“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

37

 

ADY - 



nəqliyyat  nazirlərinin  görüşündə  müzakirə 

olunmuşdur. Danışıqların nəticəsi olaraq, na-

zirlər iki sənəd imzalamışlar. 

Azərbaycan  Respublikasının  Prezidenti 

Zati-aliləri İlham Əliyev digər mühüm məsə-

lələrdə  olduğu  kimi,  Bakı-Tbilisi-Qars  dəmir 

yolu  bağlantısının  da  reallaşmasında  öz  qəti 

mövqeyini ortaya qoymuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabi-

netinin  birinci  rübün  yekunlarına  həsr  olun-

muş 8 may 2006-cı il tarixli iclasında ölkə baş-

çısı bu məsələyə bir daha qayıtmışdır: 



“- Artıq ikinci rüb başlayıb və mən əminəm ki, nə-

ticələr yaxşı olacaq. Ümumiyyətlə, belə görünür ki, 

2006-cı il  Azərbaycan üçün ən uğurlu il olacaqdır. 

Bu ildə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbi-

ilsi-Ərzurum  neft-qaz  kəmərləri  işə  düşəcəkdir. 

Əminəm ki, biz bu il Bakı-Tbilisi-Qars dəmir yo-

lunun tikintisinə başlaya bilərik. Bu barədə İƏT-in 

zirvə  toplantısında  iştirak  etmiş  Türkiyənin  Baş 

naziri ilə də ətraflı söhbət aparılmışdır. Azərbaycan 

tərəfi bir daha bildirmişdir ki, günü bu gün Azər-

baycan  öz  tərəfindən  maliyyə  öhdəliyi  götürməyə 

hazırdır və artıq gələcək konsorsiumun konturları 

görünməkdədir.  Bu  yol  bizə  çox  lazımdır.  Bu  yol 

Asiyanı Avropa ilə birləşdirir və yolun tikintisi hər 

cəhətdən  Azərbaycanın  milli  maraqlarının  daha 

dolğun  şəkildə  təmin  olunmasına  xidmət  göstərə-

cək”.

Layihə ilə bağlı danışıqların məntiqi nə-

ticəsi  7  fevral  2007-ci  il  tarixində Azərbaycan 

Respublikasının  Prezidenti  Zati-aliləri  İlham 

Əliyevin  Gürcüstana  işgüzar  səfəri  zamanı 

Bakı-Tbilisi-Qars  dəmir  yolu  layihəsinin  ar-

tıq  başlanması  ilə  bağlı  sazişin  imzalanması 

olmuşdur.  Belə  ki,  Azərbaycan  Respublika-

sının  Prezidenti  İlham  Əliyev  fevral  ayının 

7-də  Gürcüstanda  işgüzar  səfərdə  olmuş  və 

elə həmin gün Tbilisidə Azərbaycan Respubli-

kasının Prezidenti İlham Əliyev və Gürcüstan 

Prezidenti  Mixail  Saakaşvilinin  görüşü  keçi-

rilmişdir.  Görüşdə Azərbaycan  ilə  Gürcüstan 

arasında  münasibətlərin,  o  cümlədən  iqtisa-

di  sahədə  əməkdaşlığın  uğurla  inkişaf  etdiyi 

bildirilmişdir.  Prezidentlər  Bakı-Tbilisi-Qars 

dəmir yolu layihəsinin həm ikitərəfli, həm də 

regional əlaqələr baxımından əhəmiyyətini xü-

susi vurğulamışlar.



7  fevral  2007-ci  il  tarixində  Gürcüstan 

Parlamentinin binasında Azərbaycan Respub-

likasının  Prezidenti  İlham  Əliyev,  Gürcüstan 

Prezidenti  Mixail  Saakaşvili  və  Türkiyə  Res-




38

 

ADY - 



publikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan 

arasında  üçtərəfli  görüş  keçirilmişdir.    Gür-

cüstan  Prezidenti  Mixail Saakaşvili  bu görü-

şün  və  Bakı-Tbilisi-Qars  dəmir  yolu  layihəsi-

nin  əhəmiyyətini  vurğulamış,  onun  regional 

əməkdaşlığın inkişafına xidmət edəcəyini söy-

ləmişdir.

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars 

dəmir yolu layihəsinin zəruriliyindən danışa-

raq demişdir ki, bu, bizi daha sıx birləşdirəcək, 

regional əməkdaşlığı daha da genişləndirəcək-

dir. Bu layihənin həyata keçirilməsi həm də re-

giona sabitlik, sülh gətirəcək və ümumiyyətlə, 

həm ölkələrimizin, həm də xalqlarımızın iqti-

sadi  maraqlarına  cavab  verəcəkdir.  Bakı-Tbi-

lisi-Ceyhan  neft  və  Bakı-Tbilisi-Ərzurum  qaz 

kəmərlərinin iqtisadi əhəmiyyətindən danışan 

dövlətimizin başçısı bildirdi ki, Bakı-Tbilisi-Ər-

zurum qaz kəmərinin işə düşməsi əlaqələrimi-

zi daha da möhkəmləndirəcəkdir. Prezident İl-

ham Əliyev 2007-ci ildə Azərbaycanın neft-qaz 

hasilatını və ixracını genişləndirəcəyini də bil-

dirmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib 

Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu layihə-

sindən  danışarkən,  onu  “Dəmir  İpək  yolu” 

adlandırmışdır. O, Bakı-Tbilisi-Ceyhan və Ba-

kı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri də daxil 



39

 

ADY - 



olmaqla,  üç  böyük  layihənin  region-

da sabitliyə və iqtisadi inkişafa böyük 

töhfə verdiyini demiş və xalqlarımızın 

firavanlığı üçün əhəmiyyətini vurğu-

lamışdır. Baş nazir demişdir ki, Asiya 

ilə Avropanı birləşdirəcək dəmir yolu 

layihəsi  regional  əməkdaşlığa  daha 

bir nümunədir.

Elə həmin gün (7 fevral 2007-ci 

il)  Gürcüstan  Parlamentinin  binasın-

da  Azərbaycan-Gürcüstan-Türkiyə 

üçtərəfli regional əməkdaşlıq sammiti 

sənədlərinin  imzalanması  mərasimi 

olmuşdur.  Əvvəlcə  Gürcüstan  Res-

publikasının  Prezidenti  Mixail  Saa-

kaşvili,  Türkiyənin  Baş  naziri  Rəcəb 

Tayyib Ərdoğan və Azərbaycan Res-

publikasının  Prezidenti  Zati-aliləri 

İlham Əliyev bəyanatla çıxış etmişlər.



40

 

ADY - 



Gürcüstan Respublikasının Prezidenti 

Mixail Saakaşvilinin bəyanatından:

“ - Biz bilirik ki, regionumuzda digər vacib layihələr də nəzərdə tu-

tulur və gələcək üçün böyük layihələr də var. Lakin həmin layihələr 

arasında bu layihə adi insanların, vətəndaşların, xalqlarımızın hə-

yatının daha da yaxşılaşdırılması üçün ən vacib layihədir. Bu layihə 

bizim üçün iki siyasi məna daşıyır və tamamilə strateji baxımdan yeni bir durumun formalaşmasına zə-

min yaradacaq, üç ölkəni bir-birinə daha da yaxınlaşdıracaqdır. Bir tərəfdən Mərkəzi Asiya və Çin, digər 

tərəfdən isə Avropa bu məkanda qovuşacaqlar. Biz artıq yeni mərhələnin başlanmasından danışa bilərik. 

Bunu İpək yolunun bərpası layihəsinə də aid etmək olar. Bu isə o deməkdir ki, layihə hər bir ölkə üçün fayda 

gətirəcək, həmçinin tərəfdaşlarımız üçün də xeyirli olacaqdır. Hazırkı layihə bizim gələcəkdə atacağımız 

addımların uğurunun əsas şərtidir. Hər üç ölkə əlindən gələni əsirgəməyəcək və yük daşımalarını davam 

etdirəcəkdir.”

Türkiyənin Baş naziri Rəcəb Tayyib 

Ərdoğanın bəyanatından:

“- Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin 

də bu mərasimdə iştirak etməsi bizləri son dərəcə məmnun etmişdir. 

Çünki bu gün biz bir yerə toplaşmaqla, birlikdə dünyaya çox mü-

hüm  mesaj  verir,  regional  əməkdaşlıq  nümunəsini  göstəririk.  Biz 

regional əməkdaşlıq çərçivəsində üçüncü addımı atırıq. Bildiyiniz kimi, birinci addım Bakı-Tbilisi-Ceyhan 

neft kəməri idi. İkincisi, Bakı-Tbilisi-Ərzurum və ya digər adı ilə “Şahdəniz” layihəsi idi. İndi də üçüncü 

addımı atırıq. Bu da Bakı-Tbilisi-Qars layihəsi - tarixi İpək yolunun artıq bir dəmir yoluna çevrilməsi 

hadisəsidir. Təbii ki, bunun arxasınca gələn müxtəlif layihələr də var. Ancaq bu həmrəylik sadəcə regional 

əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu dəmir yolu üzərindəki hər bir stansiya sülh, dostluq və 

həmrəylik stansiyası olaraq, bütün dünyaya öz mesajını verir. Qafqazın vəziyyəti hər kəsə məlumdur. An-

caq indi Qafqaz bu regional əməkdaşlıqla fərqli bir mesaj verərək, bir həmrəylik mərkəzi olduğunu nümayiş 

etdirir.”

Azərbaycan Respublikasının 

Prezidenti Zati-aliləri İlham Əliyevin 

bəyanatından:

“- Əlbəttə ki, bu layihələrin həyata keçirilməsində çoxlu vacib amil-

lər olmuşdur - peşəkar insanlar, bizə dəstək verən maliyyə qurum-

larının imkanları, bizimlə bərabər çalışan xarici neft şirkətlərinin 

yatırımları və öz investisiyaları ilə həyata keçirdiyi fəaliyyət. Lakin bu, ilk növbədə, üç ölkənin iradəsi və 

qətiyyətidir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başlanması ilə əlaqədar imzalanacaq 

sənədlər görülən işlərin məntiqi nəticəsidir. Əgər bu böyük layihələrin adlarına fikir versəniz görərsiniz ki, 

bunlarda da oxşarlıq var: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars, yəni Bakı ilə 

Tbilisi və Türkiyənin üç şəhəri. Bu, onu göstərir ki, üç ölkə arasında olan əməkdaşlıq öz konkret nəticələrini 

verir və onu göstərir ki, bizim strateji xəttimiz, siyasətimiz uğurludur. Bu, həyata keçirdiyimiz siyasətin 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə