[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə212/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   208   209   210   211   212   213   214   215   ...   282

350 

 

 



Əd.: 

Nəzirli Ş., Cümhuriyy ət generalları, B., 1995; Süleymanov M ., M ehmandarov, B., 2000.

 

 

ƏFƏNDĠZADƏ,  Ə f ə n d i y e v Abdulla  İsmayıl oğ lu (1873,  Şəki  - ?,  Bakı)  -  maarif 

xadimi, tərcü məç i, Azə rbaycan Xalq  Cü mhuriyyəti Parla mentinin ü zvü.  Ruhani  mə mur ailəsində  

doğulmuşdur.   Rəşid bəy Əfəndiyevin qardaşıdır. Nu xada   (Şəkidə) evdə və  məhəllə  məktəbində 

(1880-88)  ibtidai  təhsil,  Ye lizavetpolda  (Gəncə)  sənət  məktəbin ində  kənd  təsərrüfatı  üzrə  orta 

ixt isas  təhsili  (1 88 8-94 ).Tiflisdə    Aleksandr  Müəllimlər  İnstitutunda    ali  pedaqoji  (1895-98) 

təhsil a lmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

1898  ildə  Bakıda pedaqoji fəa liyyətə başla mış,  mü xtə lif  məktəblə rdə  müə llim və  müd ir 

(1898-1920)  işlə mişdir.  Qafqaz  müsəlman  müəllimlərinin  birinc i  (1906)  və  ikinc i  (1907) 

qurultaylarında  fəal  iştirak etmiş, Sü ley man  Sani A xundov və Fərhad Ağazadə (Şərq li)  ilə birgə 

tərtib  etdiyi  yeni  əlifba  layihəsini  müzakirəyə  çıxa rmış,  onlarla  birlikdə  hə min  əlifba  layihəsi  və 

qurultayda qəbul olunmuş proqra m əsasında "İkinci il" (1908) dərsliy ini ya zıb nəşr etdirmişdir. 

Əfəndizadə  Azərbaycan  Milli  Şurasın ın  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19 

noyabr)  əsasən  Nuxa   (Ş  ə   k  i)  şəhərindən  Azərbaycan  Parla mentin in  deputatı  seçilmişdir.  Pa rla mentdə  əvvəlcə  "Əhra r" 

fraksiyasına daxil olmuş, 1919 il noyabrın əvvəllərində bu fraksiyadan ayrılaraq, ö zünü sol müstəqil elan etmişdir. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  Əfəndizadə  Maarif  Na zirliy inin  ə lifba  islahatına  dair  təşkil  etdiyi 

ko missiyanın  tərkib ində  çalışmışdır.  Müzakirəyə  təqdim  etdiyi  əlifba  lay ihəsi  ko missiya  tərəfindən  bəyənilmişdi. 

Əfəndizadənin tərtib etdiyi əlifba əsasında müstəqil dövlətin "Son türk əlifbası" adlı əlifba dərsliyin in (1919) nəşrinə  icazə 

verilmişdi. 

"Rüstəmin  yu xusu,  yaxud   röyası"  (1906),  "Şagirdlərə  hədiyyə"  (1914)  kitabları  nəşr  olun muşdur.  Birinci  kitab 

haqqında M.Ə.Rəsulzadə rəy  dərc etdirmişdir. Əfəndizadə tərcü mə  ilə də  məşğul o lmuş, İ.A.Krılovun, M.Y.Lermontovun 

şeirlərini ana dilinə çev irmişdir. 



ƏFƏNDĠZADƏ  Həmdulla  əfəndi  İsmay ıl  oğlu  (1888,  Quba  qəz.,  Dəvəçi  nahiyəsinin  

Qələgah k. - 1928) – ictimai xad im, Azərbaycan Xalq Cü mhuriyyəti Pa rla mentinin  üzvü. İlk təhsilini 

kənd  molla xanasında və Qubadakı  mədrəsədə almışdır.  Daha sonra ikisinifli rus mə ktəbini b itirmiş   

(1906),  ərəb,  fars  və  rus  dillərini  öyrən mişdir.  1918  ilin  apre lində  Dəvəçi  nahiyəsinə  soxulmuş 

erməni  daşnakları  d inc  a zərbaycanlılara   qarşı  soyqırımına  başladıqda,  Hə mdulla  ə fəndi  dostu 

Qaçaq  Mayılla  birlikdə  ayağa  qaldıraraq  ermənilərə  qarşı  vuruşmuşdur.  Əfəndizadə  Azərbaycanın 

siyasi həyatında yaxından iştirak etmiş,"İttihad" partiyasının fəal üzv lərindən olmuşdur. Azərbaycan 

Milli  Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr) 

əsasən,  Quba  qəzasından    Cü mhuriyyət    Parlamentinin     tərkibinə    daxil  edilmiş,  "İttilıad" 

fraksiyasının  üzvü  olmuşdur.  1920  il  aprelin  27-də  bolşeviklərin  zireh li  qatarı  Azərbaycana  soxul-

duqda,  Əfəndizadə  ö z  tərəfdarları  ilə  b irlikdə  onun  qarşısını  kəsməyə    cəhd    göstərmiş,    lakin    qüvvələr  qeyri-bərabər 

olduğundan  geri  çəkilməyə  məcbur  olmuşdu.  1928  ildə  repressiyaya  məru z  qalaraq,  Sibirə  sürgün  olunmuş,  orada  vəfat 

etmişdir. 

Əd

.: Qaffarov T., Azərbaycan tarixi (1920-1991), B., 1999; Rəhmanlı N., Çıraqqala yurdunun övladlan, B., 2002.  

 

ƏFƏNDĠZADƏ   Mu xtar  İs mayıl  oğlu,  Mu xtar  əfəndi  (1.1.1880,  indiki  Ağdaş  rayonunun  Şəmsabad  k.  - 

17.10.1975,  Bakı;  Şəmsabadda  dəfn  olun muşdur)  -  maarif  xadimi,  müəllim,  şərqşünas-tərcüməçi.  A zərbaycanda  milli 

azadlıq hərəkatının  fəal  iştirakçısı. Azərbaycan Xalq  Cü mhuriyyəti Parlamentinin ü zvü. Atası İs mayıl əfəndi  19 əsrin  2-ci 

yarısında  Ərəş  mahalın ın  məşhur  alim  və  müdərrislərindən  olmuş,  "Zeynəddin"  ədəbi  məclisinə 

rəhbərlik  et miş,  A zərbay-can  və  fa rs  dillə rində  şeirlər  yazmışdır.  Mu xtar  Əfəndizadə  (daha  ço x 

Muxtar  ə fəndi  kimi  tanın mışdır)  ilk  təhsilini  atasından  almış,  9  il  atasının  dostu  Hacı  Məhəmməd 

əfəndinin mədrəsəsində, daha 9 il Ağdaş, Nu xa (Şəki), Quba, Bakı, Şamaxı alimlərin in yanında təhsil 

almışdır. 

20  əsrin  əvvəllərində  Ağdaşda  maarifç iliyin  inkişafında  müstəsna  rol  oynamış  Mu xtar 

əfəndi uşaqlar üçün yeni təlim və tədris üsulu əsasında "Oxu" adlı dərslik yazmış, "Kimsəsiz uşaqlar 

evi",  " Yaşlılar  üçün  kurs"  (1906),  "Darülirfan"  məktəbi  (1906),  qiraətxana  (1906),  teatr  (1908), 

"Səadət"  adlı  qız  məktəbi  (1909)  aç mış,  Qubada  təşkil  etdiyi  üsuli-cədid  məktəbində  dərs  de miş, 

üsuli-cədid məktəbləri üçün "Şəraye-ül-islam" kitabın ı yazmışdır(1911). 

 

 



 

 

 



 

 

 



 

 

 



 


351 

 

 



 

1918  ildə  Şa ma xı,  Ağsu,  Qutqaşen  (indiki  Qəbələ),  İs mayıllı  bö lgəsində  bir  ço x  kəndlə ri  viran  qoy muş  ermən i-

daşnak quldurlarının  Göyçaya, sonra isə Ağdaşa hücumları  zamanı Mu xtar əfəndi  200 nəfərlik dəstə təşkil edərək, on ların 

qabağını  kəsib,  geri  oturtmuşdu.  Vətənsevər,  mil-lətsevər  şəxsiyyət  kimi  dəyərləndirilən  Mu xtar  əfəndi  A zərbaycan  Milli 

Şurasının  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  (1918,  19  noyabr)  əsasən,  Ərəş  qəzasından 

Cü mhuriyyət Parlamentin in tərkibinə daxil edilmiş, "Əhrar" fraksiyasının üzvü olmuşdur. Muxtar əfəndi dövrünün qabaqcıl 

maa rifpərvər  ziyalısı  kimi  gənc  nəslin  təlim  və  tərbiyəsinə,  xa lq  maarifin in  və  elmin  in kişafına,  ict ima i  həyatın  mü xtə lif 

sahələri üçün ixt isaslı kadrla rın ha zırlan masına böyük əhəmiyyət vermişdir. 

1920 ilin aprelində Azərbaycan Xalq Cü mhuriyyətinin süqutundan sonra Ağdaşa qayıdaraq, maarifçilik fəa liyyətini 

davam etdirmişdir.  O, dəfələrlə fiziki və  mənəvi təqiblərə  məru z qalmış, " müsavatçı" damğası ilə evində axtarış aparılmış, 

şəxsi arxiv inə təcavüz olun muş, həbs edilərək, Qazaxıstana sürgün edilmişdir. 

1939  ildə  sürgündən qayıtdıqdan  sonra  pedaqoji  və  elmi  fəaliyyətini  dava m  etdirmiş,  ali  və  orta  məktəblə r  üçün 

dərsliklər  ya zmış,  orta  əsrlər  A zərbaycan  tarixinin  öyrənilməsində  mühüm  əhə miyyəti  olan  bir  sıra  q iy mətli  mənbələ ri 

(Mirxond, İsgəndər Münşi, İbn əl-Əsir və b.) fars və ərəb dillərindən tərcümə etmişdir. 1944-50  illərdə Azərbaycan Dövlət 

Universitetində  ərəb  dilindən  dərs  demişdir.  Onun  "Miftah  ül-lisan  ül-ərəb"  ("Ərəb  dilin in  açarı")  kitabı  (1947)  Sovet 

Sosialist Respublikala rı İttifaqında ali məktəb tələbələ ri üçün ilk ə rəb dili dərsliklərindən olmuşdur. 



 

Əd.: 

Ağayev A., Muxtar Əfəndi, B., 1994.

 

 

ƏFƏNDĠZADƏ  Rəcəb  Əsədulla  oğlu  (1893,  Şəki  -20.12.1956,  Bakı)  -  maarif  xadimi,  pedaqoq-alim,  yazıçı, 

tərcüməç i. Şə kidə  molla xanada (1900-01), a ltısin ifli şəhər mə ktəbində (1902-10),  Qori Müəllimlə r Se minariyasında (1910-

14) təhsil a lmışdır.  Ekstern yolu  ilə A zərbaycan Dövlət  Un iversitetinin pedaqogika  fakü ltəsini b itirmişdir  (1930).  Göyçay 

ikinci  dərəcəli  şəhər  mə ktəbində  (1914-15),  Şə ki  kişi-qadın  g imna ziyasında  müəllim  (1915-22),  Şəki  Pedaqoji 

Te xniku munda  (1922-27),  Tiflis  Pedaqoji  Te xn iku munda  (1928-29)  direktor,  Ali  Pedaqoji  İnstitutda  müə llim  ve  dosent 

(1929-34),  Azə rbaycan  Dövlət  Qiyabi  Pedaqoji  İnstitutunda  tədris  və  elmi  işlər  üzrə  d irektor  müavini,  pedaqogika 

kafedrasının müd iri (1945-49) işləmişdir. 

Rəcəb  bəy  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  Nu xa  qə zasında  Höku mət in  xa lq  maa rifi  sahəsində  təd-

birlərini həyata keçirmiş, "Türk qiraət i" (1918) dərsliy ini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixt isasını art ırma  

işinin təşkili" (1934), "Xalq maarifi ü zrə məlu mat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi 

konsultasiya"  (1936),  "İzah lı  pedaqoji  lüğət"  (1939),  "Şagird lərin  fiziki  tərbiyəsi  və  hərb i  hazırlığ ı"  (1942),  "Uşaqlarda 

səhiyyə  vərdişləri  tərbiyəsi"  (1947)  və  s.  əsərlə ri  Azə rbaycanda  xa lq  maarifi  və  tərb iyə  işlə rin in  elmi-metodik  əsaslar 

üzərində qurulmasında mühüm rol oynamışdır. 

Avropa  və  rus  pedaqogikasının  klassikləri  Y.A.Ko menski  ("Dida ktik  p rinsiplə r"),  İ.H.Pestalotsi  ("Seçilmiş 

pedaqoji əsərləri") və  K.D.Uşinskinin  ("Məktəbdə təlim-tərbiyə  işləri haqqında") irsi A zərbaycan pedaqoji fikrinə ilk dəfə  

Əfəndizadənin  tərcü mələri  vasitəsilə  daxil  olmuşdur.  Əfəndizadə  ali  və  orta  məktəblər  üçün  Moskvada  nəşr  olunmuş 

"Psixo logiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcü məç isidir. 

Əfəndizadə bədii yarad ıcılıqla da  məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-b irinə  möhtacdır"  (1911), " Gimnazist 

Vahid" (1911), "Kimd ir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrin i, "A xır çərşənbə" (1913) pyesini və s. yazmışdır. 

 

Əd:. 

Hikmət  çələngi (tərtib  edən X.M əmmədov), B., 1997; XX  əsr Azərbaycan nəsri (tərtib edən X.M əmmədov), B., 1992; 

Qiyasbəyli M ., Rəcəb Əfəndiyev, B., 2001. 

 

ƏFƏNDĠZADƏ  Şəfiqə  Hafız  Məhəmmədəmin  əfəndi  qızı,  Şey xzadə  Əsma  Sultan  (19.3.1883,  Tiflis  quber- 

niyasının  Azqur  k.  -  29.7.1959,  Bakı)  -  A zərbaycanın  ilk  maarifpərvər  qadınlarından  biri,  maarif 

xadimi, publisist yazıçı. Ailə təhsili almış, Qafqaz Müsəlmanları Ruhani   idarəsində  və   Bakıda  III 

Aleksandr  kişi  g imnaziyasında  imtahan  verərək,  ibtidai  məktəbdə  türk  dili  və  şəriət  müəllimi  

vəsiqəsi  almışdır.  Ale ksandr  qız  ― Rus  –  müsəlman‖  mə ktəbində  (1909-18)  müəllim  işlə mişdir. 

Cənubi  Qafqa z  müs əlman  qadın   müəllimlərinin   Ka zan   şəhərində  çağırılmış  (1917)  qurultayına  

nümayəndə  seçilmiş,  qurultayda  çıxış  etmişdir.  1918  ilin  martında  bolşevik-daşnak  quldurları 

tərəfindən  türk-musəlman  əhalisinə  qarşı  törədilən  soyqırımından  sonra  qaçqın  düşmüş,  Qubada, 

Azqurda,  İstanbulda  yaşamışdır.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  qurulduqdan  sonra,  1919  ilin  

aprelində  Ba kıya  dönmüş, pedaqoji  iş ə bərpa olun muş, 1920  ilin  fevralında ərizə verə rək,  istefaya 

çıxmışdır. 

Sovet  hakimiyyəti  illərində  mədəni  quruculuq  işlərinə  cə lb  olun muş,  darülmüə llimatda  (qadın  müə llim  kadrları 

hazırlayan pedaqoji  məktəb) dərs demiş (1920-26),  1923  ildə nəşrə başlayan "Şərq qadını" jurnalı redaksiya heyətinin üzvü 

seçilmişdir.  Şəfiqə  xan ım  bədii-publisistik  yaradıcılıqla  məşğul  olmuş,  "Dəbistan",  "Məktəb"  jurnallarında  təlim-tərb iyə 

məsələ lərinə  dair  məqa lələ r,  uşaqlar  üçün  hekayələr  dərc  etdirmişdir.  1914  ildə  "İki  yetim,  ya xud  Kərimin  himməti"  adlı 

kitabı nəşr olunmuşdur. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə