“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

34

 

ADY - 



Əlverişli  coğrafi  məkanda  yerləşməsinə 

rəğmən, Azərbaycan bütün beynəlxalq və re-

gional  layihələrin  reallaşması  prosesində  ak-

tiv iştirak edir. Bir neçə ildir ki, “TRASEKA” 

və  “Şimal-Cənub”  kimi  iri  nəqliyyat  dəhliz-

lərindən  sonra  yeni  bir  layihə  -  BAKI-TBİLİ-

Sİ-QARS layihəsi gündəmdədir. Bu yeni dəmir 

yolu layihəsinə qoşulmaqla, Azərbaycan gələ-

cəyə  hesablanmış  daha  bir  addım  atdı.  Qeyd 

etmək lazımdır ki, gətirə biləcəyi bütün iqtisa-

di dayaqlarla yanaşı, Bakı-Tbilisi-Qars layihəsi 

həm də tranzit daşımaların mərkəzinə çevrilən 

Azərbaycanın  regionda  söz  sahibi  olmasını 

təsdiqləyəcək bir amil kimi də çox önəmlidir.

Azərbaycanın  xüsusi  önəm  verdiyi  bey-

nəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars 

dəmir  yolu  layihəsinin  reallaşması  Azərbay-

can,  Gürcüstan  və  Türkiyə  hökumətlərinin, 

eləcə  də  dəmir  yolları  rəhbərlərinin  diqqət 

mərkəzindədir. Bu, hər üç ölkə ilə yanaşı, hə-

min nəqliyyat dəhlizindən istifadə etmək  ma-

rağında olan başqa ölkələrin də sıx nəqliyyat 

əlaqələri  qurması  üçün  böyük  imkanlar  aça-

caq.


“ - Bu yol Asiyanı Avropa ilə birləşdirir və yolun 

tikintisi hər cəhətdən Azərbaycanın milli maraqla-

rının daha dolğun şəkildə təmin olunmasına xidmət 

göstərəcək”.

Azərbaycan Respublikasının Prezidenti 

İlham Əliyev

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihə-

si  barədə  danışıqlara  hələ  26-29  iyul  1993-cü 

il  tarixində Ankara  şəhərində  keçirilmiş  Tür-

kiyə-Gürcüstan  arasında  Qarışıq  Nəqliyyat  

Komissiyasının iclasında başlanılıb.  

20-21  iyul  2002-ci  il  tarixində  Türkiyə-

nin İstanbul şəhərində keçirilən Türkiyə-Gür-

cüstan  nəqliyyat  nazirlərinin  iclasında  bu  la-

yihənin həyata keçirilməsi barədə imzalanmış 

protokola əsasən, layihə üzrə hazırlıq işlərinin 

görülməsi  nəzərdə  tutulmuşdur.  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyev  14 

iyun  2004-cü  il  tarixində  Gürcüstana  rəsmi 

səfəri  zamanı  Gürcüstan  Prezidenti    Mixail 

Saakaşvili  ilə  keçirdiyi  mətbuat  konfransında 

Gürcüstandan Türkiyəyə dəmir yolu layihəsi-

ni dəstəklədiyini söyləmiş və Azərbaycanın da 

bu layihədə iştiraka hazır olduğunu bildirmiş-

dir.


Həmin vaxtdan bəri layihənin reallaşdı-

rılması istiqamətində aparılan danışıqlar daha 

da intensivləşib, belə ki, ötən müddət ərzində 

bu  dəmiryol  bağlantısının  həyata  keçirilməsi 

ilə bağlı  bir sıra görüşlər keçirilib.

2-5  avqust  2004-cü  il  tarixində  Ankara-

da  Azərbaycan-Türkiyə  nəqliyyat  əlaqələri-

nin inkişafı və Bakı-Tbilisi-Qars layihəsi üzrə 

danışıqlara həsr olunmuş görüşdə tərəflər ilk 

növbədə mühəndis-axtarış işlərinin aparılması 

və uyğunlaşdırılması layihəsinin hazırlanması 

barədə razılığa gəlmişlər.

14  noyabr  2004-cü  il  tarixində  Avropa 

Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilmiş 



BAKI-TBİLİSİ-QARS 

DƏMİR YOLU 


35

 

ADY - 



Nəqliyyat Nazirlərinin Konfransında layihənin 

vacibliyi və regional xarakter daşıması barədə 

Azərbaycan,  Türkiyə  və  Gürcüstan  tərəfləri 

birgə bəyanat imzalamışlar.



28 dekabr 2004-cü il tarixində bu  layihə 

ilə bağlı növbəti görüş keçirilmiş və birgə işçi 

qrupunun  yaradılması  barədə  razılıq  əldə 

olunmuşdur.

Burada bir vacib faktı da xatırlatmaq la-

zımdır ki, 2005-ci il may ayının 25-də Heydər 

Əliyev  adına  Bakı-Tbilisi-Ceyhan  (BTC)  əsas 

ixrac  boru  kəmərinin  Azərbaycan  hissəsinin 

açılışında mühüm sənəd imzalanmışdır. Azər-

baycan  Respublikasının  Prezidenti  Zati-alilə-

ri  İlham  Əliyev,  Gürcüstan  Respublikasının 

Prezidenti  Mixail  Saakaşvili  və  Türkiyə  Res-

publikasının Prezidenti Əhməd Necdət Sezər 

Azərbaycan,  Gürcüstan  və  Türkiyə  arasında 

Bakı-Tbilisi-Qars  (BTQ)  dəmir  yolu  xətti  la-

yihəsi  haqqında  bəyannamə  imzaladılar.  Bu 

bəyannamə  əslində  hər  üç  ölkə  rəhbərinin 

Qars-Axalkalaki-Tbilisi-Bakı  dəmir  yolu  la-

yihəsinin  nə  dərəcədə  əhəmiyyətli  olduğuna 

bir baxışı idi.



21 iyul 2005-ci il  tarixində daha bir gö-

rüş keçirilmişdir. Layihə üzrə marketinq işləri-




36

 

ADY - 



nin görülməsi və texniki-iqtisadi əsaslandırma 

sənədlərinin hazırlanması məqsədi ilə Türkiyə 

Respublikasında  keçirilmiş  tenderdə  “Yüksel 

Domaniç” şirkəti qalib elan edilmişdir. Həmin 

ilin  sonuna  qədər  mühəndis-dizayn  işlərinin 

tamamlanması, 2006-cı ilin ortalarına qədər isə 

texniki-iqtisadi əsaslandırmanın hazır olacağı 

qərara alınmışdır.



19-20 sentyabr 2005-ci il tarixində Anka-

rada Türkiyə, Gürcüstan və Azərbaycan dəmir 

yolları işçi qruplarının, həmçinin həmin ölkələ-

rin nəqliyyat nazirlərinin üçtərəfli görüşləri za-

manı bu mühüm layihənin gerçəkləşməsi üzrə 

müvafiq müzakirələr aparılmışdır. Bu görüşdə 

yeni dəmir yolu bağlantısı barədə Azərbaycan 

tərəfindən hazırlanmış “Bakı-Tbilisi-Qars yeni 

dəmir yolu bağlantısı” xətti haqqında Saziş la-

yihəsi Türkiyə və Gürcüstan tərəflərinə təqdim 

edilmiş, Əlaqələndirmə şurasının yaradılması-

na dair razılıq əldə edilmişdir.



5-7  dekabr  2005-ci  il  tarixində  Tbilisi 

şəhərində, 4-5 may 2006-cı il tarixində isə An-

kara şəhərində İşçi qruplarının yığıncaqları ke-

çirilmişdir.



13 iyul 2006-cı il tarixində Tbilisi şəhərin-

də nəqliyyat nazirləri müavinlərinin  rəhbərli-

yi ilə İşçi qruplarının beşinci yığıncağı keçiril-

mişdir.


25 dekabr 2006-cı il tarixində Gürcüsta-

nın    Baş  naziri    Zurab  Noğaideli  Bakıya  rəs-

mi  səfərə  gəlmişdir.  Həmin    gün  iki  ölkənin 

hökumət  başçıları  Artur  Rəsizadə  və  Zurab  

Noğaideli arasında təkbətək görüş olmuşdur. 

Azərbaycan  Respublikasının  Baş  naziri  A. 

Rəsizadə    jurnalistlərə  müsahibəsində  danı-

şıqların  yekunları  barədə  demişdir  ki,  gələn 

ilin (2007-ci ilin) yanvarında Bakı-Tbilisi-Qars 

(BTQ) dəmir yolu layihəsinin sənədləşdirilmə-

sinə  dair  işlər  başa  çatacaq  və  müvafiq  saziş 

imzalanacaqdır. Tikinti-bərpa işlərinə isə may 

ayında başlamaq planlaşdırılır.

12  yanvar  2007-ci  il  tarixində  Tbilisidə 

Bakı-Tbilisi-Qars  (BTQ)  dəmir  yolu  bağlantı-

sı layihəsinin son variantı iştirakçı dövlətlərin 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə