[]



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə281/282
tarix08.03.2018
ölçüsü6,32 Mb.
#30849
1   ...   274   275   276   277   278   279   280   281   282

464 

 

 



 


465 

 

1915  ildən  Ba kıda  yaşamış,  Məhəmməd  Əmin  Rəsulzadə  və  Seyid  Hüseynin  rəhbərlik  etdiy i  "Səfa"  xeyriyyə 



cəmiyyətinin  eyni  adlı  mə ktəbində  müə llimlik,  "Açıq  söz"  qəzet ində  ə mə kdaşlıq  et mişdir.  Burada  "Şey x  Sənan" 

faciəsindən parçala r çap  etdirmiş, "Qardaş kö məy i" jurnalının  redaksiya  heyətinin, "Mühərrirlər və əd iblər cə miyyəti"nin 

üzvü seçilmişdir. Hüseyn Cavid bu dövrdə tədriclə "Haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdı. Həmin ideya "Şeyda" 

(1917) dramında, "Haqqın ı sən  mübarizə  ilə ala bilərsən" (1918) poemasında daha bariz  ifadəsini tap mışdır. "Şeyda"da 

Hüseyn  Cavid  yalnız  ideya  və  mənəviyyatlardakı  ziddiyyəti  deyil,  real  sosial  ziddiyyətləri  də  göstərir,  "füqərayi-

kasibə"ni, "qabarlı ə llər"i istismarç ılarla mübarizəyə çağ ırırd ı. Ya radıc ılığında mühüm yer tutan "İblis" (1918) faciəsində 

dövrün bütün mürtəce qüvvələri -" insan insanın canavarıdır" fəlsəfəsinin tərəfdarları, "iy irminci əsrin  mədəni vəhşiləri" 

olan imperialist dairələri  İblis surətində ümu miləşdirilmiş, işğalçı  müharibələrə  lənət yağdırılmışdır.  Hüseyn Cavid 1918 

ildə  e rmənilərin  a zərbaycanlılara  qarşı  törətdikləri  mart  soyqırımın ın  bütün  dəhşətlərinin  şahidi  olmuş,  bir  müddət 

Bakıdan  uzaqlaşaraq,  Naxçıvanda  yaşamış,  " Rüşdiyyə"  məktəbində  müəllim  işləmiş,  Araz  Türk  Cü mhuriyyətinin 

təşkilində  iştirak  et mişdir.  Araz  Türk  Cü mhuriyyəti  hökumətinin  Azərbaycan  Xalq  Cü mhuriyyətinə  ezam  etdiyi  geniş 

səlahiyyətli nümayəndə heyətinin tərkibində Hüseyn Cav id də  var idi. 1919 ilin  əvvəllə rində Ba kıya dönərək, Azərbaycan 

Xalq Cü mhuriyyətinin maarif, təhsil işlərində fəal çalış mışdır. Birinci realn ı məktəbdə təşkil edilmiş "türk sinfi"ndə, Bakı 

darülmüəllimin ində müəllim işləmiş, " Bakı və ətraf rayonlarının  müəllimlər ittifaqı" idarə heyətinin  üzvü seçilmiş, " Yaşıl 

qələ m" ədəbi birliy inə da xil o lmuşdur. 1919  ildə Abdulla Şaiq lə birgə ədəbiyyat nəzəriyyəsinə dair "Qəvaid i-ədəbiyyat" 

("Ədəbiyyat dərsləri") adlı dərslik nəşr etdirmişdir. 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  Cavid in  yaradıc ılığı  mə ktəb  proqra mla rına  da xil  edilmiş,  Rüşdi  və 

Edadi  mə ktəblərin  3-cü  və  4-cü  siniflərində  tədrisi  nəzərdə  tutulmuşdu.  Abdulla  Şa iq  "Türk  çələngi"  (1919)  dərsliy inə 

Cavid in tərcü meyi-halını, " Bakıda" ("Məsud və Şəfiqə"), "Kiç ik sərsəri", "Öksüz Ənvər", "İlk bahar", "Qız məktəbində", 

"Çiçək sevgisi" şeirlərini də daxil etmişdi. 

Mürtəce  qüvvələrlə  azadlıq,  bərabərlik,  sülh,  beynəlmiləlçilik,  maarif  və  mədəniyyət  dostlarının  toqquşması 

Hüseyn  Cavidin  1920  ilədək  yazdığı  əsərlərin  başlıca  konflikt  məqamları  idi.  Bu  əsərlərin  bədii  qayəsini  bəşəriyyətin 

fəla kətinə ədalətsiz, istisma rçı  ictima i quruluşların  səbəb olması fikri təşkil ed ir.  Estetik idea lla rına sadiq qalan  Hüseyn 

Cavid  bununla yanaşı, 20-30  illərdə dövrün nəbzi  ilə  səsləşən bir sıra  əsərlər yarat mışdır. "Azər" dastanı (1920-37) bu 

əsərlər  arasında  xüsusi  yer  tutur.  1926  ildə  müalicə  üçün  Alman iyaya  gedən  və  bir  müddət  Berlində  yaşayan  Hüseyn 

Cavid vətənə Qərb dünyasının sosial-mənəvi  ziddiyyətlərini ə ks etdirən bir sıra siyasi-lirik və  lirik-epik şeirlərlə qayıtdı. 

"Nil  yavrusu"  əsərində  Hüseyn  Cavid  müstəmlə kə  zü lmünü  qəzəb   və  nifrət lə  da mğa layırd ı.  20-30-cu   illərdə  Hüseyn 

Cavid  b ir  sıra  tarixi  dramlar  yazmışdır.  "Peyğəmbər"  (1922),  "Topal  Tey mur"  (1925)  əsərlərindən  sonra  yazdığı 

"Səyavuş" (1933), "Xəyya m" (1935) tarixi dra mla rı Hüseyn Cavidin tarixə , tarixi şəxsiyyətlərə ba xışında ciddi bir dönüş 

oldu. Şair bu əsərlərində 




466 

 

 



 


467 

 

 



 

istibdada  qarşı  üsyan  edən  kütləni,  üsyan  başçıların ı  və  Xəyyam  kimi 

azadfikirli  bir  mütəfəkkiri  baş  qəhrəman  seçmişdir.  Faşizm  və  İkinci 

dünya  müharibəsi  təhlükəsin in  artması  30-cu   illərin  əvvəllərində 

Hüseyn  Cavidi  narahat  edən  problemlər  idi  ("İblisin  intiqamı"  dramı, 

1936).  Cənubi Azərbaycandakı soydaşlarımızın "şahənşahlıq" üsuli-ida-

rəsinin əsarəti alt ında əzab çə kməsi, ən adi insan hüquqlarından məhru m 

edilməsi də vətənpərvər şair  kimi  Hüseyn Cavidi düşündürürdü ("Telli 

saz"  dramı,  1930;  "Kor  ney zən"  poeması,  1930).  Hüseyn  Cavidin  

fəlsəfı,  ict ima i-siyasi  görüşləri  "ümu mi  məhəbbət"  ideyasından  yüksək 

humanizmə   qədər  böyük  bir  in kişaf  yolu  keç mişdir.  Poe ziyası  yüks ək 

bədii sənətkarlığı, dərin e mosionallığı, s əmimiyyəti ilə seçilir. 

1937 

ildə 


Stalinin  

"böyük  terroru"  başladıqda,  Cavid  ilk  həbs  edilənlər  arasında 

oldu.  Bir  müddət  Türkiyədə  yaşadığından,  onu  Türkiyə 

casusluğunda,  pantürkizm  və  panturanizmdə  ittiham  etdilər. 

Sovet  cəza  maşının ın  bütün  dəhşətlərini  yaşasa  da,  Cavid  ona 

qarşı irəli sürülən  ittihamların  heç birini qəbul etmədi.  Günahsız 

şairə 8  il həbs cəzası  kəsild i və  1938  ildə cəzasını çəkmək üçün 

Maqadana,  1940  ildə   isə  İrkutsk  vilayətinə  sürgün  edild i.  Ağır 

işgəncələrə, sərt və amansız həbsxana həyatına dözməyən həssas, 

incə ruhlu şair orada da vəfat etdi. 

Sa xta  ittiha mlarla   həbs  edilmiş  Hüseyn  Cavidə   Azə r-

baycan  SSR  Ali  Məhkə məsin in  1956  il  6  ma rt  tarixli  qərarı  ilə  

ölümündən sonra bəraət verilmişdir. 

Anadan olmasının 100,  110 və 120  illik yubileyləri geniş 

qeyd  olunmuşdur.  Naxçıvanda  və  Bakıda  ev-muzeyləri  yara-

dılmış,  Bakıda, vaxtilə yaşadığı b inaya (indiki A zərbaycan Milli 

Elmlər Akade miyasının Əlyazma lar İnstimtunun binası) ü zərində 

şairin  barelyefi  olan  xatirə  lövhəsi  vurulmuşdur.  100  illik 

yubileyi  ərə fəsində  cənazəsi  Azərbaycan  xalq ının  böyük  oğlu 

Heydər  Əliyevin  təşəbbüsü  ilə   İrkutsk  vilayətindən  Na xç ıvana 

gətirilmiş,  buradakı  ev-mu zeyinin   ya xınlığında  dəfn   edilmiş, 

qəbri  üzərində  möhtəşəm  məqbərə  ucaldılmışdır  (1996).  1982 

ildə  Na xç ıvanda "Hüseyn Cavid poeziya teatrı" açılmışdır. Adına 

Bakıda,  Naxçıvanda və respublikan ın digər şəhər və  rayonlarında  küçə, bağ,  məktəb,  kitab xana, kinoteatr və s.  mədəni-

maarif müəssisələri var. Bakıda əzəmətli abidəsi ucaldılmışdır. 

 

Əsərləri: 



Seçilmiş  əsərləri,  B.,  1958;  Pyeslər,  B.,  1963;  Seçilmiş  əsərləri,  c.1-3,  B.,  1968-71;  Dram  əsərləri,  B.,  1975; 

Seçilmiş əsərləri, 4 cilddə, B., 1982-84; Əsərləri, 3 cilddə, B., 2003; Женщина Востока, Стихи и пьесы, Б., 1982; Пьесы, кн. 1-2, Б., 

1982-1983.  

Əd.: 

Azərbaycan ədəbiyyatı tarixi, 3 cildd ə, c.2, B., 1960; M əmməd Cəfər, Hüseyn Cavid, B., 1960; yenə onun, Azərbaycan 

ədəbiyyatINda romantizm, B., 1963; Cəfərov C„ Azərbaycan dram teatrı, B., 1974; Cavid M., Cavidi xatırlarkən, B., 1976; M əmmədli 

Q., Cavid ömrü boyu, B., 1982; Hüseynov R., Cavidlər, onun "Vaxdan uca" kitabında, B„ 1987; M əmmədov M„ Acı fəryadlar, şirin 

arzular, B„ 1983; Xəlilov S„ Cavid fəlsəfəsi, B„ 1996; Ənvər Uzun, H.Cavid və Türkiyə ədəbiyyatı, B„ 1998. 

 

HÜS EYNOV      Əlihüseyn   Ağahüseyn   oğlu     (1898,Salyan  - ?)  - A zərbaycan Xalq  

Cü mhuriyyəti  Parlamentin in  xüsusui    qərarına    (bax  Xarıcə  təhsil  almağa  göndərilən    



azərbaycanlı 

tələbələr    haqqında    qərar)      əsasən,      dövlət  hesabına  ali  təhsil  a lmaq  üçün

 

xaricə  göndərilmiş  tələbələrdən  b iri.  Lənkəran   kişi  gimna ziyasını  bit irmişdir  (1919). 



Parla mentin 1919 il 1sentyabr  tarixli   qərarına   əsasən,   təhsilini t ibb sahəsində davam etdirmə k  

üçün      Rostok      Universitetinə  (Almaniya)  göndərilmişdi.  A zərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan  sonra  xaricdə  dövlət  hesabına  təhsil  alan  a zərbaycanlı  tə ləbələrin  vəziyyətini 

öyrənən  Azərbaycanlı  Tələbələr  İttifaqının  1923-25  illər  üçün  məlu matında  onun  təhsilinin  

bitməsinə 2 il qald ığı göstərilirdi.  Sonra kı taleyi barədə mə lu mat aşkar olun ma mışdır. 

 

 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə