[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə274/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   270   271   272   273   274   275   276   277   ...   282

456 

 

nəfərlik əsgər xəstəxanası, 1919 il yanvarın 1 -də 1-ci  Cavanşir 



piyada  alayında  60  nəfərlik  əsgər  xəstəxanası,  2-ci  Qarabağ 

süvari alayında  20 nəfərlik  müay inə otağı,  1919  il fevralın  4-

də  isə  Əlahiddə  Zaqatala  taborunun  20  nəfərlik  əsgər 

xəstəxanası  fəaliyyətə  başladı.  Ba kı,  Gəncə   və  Xankəndidə 

hərbi  xəstə xanalar  təşkil  edildi.  Gəncə  hərb i  xəstəxanası 

nəzdində bölük  feldşer  kö məkç iləri ha zırlayan 4 ay lıq  kurslar 

yaradıldı. 

1919  ilin   payızından  isə  hərbi  nazirin  ə mrilə   Şuşa 



feldşer  məktəbi  fəaliyyətə  başladı.  Hərb i  h issələrdə,  xüsusən 

Qarabağ  bölgəsində  yerləşən  qoşun  hissələrinin  şəxsi  heyəti 

arasında yayılan yoluxucu  xəstəliklərin qarşısının alın masında 

məsuliyyətsizlik  göstərdiyi  üçün  idarən in  rəisi  Su lakov 

vəzifəsindən azad edild i və onun yerinə həkim  Qabayev təyin 

edildi. 


Hərbi  nazirin  ə mri  ilə   1919  il  iyulun  19-da  həkim 

Bahadur  bəy  Qayıbov  strukturun  rəhbəri  təyin  olundu.  Onun 

rəhbərliy i  ilə  1919  il  noyabrın  5-də  Şuşada  5  nəfər  zab it  və 

100  nəfər  əsgər  üçün  nəzərdə  tutulmuş  105  nəfərlik  əsgər 

xəstəxanası,  1920  il  yanvarın   1-də  Bakı  şəhərində  5-c i  Ba kı 

piyada  alayının   əsgər  xəstəxanası,  1920  il  yanvarın  13-də 

Xankəndidə 2-ci  Qarabağ süvari alayın ın 30 nəfərlik  müayinə 

otağı, 1920  il  fevralın  1-də  Xankəndidə  1-ci  Cavanşir piyada 

alayının  30  nəfərlik  müay inə  otağı  açılmışdı.  Hərbi  nazirin 

əmri  ilə 1919 il oktyabrın  20-də hərbi-tibb  idarəsinin və yerli 

la zaretlə rin  strukturu  genişləndirildi.  1920  ilin  ma rtında  bu 

qurum təchizat idarəsinin tərkib inə da xil edildi. 



 

Əd

.: Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

HƏRBĠ   VƏZĠYYƏT   ELAN  OLUNMAS I   HAQQINDA QƏRAR  - yenicə elan olunmuş istiqlalın təhlükə 

qarşısında  qaldığı  şəraitdə  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  əl  atmağa  məcbur  olduğu  fövqəladə  tədbir. 

Bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olun ması barədə qərar  Cü mhuriyyət Höku məti tərəfindən 1918  il  iyunun 

19-da qəbul ed ilmişdi. Buna s əbəb Azərbaycanın yenicə e lan ed ilmiş dövlət müstəqilliyin in təhlükəyə  məru z qalması idi. 

Be lə ki,  S.Şau myanın başçılığı  ilə  Bakıda hakimiyyəti ələ  keçirmiş Bak ı Xalq Komissarları Sovetinin  tabeliyində olan 18 

min  nəfərlik  daşnaklardan  ibarət  olan  1-ci  Qafqaz  Qırmızı  korpusunun  1918  il  iyunun  10-dan  Gəncəyə  doğru  yürüşə 

başlaması bu təhlükəni reallaşdıra bilərdi. Qardaşlıq kö məyinə gələn türk hərbi h issələrinin hələ bütünlüklə Azərbaycana 

gəlib çat mad ığı bir va xtda,  Qafqa z  Qırmızı korpusunun qarşısını gürcü knyazı polkovnik  Maqalovun rəhbərliyi a ltında 

Müsəlman  və  Gürcü  korpuslarının  məhdud  heyətdə  olan  birgə  qüvvələri  kəsirdi.  Qafqaz  Qırmızı  korpusunun hissələri 

özlərin in  say  üstünlüyündən  istifadə  edərək,  iyunun  11-də  Sığ ırlını,  iyunun  12-də  isə  Kürdəmiri  işğal  etdi.  Qırmızı 

korpusun  digər  bir  qolu  isə  Ba kı-Şa ma xı  yolu   boyunca  Qara məryə mə   qədər  irə lilə mişdi.  İyunun  16-da  baş  vermiş 

Qara mə ryə m döyüşündə azərbaycanlı, gürcü və dağıstanlılardan  ibarət  müdafiə dəstəsi də məğ lub oldu.  Qırmızı  korpus 

sürətli hücumunu davam etdirərək, Yev laxda Kür çayı üzərindəki körpünü ələ keçirməyə can atır və bununla Qafqaz İslam 

Ordusu  qüvvələrinin  şərqə  doğru  irəlilə məsinin  qarşısını  kəsmə k  istəyirdi.  Odur  ki,  Qa fqaz  İsla m  Ordusunun  tərkib inə 

qatılmış 5-ci  Qafqaz firqəsinin  10-cu Qafqaz piyada alay ı  Gəncəyə yetişən kimi dərhal  Qaraməryəmə göndərildi. İyunun 

18-də  bu  alay ın  Qırmızı  korpusa  müqavimət i  də  uğursuzluqla   nəticələndi.  Qırmızı  korpusun  bu  uğuru  Azərbaycan 

ərazisində  hərbi-siyasi  şəraiti  daha  da  ağırlaşdırd ı.  Dövlətin  bütün  gücünü  Qırmızı  korpusun  təcavüzünün  qarşısının 

alın masına səfərbər etmək üçün Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti 1918  il  iyunun 19-da bütün ölkə ərazisində 

hərbi vəziyyət elan olunması barədə qərar qəbul etməyə  məcbur oldu. Hərb i vəziyyətın elan olunması ilə ə laqədar olaraq 

iyunun 23-də Hərb dövrü üçün qanunların tətbiqi haqqında qərar qəbul edild i. 

Azərbaycan Xalq Cü mhuriyyəti Höku mət i fövqəladə vəziyyət şəraitində dövlətin bütün potensialını səfərbərliyə  

alaraq,  ö lkən in  müstəqilliyi  üçün  yaranmış  real  təhlükəni  aradan  qaldıra  bildi.  İyunun  sonlarında  Azərbaycan-Türkiyə 

birləşmiş  qoşunlarından  ibarət  Qafqa z  İsla m  Ordusu  Göyçay  və  Qa ra məryə m  ətrafında  bolşevik-daşnak  hərbi 

birləşmə lərini ağır  məğlubiyyətə uğratdı.  Bu qə ləbə Ba kının bolşevik-daşnak işğalından azad o lun ması və  Cü mhuriyyət 

hakimiyyətinin bütün ölkə əra zisində bərqərar ed ilməsi uğrunda aparılan müharibədə dönüş nöqtəsi oldu. 



HƏRBĠYYƏ  MƏKTƏBĠ - Azərbaycan Xalq Cü mhuriyyəti dövründə milli zabit kadrları hazırlayan hərbi təhsil 

müəssisəsi. 1919 ilin  oktyabrında Praporşiklər məktəbinin əsasında yaradılmışdı. Praporşiklər məktəbinin  rəisi polkovnik 

Rüstəm bəy Şıxlinski Hərb iyyə məktəb inin rəisi vəzifəsində saxlanılmış və məktəbin yenidən qurulmasının  təşkilati işləri 

ona  həvalə  olunmuşdu.  Yeni  məktəbdə  təhsil  müddəti  uzadılmış  və  statusu genişləndirilmişdi.  Praporşiklər  məktəbin in 

mə zunla rına ilkin zabit rütbəsi olan praporşik rütbəsi verilirdisə, Hə rbiyyə mə ktəbini uğurla başa vuranlara növbəti rütbə 

olan  podporuçik  rütbəsi  verilirdi.  Bu  rütbə  məzunlara  hərb i  nazirin  təqdimatı  əsasında  Nazirlər  Şurasının  qərarı  ilə 

verilirdi. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə