[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə279/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   274   275   276   277   278   279   280   281   282

461 

 

"Hümmət"  vərəqələrində  ço x  va xt  ö zünü  partiya  adlandırırd ı.  Bolşeviklə rin  proqra mındakı  millət lərin  öz  mü-



qəddəratını təyinetmə  prinsipinin  cəlbedic iliy i və  ü mu miyyətlə, sosial-de mokratiyanın   mövcud hakimiyyətə  mü xalifliyi 

öz  xalqın ı  milli  əsarətdən  qurtarmaq  ümid i  ilə  yaşayan  ziyalıları  onun sıralarına  cəlb  edirdi.  M.Ə.Rəsulzadənin  dediyi 

kimi, "bu cavan nəsil mü xa lif sosializmdə  

 

çarizmə qarşı ən sadiq olmasa da, ən əlverişli müttəfiq ini görürdü". 



RSDFP  Bakı  Ko mitəsinin  "Hü mmət‖in  iclaslarında  təmsilçisi  P.A.Caparidze,  "Hü mmət‖in   isə  RSDFP-də 

təmsilçisi  S.M .Əfəndiyev  id i.  "Hü mmət‖in   RSDFP  Bakı  Ko mitəsi  və  " Bala xanı  və  Bibiheybət  fəhlə lərinin  ittifaqı" 

təşkilatı  ilə  birlikdə təşkil etdiyi  ilk siyasi aksiya lardan biri  1904  ilin dekabr t ətili olmuşdu. Bu tətil,  Rusiyada ilk dəfə  

olaraq,  fəh lələ rlə   mədən-zavod  sahibləri  a rasında  kolle ktiv  müqavilənin  ("Mazut  konstitusiyası"nın)  imza lan ması  ilə  

nəticələndi. 

1905  ilin  fevral  və  avqust  aylarında  erməni-daşnakların  a zərbaycanlıla ra  qarşı  törətdikləri  soyqırımla rı  za manı 

"Hümmət"  əhalinin  sakitləşdirilməsində  və  qırğ ınların  qarşısının  alın masında  böyük  rol  oynadı.  1905  ilin  fevralınadək 

çıxan "Hü mmət" qəzeti 6-cı nö mrəsindən sonra "zərərli istiqamətinə görə" bağlandı. M.Ə.Rəsulzadənin sözlərinə görə, bu 

qəzet partiya orqanı o lan ilk türk qəzet i idi. 

1905  ildə  İran  inqilabının  başlanması  ilə  əlaqədar  "Hü mmət"in  fəa liyyəti  xüsusilə  genişləndi.  Cənubi  Azə r-

baycanın azad edilməsinə olan ü midlərini  İran  inqilabın ın qələbəsinə bağlayan "hümmət‖çilərin, demək o lar, hamısı bu 

inqilabda iştirak etdilər. 

"Hümmət‖in fəaliyyətində Azərbaycan dilində qəzetlərin  nəşri əhəmiyyətli yer tuturdu. 1906-07  illərdə təşkilat 

"Dəvət-Qoç",  "Təkamül"  və  "Yo ldaş"  qəzetlərini  bura xırdı.  On ların  böyük  hiss əsi  milli  maariflən mənin  ənənəvi  prob-

le mlərinə, zəh mətkeşlərin ağır şərait inə və ayrı-ayrı hallarda cahil ruhanilə rin tənqidinə həsr olun muşdu. 

1907  ilin iyununda üzvlərin in əksəriyyətinin həbs edilməsi nəticəsində təşkilat  xeyli  zəifləd i. "Hü mmət‖in  Bakı 

şöbəsinin  həmin  dövrdəki  fəaliyyəti  barədə  son  məlu matlar  1910  ilə  aiddir,  bundan  sonra  isə  təşkilat  1917  ilə  kimi, 

demə k ola r, fəaliyyət göstərmə mişdir. 

1907  il repressiyalarından sonra "Hümmət"in  Bakıdakı  fəaliyyəti  məhdudlaşsa da, şəhərdən kənarda apardığı  iş 

davam et məkdə  idi.  Təşkilatın şöbələri  Gəncədə (Ye lizavetpol),  Şuşada, Na xçıvanda, Cu lfada fəa liyyət göstərirdi.  La kin 

onların arasında həm üzv lərinin sayına, həm də siyasi fəallığına görə ən əhəmiyyətlisi "Hü mmət"in 1905  ildə yaran mış 

Tiflis şöbəsi idi (bax "Müsəlman sosial-demokrat (menşevik) Hümmət partiyası"). 

"Hümmət‖in Tiflis təşkilatı yerli sosial-demokratlarla İran inqilabçılarını  Bakı təşkilatına nisbətən daha çox bir-

ləşdirirdi. Tiflisdə "İctimaiyyun-a miyyun" və ya "Mücahid" partiyasının şöbələri də  fəa liyyət göstərirdi. 1906 ildə Ba kıda 

və  Tiflisdə  İran  inqilabç ıla rına  yard ım  ko mitələ ri  yaradılmışdı.  Ba kı  ko mitəsinə  M.Ə.Əzizbəyov,  Tiflis  ko mitəsinə  isə 

Nəriman  Nərimanov  rəhbərlik  ed irdi.  İran   inqilabç ıla rına   yardım  göstərilməsi  1909  il  Təbriz  üsyanı  za man ı  daha  da 

gücləndi. Təbriz üsyançılarına kö məyə gedən və əksəriyyəti azərbaycanlılardan ibarət o lan Cənubi Qafqaz könüllülərin in 

sayı  800  nəfərə  çatırdı.  Onlardan  50  nəfəri  Təbrizin  müdafiəsi  zamanı  həlak  olmuşdu.  1911  ilin  dekabrında  inqilab 

yatırıldıqdan sonra Təbrizdə və Rəştdə hərbi-səhra məhkəmələri təşkil edilmişdi. 200-dək könüllü yayına bilsə də, ço xları 

həbs olunmuşdu. O za man İranda  olan M.Ə.Rəsulzadə  və   Seyid  Həsən  Tağızadə 

 



462 

 

təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə getməyə məcbur olmuşdular. 



İranda, eləcə də Rusiyada "hümmət‖çilərin  təqib edilməsi, həbs və sürgün olunması Tiflis "Hü mmət‖inə və onun 

Azərbaycanın mü xtə lif bölgə və şəhərlərindəki şöbələrinə ağır  zərbə vurdu. Tiflis təşkilatın ın Ba kı "Hü mmət‖indən daha 

uzun müddət mövcud olmasına baxmayaraq, 1911 ildən sonra onun fəaliyyəti barədə də  məlu mat, demək olar  ki, yo xdur. 

Bu təşkilat yalnız 1917 ilin martından bərpa olundu. 

1917 ilin martında, Rusiyada Fevral inqilab ından bir neçə gün sonra, "Hümmət‖in bir ço x keçmiş üzvü təcili o la-

raq konfrans keçirib, təşkilatn RSDF(b )P-n in Bakı Ko mitəsi ilə b irləşməsi məsələsini mü zakirə etdilər. Lakin təşkilatın öz 

ənənələri  olduğu  və  müsəlman  kütlələrin in  psixo logiyası  nəzərə  alınaraq,  səs  çoxluğu  ilə,  partiyanın  RSDF(b)P  ilə 

birləşmə məsi və "Hü mmət" adının  saxlanılması qərara a lındı. Təşkilatın müvəqqəti ko mitəsi yaradıldı. 1917 il iyunun 16-

da, N.Nərimanov başda olmaq la, "Hü mmət"in daimi şəhər ko mitəsi seçildi.  Ko mitəyə 14 ü zv, o cü mlədən Sultan məc id 

Əfəndiyev,  Həmid  Su ltanov,  Əsədulla  Axundov,  Məşədi  Əzizbəyov,  Ağababa  Yusifzadə,  Bünyad  Sərdarov,  Möhsün 

İsrafilbəyov (Qədirli), Tağı  Şahbazi daxil  idi.  Bolşeviklərin proqramın ı təşkilatın əsas proqramı  kimi qəbul etmək qərara 

alındı.  İyulun  3-dən  N.Nərimanovun  redaktorluğu  ilə  "Hü mmət"  adlı  qəzet  çap  olun mağa  başladı.  Bakının  Binəqədi, 

Suraxanı,  Sabunçu  rayonlarında,  Gəncə,  Lənkəran,  Şamaxı  və  Naxçıvanda  təşkilatın  şöbələri  yaradılmışdı.  İyulun 

sonlarında  isə  Azərbaycan  xalq ının  milli  oyanışı  və  təşkilatlan masından  ehtiyat  edən  Bakı  bolşeviklərin in  təzy iqi 

nəticəsində "Hümmət" təşkilatında parçalan ma baş verdi. Sol qanadı təşkil edən "hümmət"çilər bolşeviklərlə sıx əlaqədə 

işləyird ilər, sağ qanad isə menşevikyönlü "hümmət"çilərdən ibarət idi. Onlar sosial-demokrat menşevik Tiflis "Hü mmət"i 

ilə və onun liderləri olan İbrahim Əb ilov, Sə məd ağa Ağamalıoğlu, Əh məd Pep inov və b. ilə ə məkdaşlıq edirdilər. Tiflis 

hümmətçiləri  1918  ilin  ikinci  yarısında  Bakıya  köçdükdən  sonra  Azərbaycan  Parlamentinin  sosialist  fraksiyasını  təşkil 

etmişdilər. 

1918


 

ilin aprel ayında Bakıda "Hü mmət‖in hər iki qanadının gərgin polemika şəraitində konfransı keçirild i. Əsas 

mübahisə  mövzusu Hökumətə və  Parlamentə  münasibət idi. Mübahisələrə baxmayaraq,  konfrans "Hü mmət" təşkilatın ın 

11  nəfərdən  ibarət  vahid  Mərkə zi  Ko mitəsini  seçdi  (onla rın   7-si  -  M irzə  Davud  Hüseynov,  Əliheydər  Qarayev  və  b. 

"Hümmət"in  sol  qanadını  təmsil  edird ilər).  Lakin  1919  ilin  yayında  bolşeviklərin  Bakı  ko mitəsinin  "Hümmət‖i  Rusiya 

Kommun ist  (bolşeviklər)  Partiyasına  (RK(b)P)  b irləşdirmək  niyyəti  məlu m  olduqdan  sonra  menşevik  "hümmət‖çilər 

təşkilatdan çıxdılar. Bo lşevik "hümmət"çilə r R.A xundovun rəhbərlik etdiy i azə rbaycanlı sol eserlə rlə  birləş məyə də  meyl 

göstərirdilər.  Lakin bu cəhdlər uğursuzluqla nəticələndi.  Bolşevik "hümmət‖çilər  RK(b)P-nin  Qafqaz Diyar  Ko mitəsinin 

və  RK(b)P  Ba kı  Ko mitəsinin  təşəbbüsü  ilə  Azə rbaycan  Kommunist  Partiyasının  yaradılması  məsələsini  dəstəklədilər. 

1919  ilin  yayından  etibarən  bu  istiqamətdə  fəal  iş  aparıldı.  1920  il  fevralın  8-də  bolşevik  "Hü mmət‖in,  "Ədalət" 

partiyasının  və  RK(b)P  Bakı  Ko mitəsinin  birgə  iclasında  A zərbaycan  ko mmun ist  təşkilatlarının   təsis  qurultayının 

keçirilməsi  haqqında  qərar  qəbul  olundu.  Azərbaycan  kommunist  təşkilatlarının  (RK(b)P  Bakı  Ko mitəsi,  "Hü mmət‖, 

"Ədalət") fevralın 11-12-də  keçirilən 1-ci qurultayında bu təşkilatlar birləşərək, M.D.Hüseynovun sədrliyi  ilə Azərbaycan 

Ko mmunist (bolşeviklər)  Partiyasının  (AK(b)P) yarad ılması haqqında qərar qəbul etdilər.  Bu vaxtdan etibarən bolşevik 

"Hümmət"in  müstəqil  fəaliyyətinə  son  qoyuldu.  Parlamentdə  yalnız  S.Ağamalıoğlunun  rəhbərlik  etdiyi  menşevik 

"Hümmət" fraksiyası fəaliyyət göstərirdi. 

AK(b)P 1920 il apre lin əvvəlindən etibarən  RK(b)P Qa fqaz Diyar Ko mitəsi ilə b irgə Ba kının 11-c i Qırmızı ordu 

tərəfindən  işğalı  və  ko mmunist  çevrilişi  p lanını  hazırla mağa  başladıla r.  Apre lin  27-də,  Bakın ın  işğalçı  sovet  qoşunları 

tərəfindən mühasirəyə alındığı şəraitdə, Hə mid Sultanov AK(b)P M K, RK(b )P Qafqa z Diyar Ko mitəsinin Ba kı bürosu və 

Mərkə zi  Fəhlə  Konfransı  adından  Azərbaycan  Parla mentinə  hakimiyyətin  N.Nərimanovun  rəhbərliyi  ilə  sovet  fəhlə-

kəndli höku mətinə təhvil verilməsi haqqında ultimatu m təqdim etdi.  Parla ment bura xılandan dərhal sonra, aprelin 28-də, 

N.Nərimanovun sədrliyi ilə, M .D.Hüseynov, D.Bünyadzadə, A.Əlimov, Ə.Qa rayev, H.Sultanov və Q.Musabəyovun daxil 

olduğu  Azərbaycan  Müvəqqəti  İnqilab  Ko mitəsi  (AMİK)  yaradıldı.  AMİK-in  tərkibinin   "hümmət"çi  bolşeviklərdən 

ibarət olması təsadüfi deyildi.  Yerli a zərbaycanlı  ko mmunist-bolşeviklə rdən təşkil o lunan bu hakimiyyət quru mu Sovet 

Rusiyasının birbaşa hərbi müdaxiləsini pərdələmək və xalqda yeni hakimiyyətə rəğbət oyatmaq məqsədilə yaradılmışdı. 

 

Əd

.:  Azərbaycan tarixi, 3 cilddə, c.2, 3, B., 1964; 1973; Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001; Azərbaycan Kommunist 

Partiyası tarixinin oçerkləri, B., 1964; Rəsulzadə M.Ə., Əsərləri, c.l, B., 1992; Багирова И.С., Политические партии и организации 

Азербайджана в  начале  XX  века  ,  Б., 1997; Очерки  истории  Коммунистической  партии Азербайджана,  т.  1,  Баку,  1985; Отчет 

сенатора Кузминского, проделанный в Баку и Бакинской губернии в 19058 г., Баку, 1906.  



 

"HÜMMƏT"  - Azərbaycan dilində  ilk qeyri-leqal qəzet, sosial-demokrat "Hü mmət" təşkilatının orqanı.  1904 

ilin sonlarından 1905  ilin fevralına qədər Bakıda nəşr olunmuşdur. Cəmi 6 nö mrəsi çıxmışdır. "Hü mmət"in səhifələrində 

inqilab i  ideyalar  yayılırdı.  Qəzet  1905  il  fevralın  ortalarında  "zərərli  istiqamətinə  görə"  polis  tərəfindən  bağlandı,  bəzi 

əməkdaşları  isə həbs edildi.  1906 ilin dekabrında "hümmət‖çilər "İrşad" mətbəəsində Mehdi bəy Hacınskinin adına 1907 

ilin  martına  qədər  çıxmış  "Təkamü l"  qəzetinin  buraxılmasına  icazə  ala  bildilər.  Elə  həmin  ilin  avqustundan 

sentyabrınadək  "hümmət‖çilər  " Yoldaş"  qəzetini  nəşr  etdirdilər.  Bu  qəzetlər,  əslində,  "Hümmət‖in  varisi  və  ideya 

davamçıları  idi. Məhəmməd  Əmin  Rəsulzadə, Su ltanməcid Əfəndiyev, Məmməd Həsən Hacınski, Məşədi Əzizbəyov və 

başqaları  qəzetin  səhifələrində  müntəzəm  olaraq  çıxış  edirdilər.  M.Ə.Rəsulzadə  və  M.Hacınski  ö z  məqalələrində  milli 

vəhdətə,  xalq ın  ö z  müqəddəratını  təyin  et mə k  hüququ  uğrunda  mübarizəyə,  müsəlman  xalq larının  b irliy inə  çağırışa 

üstünlük verird ilər. 

Qəzet 1917 il iyulun 3-də "Hü mmət" təşkilatının orqanı kimi yenidən nəşrə başladı. Ancaq bu za man M.Ə.Rəsul-

zadənin başçılıq etdiyi bir qrup ziyalı artıq "Hü mmət" təşki lat ından uzaqlaşmışdılar.  




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə