşidləməyə yazıların  qruplaş dırıl ması deyilir. 

MS Access sistemində çeşidləməni yalnız bir sahəyə

görə aparmaq olar. Hər bir yeni çe 

şidləmə əvvəlkinin

nəticəsini ləğv edir. Lakin bəzən yazıları eyni zamanda bir neçə sahəyə görə

çeşidləmək lazım gəlir. Buna o zaman ehtiyac yaranır ki, bəzi sahələrdə eyni

qiymətlər olur. Məsələn, respublika üzrə Şagirdlər cədvəlində hər hansı məktəb-

dən olan bir şagirdi tapmaq üçün öncə şagirdləri məktəblər üzrə qruplaşdırmaq

və sonra hər bir qrupu əlifba üzrə sıralamaq lazımdır. Bu halda genişlənmiş



süzgəc, yaxud sorğu alətindən istifadə edilməlidir.

Cədvəldə verilənlərin çeşidlənməsi hər hansı sahəyə görə aparılır. 

MS Access sistemində çeşidləməni yalnız bir sahəyə görə aparmaq olar.

Find, Sort və Filter komandalarının köməyilə sadə suallara cavab al maq olur. Mürəkkəb

suallara cavab almaq üçün, verilənlər basasının idarəolunması sistemlərində başqa

vasitədən – sorğulardan istifadə olunur.

44



Verilənlər bazasının idarə olunması cürbəcür axtarış və seçim meyarları ilə

sıx bağlıdır. İstifadəçinin tələbatını ödəyən verilənlərin bazadan seçilməsi süzgəc

vasitəsilə həyata keçirilir.  

Süzgəc [filter], yazıların axtarışı və seçilməsi üçün istifadə olunan şərtdir.

Süzmə (süzgəcdən keçirmə), konkret halda gərəksiz informasiyaları atmaqla

obyektlərə müxtəlif yönlərdən baxmağa imkan verir. Adından da göründüyü

kimi, süzgəc tələblərə cavab verən yazıları “buraxır”, qalan yazıları isə “tutub

saxlayır” (gizlədir). MS Access bir neçə növ süzgəc təklif edir:

• “Formaya görə” süzgəc [Filter By Form]

• “Seçilmişə görə” süzgəc [Filter By Selection]

• “Seçilmişin inkarı” süzgəci [Filter Excluding Selection]

• Genişləndirilmiş süzgəc [Advanced Filter]



“Seçilmişə görə” süzgəc, verilənlər bazasında seçdirilmiş fraqmentin olduğu

yazıları ayırmağa imkan verir. 



“Seçilmişə görə” süzgəc vasitəsilə verilənləri seçmək üçün

1. Verilənlərin seçilməsinin aparıldığı sahənin istənilən yerində bir

neçə simvolu, yaxud həmin sahəni bütövlükdə seçdirmək;

2. 


Records Filter Filter By Selection menyu komandasını seç -

mək, yaxud alətlər zolağındakı uyğun düyməni çıqqıldatmaq;

3. Yenidən bütün yazıları əks etdirmək üçün 

Records Remove

Fil ter/Sort  komandasını yerinə yetirmək, yaxud alətlər zolağın-

dakı 


Remove Filter düyməsini çıqqıldatmaq lazımdır.

“Seçilmişin inkarı” süzgəci əks əməliyyat aparır, yəni belə yazıları nəzərə

almır. Genişləndirilmiş süzgəc daha mürəkkəb seçim şərtləri verməyə, eləcə də

bir neçə parametr üzrə çeşidləmə aparmağa imkan verir. Bütün növ süzgəcləri,

istər verilənlər bazasına bütövlükdə, istərsə də müəyyən şərtlə seçilib ayrılmış

yazılara tətbiq etmək olar.     

1. Verilənlər bazasının idarəolunması sistemlərində verilənlərin sürətli axtarışı üçün

han sı vasitələrdən istifadə olunur? 

2. Cədvəldəki yazıları bir neçə sahəyə görə çeşidləmək üçün nə etmək lazımdır?

3. Süzgəc nədir və ondan nə üçün istifadə olunur? 

4. Access proqramında hansı növ sücgəclər var?

Çeşidləmə, süzgəc və sorğu – verilənlərin emalının əsas alətləridir. 

2.

VERİLƏNLƏR



BAZASI

45



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə