[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə209/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   205   206   207   208   209   210   211   212   ...   282

346 

 

 



 

 

 



 

 

ƏBDÜRRƏHMANOV  Ağacəfər  Məşədi  Cəfər  oğlu(30.7.1896,  Şamaxı  -  ?)  - 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentin in  xüsusi  qərarına  (ba x  Xaricə  təhsil  almağa 



göndərilən  azərbaycanlı  tələbələr  haqqında  qərar)  əsasən  dövlət  hesabına  ali  təhsil  almaq  üçün 

xa ricə  göndərilmiş tələbələ rdən biri. Şa ma xı realn ı mə ktəbin i bit irmişdir (1917). Parla mentin 1919 

il  1 sentyabr tarixli qəra rına əsasən, təhsilini  kimya sahəsində davam etdirmək üçün Almaniyanın  

Berlin  Universitetinə göndərilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xa ricdə  

dövlət  hesabına  təhsil  alan  azərbaycanlı  tələbələrin  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr 

İttifaqının  1923-25  illər  üçün  məlumatında  onun  təhsilinin  bitməsinə  1  il  qald ığı  göstərilirdi. 

Sonrakı taleyi barədə məlu mat yoxdur. 



ƏBĠLOV  İb rahim  Məhərrəm  oğlu  (1882,  Ordubad  ş.  -23.2.1923,  Tü rkiyə,  İzmir  ş.; 

Bakıda  dəfn  o lunmuşdur)  -A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinin  deputatı,  sosialistlər  fraksiyasının  üzvü.  İlk 

Azərbaycan  diplo matla rından  biri;  Sovet  Azərbaycanının  Türkiyədə  səfiri.  Ordubadda  M.T.Sidqinin  "Əxtər"  mə ktəbində 

oxu muş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilin i yarımçıq qoymağa məcbur olmuşdur. 1903 ildən Port-

Petrovskda  (indiki  Mahaçqala)  və  Bakıda  fəhləlik  etmiş,  inqilabi  hərəkata  qoşulmuş,  "Hü mmət"in  

(menşevik) üzvü o lmuşdur. 1907 ildə Bakı Xəzər Ticarət donanması dənizçilərin in tətilin in təşkilatçılarından 

idi.  1908  ildə  Cənubi  Qafqa zda  və  Cənubi  Azərbaycanda  iranlı  zəh mətkeşlə r  arasında  inqilab i  iş  aparan 

"İctimaiyyun-amiyyun".  ("Mücahid")  sosial-demokrat  təşkilatının  sədri  Nəriman  Nərimanovun  tapşırığı  ilə 

İrana göndərilmişdir. Bakıya qayıtdıqdan (1909) sonra burada çıxan  "Bakı həyatı" qəzetin in redaktoru (1912) 

olmuşdur.  Çar  höku məti  tərəfindən  dəfələrlə  həbs  olunan  Əbilov  1913  ildə  Həştərxana  sürgün  edilmişdir. 

Çarizm  devrild ikdən  sonra  sürgündən  qayıdan  Əbilov  Tiflisdə  menşevik  "Hü mmət"  təşkilatının   görkəmli 

xadimlərindən biri kimi fəa liyyət göstərmişdir. 

1918  ilin  axırlarında  Bakıya  gələn  Əb ilov  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinə  deputat 

seçilmiş və onun sosialistlər fraksiyasının ü zvü olmuşdur. 1920 ildə Bakı menşeviklərinin orqanı olan "İskra" 

qəzetinin redaktoru id i. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (1920) sonra Azərbaycan Sovet Sosialist Respublikası (Azə rbaycan 

SSR) daxili işlər nazirinin müav ini təyin  olun muş, Şərq xalq larının Bakıda çağ ırılan I qurultayında Şərq Xalqları Təbliğat və 

Təşviqat  Şurasının  kat ibi  seçilmişdir.  1921  ilin   iyulunda  A zərbaycan  nümayəndə  heyətinin  tərkibində  Ko mmunist 

İnternasionalının 3-cü  konqresində iştirak etmişdir. 1921 ildən N.Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-in, sonra isə 

Zaqafqaziya  Sovet Federativ  Sosialist  Respublikasının  Türkiyədə fövqəladə və  səlahiyyətli səfiri olmuş,  Sovet-Türkiyə, o 

cümlədən Azərbaycan-Türkiyə dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynamışdır. Onun təşəbbüsü ilə 

Türkiyənin Trabzon və Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılmışdı. Əbilovun səmərəli d iplo matik fəaliyyəti 

və  bilavasitə  iştira kı  sayəsində  sovet  respublikala rı  ilə   Türkiyə   arasında  bir  sıra  ikitərəfli  və  ço xtərə fli  müqavilə lər 

imzalan mışdır.  Naxçıvan  mu xtariyyətinin  təməlin i  qoymuş  1921  il  Moskva  və  Qars  müqavilələrin i  d igər  Azərbaycan 

diplo matı,  Sovet-Türkiyə  danışıqlarında  Azərbaycan  nümayəndə  heyətinin  başçısı  Behbud  ağa  Şahtaxtinski  ilə  birlikdə 

Əbilov da imzalamışdır. Türkiyə  Cü mhuriyyətinin  banisi və  ilk prezidenti Mustafa Kamal Atatürk  ilə  Əbilov arasında sıx 

dostluq münasibətləri var id i. Əb ilov A zərbaycan Höku mət i ad ından dostluq və qardaşlıq rə mzi o laraq Atatürkə q ızıl xəncər 

hədiyyə etmişdir. Atatürk Anka rada Azə rbaycan səfirliy inin  binası ü zərində ölkə mizin bayrağının  qald ırılması mərasimində 

iştirak etmişdir. 

 

Əd.: Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001; Багиров Ю.А., Из истории советско – турецких отношений в 1920-

1922 гг., Б., 1965; Аралов С.И., Воспоминания советского дипломата, М., 1960.  



 

 

 

 

 

 

 

 


347 

 

 



 

 

"ƏDALƏT" - inqilab i fəhlə təşkilatı. 1914 ildə fəaliyyətə başlamış, 1916 ildə təşkilat kimi fo rmalaşmışdır. Rəsmi 

yaranma  tarixi  Bəhra m  Ağayevin  başçılıq  etdiyi  b ir  qrup  iranlı  (əsasən  Cənubi  azə rbaycanlı)  fəh lənin  "Hümmət" 

partiyasından  ayrıldığı  1917  il  sayılır.  "Ədalət"  özünü  "İctimaiyyun-amiyyun"un  varisi  hesab  edir,  Cənubi  A zərbaycanda 

müntəzəm  surətdə  fəal  inqilab i  iş  aparırd ı.  Təşkilatın  Rusiya  Sosial-Demo krat  Fəh lə  Partiyası  Bakı  Ko mitəsində  və 

"Hümmət"də daimi nü mayəndələri var idi. 

"Ədalət"  1917  ildən  Azərbaycan  və  fars  d illərində  "Bayraqi-ədalət"  adlı  jurnal  nəşr  etməyə  başlamışdı.  Burada, 

əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı  mübarizə, şahlıq  hakimiyyətinin devrilməsi 

və  demokrat ik  respublika  qurulması  tələbi  işıqlandırılırd ı.  1917-18  illə rdə  təşkilat  xeyli  möhkə mləndi  və  Cənubi 

Azərbaycan  fəhlələ ri  içərisindən  silahlı  dəstə  təşkil  etdi.  Bu  dəstə  1918  ilin  ma rt  soyqırımı  za manı  mədən-zavod 

rayonlarında asayişə nəzarət ed ir, burada q ırğın  düşməsinin qarşısını alırdı. 1919 ilin əvvəlində Ə.Qafarzadə başda olmaqla, 

partiyanın Mərkəzi  Ko mitəsinin yeni tərkibi seçild i. Mərkəzi  Ko mitəyə B.C.Ağayev, S.C.Cavadzadə (Pişəvəri),  R.Kərimov 

və b. da xil o ldular. "Ədalət‖in Ba kıdan əlavə, Gəncədə, Lən kəranda, Astarada və Tiflisdə də ko mitələri va r idı. 

"Ədalət" 1919  ildən Rusiya  Ko mmunist (bolşeviklər)  Partiyası  (RK(b)P)  Bakı  Ko mitəsi və "Hü mmət‖lə daha sıx 

əməkdaşlığa  başladı.  Həmin  ilin  iyunundan  RK(b)P  Qafqaz  Ölkə  Ko mitəsinin  maliyyə  yardımı  ilə  partiyanın  qeyri-leqal 

"Hürriyyət" qəzeti nəşrə başladı. Azərbaycan kommun ist təşkilatlarının  1920 il fevralın 11-12-də keçirilən birinci qurultayı 

Azərbaycan Xalq  Cü mhuriyyətini devirmə klə hakimiyyəti ə lə keç irmə k məqsədilə "yerli şəraitdən və tak tiki mülahizələrdən 



çıxış  edib"  RK(b)P  Bakı  Ko mitəsini,  "Hü mmət"i  və  "Ədalət‖i  vahid  Azərbaycan  Kommun ist  (bolşeviklər)  Partiyası 

(AK(b)P)  halında  birləşdirməyi  qərara  aldı.  Qurultayın  seçdiyi  Mərkəzi  Ko mitəyə  "Ədalət‖dən  K.C.Ağazadə, 

D.X.Bünyadzadə,  Ə.Qarayev,  A.Yusifzadə  daxil  oldular.  Həmin  il  "Ədalət‖in   Azərbaycanda  və  onun  hüdudlarından 

kənarda fəa liyyət göstərən bütün ko mitə ləri də AK(b)P-yə da xil o ldu. 



 

Əd

.: Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001; Azərbaycan Cümhuriyyəti (1918-1920), B., 1998; Əfəndiyev S.M ., Azərbaycan 

proletariatının inqilabi hərəkatı tarixindən,B.,1957; Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века 

, Б., 1997;  

ƏDLĠYYƏ  NAZĠRLĠYĠ, A  z ə  r b a y c a n   X a  l q   C ü  m h u r  i y y ə t i  Ə d l  i y y ə    N   a   z  i  r   l  iy i  - 

Azərbaycan  Xa lq  Cü mhuriyyətinin  bütün  məhkə mə   və  hüquq  idarələ ri  sisteminə  və  onla rın  fəaliyyətinə  nə zarət  edən 

hökumət  orqanı.  1918  il  mayın  28-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  qərarı  ilə  yarad ılmışdı.  Fətəli  xan 

Xoysk inin  Tiflisdə

 

təşkil  etdiy i  1-c i  höku mət  kabinəsində  ilk  ədliyyə  naziri  Xə lil  bəy  Xasmə mmədov  olmuşdur.  Hə min  il 



iyunun 17-də Fətəli  xan Xoyski tərə findən  Gəncədə təşkil o lunmuş 2-c i  Höku mət kab inəsində özü Nazirlə r Şurasın ın sədri 

vəzifəsi ilə yanaşı, ədliyyə naziri və zifəsini də ic ra et mişdir.  1918 il  iyunun 27-də keç miş Tiflis  məhkə mə pa latasının üzvü 

Teymur bəy Mak inski nazirin  müavini təyin o lunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan 

(1918, dekabr) sonra F.x.Xoyskinin de kabrın  26-da təşkil etdiyi 3-cü Höku mət  kabinəsində ədliyyə naziri və zifəsi boş qaldı 

və  1919  il  apre lin  14-də  Nəsib  bəy  Yusifbəyli  yeni  Höku mət  təşkil  edənə  qədər  həmin  və zifənin  icrası  T.Ma kinskiyə 

tapşırıldı.  N.Yusifbəylinin  təşkil  etdiyi  Cü mhuriyyətin  4-cü  Höku mət  kabinəsində  bu  vəzifəni  sosialist  Aslan  bəy 



Səfik ürdski  tutdu.  N.Yusifbəylinin  təşkil  etdiyi  5-c i  Höku mət   kab inəsində  isə  ədliyyə  naziri  vəzifəsi  X.Xas mə mmədova 

həvalə olundu. 

Yarandığı  ilk  günlərdə  Ədliyyə  Nazirliyin in  ştatı  yalnız  nazirdən  ibarət  idi.  Gəncəyə  köçdükdən  sonra  isə  Cü m-

huriyyət Höku mət inin  1918  il  26 və  30  iyun tarixli qərarla rı  ilə  na zir  müavini ştatı verilmə klə , na zirliy in  idarə  strukturu, 

dəftərxanası yaradıldı. Hə min ilin sentyabrın 15-də Ba kı Qafqaz İslam Ordusu tərəfindən azad ed ild ikdən sonra Azərbaycan 

Xalq   Cü mhuriyyəti  Höku məti  sentyabrın  17-də  Bakıya  köçdü.  Əd liyyə  Nazirliy i  sentyabrın  26-dan  Bakıda  fəaliyyətə 

başladı. Noyabrın 22-də nazirliyə yeni ştat vahidləri - dəftərxanasına 5 nəfər kargüzar və 8 nəfər dəftərxana xid mətçisi ştatı 

verild i,  bu  struktura  dire ktor  və  direktor  müav ini  təyin  olundu.  1919  il  avqustun  11-də  Höku mət in  qərarı  ilə  Ədliyyə 

Nazirliyi  sistemində  həbsxana  işləri  şöbəsi  də  yaradıldı.  Cü mhuriyyət  Parla mentində  qəbul  olunan  qanun  layihələrin in 

əksəriyyətinə Əd liyyə nazirliyində baxıldığından,  1919 il noyabrın  28-də nazirliy in ştatını artırmaq barədə qanun lay ihəsi 

hazırlan ıb, Parlamentin mü zakirəsinə təqdim olundu. Layihə üzrə qəbul edilmiş qanuna əsasən, Ədliyyə Nazirliy i sistemində 

tərcüməç ilə r,  hüquq  məsləhət xanası  şöbələri  və  mühasiblik  yaradılır.  Əd liyyə  Na zirliy i  ilk  günlərdən  ö lkədə  anarxiya  

zamam dağıdılmış  mehkəmə aparatı sistemini, birinci növbədə, Bakı və  Gəncə dairə  məhkəmələrin in və onlarm yanmdakı 

prokuror nəza rətinin, habelə yerlə rdə barışıq  məh kə mələ rin in fəa liyyətini bərpa etməyə başladı.  Fəaliyyətinin birinc i  ilində 

nazirlikdə  şə xsi  heyət  üzrə  272  nəfər  işə  təyin  ed ilmiş,  153  nəfər  işdən  azad  olun muş,  20  nəfər  isə  mü xtə lif  vəzifə lərə  

keçirilmişdi. 1918  il o ktyabrın  9-da  Fövqəladə Təhqiqat Komissiyası Ədliyyə Nazirliyinin  sərəncamına verildi. Məhkəmə 

sahəsində işlərin  bərpa o lunması  ilə  ə laqədar  Ədliyyə Na zirliyi Məhkə mə  Pa latasının yarad ılması barədə   məsələ qa ldırdı. 

1918  il  noyabrın  14-də  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti  Ədliyyə  Nazirliyi  tərəfindən  hazırlan mış  Azərbaycan 



Məhk əmə  Palatasının  Əsasnaməsini  təsdiq  etdi.  1919  il  mayın   21-də  nazirlik  ay rı-ayrı  idarə lərdə  və zifədən  sui-istifadə 

hallarının   və  xid məti  cinayətlərin  təhqiqi  ilə  əlaqədar  xüsusi  Təftiş-İstintaq  Komissiyasının  yaradılması  barədə  qanun 

layihəsini Parla mentə təqdim etdi. İyulun 27-də  Pa rla ment  hə min  lay ihə əsasında qanun qəbul etdi. Qısa müddətli fəa liyyəti 

dövründə  Ədliyyə  Nazirliy i  ölkədə  hüquq  mühafizə  orqanlarının  təşkili  ilə  yanaşı,  hüquq  mühafizəsi,  qanunvericilik, 

normativ aktların hazırlanması və tətbiqi sahəsində də böyük iş gördü. 

 

 



 

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə